Thursday, January 31, 2013

Duddud.info - reklamsiz xeber


Duddud.info - reklamsiz xeber


Posted:
Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib.   Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Nazirliyin struktur bölmələri, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda çıxış edən iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev 2012-ci ildə qazanılmış iqtisadi nailiyyətlər barədə məlumat verib və qeyd edib ki, 2012-ci ildə ÜDM 2,2% artıb, onun adambaşına düşən həcmi 5 884,5 manat (7490,5 ABŞ dolları) təşkil edib, ÜDM-in artımına qeyri-neft sektoru hesabına nail olunub: «Ötən il qeyri-neft sektorunda artım 9,7% təşkil edib, qeyri-neft sənayesi 7,8%, kənd təsərrüfatı 5,8%, tikinti 18%, nəqliyyat 5%, rabitə 15,9%, turizm 18,8% və s. artıb. İllik inflyasiya 1,1% təşkil edib. Bütün mənbələr hesabına iqtisadiyyata 22,1 mlrd. dollar investisiya yatırılıb ki, bunun 13,3 mlrd. dolları daxili, 8,8 mlrd. dolları isə xarici investisiyalardır».   Nazir həmçinin əlavə edib ki, ötən ilin 11 ayında 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 mlrd. dollar, xarici ticarət saldosu müsbət 22,6 mlrd. dollar təşkil edib, qeyri-neft ixracı 11,2% artıb: «Ölkənin strateji valyuta ehtiyatları 46 mlrd. dollar olub ki, bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur. Məqsədyönlü dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda, Bakı şəhəri və onun qəsəbələrində abadlıq-quruculuq işləri davam edib, yeni müəssisələr, iş yerləri açılıb. Ötən il infrastruktur layihələrinin icrası, sənaye parklarının təşkili istiqamətində tədbirlər davam etdirilib».   Ş.Mustafayevin sözlərinə görə, 2012-ci ildə sosial layihələr həyata keçirilib, əhalinin pul gəlirləri 13,8%, əmək haqqı təqribən 10% artıb. Ölkədə yoxsulluğun səviyyəsi 6%-ə, işsizliyin səviyyəsi isə 5,2%-ə enib.   «Sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirləri real bəhrələrini verib, ilin yekunlarına görə özəl bölmənin ÜDM-də xüsusi çəkisi 83% təşkil edib. Dövlət başçısının tapşırığına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi təmin edilib, sahibkarlara göstərilən elektron xidmətlərin sferası daha da genişləndirilib», - deyə nazir bildirib.   Kollegiya iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı, dövlət proqramlarının icrasının sürətləndirilməsi, sənayeləşmənin davam etdirilməsi, infrastruktur layihələrinin icrası, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi, əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsi, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxışın genişləndirilməsi, 2013-cü ilin İKT ili elan olunması ilə əlaqədar informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və s. istiqamətlərdə verdiyi göstərişlərin vaxtında və yüksək keyfiyyətlə icra olunması üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınıb.   İclasda həmçinin, Azərbaycan iqtisadiyyatının, biznes və investisiya mühitinin təşviqi sahəsində Nazirlik tərəfindən görülən işlər müzakirə edilmiş, bu sahədə tədbirlərin gücləndirilməsi, effektivliyinin artırılması istiqamətində tapşırıqlar verilib.  
Posted:
Bakı şəhərində silah alverçisi həbs edilib. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Ramazanov 1 ədəd «Kalaşnikov» tipli avtomatı, 17 ədəd avtomat patronunu və 1 ədəd patron darağını 1500 dollara satarkən tutulub.   Faktla bağlı araşdırma aparılır.
Posted:
Qadınların 70 illik ixtiralarıMilli.Az ICTNEws-a istinadən bildirir ki, bəzən qadınlar fizika, kimya və biologiya sahəsində də ixtiralar edirlər.

"Kenquru" körpə daşıyıcısı

Enn Mur XX əsrin 60-cı illərində Afrikanın Toqo şəhərində həkim vəzifəsində çalışırdı. O, növbəyə yazılan afrikalı qadınlarla uşaqlara necə qulluq etmək, bələmək, onlara hansı vitaminləri vermək kimi mövzular üzrə məsləhətləri bölüşürdü.

Bununla belə, Enn Mur özü də onlardan yeni şeylər öyrənirdi. Məsələn, uşağı parçaya bükərək onu kürək və ya boyunda daşımaq kimi. Belə olduqda uşaq özünü anasına daha yaxın hiss edir, sakit və sağlam böyüyür və nəticədə tibbi preparatlara ehtiyac qalmırdı.

Enn ABŞ-a qayıtdıqdan sonra onun qızı doğuldu. O, qızını uşaq arabasında deyil, afrikalı analardan öyrəndiyi "kenquru" tərzində daşımağa qərar verdi. Enn Mur uşağın sürüşərək yıxılmaması üçün onu mükəmməlləşdirməyə çalışırdı. Nəticədə o, çantaya oxşar və etibarlı söykənəcəyə malik kisə yaratdı. Enn ixtirasını 1969-cu ildə patentləşdirdi. "Özümü ixtiraçı deyil, daha çox sahibkar kimi hiss edirəm. Mən, sadəcə, Qərb bazarına afrikalılara artıq bir neçə əsrdir ki tanış olan əşyanı tanıtdım" - Enn Mur təvazökarcasına bildirmişdi.

Robot tozsoran

"ROOMBA" adlı kiçik ölçülü dəyirmi robot tozsoran otaqda sərbəst surətdə hərəkət edərək toz və palçığı təmizləyir. Bundan başqa, o, sözəbaxan və intizamlıdır: təmizlik apardıqdan sonra enerjidoldurma qurğusuna doğru yollanır. Ev sahibinə yalnız tozyığanı və çətin əlçatan yerlərdəki palçığı təmizləmək qalır. Robot tozsoran 2002-ci ildə "iRobot Corporation"-nın həmtəsisçisi və prezidenti Elen Qrenerin rəhbərliyi altında çalışan mühəndislər komandası tərəfindən hazırlanıb.

Elen uşaqlıq illərini yada salaraq o zaman "Ulduz savaşçıları" filminə baxdığını xatırlayır. "R2-D2 adlı astromexaniki droid mənim sevimli personajım idi. O, dəfələrlə baş qəhrəmanları çətin vəziyyətlərdən xilas etmiş və kosmik gəmiləri təmir etmişdi. Mən ona heç vaxt adi maşın kimi baxmamışam, o, mənim üçün sevimli və məzəli xarakterli canlı bir varlıq idi" - o bildirib. Gülməli çəlləyə oxşar android Eleni Massaçusets Texnologiya İnstitutuna daxil olmağa ruhlandırır: o, orada elm, texnologiya və kompüter öyrənirdi.

"Mən ev üçün nəzərdə tutulmuş robot istehsalı ilə məşğul olmaq qərarına gəldim" - Elen izah edir. Qrenerin sülhsevər niyyətini korporasiyanın adı (iRobot) da təsdiq edir. Bu ad yazıçı-fantast Ayzek Əzimovun "I, robot" hekayələr toplusundan götürülüb. Onun təsvir etdiyi robotlar aşağıdakı prinsiplərə əsaslanır: 1) insana ziyan vurmamaq 2) onun göstərişlərinə tabe olmaq.

"Wi-Fi" nümunəsi

1941-ci ildə Xedi Lamarrın patentləşdirdiyi məxfi rabitə vasitəsi yayım tezliyini dinamik dəyişdirirdi. Bu qurğu 1962-ci ildə Amerika torpedalarında istifadə olunmuşdu, 1991-ci ildə isə "Wi-Fi" texnologiyasının əsasını təşkil etdi. Yaşıl gözlü Xedinin (Hedviq Kisler) həyat yolu əksər qadın-fiziklərin taleyindən çox fərqlidir.

O, 20 yaşında böyük səs-küyə səbəb olmuş "Ekstaz" filmində çəkilmişdi. Kinematoqrafiya tarixində ilk dəfə olaraq tamaşaçıya meşə gölündə çılpaq çimmə səhnəsi göstərilmişdi.

Film bir sıra ölkələrdə qadağan edilmişdi və Xedi reputasiyanı geri qaytarmaq üçün dərhal silah istehsalçısı avstriyalı milyonçu Fris Mandl ilə ailə həyatı qurmuşdu. Lakin Xedi tezliklə evdar qadın rolundan bezikərək ərini danışıqlarda müşayiət etməyə başladı: işlərlə yaxından tanış olmağa, zavodun iş fəaliyyəti ilə maraqlanmağa və nəhayət, fizika sahəsində sınaqlar aparmağa başladı.

4 ildən sonra təcrübələrdən və ərindən bezmiş Kisler Xedi Lamarr adı altında Avstriyadan Hollivuda qaçdı. Yeni karyera mərhələsi sürətlə inkişaf edirdi. Aktrisa film çəkilişlərindən təxminən 30 milyon dollar qazanmışdı. İkinci Dünya müharibəsinin əvvəlində Xedi Lamarr öz ixtirası - maneəyədavamlı radioveriliş texnologiyasını ABŞ-ın "Milli İxtiraçılar Şurası"na göndərir. Aktrisa ixtirasına görə heç bir mükafat götürmədi: o, bunu faşizmlə mübarizə məqsədilə hazırlamışdı.

Kevlar

Polşa mənşəli amerikalı alim Stefaniya Luiza Kvolek dünyanın məşhur "DuPont" kimya şirkətində çalışırdı. 1964-cü ildə, neft qıtlığı ərəfəsində onun qrupu şinlərdə istifadə edilə biləcək yüngül, lakin möhkəm lif axtarmağa başlayır. 1971-ci ildə kəşf edilmiş yeni lif poladdan 5 dəfə daha möhkəm və neylon kimi elastik idi. Bu kevlar idi.

Bu ixtira gülləkeçirməyən jiletlərin əsasını təşkil etdi. 1986-cı ildə Kvolek "DuPont" şirkətində elmi işçi postunu tərk etdi. O, öz ixtirasına görə ümumilikdə 28 patent alıb. Yeri gəlmişkən qeyd edim ki, 1995-ci ildə Kvolek "İxtiraçıların şöhrət zalına" daxil edilmiş dördüncü qadın kimi tarixə düşüb.

Fotoların radioaktiv materiallar vasitəsilə təkmilləşdirilməsi üsulu

Barbara Askins iki uşağının məktəbə getməsini gözləmiş və yalnız bundan sonra universitetdə təhsilini başa vuraraq kimya sahəsi üzrə magistr diplomunu əldə etmişdi. O, parlaq buraxılış imtahanlarından sonra "NASA"-da çalışmağa başlamış və astronomik və geoloji fotoqrafiyanın inkişafı ilə məşğul olmuşdur. 1978-ci ildə Barbara "fotoların radioaktiv materiallar vasitəsilə təkmilləşdirilməsi" üsulunu patentləmişdir. Bu kəşf o qədər populyarlaşdı ki, tezliklə "NASA"-nın sərhədlərini aşaraq rentgen texnologiyalarında, həmçinin köhnə fotoların bərpa edilməsində istifadə edilməyə başlandı. O, bu ixtirasına görə "İlin milli ixtiraçısı" adlandırılmışdır və bu mükafata layiq görülmüş birinci qadındır.

İlk zənci kukla

1969-cu ildə dünyada ilk qaradərili kukla kütləvi istehsal edilib. Onu "Mattel" şirkətinin həmtəsisçisi, 10 il bundan əvvəl "Barbi" kuklasını yaratmış Rut Handler düşünmüşdü.

Milli.Az
Posted:
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Uruqvay Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanı qəbul edib. Lent.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, qonaq Uruqvay Respublikasının Prezidenti Xose Alberto Muxica Kordanonun şəxsi məktubunu dövlətimizin başçısına çatdırdı.   Diyeqo Kanepa Uruqvay Prezidentinin və hökumətinin Azərbaycan ilə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirmək və əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün ona birbaşa tapşırıqlar verdiyini bildirib. O, ölkəsinin ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.   Uruqvaylı qonaq ölkəmizə səfəri zamanı paytaxtımızda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib.  Dövlətimizin başçısı Uruqvay Respublikasının Prezidenti Xose Alberto Muxica Kordanonun şəxsi məktubuna görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişaf etdirilməsi baxımından rolunu qeyd edərək, ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu qeyd edib.  
Posted:
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında ABŞ-ın Con Hopkins Universitetinin Paul Nitşe adına Beynəlxalq Tədqiqatlar Məktəbinin (SAIS) professorları görüş keçirilib. Lent.az-ın məlumatına görə, qonaqları salamlayan İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov tədqiqatçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu gün ki vəziyyəti və İcmanın problemin həlli istiqamətində gördüyü işlər barədə məlumat verib. Konfliktin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən beynəlxalq qurumların ikili standartlara yol verdiyini və konfliktin həllində qətiyyətli mövqe göstərmələrinin zəruriliyini diqqətə çatdıran Orxan Əkbərov bu konfliktin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna biləcəyini xüsusi qeyd edib. Tədbirdən sonra, ABŞ-dan gəlmiş nümayəndə heyəti Şuşadan məcburi köçkün düşmüş insanların kompakt yaşadığı Ramana qəsəbəsinə səfərləri təşkil olunmuşdur.  
Posted:
Bakıda «Rus Kilsə»sində yanğın olub.    Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.   Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, bu gün səhər saatlarında Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 120 kv. metr olan Rus kilsəsinin anbar kimi istifadə olunan zirzəmisində (zirzəminin sahəsi 40 kv.m) divan, xüsusi geyimlər və dini kitablar qismən (ümumi 3 kv.m sahədə) yanıb.   Kilsə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.  
Posted:
O məzarda da vətənsiz sızlayır... - FOTOMilli.Az DHA-ya istinadən bildirir ki, böyük şairin Novodeviçye qəbristanlığındakı məzarına baş çəkən İnanır N.Hikmətin dəfn olunduğu yerdə dua oxuyub.

Şairin anadan olmasının 111-ci ildönümündə Nazimi anmasını özünə şərəf bilən İnanır deyib: "Onun şeirləri insanlıq durduqca duracaq, eşidiləcək, deyiləcək, dəyərli bilinəcək. Nazimi arzuladığı kimi vətənində, Türkiyədə, bir çinarın altında dəfn etməliyik".
"Əlvida, Katya" filmində çəkilmiş aktyor Caner Cindrouk da Nazim Hikmətin məzarını ziyarət edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Fotolar: DHA
Posted:
UAGB 20 Yanvar şəhidlərinin xatirəsini Ülviləşən Mübariz devizi altında yad ediblər - FOTOUAGB-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan diasporunun, o cümlədən bir sıra Ukrayna gənclər təşkilatları və media nümayəndələrinin qatıldığı mərasımi Ukrayna Azərbaycanlı Gənclər Birliynin sədri Anar Tahirov açaraq Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın keçdiyi mübarizə tarixindən danışıb. Qeyd edib ki, anım mərasiminin "Ülviləşən Mübariz" devizi altında keçirilməsində əsas məqsəd 1990-cı ilin 20 yanvar gecəsində şəhid olan 20 yaşlı şair Ülvi Bünyadzadə ilə bu faciədən düz 20 il sonra vətənimizin bütövlüyü naminə qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc nəslə örnək qoyub getdikləri ülviləşən mübarizə yolunu davam etdirməkdən ibarətdir.

Anım mərasimində Azərbaycan səfirliyinin konsulluq məsələləri üzrə 2-ci katibi Asim Osmanov çıxış edərək totalitar sovet rejiminin Azərbaycanda törətdiyi qanlı cinayətlərin beynəlxalq arenaya çatdırılmasında və bu faciəyə hüquqi siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Tədbirdə 20 Yanvar əlili Anatoli Federenko çıxış edərək, müasir silahlarla silahlanmış sovet ordusunun dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxan Azərbaycan xalqına qarşı həyata keçirtdiyi bəşəri cinayətin canlı şahidi olduğunu soyləyib. Həmin gecə ayağından yaralandığını xatırladan Federenko əli Azərbaycan xalqının qanına batan Mixail Qarbaçovu və o zamankı sovet rəhbərliyini qəddar cani adlandırıb. Anım mərasimində Ukrayna Azərbaycanlıları Konqresi adından Rövşən Tağıyev, SOCAR-ın Ukrayna nümayəndəliyi adından Həzi Aslanov, UAGB adından Əzizə Tərlanova, Ramin Hüseynov və digər gənclər çıxış edərək aradan 23 il ötməsinə baxmayaraq faciəni törədənlərin hələ də cəzalandırılmamasını tarixi ədalətsizlik kimi qiymətləndiriblər. Öz qanları ilə Azərbaycan dövlət müstəqilliyinin şərəf və şan tarixinə əbədi imza atmış qəhrəman oğul və qızlarımızın xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar. Anım mərasimində Ukraynada Azərbaycan həqiqətlərinin ölkə ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən gənclərə azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə təsis olunmuş "Gənc Mübariz" fəxri diplomları təqdim olunub.

Tədbirin sonunda mərasim iştirakçıları qanlı yanvar gecəsini özündə əks etdirən sərgi ilə tanış olublar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



































Posted:
Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşübBu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Milli.Az
Posted:
Rusiya Baş Prokurorluğu SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov barəsində cinayət işinin yenilənməsindən imtina edib.   APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı (Profsoyuz qrajdan Rossii) İctimai Birliyi keçən ilin əvvəllərində Mixail Qorbaçovu Sovetlər İttifaqını dağıtdığına, Bakıda bir gündə 132 nəfərin qətlə yetirilməsinə əmr verdiyinə, Vilnüs və Tiflisdə kütləvi qırğınlar törətdiyinə görə məhkəməyə verib.   Eyni zamanda Mixaill Qorbaçov barəsində cinayət işinin yenilənməsi tələbi ilə Rusiya Federasiyası Baş Prokurorluğu yanında İstintaq Komitəsinə müraciət ünvanlanıb. Baş Prokurorluq isə cavabında müraciətdə Mixail Qorbaçovun cinayət məsuliyyətinə cəlb olunması üçün heç bir əsas olmadığını söyləyib. O da bildirilib ki, M. Qorbaçovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarının tələbi olmalıdır.   Bundan sonra Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı İctimai Birliyi tərəfindən Qorbaçov barəsində cinayət işinin yenilənməsi ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Bortnikova müraciət olunub.   Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı İctimai Birliyinin Qorbaçovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı keçirilən məhkəmə prosesi bir ilə yaxındır ki, davam edir. Birliyinin Moskva bölməsinin rəhbəri Aleksandr Kurinov APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, hazırda işə Moskva Apelyasiya Məhkəməsində baxılır: “Sonuncu məhkəmə instansiyasına qədər gedəcəyik. Nəticə əldə etməsək, Qorbaçovun barəsində olan tələblərlə Avropa Məhkəməsinə müraciət edəcəyik. İstəyirik ki, Qorbaçovun fəaliyyətinə hüquqi qiymət verilsin. Nəhəng ölkəni dağıdan, SSRİ-nin prezident andını pozan, minlərlə insanın qanına bais olan, Sovetlər İttifaqının milyonlarla vətəndaşlarına fəlakət gətirən insana “görkəmli ictimai xadim” deyə müraciət olunmamasını istəyirik, buna görə də, sona qədər gedəcəyik”.        Qeyd edək ki, Mixail Qorbaçov barəsində cinayət işi hələ 1991-ci ildə SSRİ Baş Prokurorluğunun şöbə müdiri Viktor İlyuxin tərəfindən başlanıb. Lakin sonra o vəzifədən getdiyinə görə, cinayət işinə xitam verilib.  
Posted:
Amerika Birləşmiş Ştatlarında (ABŞ) yayılan qrip epidemiyası səbəbindən həyatını itirən uşaqların sayı 29 nəfərə çatıb. APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Xəstəliklərin İdarəolunması və Tədbirlər Mərkəzinin (CDC) direktoru Tomas Frieden məlumat verib.   T.Frieden ölkədə H3N2 virusunun səbəb olduğu qrip epidemiyasının normaldan daha erkən başladığını və epidemiyanın xüsusilə uşaqlar və yaşlılar üçün böyük təhlükə yaratdığını açıqlayıb. Ötən həftə xəstəxanaya çatdırılan 65 yaşdan yuxarı yaşlıların sayında ciddi artım müşahidə edildiyini və daha 9 uşağın epidemiya səbəbindən həyatını itirdiyini deyən Mərkəz rəhbəri ümumiyyətlə bu il ərzində xəstəlikdən ölən uşaqların sayının 29-a çatdığını bildirib. Qeyd edək ki, ötən il ABŞ-da 34 uşaq qrip epidemiyası səbəbindən həyatını itirib.  
Posted:
Ermənistanın Mərkəzi Hərbi Hospitalında yanvarın 13-dən müalicə keçən payızdan həqiqi hərbi xidmət keçən 18 yaşlı əsgər Artyom Akopyan ölüb.   APA-nın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, əsgərin xəstəliyi ilə bağlı dəqiq məlumat verilmir. Müdafiə Nazirliyinin istintaq xidmətindən isə bildirilib ki, faktla bağlı cinayət işi açılıb.   Xatırladaq ki, yanvarın 17-də həmin hospitalda ürək çatışmazlığı səbəbindən hərbçi Armenak Mkrtçyan da dünyasını dəyişib.
Posted:
İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirildiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı yanvarın 18-də İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib.

İİN-dən Trend-ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda çıxış edən İqtisadi İnkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev 2012-ci ildə qazanılmış iqtisadi nailiyyətlər barədə məlumat verib. Qeyd edilib ki, uğurla yola saldığımız 2012-ci ildə ÜDM 2,2% artmış, onun adambaşına düşən həcmi 5884,5 manat (7490,5 ABŞ dolları) təşkil etmiş, ÜDM-nin artımına qeyri-neft sektoru hesabına nail olunmuşdur. Ötən il qeyri-neft sektorunda artım 9,7% təşkil etmiş, qeyri-neft sənayesi 7,8%, kənd təsərrüfatı 5,8%, tikinti 18%, nəqliyyat 5%, rabitə 15,9%, turizm 18,8% və s. artmışdır. İllik inflyasiya 1,1% təşkil etmişdir. Bütün mənbələr hesabına iqtisadiyyata 22,1 milyard dollar investisiya yatırılıb ki, bunun 13,3 mlrd. dolları daxili, 8,8 mlrd. dolları isə xarici investisiyalardır.

Ötən ilin 11 ayında 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 mlrd. dollar, xarici ticarət saldosu müsbət 22,6 mlrd. dollar təşkil etmiş, qeyri-neft ixracı 11,2% artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 46 mlrd. dollar olmuşdur ki, bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur. Məqsədyönlü dövlət proqramlarınının uğurlu icrası nəticəsində regionlarda, Bakı şəhəri və onun qəsəbələrində abadlıq-quruculuq işləri davam etmiş, yeni müəssisələr, iş yerləri açılıb. Ötən il infrastruktur layihələrinin icrası, sənaye parklarının təşkili istiqamətində tədbirlər davam etdirilib.

2012-ci ildə sosial layihələr həyata keçirilmiş, əhalinin pul gəlirləri 13,8%, əmək haqqı təqribən 10% artıb. Ölkədə yoxsulluğun səviyyəsi 6%-ə, işsizliyin səviyyəsi isə 5,2%-ə enib.

Sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirləri real bəhrələrini verib, ilin yekunlarına görə özəl bölmənin ÜDM-də xüsusi çəkisi 83% təşkil edib. Dövlət başçısının tapşırığına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi təmin edilib, sahibkarlara göstərilən elektron xidmətlərin sferası daha da genişləndirilib.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə bir sıra tapşırıqların verildiyini vurğulayıb.
Kollegiya iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı, dövlət proqramlarının icrasının sürətləndirilməsi, sənayeləşmənin davam etdirilməsi, infrastruktur layihələrinin icrası, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi, əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsi, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxışın genişləndirilməsi, 2013-cü ilin İKT ili elan olunması ilə əlaqədar informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və s. istiqamətlərdə verdiyi göstərişlərin vaxtında və yüksək keyfiyyətlə icra olunması üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınıb.

İclasda həmçinin, Azərbaycan iqtisadiyyatının, biznes və investisiya mühitinin təşviqi sahəsində Nazirlik tərəfindən görülən işlər müzakirə edilib, bu sahədə tədbirlərin gücləndirilməsi, effektivliyinin artırılması istiqamətində tapşırıqlar verilib.

Milli.Az
Posted:
Kamran Ağayev Xəzər Lənkərandan ayrıldıFutbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev "Xəzər Lənkəran"la yollarını tam ayırıb. Azerisport.az xəbər verir ki, onu heyətinə qatmağa hazırlaşan "Bakı" futbolçunun transfer məbləğini ödəyib.
 
Ağayev də, öz növbəsində, "Xəzər Lənkəran"ın istədiyi məbləği ödəyərək, transfer vərəqini alıb. Beləliklə, cənub klubundan tam ayrılan futbolçunun "zolaqlılar"la müqavilə bağlmasına heç bir əngəl qalmayıb.

Lakin "Bakı"nın Ağayevlə rəsmi müqaviləni Antalya toplanışını başa vurduqdan sonra imzalaması gözlənilir.

Milli.Az 
Posted:
Həbsxanadan çıxdı, zorladığı qızla evləndi - FOTOSESSİYATaşkınla Özge ötən ilin avqust ayında nişanlanmışdılar. Lakin bir müddət sonra Özge nişanı qaytarmaq və Taşkına ərə getmək niyyətində olmadığını demişdi.

Milli.Az DHA-ya istinadən bildirir ki, gənc qızın ailəsi ilə Taşkının ailələri bu qərara qarşı çıxıblar.
Qızın anası hətta Özgeyə cadu-piti olduğunu düşünərək qızını falçıya aparıb. Lakin qız inadından əl çəkməyib.

Bir qədər sonra isə Özgeni yenə falçıya aparmaq bəhanəsi ilə onu Taşkının xalasının evinə, Fethiye rayonundakı Gökben kəndinə aparıblar.

Burada Özge bir otağa salınıb və otağın qapısı da bağlanıb.
Daha sonra isə Taşkın otağa girib, nişanlısına təcavüz edib.
Özge 3 saat sonra otağın pəncərəsindən atılaraq qaçıb.

Jandarm idarəsinə yollanaraq oraya sığınan qız başına gətirilənlərdən danışandan sonra onun nişanlısı Taşkın G., ilə yanaşı, Taşkının atası N.G., böyük qardaşı Y.G., bacısı S.G., qaynı H.G., xalası H.C., xalasının oğlu Ç.C. ilə Özgenin anası S.A. və atası S.A. tutulmuşdular.
Onların ifadələri alınandan sonra Taşkından savayı hamısı buraxılmışdı.

Məhkəmədə isə məlum olub ki, Taşkın istintaq təcridxanasında olarkən Özge ilə nikaha girib və evlənib.

Özge ərə getməyə razı olduğunu deyərək şikayətini geri götürəndən sonra isə Taşkın buraxılıb.
Gənc həbsxanadan çıxandan az sonra toy olub.

Taşkın və Özge bəxtəvər olduqlarını deyiblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.























Fotolar: DHA
Posted:
Xuraman Şuşalı repçiyə nə söz verdi?Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, klip onların birlikdə ifa edəcəkləri "Virtual sevgi" mahnısına çəkiləcək.

"Azərbaycanda hələ heç kim dabstep janrında oxumayıb. Xuramanla mən birinci olacağıq. Mən ona söz vermişəm ki, mahnını yazım, o isə klip çəkdirməyi söz verib", - Dado yerli telekanallardan birinə bildirib.

Milli.Az
Posted:
Dəniz Administrasiyasında 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirildi - FOTOYanvarın 18-də Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında 20 yanvar faciəsinin 23-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Administrasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə iştirakçılar 20 Yanvarda şəhid olan oğul və qızlarımızın əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olmuş 20 Yanvar faciəsi barədə ətraflı məlumat verərək bildirib ki, bu faciə Qorbaçov başda olmaqla, o vaxtkı ermənipərəst SSRİ rəhbərliyinin Azərbaycan xalqının haqq səsinin susdurulması üçün planlı şəkildə törətdiyi qanlı cinayət idi. Sovetlər İttifaqının müdafiə naziri Yazovun, Daxili İşlər Naziri Bakatinin, digər əlaqədar struktur rəhbərlərinin başçılığı ilə təpədən-dırnağadək silahlanmış və tərkibində milliyyətcə erməni zabitlərinin də olduğu xüsusi hərbi birləşmələr əliyalın xalqımıza amansız divan tutublar.

M.Qorbaçov SSRİ və Azərbaycan Respublikasının kanstitusiyalarının tələblərini kobud surətdə pozaraq yanvarın 19-da Bakıya qoşun yeridilməsi barədə ğöstəriş verib və 20-də fövqəadə vəziyyət elan edib. Dövlət Təhlükəsizliyi Komitəsi bundan əvvəl yanvarın 19-u, saat 19:30 radələrində o vaxt yeganə televiziya olan Azərbaycan Televiziyasının enerji blokunu partladaraq bütövlükdə televiziya verilişlərini dayandırıb. Məqsəd xalqı əsas informasiya mənbələrindən məhrum etmək idi.

Nəticədə 137 nəfərdən artıq adam öldürülüb, 700-dən çox insan yaralanıb, 850 nəfərə yaxın adam qanunsuz həbs edilib. Həlak olanlar arasında qadınlar, uşaqlar, qoca və ahıllarla yanaşı, həkim və tibb işçiləri də olub.

Qüdrət Qurbanov bildirdi ki, belə bir ağır şəraitdə ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükədə qoyaraq, Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək oraya yığışan azərbaycaqnlılar qarşısında çıxış edib, SSRİ rəhbərliyinin, Qorbaçovun Azərbaycan xalqına qarşı törətdiyi cinayəti kəskin şəkildə lənətləyib. Qanlı 20 Yanvar faciəsinə də hüquqi-siyasi qiymət yalnız ümummilli lider Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışından sonra verilib.

Administrasiyanın rəisi Qüdrət Qurbanov o ağır günlərdə Azərbaycanın dıniz nəqliyyatı işçilərinin göstərdiyi iğidliklərindən, öz xalqına sonsuz məhəbbət və mərd hərəkətlərindən ətraflı söz açıb.

Tədbirdə şıxış edən Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov, sektor müdirləri Şəmistan Həsənov, Fuad Mərdiyev, şöbə müdirinin müavini Habil Abbasov, baş məsləhətçilər Vüsal Mustafayev, Çinarə Qasımova, məsləhətçı Natiq Həsənov və başqaları qanlı yanvar faciəsilə bağlı acı xatirələrini söyləyərək o vaxtkı respublika rəhbərliyinin xalqa zidd siyasətini, öz xalqının taleyinə biganəliyini kəskin şəkildə pisləyərək şəhidlərimizə allahdan rəhmət diləyiblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Posted:
İngiltərə çempionatı: Şəhərlilər Fulxemə, M.Y Tottenhemə, Arsenal Çelsiyə qarşıMilli.Az xəbər verir ki, turun əksər görüşləri ilk oyun günündə baş tutacak "Liverpul" "Norviç",  "Uiqan" Sanderlend" və "Mançester Siti" "Fulxem" ilə qarşılaşacaq. Sabah isə turun və çempionatın daha gərgin və daha çox maraq kəsb edən oyunları baş tutacaq.

19 Yanvar 13

19:00 Liverpul – Norviç
19:00 Uiqan – Sanderlend
19:00 Nyuakasl – Redinq
19:00 Suonsi – Stok siti
19:00 Mançester Siti – Fulxem
19:00 Vest Xem – QPR
21:30 Vest Bromviç – Aston Villa

20Yanvar 13

17:30 Çelsi – Arsenal
20:00 Tottenhem – Maçester Yunayted

22 Yanvar 13
 
00:00 Sauqempton – Everton

 1     Manchester United              22     18     1     3     56     29     27     55
2     Manchester City                   22     14     6     2     43     19     24     48
3     Chelsea                              22     12     6     4     45     21     24     42
4     Tottenham Hotspur              22     12     4     6     39     27     12     40
5     Everton                               22      9     10     3     35     26     9     37
6     Arsenal                               21      9     7     5       40      24     16     34
7     West Bromwich Albion          22     10     3     9      31       30      1       33
8     Liverpool                             22     8      7      7      35       28      7       31
9     Swansea City                       22     7       9       6     31       26      5      30
10   Stoke City                            22      6     11     5     21       24     -3      29
11   West Ham United                  21      7     5     9      24        27     -3       26
12   Norwich City                        22      6     8      8     24         34     -10     26
13   Fulham                                22     6     7     9        33       38       -5     25
14   Sunderland                          22      6     7     9        24       29       -5      25
15   Southampton                       22      5     7     10      30        40     -10      22
16   Newcastle United                  22     5     6     11     27         39     -12       21
17   Wigan Athletic                      22     5     4     13     23         40     -17      19
18   Aston Villa                           22     4     7     11     17         42     -25      19
19   Reading                               22     3     7     12     26         42     -16      16
20   Queens Park Rangers            22     2     8     12     17          36     -19     14

Tuncay Türbəndəzadə
Milli.Az
Posted:
Azərbaycanda yol qəzalarında 2 nəfər öldü, 2 nəfər isə yaralandıTrend-in şənbə günü Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 19 nəfər tutulub.

Milli.Az
Posted:
Azərbaycanlı prodüserin etirafı: Onu heç bir rəfiqəsi mənim qədər anlamırMilli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, prodüser bir də heç vaxt Röya ilə işləməyəcəyini deyib.

"Mən onun üçün hər şey etmişəm, Azərbaycanda və xaricdə konsertlər təşkil etmişəm. İndi ona yalnız uğur arzulaya bilərəm. Bilirəm ki, onu heç bir rəfiqəsi mənim qədər anlamır, çünki mən Röyanı hamıdan yaxşı tanıyıram. Çoxu düşünür ki, biz nə vaxtsa barışa və birlikdə işləyə bilərik, ancaq bu, belə deyil. Ola bilər ki, haçansa barışarıq, amma birlikdə işləməyəcəyik", - prodüser "Lider" telekanalının "Rəngarəng" proqramına bildirib.

Milli.Az
Posted:
Avtoritetlər saxlanılarkən polisə müqavimət göstəriblər Yanvarın 18-də əvvəllər məhkum olunmuş, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin Xətai rayonu ərazisindəki kafelərdən birində toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə Daxili İşlər Nazirliyinə əməliyyat məlumatı daxil olub.   Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumat yoxlanılaraq təsdiqini tapıb. Bununla əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində 11 nəfər saxlanılıb. Bu zaman onlar polisə müqavimət göstəriblər.  Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılmış, araşdırmalar aparılır.    
Posted:
KƏBİRƏ MƏMMƏDOVA SAHIBKARLARIN YANINA AVTOMATLILARLA GEDİB (FOTO)

Binə ticarət mərkəzində keçirilən aksiya zamanı obyektin sahibi Kəbirə Məmmədovanın davranışı diqqəti cəlb edib. Musavat.com-un məlumatına görə, o, sahibkarlarla görüşə avtomatla silahlanmış dörd nəfərlə gedib. Kəbirə Məmmədova aksiya iştirakçılarını sakitləşdirmək əvəzinə onları hədələyib. Bazar sahibi bəyan edib ki, istənilən halda tələb olunan pul sahibkarlardan alınacaq.




Posted:
SABAH İCTİMAİ PALATA ŞƏHİDLƏR XİYABANINA YÜRÜŞ EDƏCƏK

Bu gün 20 yanvar faciəsinin 23-cü ildönümüdür. İctimai Palata saat 13:00-dan etibarən Hüseyn Cavid prospektindən (keçmiş Əzizbəyov heykəlinin yaxınlığından) Şəhidlər Xiyabanına yürüş edəcək. Bu barədə Müsavatın başqan müavini Gülağa Aslanlı "Yeni Müsavat"a məlumat verdi. G.Aslanlı hər il 20 yanvarda olduğu kimi bu il də bu gün Şəhidlər Xiyabanının ziyarət edəcəklər. Onun sözlərinə görə, şəhidlərin xatirəsini yad etmək hər bir kəsin borcudur və İP də Şəhidlər Xiyabanına yürüş edəcək. Eyni zamanda fəal gənclər birlikdə 20 yanvar faciəsini qeyd edəcək, Şəhidlər Xiyabanına yürüş təşkil olunacaq. 12 yanvar aksiyasında həmrəylik nümayiş etdirən gənclik bu dəfə də ümumimilli məsələdə birlik göstərəcək.
Müsavat Gənclər təşkilatının sədr müavini, başqanın gənclər üzrə müşaviri Əhəd Məmmədli xəbər verdi ki, İP-tərkibində Şəhidlər Xiyabanını ziyarət edəcəklər. O, hər il müsavatçı gənclərin 20 yanvar qəhrəmanlarını yad etdiklərini deyərək bu il də ənənəni davam etdirəcəklərini söylədi. AXCP gənclər komitəsinin sədr müavini İlham Hüseyn də həmişəki kimi ziyarətə qoşulacaqlarını vurğuladı: "Cəbhəçi fəallar kütləvi şəkildə 20 yanvarda şəhid olan insanlarımızı yad edəcək. Gənclər ayrı şəkildə gələcək və İctimai Palataya qoşulacağıq". VHP sədrinin gənclər müşaviri Samir Əsədli də yürüş olacağını qeyd etdi: "Partiya üzvləri və Ali Məclisin sədri Rafiq Manaflı İP-lə birgə gedəcək. Ancaq partiyamızın gəncləri isə gənclərlə birlikdə ziyarət edəcəklər".
Qeyd edək ki, Şəhidlər Xiyabanının girəcəyində və şəhid qəbirləri üstünə qırmızı qərənfillər düzülüb. Kommunal xidmətin işçiləri isə son təmizlik işlərini görürlər. Ərazidə aparılan təmizlik işlərinə Bakının 11 rayonunun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tam heyətlə cəlb olunublar. ANS-in məlumatına görə, təmizlik işləri 10 gündür ki, başlayıb və ayın 20-ə qədər davam edəcək. Qərənfillərdən 20 yanvar hadisəsi ilə əlaqədar məşəl hazırlanıb. Həmçinin xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət "Buta" kompozisiyası da yaradılıb. Şəhidlər Xiyabanındakı daş plitələrdən yararsız olanları yenisi ilə əvəz olunub. Şəhid qəbirləri təmizlənib, işıq dirəkləri hazır vəziyyətə gətirilib. Üzlük daşları yonulub. Xiyabanın işıq dirəklərinin ətrafında qırmızı qərənfillərdən ibarət stendlər hazırlanıb. 20 yanvar faciəsi qurbanlarını ziyarət artıq bir neçə gündür ki. davam edir.
20 yanvar günü isə Şəhidlər Xiyabanına ziyarətə gələnlərin normal hərəkətinin təmin etmək üçün yollarda məhdudiyyət olacaq. Həmin gün insan izdihamını nəzərə alaraq polis gücləndirilmiş iş rejiminə keçəcək. Metronun 20 yanvar stansiyasında hər il olduğu kimi anım mərasimi keçiriləcək. Həmin gün 20 yanvar stansiyasında gediş-gəliş pulsuz həyata keçiriləcək. Bütün stansiyalarda matəm musiqisi səsləndiriləcək və 12.00-da metro qatarlarının hərəkəti bir dəqiqəlik dayandırılacaq. O cümlədən bütün ölkə üzrə bir dəqiqəlik sükut elan olunacaq.
 
E.SALAMOĞLU
Posted:
AZƏRBAYCANDA KRİMİNAL AVTORİTET OVU BAŞLANDI: 11 NƏFƏR TUTULUB

Yanvarın 18-də əvvəllər məhkum olunmuş, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin Xətai rayonu ərazisindəki kafelərdən birində toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə Daxili İşlər Nazirliyinə əməliyyat məlumatı daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumat yoxlanılaraq təsdiqini tapıb. Bununla əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində 11 nəfər saxlanılıb. Bu zaman onlar polisə müqavimət göstəriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb, araşdırmalar aparılır.



Posted:
İstanbulda fahişəxananı belə dağıtdılar - FOTOMilli.Az DHA-ya istinadən bildirir ki, Qayrettepe polis idarəsinin həyata keçirdiyi əməliyyat zamanı fahişəliklə məşğul olan 15 qadın və onların "tacir"ləri tutulublar.

Qadınların ifadələri alınandan sonra onlar buraxılıblar. Fahişəxanaya çevrilmiş barın sahibi isə həbs edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











Fotolar: DHA
Posted:
Benzema ilə Riberi həbs oluna bilər"Bavariya" klubunun yarımmüdafiəçisi Frank Riberi və "Real" Madrid klubunun forvardı Kerim Benzema Parisdə məhkəməsində hakim qarşısına çıxacaqlar.

Milli.Az footballtransferə istinadən xəbər verir ki, Fransa yığmasının futbolçuları yetkinlik yaşına çatmamış qızla cinsi əlaqəyə girdiyi üçün suçlanırlar. Onlardan başqa iş üzrə 6 nəfər də ittiham ediləcək. Məhkəmə 18, 19, 25, və 26 iyun ayında keçiriləcək. Əgər futbolçuların günahı təsdiqlənsə, onları 3 ilə kimi həbs cəzası və 40 min avro cərimə gözləyir.

Tuncay Türbəndazadə
Milli.Az
Posted:
Bakıda silah satan şəxs tutulduBakıda silah satan şəxs yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Ramazanov 1 ədəd "Kalaşnikov" tipli avtomatı, 17 ədəd avtomat patronunu və 1 ədəd patron darağını 1500 dollara satarkən tutulub.

Milli.Az 
Posted:
Oksana Rəsulova hind kinosunun ulduzları ilə - FOTOPublika.Az-ın məlumatına görə, yeni çəkilmiş "Race 2" filminin təqdimat mərasiminə qatılan rəqqasə orada iştirak edən ulduzlarla ünsiyyət qurub. Həmçinin onlarla foto çəkdirib. Fotolarda azərbaycanlı rəqqasəni məhşur Saif ali Khan və Anil Kapur, John Abraham, Amişa Patel, Deepika Padukone ilə görürük.

Hindistandakı dərsləri uğurla davam edən rəqqasəmizin orada filmə çəkilmək şansı da var. O, belə bir imkan olacağı təqdirdə, qiymətləndirəcəyini bildirib.

Milli.Az

 Böyütmək üçün şəkillərə klikləyin.













Posted:
Litvanın nüfuzlu qəzetində Azərbaycan səfirinin müsahibəsi dərc olunub - FOTOLitvanın ən məşhur və ən nüfuzlu qəzetlərindən olan "Lietuvos zinios" qəzetinin bugünkü sayında Azərbaycan Respublikasının Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadənin müsahibəsi dərc olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, "Yanvar hadisələri Bakı və Vilnüsü birləşdirir" başlığı ilə dərc olunan müsahibə qəzetin ilk səhifəsində manşetdən verilmiş və 4-cü səhifədə günün aktual mövzusu rubrikasında oxuculara təqdim olunub.

Səfir müsahibəsində 20 Yanvar faciəsindən, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsindən bəhs edib. O, dönəmin Moskvadakı kommunist partiyası rəhbərlərinin əmri ilə sovet əsgərlərinin tanklarla Bakıya hücumundan bəhs edərək, bugünkü azadlığımıza xalqımızın mərd oğul və qızlarının aqressiya qarşısında öz həyatları bahasına nail olunduğunu vurğulayıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Posted:
Barselona İnstaqramda"Barselona" İnstaqramda qeydiyyatdan keçib.

Bundan sonra klub internetdə fotoşəkil mübadiləsi üçün pulsuz proqram əlavəsindən yararlanacaq.  

Milli.Az "Barselona"klubunun rəsmi saytına istinadən klubun İnstaqramdakı ünvanını təqdim edir – www.instagram.com/fcbarcelona

Tuncay Türbəndəzadə
Milli.Az
Posted:
ƏƏSMN-də 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüş keçirilib - FOTONazirlikdən Trend-ə verilən məlumata görə, tədbirlər çərçivəsində yanvarın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri ilə görüş keçirilib. Görüşdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı zamanı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Qeyd olunub ki, faciənin sabahısı günü, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, həmvətənlərimiz və xarici KİV-lər qarşısında sovet rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı aksiyanı pisləyən bəyanatla çıxış edib.

Ulu öndərimizin 1993-cü ildə respublikamıza rəhbərliyə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməklə, bu faciə zamanı şəhid olmuş insanların ailələrinin və əlil olmuş insanların sosial müdafiəsi daim gücləndirilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə "20 Yanvar şəhidi" fəxri adı almış şəxslərin ailə üzvlərinə ayda 300 manat məbləğində, həmçinin 19 yanvar 2011-ci il tarixli, 370 №-li Fərmanla 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (I qrup əlillər üçün 150 manat, II qrup əlillər üçün 130 manat, III qrup əlillər üçün 100 manat) təsis olunub.

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxtadək 51 nəfər şəhid ailəsi və 20 Yanvar əlili mənzillə, 52 nəfər əlil isə avtomaşınla təmin edilib. Təkcə son üç ildə 37 nəfər 20 Yanvar əlilinin ölkənin ayrı-ayrı istirahət zonalarında istirahəti təşkil olunub. İstedadlı əlillərin yaradıcılıq nümunələrinin təqdim olunduğu sərgi və baxış müsabiqələrdə, habelə idman yarışlarında 20 Yanvar əlillərinin də iştirakı təmin edilir. Onların dövlət hesabına bərpa-müalicəsi təşkil edilir, sosial-məişət problemlərinin həllinə müvafiq köməkliklər göstərilir.

Qeyd edək ki, nazirlik tərəfindən 118 nəfər 20 Yanvar şəhidinin ailəsinin və 318 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardımlar verilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.















Posted:
Gənc müğənni Rövşən Civişova qarşı soyğunçuluqda ittiham olunan Samir Qasımov barələrində gəzən seks qalmaqalına münasibət bildirib. Lent.az-a açıqlama verən S.Qasımov bildirib ki, onun müğənni ilə seks qalmaqalında adının hallanması sadəcə  biabırçılıqdır. “ Mənim adımı müğənni ilə  seks qalmaqalında hallandırırlar. Mən heç yerdə R.Civişovla sekslə məşğul olduğumu söyləməmişəm. Polisə izahatımda da belə bir ifadə  yoxdur. Belə bir şey baş verməyib axı. Sadəcə mən küçə ilə gedirdim, birdən R.Civişov mənə yaxınlaşaraq, yolu necə gedəcəyini soruşdu. Mən isə həmin an əsəbi olduğum üçün, onunla dalaşmağa başladım. Onun  pulunu, mobil telefonunu əlindən alıb hadisə yerindən qaçdım. Bilmirəm indi bu seks söz söhbətləri haradan çıxdı?  Ayıbdır. Hər kəs özünə görə bir oğlandır, mənliyi var. Bu söz-söhbətlər nəyə lazımdır? Bu sözlərlə kimisə alçaltmaq istəyirlər. Bu, düzgün deyil”, - deyə o, bildirib.     Təqsirləndirilən şəxsdən sonra müğənni ilə əlaqə saxladıq. Müğənni hadisə ilə Lent.az-a açıqlama verərək bildirdi ki, bu şayiəni ilk olar yayanlar, hüquq qarşısında cavab verəcək. “ Söhbətin haradan qaynaqlandığını artıq müəyyən etmişik. Onlar qanun qarşısında cavab verəcəklər. Bu gündən etibarən mənə heç bir sayt, telekanallardan bu barədə sual verilməsin. Mən sizin sayt vasitəsi ilə məsələyə son nöqtəmi qoymaq niyyətindəyəm” , - deyə müğənni bildirib.     Qeyd edək ki, hadisə yanvarın 5-də Sabunçu bazarı yaxınlığındakı “26 Bakı komissarı” küçəsində baş verib. Hadisədən bir neçə gün sonra isə Sabunçu RPİ-n 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Samir Qasımov yaxalanaraq istintaqa təhvil verilib.
Posted:
 “Menar Azərbaycan – Zəkanin İnkişafı Proqramı”nın Nərimanov filialının açılışı olub. Lent.az-ın məlumatına görə, mərkəzin Nərimanov filialının rəhbəri Nərgiz Paşayeva bildirib ki, "Menar Azərbaycan – Zəkanın İnkişafı Proqramı”  4-12 yaşlı uşaqlar üçün hazırlanmış zəkanın inkişafı proqramıdır. Menar zehni hesablama dərslərini alan uşaqlar qələm, kağız, kalkulyator və ya kompüterdən istifadə etmədən yalnız öz zehinlərində bir neçə saniyə içində riyazi hesablamaları apara bilirlər”, - deyə o, bildirib.   Qırmızı lentin kəsilməsindən sonra mərkəzlə geniş tanışlıq olub. Çoxlu sayda ailələnin maraq göstərdiyi və açılış mərasimindən sonra mərkəzdə 4-12 yaşlı uşaqlar üçün yaradılan hərtərəfli şərait nümayiş etdirilib.  Yüksək səviyyəli müasir avadanlıqlarla təmin olunan dərs kabinələri və sinif otaqları balacaların ixtiyarına verilib.
Posted:
OHANYAN ERMƏNİSTANIN ALDIĞI SİLAHLARIN TAM SİYAHISINI AÇIQLAYIBAPA informasiya agentliyinin Rusiyanın son bir neçə ay ərzində Ermənistana ötürdüyü hərbi texnika və silah-sursatın siyahısını açıqlaması geniş rezonansa səbəb olub.


APA-nın "aysor.am"a istinadən verdiyi məlumata görə, ötən gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan da keçirdiyi mətbuat konfransında bu məsələyə münasibət bildirib. "Qısaca olaraq deyim ki, APA-nın siyahısı həqiqətə uyğun deyil. Həm də ona görə həqiqətə uyğun deyil ki, tam deyil», - deyə ermənistanlı nazir vurğulayıb.

 S. Ohanyan  bu açıqlaması ilə bir daha təsdiq edir ki, Ermənistan gizli yolla Rusiyadan silah və hərbi texnika alır. APA-nın açıqladığı siyahıda əks olunanlar isə bu silah və texnikaların yalnız bir hissəsidir.

 Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan Rusiyanın Ermənistanı silahlandırdığını təsdiqləyən yeni faktlar ortaya çıxıb.

 APA-nın əldə etdiyi məlumata görə, Rusiya ilə Ermənistan arasında hava vasitəsi ilə son bir neçə ay ərzində Rusiyadan Ermənistana aşağıda göstərilən silah, sursat və hərbi texnika ötürülüb:

 

Zirehli texnika

 

- BMP-3 piyadaların döyüş maşınları;

- BMP-2 piyadaların döyüş maşınları;

- BTR-80 bazasında R-149 komanda-qərargah maşınları;

- BTR-70/80 zirehli transportyorlar.

 

Artilleriya qurğuları

 

- 152mm 2A65 «Msta-B» haubitsaları;

- 152mm 2A36 «Qiatsint-B» topları;

- 2S3M «Akasiya» özüyeriyən artilleriya qurğuları;

- 300mm, 240mm və 122mm üçün reaktiv mərmiləri;

- 152mm artilleriya qurğuları üçün mərmiləri;

- Tanklar üçün 125mm mərmiləri;

- D-30 artilleriya qurğuları üçün 122mm mərmiləri;

- MT-12 topu üçün 100 mm mərmiləri

- Artilleriya üçün ehtiyat hissələri və ləvazimatları;

- 2S3M «Akasiya» üçün ehtiyat hissələri və ləvazimatları;

 HHM və aviasiya vasitələri

 - S-300 zenit-raket kompleksi üçün 5B55K, 5B55R və 5B55U idarəolunan zenit raketləri.

- ZRK «KUB» bir divizion tərkibində;

- 80 mm C-8 idarə olunmayan aviasiya raketləri;

- İdarəolunmayan X-25 ML aviasiya raketləri;

- 57mm C-5 idarəolunmayan aviasiya raketləri UB-20-57 bloku ilə;

- R-60M tipli idarəolunan raketləri;

 Çoxlu sayda döyüş texnikası və aqreqatlar üçün ehtiyat hissələri;

Çoxlu sayda atıcı silahlar, sursatlar və mühəndis əmlakları.
Posted:
GÖMRÜK-SƏRHƏD MƏNTƏQƏSİNDƏ NÖVBƏLƏRİN SƏBƏBİ NƏDİR?Azərbaycan və Rusiyanın gömrük orqanlarının nümayəndələri sərhəd-keçid məntəqələrində yaranan növbələrlə bağlı problemlərin həlli məqsədilə görüş keçiriblər. Bu barədə "Trend" cümə günü "RİA Dağıstan" agentliyinə istinadən məlumat verir.

Bu yaxınlarda "Yaraq-Qazmalar" keçid məntəqəsi ərazisində Rusiya və Azərbaycanın sərhəd nümayəndələrinin işçi görüşü baş tutub. Görüşdə Dağıstan gömrük orqanının vəzifəli şəxsləri də iştirak ediblər.

Dağıstan gömrük orqanının nümayəndəsi agentliyə bildirib ki, tərəflər dialoq zamanı sərhəd-keçid məntəqələri vasitəsilə keçən vətəndaşlar və nəqliyyat vasitələrinin yubanmasının aradan qaldırılmasına yönəldilmiş bir sıra tədbirlər hazırlayıblar.

Görüş iştirakçıları Rusiya və Azərbaycanın dövlət nəzarət orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi məsələlərini nəzərdən keçiriblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın Dövlət Gömtük Komitəsinin verdiyi məlumata görə, son vaxtlar Azərbaycan-Rusiya sərhədində, Xaşmaz Gömrük İdarəsinin Samux gömrük keçid məntəqəsində sərhədi keçmək istəyən avtomobillərdən ibarət növbə yaranıb.
Posted:
              Qış turizmi? Camaatın çoxu heç xizək görməyib                        Qış turizmi? Camaatın çoxu heç xizək görməyib                        Qış turizmi? Camaatın çoxu heç xizək görməyib                        Qış turizmi? Camaatın çoxu heç xizək görməyib                        Qış turizmi? Camaatın çoxu heç xizək görməyib                        Qış turizmi? Camaatın çoxu heç xizək görməyib          .-
Azərbaycanda qış turizmi deyəndə, ilk ağla gələn Qusardakı «Şahdağ» yay-qış turizm kompleksi olur. Ən azından, iki ildir, sadə azərbaycanlılar telekanallardan prezident İlham Əliyevi və xanımını bu mərkəzdə görür, onların xizəklə sürüşməsinə, kanat gəzintilərinə həm maraqla, həm də həsədlə baxırlar.

Kompleksin açılışı 2011-ci ilin fevralında olub. 2 nömrəli kanatın və xizək enişinin açılışında prezident demişdi ki, bu, tarixi hadisədir:
«İlk dəfə olaraq Azərbaycanda dağ xizəyi kurortu fəaliyyətə başlayır. Bu, doğrudan da böyük və tarixi hadisədir. Heç vaxt Azərbaycanda dağ xizək kurortları olmayıb. Heç sovet dövründə də olmayıb. Dünyanın ən qabaqcıl təcrübəsi öyrənildi, ən inkişaf etmiş ölkələrin dağ xizək imkanları araşdırıldı. Burada ən qabaqcıl texnologiya, ən gözəl təcrübə tətbiq olunur».
İMKAN OLSA, QUSARA, ŞAHDAĞA GEDƏRDİK

Xizək sürüb kanata minmək elə adi azərbaycanlıların da ürəyindən keçir. «Ölkə daxilində qışda haralara getmək istərdiniz» sualını cavablayanlar da Qusarın adını çəkir:
- Vallah, qışda getməyinə heç yerə getməmişəm. Ancaq imkan olsa, Qusar tərəfə gedərəm.

- İndi Quba-Qusar tərəfə getmək istəyərəm. Çünki Bakıda qar az olur. Orada isə qar çoxdur. Həm də xizək-zad da var.

- İndiyədək dağlıq yerlərdə olmuşam. Məni cəlb edən Qusardır. Oranın dağları, havası, şəraiti.

- Mən tələbəyəm. İmtahanlara görə hələ heç yerə getməmişəm. Mənə dağlıq yerlərə getmək maraqlı olar. Məsələn, Gədəbəyə getmək istərdim.

- Mən Şamaxıda, Qəbələdə olmuşam. Qış maraqlı olur. Qusara getmək istəyərəm.
http://gdb.rferl.org/4C87031D-B156-49DE-9C55-C34BB31879C5_w268.jpg Foto: Arxivx http://gdb.rferl.org/045D1058-3D89-4E30-ABB9-A4DA3B132D42_w640_s.jpg
Posted:
Bakıda saxta əskinazlar satan şəxs qandallandıBakıda saxta əskinazlar satan şəxs yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayonunun Nic qəsəbə sakini, əvvəllər məhkum olunmuş Adil Çələbiyev 273 ədəd saxta 100 manatlıq əskinazları 10000 dollara satarkən saxlanılıb.

Milli.Az
Posted:
Türkiyə oğlu ilə vidalaşır - FOTOMilli.Az DHA-ya istinadən bildirir ki, Birandla vidalaşma mərasimi İstanbuldakı Doğan TV Center binasının qarşısında başlanıb.
Daha sonra cənazə Teşvikiyye məscidinə aparılıb.

Mərasimə on minlərlə insan qatılıb.
Onların arasında siyasətçilər, jurnalistlər, dövlət adamları, şou-biznes mənsubları, sənətçilər, yazarlar və s. var.

Az sonra mərasimə Türkiyə prezidenti Abdulla Gül, baş nazirin müavini Bülent Arınc, CHP sədri Kemal Kılıcdaroğlu da qatılacaqlar.
Mehmet Əli Birand Anadolu Hisarı qəbristanlığındakı ailə məzarlığında dəfn olunacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.























































Fotolar: DHA
Posted:
Rəqsanə qızını Moskvada niyə gizlədir?Publika.Az-ın məlumatına görə, müğənni qızı Aysunu sevgilisindən gizlətmək məqsədi ilə Moskvaya aparıb.

O, həmçinin balaca qızı Yağmuru da Moskvada bağçaya qoyub. Bütün bunlara səbəb müğənninin qızını sevgilisindən ayırmaq və onu şou-biznesdə görmək arzusudur.

Elə Rəqsanənin qızına təmtəraqlı ad günü törəni keçirməsi və bahalı hədiyyələr bağışlaması da Aysunun könlünü almaq məqsədi daşıyıb.

Anasının bu addımı sevgilisindən heç cür ayrılmaq istəməyən Aysun tərəfindən pis qarşılanıb. Hətta buna görə ana ilə bala arasında inciklik yaşandığı da deyilir.

Milli.Az
Posted:
Xəstə qadına təcavüz etdilərAlsgeymer xəstəsi olan bu qadın hərəkətlərinə və sözlərinə nəzarət edə bilmir, huşsuzluqdan əzab çəkir.

Milli.Az DHA-ya istinadən bildirir ki, evin qapısı açıq qaldığından çölə çıxan qadını yolda maşına mindirən 4 kişi onu Ceyve rayonunun kənarına apararaq, orada vəhşicəsinə zorlayıblar.
Bundan sonra qadını amansızlıqla döyən kişilər qan içində olan A.Ç.-ni yol kənarına ataraq qaçıblar.

Qadının bacısıoğlu V.Ç.-nin dediyinə görə, A.Ç. reanimasiya bölməsindədir və vəziyyəti çox ağırdır.

Milli.Az
Posted:
Bakıda akvarium sərgisi açıldı - FOTOMilli.Az Day.Az saytına istinadən xəbər verir ki, "Aqva Night" adlı sərgidə sualtı dünyanın möcüzələri nümayiş etdirilir.

Müəllifin sözlərinə görə, bu sərgi ilə o, insanların diqqətini ekoloji problemlərə çəkmək istəyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.























Posted:
Boeing şirkəti etibarsız təyyarəsinin satışını dayandırdıMilli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Boeing şirkətinin açıqlamasında deyilir.

Bununla belə, təyyarələrin istehsalı əvvəlki qaydada davam etdiriləcək.

Qeyd edək ki, son bir ay ərzində yaranan nasazlıqlar ucbatından bir neçə aviaşirkət "Boeing 787 Dreamliner" təyyarəsinin istifadəsindən imtina etmişdi.

Milli.Az
Posted:
YAP gəncləri 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçiribTrend-in məlumatına görə, "Şəhidlər ölməz!!!" adlı anım tədbirində köynəklərinin üzərinə 20 Yanvar şəhidlərinin şəkillərini yapışdırmış və Azərbaycan bayrağını əllərində tutmuş gənclər "Əbədi Məşəl" önündə maraqlı kompozisiya ilə Azərbaycan gəncinin 20 Yanvar hadisələri ilə bağlı mövqeyini dünyaya bəyan ediblər.

Tədbirdə YAP-ın Bakı şəhərindən olan 500-ə qədər gənci iştirak edib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, xalqımızın ümummilli matəm və qürur günü olan 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

"Bugünkü tədbir onu göstərir ki, bizim hər bir gəncimiz bu şəhidlər kimi vətəni uğrunda, dövlət uğrunda şəhid olmağa hazırdırlar," - Orucov deyib.

Milli.Az
Posted:
AFFA və FİFA prezidentləri arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, FİFA-nın başçısı Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş baş tutub. Qurum başçıları bu gün Rusiyanın Sankt-Peterburq şəhərində görüşüblər. Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.  
Posted:
APA İnformasiya Agentliyinin Rusiyanın son bir neçə ay ərzində Ermənistana ötürdüyü hərbi texnika və silah-sursatın siyahısını açıqlaması geniş rezonansa səbəb olub.   APA-nın “aysor.am”a istinadən verdiyi məlumata görə, ötən gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan da keçirdiyi mətbuat konfransında bu məsələyə münasibət bildirib. “Qısaca olaraq deyim ki, APA-nın siyahısı həqiqətə uyğun deyil. Həm də ona görə həqiqətə uyğun deyil ki, tam deyil», - deyə ermənistanlı nazir vurğulayıb.   S. Ohanyan  bu açıqlaması ilə bir daha təsdiq edir ki, Ermənistan gizli yolla Rusiyadan silah və hərbi texnika alır. APA-nın açıqladığı siyahıda əks olunanlar isə bu silah və texnikaların yalnız bir hissəsidir.   Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan Rusiyanın Ermənistanı silahlandırdığını təsdiqləyən yeni faktlar ortaya çıxıb.   APA-nın əldə etdiyi məlumata görə, Rusiya ilə Ermənistan arasında hava vasitəsi ilə son bir neçə ay ərzində Rusiyadan Ermənistana aşağıda göstərilən silah, sursat və hərbi texnika ötürülüb:   Zirehli texnika   - BMP-3 piyadaların döyüş maşınları; - BMP-2 piyadaların döyüş maşınları; - BTR-80 bazasında R-149 komanda-qərargah maşınları; - BTR-70/80 zirehli transportyorlar.   Artilleriya qurğuları   - 152mm 2A65 «Msta-B» haubitsaları; - 152mm 2A36 «Qiatsint-B» topları; - 2S3M «Akasiya» özüyeriyən artilleriya qurğuları; - 300mm, 240mm və 122mm üçün reaktiv mərmiləri; - 152mm artilleriya qurğuları üçün mərmiləri; - Tanklar üçün 125mm mərmiləri; - D-30 artilleriya qurğuları üçün 122mm mərmiləri; - MT-12 topu üçün 100 mm mərmiləri - Artilleriya üçün ehtiyat hissələri və ləvazimatları; - 2S3M «Akasiya» üçün ehtiyat hissələri və ləvazimatları;   HHM və aviasiya vasitələri   - S-300 zenit-raket kompleksi üçün 5B55K, 5B55R və 5B55U idarəolunan zenit raketləri. - ZRK «KUB» bir divizion tərkibində; - 80 mm C-8 idarə olunmayan aviasiya raketləri; - İdarəolunmayan X-25 ML aviasiya raketləri; - 57mm C-5 idarəolunmayan aviasiya raketləri UB-20-57 bloku ilə; - R-60M tipli idarəolunan raketləri;   Çoxlu sayda döyüş texnikası və aqreqatlar üçün ehtiyat hissələri; Çoxlu sayda atıcı silahlar, sursatlar və mühəndis əmlakları.  
Posted:
Qəhrəmanlığın əsl dəyəri təhlükələrin böyüklüyü ilə ölçülür. Sağ qalma ehtimalının az olduğunu və ya heç olmadığını bilə-bilə millət yolunda, müqəddəs bir məfkurə uğrunda əzmlə, mətanətlə mübarizə aparanlar, insanlığın yüksək mərtəbəsinə ucalırlar. Bir gün şam kimi sönməyə məhkum olan bəşər övladı silinməz izlər qoyma, şanlı işlər görmə imkanları ilə birlikdə göz açır fani dünyaya. Ruhunu azacıq da olsa, maddiyyatdan xilas edib ömrünü millətə həsr edən insanları tarixin şanlı səhifələrinə qızıl hərflərlə düşmək, könüllərdə taxt qurmaq kimi uca məqamlar gözləyir. Millətə xidmət bəşər övladını zirvələrə aparan ən etibarlı yoldur. Bu çətin, ancaq şərəfli yolu seçən qəhrəmanlar məşəl tək parlar, millətinə işıq və ruh saçarlar. Üstündən əsrlər, qərinələr ötsə də, bu insanların adı, fədakarlığı yaddaşlarda təravətini itirməyəcəkdir. Tarixin səhifələrini vərəqləyib keçmişin dərinliyinə baş vuranda bu insanların abidə kimi qarşımızda yüksəldiyini və işıq saçaraq millətə yol göstərdiyini görürük ...   20 yanvar qəhrəmanları millətin qəlbində sarsılmaz abidəyə çevrilib. Xalqımızın o gecəki "Azadlıq harayı" milləti millət edən milli diriliş ruhudur. O gecə dünya gördü ki, bizim millətimiz yıxılanda ayağa qalxmağı bacaran, əsarətə dözməyən, düşmənin istəyini gözündə qoyub, qəddini dikəldən millətdir. Əgər azadlıq ruhu bizi cuşa gətirirsə, bu, doğma dəyərlərimizə söykənərək ayağa qalxmağımızdandır. Azadlıq inancımızla yoğrulan milli ruhumuzdur. “Azadlıq” sədalarını tankların altında əzilərək, düşmən gülləsinə sinə gərərək qanlı mübarizənin nəqarəti kimi görənlər, anlaya bilər bu ruhu. Toxum özünü torpağın bağrına atıb çürüməyincə ağac olmaz,  meyvə verməz. Torpaq altında əzilmədən, torpaqlaşmadan, çürüyüb yox olmadan ağac olmaq mümkünmü? Toxum yox olmalıdır ki, yoxluqdan ikinci dəfə varlığa göz aça bilsin. Millətinin hürriyyətə qovuşması üçün toxum tək həyatını fəda edən bu uca qəhrəmanlar xalqın azadlıq abidələridir. Bir gecədə bir əsrlik tarix yazan şəhidlər, əllərində dalğalanan, qürurla daşıdıqları üçrəngli bayrağımızla özləri də tarixə qovuşdular. Əli silahsız oğul və qızlarımızın soyuq yanvar gecəsi axıdılan qanı şair Bəxtiyar Vahabzadənin qələmindən kəlmə-kəlmə, sətir-sətir kağız üzərinə köçdü: Qatil gülləsinə qurban gedərkən, Gözünü sabaha dikdi şəhidlər. Üçrəngli bayrağı öz qanlarıyla Vətən torpağına çəkdi şəhidlər. O şənbə gecəsi, o qətl günü,- Mümkünə döndərdik çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü, O gecə dağıdıb sökdü şəhidlər. Tarixi yaşadıb diləyimizdə, Bir yumruğa döndük o gecə biz də. Yıxıb köləliyi ürəyimizdə Cəsarət mülkünü tikdi şəhidlər. İnsan insan olur öz hünəriylə, Millət, millət olur xeyri, şəriylə. Torpağın bağrına cəsədləriylə, Azadlıq tumunu əkdi şəhidlər. O gecə bir tərəfdə qəhrəmanlar xalqın gələcəyi uğrunda candan keçib azadlıq toxumları əkir, digər tərəfdən də Uca Yaradan bu millətə yeni-yeni qəhrəmanlar bəxş edirdi. O gecə doğum evlərində dünyaya göz açan hər on körpədən səkkizi oğlan uşağı idi. Allahın lütfünü görüb heyrətə gəlməmək mümkün deyil. Allah həmin gecə əbədiyyətə qanad açan gənclərimizin yerini boş qoymadı, gələcəyin qəhrəmanları ilə doldurdu. Çünki Allah bizimlədir. Haqq haradadırsa, Allah da ordadır!   *** İstanbulda şəhərin fəthini təsvir edən "Panorama 1453 - tarix muzeyi" var. Üstündən illər keçsə də, o müqəddəs məkan olmuşları nəsildən-nəslə ötürür, yaddaşları korşalmağa qoymur. İçimdə bir arzu baş qaldırdı -  tezliklə Bakıda "Panorama 20 yanvar - tarix muzeyi " açılaydı...   Əziz şəhidlər, ruhunuz şad olsun!
Posted:
Yanvarın 18-də Azərbaycanda bir neçə zəhərlənmə hadisəsi olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xırdalan şəhər sakinləri Vüsalə Məmmədova, Vüsalə Ağaməmmədova, 2 yaşlı Sevinc İsmayılova, Gəncə şəhər sakinləri Ülviyyə Əhmədova və onun qızı 1 yaşlı Aysu, Abdulrəhman Talıbov, Sumqayıt şəhər sakini Fidan Qasımova evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilib.   Bundan başqa Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbə sakini 34 yaşlı Ramin Əliyev və Suraxanı rayonunda yaşayan 17 yaşlı Jalə Baxışova və Xətai rayonunun sakini 29 yaşlı Zəminə Ağayeva öz evlərində dəm qazından zəhərlənərək ölüb.   Yanvarın 18-də Şamaxı rayonunun Göylər kənd sakini Şərqiyyə Mikayılova evindən siçan dərmanından zəhərlənmə səbəbindən Bakı şəhərinin Xətai rayonu ərazisində yaşayan İlham Allahverdiyev isə qidadan zəhərlənərək ölüb.      
Posted:
Bu gün Binə Ticarət Mərkəzində ticarət məşğul olan sahibkarların keçirdiyi etiraz aksiyasında polis əməkdaşları arasında da xəsarət alanlar olub. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymadan müqavimət göstəriblər: “Nəticədə polis əməkdaşlarına məxsus avtomobillər əzilib, bir neçə polis əməkdaşı ciddi xəsarət alıb”.   S. Bağırov, həmçinin qeyd edib ki, qanunsuz aksiya iştirakçıları arasında saxlanılanlar olub: “Aksiyada iştirak edən şəxslər arasında saxlanılanlar var. Onların dəqiq sayını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, hadisəyə mütləq hüquqi qiymət veriləcək, qanunu pozan şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər”.   S. Bağırov aksiyanın dağıdılmasında rezin güllələrdən istifadə edilməsi barədə yayılan məlumatları təkzib edib.   Qeyd edək ki, bu gün Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq aksiya keçiriblər. Aksiya polis tərəfindən dağıdılıb.  
Posted:
MÜDAFİƏ NAZİRLİYİNƏ QARŞI YENİ İTTİHAM: ƏSGƏR DONVURMADAN ÖLDÜ

Murov dağında yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Ramazan Hudulov donvurmadan ölüb. R. Hudulovun xalası Zərnişan Bağbanova əməkdaşımızla telefon əlaqəsi zamanı bildirib ki, əsgər həftələrlə yüksək dağlıq ərazidə yerləşən mövqedə keşik çəkib. Ə. Hudulov növbədən dəyişdirilməyib: "Ramazanın dağda posta qalması barədə bizə məlumat verildi. Ramazanın anası Ayişə , bacıları və qardaşları Murova gedib. Telefonla Ramazanla danışıblar. Ramazan deyib ki, donur. Amma hərbi hissə onu postdan aşağı salmayıb. 12 saatdan sonra yanvarın 9-da Ramazanın anası, qardaşları dağa çıxıb. Dağda donmuş Ramazanı tapıb aşağı düşürüblər. Anasının təkidindən sonra yanvarın 11-da Ramazanı Bakıya hospitala apardılar. Lakin onu xilas etmək olmadı. Ramazan düz 3 ay dağda posta olub onu dəyişməyiblər".

Z. Bağbanovanın bildirdiyinə görə, R. Hudulov ötən ilin oktyabrın 1-də Balakən Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb: "Təzə əsgərə gedən uşağı  hansı əsasla yüksək dağın başına çıxarıb 3 ay dəyişmədən posta saxlayıblar? Nəyə görə onun növbəsini dəyişməyiblər. Biz Ramazanın tələsik dəfn edilməsinin əleyhinəyik. Televiziya və qəzetlərdən xahiş edirik ki, rayona gəlsinlər. Ramazanın cəsədi hələ rayona gəlib çıxmayıb. Deyirlər yoldadır".

Balakən rayonundan aldığımız məlumata görə, R. Hudulov Balakən rayonunun Qabaqçöl qəsəbəsindəndir. Onun ata evi hazırda polis mühasirəsindədir.  Polislər rayonda etiraz aksiyasının keçirilməsindən ehtiyatlanır. Qeyd edək ki, Qabaqçöl qəsəbəsində etnik avarlar yaşayır və rayonun ən böyük yaşayış məntəqəsidir.

Müdafiə Nazirliyi  səhər saatlarında faktla bağlı açıqlama verib.  Nazirliyin bildirdiyinə görə, Şəmkir Hərbi Birləşməsinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsindən hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Xudulov Ramazan İsmayıl oğlu yanvarın 18-də saat 21.45-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

Bu ilin yanvar ayının 11-də səhhətində problemlər yaranan əsgər yerli hərbi hospitala köçürülüb və üç gün sonra vəziyyəti ağırlaşdığına görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib.

Səhiyyə Nazirliyi və Baş Klinik Hospitalın mütəxəssislərinin gərgin səylərinə baxmayaraq, əsgəri həyata qaytarmaq mümkün olmayıb.

Əsgər Xudulov virus+bakterial mənşəli, kəskin meninqoensefalit - ağır gedişli, serebral koma, beyin ödəmi, pərçim sindromu və digər ağır diaqnozlu xəstəlik səbəblərinə görə dünyasını dəyişib.

Qeyd edək ki, Murov dağında yerləşən hərbi hissələr Şəmkir Ordu Birləşməsinin tərkibindədir. Bu Ordu Birləşməsi əsgər ölümləri ilə tanınır. Bir müddət əvvəl Ordu Birləşməsinin Daşkəsən rayonunda yerləşən hərbi hissəsində  əsgər Ceyhun Qubadovun ölümü  paytaxtda etiraz aksiyasına səbəb olmuşdu.

Mövzunu davam etdirəcəyik.    

Leyla İLQAR

Posted:
Ruslan Abışov RubindəRusiyanın "Rubin" klubunun baş məşqçisi Kurban Berdıyev futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın müdafiəçisi Ruslan Abışovun komandasına keçidinə razılaşıb. Azerisport.az xəbər verir ki, yaxın günlərdə həmyerlimiz Kazan klubu ilə rəsmi müqavilə imzalayacaq.
 
Lakin bundan öncə Abışovun tibbi müayinədən keçməsi planlaşdırılıb. Bu, ya Rusiyada, ya da Almaniyada baş tutacaq. Hazırda isə komanda Türkiyədə təlim-məşq toplanışındadı.
 
Qeyd edək ki, tərəflərin 2,5 illik müqavilə bağlaması gözlənilir.

Milli.Az