Thursday, January 31, 2013

Duddud.info - reklamsiz xeber


Duddud.info - reklamsiz xeber


Posted:


"Yeni Müsavat" qəzetinin baş redaktoru

cənab Rauf Arifoğluna

Hörmətli cənab Arifoğlu,


8 yanvar 2012-ci il tarixində rəhbərlik etdiyiniz "Yeni Müsavat" qəzetinin internet səhifəsində digər xəbər mənbəyinə istinadən "AZERCELL"- İN TARİF SİYASƏTİ: BİZİ NECƏ ALDADIRLAR?" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə faktlar təhrif olunmuş və nəticədə "Azercell Telekom" MMC-nin həyata keçirdiyi kampaniyalar barədə oxuculara yanlış məlumatlar təqdim edilmişdir. Məqalə tərəfimizdən "Azercell Telekom" MMC-nin işgüzar nüfuzuna zərər vurmaq cəhdi kimi xarakterizə olunur. Araşdırma kimi təqdim edilən məqalə sağlam tənqidə uyğun olmayan formada yazılmış, qərəzli münasibət sərgilənmişdir. Məqalədə "pul qopartmaq", "pul qırmaq", "kələk gəlmək", "fırıldaq oyun", və s. kimi sözlərin istifadə edilməsi müəllifin özünün təşviq etdiyi "korporativ etika, dürüstlük və əxlaqlılıq" anlayışları ilə birbaşa ziddiyyət təşkil edir.


İlk olaraq "Bütün Azərbaycana bağlan" kampaniyasına dair bildirmək istərdik ki, hər bir kampaniyanın müddəti və şərtləri olur. Bu kampaniyanın da müddəti 30 gün, qoşulmaq şərti isə abunəçilərin öz balansını ən azı 5 AZN məbləğində artırmasıdır. Qeyd etmək istərdik ki, yüklənilən 5 AZN abunəçinin öz balansında qalır və hətta bu balansın istifadəsi üçün Azercell abunəçiyə öz tarif paketindən daha sərfəli qiymətlə 1 dəqiqəsi 5 qəpik olmaqla istifadə imkanı yaradır. Müqayisə üçün qeyd edək ki, adi halda abunəçi bu zənglərin hər dəqiqəsi üçün tarif paketindən asılı olaraq 7-14 qəpik ödəyir. Nəzərə almaq lazımdır ki, kampaniyada iştirak üçün əlavə heç bir – abunə haqqı və yaxud xidmət haqqı ödənilməsi tələb olunmur. Azercell-in müxtəlif nominallı danışıq kartları mövcud olsa da, kampaniyaya qoşulmaq üçün cəmi abunəçidən öz balansını yalnız 5 AZN dəyərində artırmaq tələb olunur. Eyni zamanda qeyd etmək lazımdır ki, "Azercell Telekom" MMC qanunla qadağan edilməyən vasitələrlə öz reklamını yayır. Reklamın fəlsəfəsi də elə məhz məhsulu təşviq etməkdir, burada da hər hansı bir qəbahət yoxdur. Şərtlərin aydın şəkildə izah edildiyi bir kampaniyanın "kələk" adlandırılması isə heç bir çərçivəyə sığmır.


Həcc ziyarəti dövründə mövcud olan rouminq endirimlərinə gəldikdə isə bildiririk ki, göstərilən dövrdə Səudiyyə Ərəbistanına səfər edən abunəçilərimizin rahatlığını təmin etmək məqsədilə "Azercell Telekom" MMC tərəfindən bu ölkədə Azərbaycanın heç bir mobil operatorunun təqdim etmədiyi endirimlər təklif edilmişdir. Belə ki, abunəçilər endirim nəticəsində bütün istiqamətlər üzrə zəngin 1 dəqiqəsi və eləcə də internet trafikinin hər 1 MB üçün 0,70 AZN, eyni zamanda istənilən istiqamətdə 1 SMS-in qiyməti 0,1 AZN tariflərindən istifadə edə bilmişlər. Təklif olunan endirim adi tariflərlə müqayisədə çox sərfəlidir (endirimdən əvvəlki qiymətlər: zənglər 1dəq = 1 AZN, 1 sms = 0,2 AZN, 1 MB internet isə 5,5 AZN idi). Həcc ziyarəti zamanı zəvvarların öz ailəsi və yaxınları ilə endirimlı qiymətlərlə danışmasında hansı məqamın müəllifi qane etmədiyi qaranlıq qalır və anlaşılmazdır.


Daha sonra məqalədə hansısa "Azərbaycan KİV"-lərinin naməlum əcnəbi şirkətlərə müraciətindən və aldıqları cavabdan qeyri-müəyyən formada söhbət açılır ki, bu da anlaşılmaz və qeyri-ciddidir.


Gəncədə keçirilmiş "Pulsuz Samsung Telefonu" kampaniyasında abunəçinin telefona ödədiyi 36 AZN vəsait 1 il ərzində hər ay 3 AZN olmaqla abunəçinin danışıq balansına köçürülür. Müştərinin ödədiyi bütün məbləğ sonunda tam olaraq ona qaytarılırsa, nəticədə telefon aparatı abunəçiyə pulsuz başa gəlir. Qeyd edək ki, kampaniya olmadığı halda, abunəçilər bu telefonu məbləği tam ödəməklə heç bir hədiyyə olmadan əldə edirlər. Belə olan halda, müəllifin sözügedən telefon aparatının abunəçi üçün pulsuz olmaması nəticəsinə gəlməsi və həqiqi narazılığın nədən olması anlaşılmazdır.


Kampaniyalarla bağlı məqalədə əks olunmuş qərəzli məlumatlarla əlaqədar bildiririk ki, abunəçilər və 3-cü şəxslər "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, qüvvədə olan tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.


Müvafiq məqalədə əks olunmuş yoxlanılmamış, heç bir əsası və həqiqətə uyğun olmayan, qərəzli məlumatlara görə təkzib verilməsini, yuxarıda qeyd edilənləri "Azercell Telekom" MMC-nin mövqeyi kimi qəbul edib olduğu kimi "Yeni Müsavat" qəzetinin internet səhifəsində yerləşdirilməsini və gələcəkdə "Azercell Telekom" MMC-nin adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl şirkətin mövqeyinin öyrənilməsini xahiş edirik.


Hörmətlə,


"Azercell Telekom" MMC-nin mətbuat xidməti

16.01.2013-cü il

Posted:


" Əsgər ölümlərinə son!" tələbi ilə keçirilən 12 yanvar mitinqindən bir gün əvvəl "Nida" Vətəndaş Hərəkatının bir-neçə üzvü aksiyaya çağırış vərəqələri yayarkən Fəvvarələr Meydanının mühafizəçiləri tərəfindən saxlanılaraq, polisə təhvil veriliblər. Onlardan iki nəfər ("Nida" Vətəndaş Hərəkatı təhlükəsizlik məqsədilə həmin gənclərin adlarını açıqlamağı məqbul bilməyib) Səbayel rayon 9-cu polis bölməsinə aparılıb və orada A.S.Məmmədovun otağında vəhşicəsinə döyülüblər. Şahmurad adlı polis serjantı gənc fəalları rezin dəyənək, təpik, şillə və yumruqla döyüb, sonra onlar ayrı-ayrı otaqlara salınıb və Şahmurad gəncləri alt paltarlarına qədər soyunduraraq yenidən döyüb. Bölmədə gənclərə ağır psixoloji təzyiq göstərilib, onlardan biri keçirdiyi stressdən yataq xəstəsinə çevrilib və hələ də müalicəsi ev şəraitində davam edir. Digərinin isə kürəyində və ayağında rezin dəyənək izləri hələ də qalır. Səhərədək bölmədə saxlanılan gənc fəallar heç bir hüquqi sənədləşmə olmadan azad olunublar. Müsavat Partiyası bildirir ki, əhalinin, xüsusi ilə də gənclərin günbəgün artan ictimai və siyasi fəallığından qorxuya düşən hakimiyyət, bu cür repressiv metodlarla narazılıqların qarşısını almaq istəyir. Partiya bəyan edir ki, əslində belə metodlar cəmiyyətdə gərginliyin artmasına səbəb olur ki, bunun da ən böyük zərbəsi məhz iqtidarın özünə dəyəcək. Müsavat Partiyası polisin bu özbaşınalığını və vəhşiliyini qətiyyətlə pisləyir və hadisənin günahkarlarının cəzalandırılmasını tələb edir.


18 yanvar 2013-cü il.

Posted:
Türk rəqqasəni alnından vurdularMilli.Az DHA-ya istinadən bildirir ki, Traş sevgilisini, bir uşaq anası olan 33 yaşlı Muallanı tapança ilə alnından vurmuşdu.

Sakarya Şəhər Xəstəxanasında 209 gündən bəri reanimasiyada olan və süni tənəffüs qurğusuna bağlanmış Mualla Akça bu gün dünyasını dəyişib.
Traş olaydan 3 gün sonra tutulmuşdu.

Polisdən verilən məlumata görə, ötən ilin yanvarın 20-də Traş sevgilisi olan qadını gözəllik salonunda ayağından güllə ilə vurmuş, 7 ay həbsdə qalmışdı.

Milli.Az
Posted:
Qırğızıstanda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi kecirilib - FOTOAzərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Bişkək şəhərində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi İctimai Birliyi ilə birlikdə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi kecirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Qırğızıstanda yaşayan soydaşlarımız, Azərbaycan diasporunun fəal üzvləri, iş adamları iştirak ediblər.

Tədbirin açılışından əvvəl müşavir İlqar Cabbarov səfirlikdə toplaşan mərasim iştirakçılarını Azərbaycan xalqının silinməz qan yaddaşı olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinə dəvət edib. Anım mərasiminin davamı olaraq Cabbarov tədbir iştirakçılarına Qara Yanvar faciəsi haqqında ətraflı məlumat verib və qeyd edib ki, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub, bu faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib.

Tədbir iştirakcıları öz cıxışlarında 1990-ci il yanvarın 20-də Sovet qoşunlarının Azərbaycan xalqına qarşı amansızcasına törətdiyi faciəni pisləyib və bu cinayətləri törətmiş şəxslərin hələ də bu günə kimi öz layiqli cəzalarını almadıqlarını vurğulayıblar.

Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş Azərbaycanın "Lider" telekanalının istehsalı olan "Qanlı Yanvara aparan yol" sənədli filmi nümayiş etdirilib, səfirlik tərəfindən fotosərgi və 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisi təşkil olunub.

Səfirlik tərəfindən ehsan verilib və şəhidlərimizin ruhuna dualar oxunub.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən hazırlanmış xüsusi press-reliz Xarici İşlər Nazirliyi, ölkədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə, ölkənin dövlət orqanları, ölkədə fəaliyyət göstərən aparıcı qəzet redaksiyalarına, informasiya agentliklərinə və televiziya kanallarına yayılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Posted:
Facebook məktəbə qan saldıMilli.Az DHA-ya istinadən bildirir ki, Yüreğir rayonundakı Akdeniz məhəlləsində yerləşən Cumhuriyyət liseyində yaranan davanın səbəbi 20 yaşlı Gökhan Ü. ilə 16 yaşlı Ö.C.Z. arasında başlayıb.

Səbəb isə Gökhanın sevdiyi qıza Ö.C.Z.-nin Facebookda təklif yollaması idi.

Milli.Az
Posted:
Azərbaycanın hava məkanından istifadə qaydaları təsdiq edildiNazirlər Kabinetindən Trend-ə bildiriblər ki, bu Qaydalar Azərbaycan Respublikasının hava məkanında həyata keçirilən uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin tələblərinə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) haqqında Konvensiyaya (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına), habelə onun əlavələrinə uyğun olaraq hazırlanıb.

Bu Qaydalar hökumətlərarası sazişlərə və Azərbaycanın Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) dərc edilmiş tələblərə uyğun olaraq Azərbaycanın ərazisi üzərindən ötüb keçən, habelə onun hava limanlarına və aerodromlarına uçuşlar yerinə yetirən pilotlu və pilotsuz uçuş aparatlarının (Azərbaycan Respublikasına və digər xarici dövlətlərə məxsus) Azərbaycanın hava məkanından istifadə qaydalarını müəyyən edir.

Milli.Az
Posted:
Azərbaycanda bir sıra QHT-lərin maliyyə hesabatlarından azad olunması gözlənilirQHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Trend-ə bildirib ki, bununla bağlı məsələ 2013-2018-ci illərdə QHT-lərin inkişafı üzrə Fəaliyyət Planında öz əksini tapıb.

Şura sədri hesab edir ki, illik dövriyyəsi kiçik məbləğdə olan QHT-lərin sənəd təqdim etməsinə ehtiyac yoxdur.

O, həmçinin bildirib ki, ümumilikdə bütün QHT-lərin hesabatlarının gələcəkdə sadələşdirilmiş qaydada təqdim olunması gözlənilir. "Hazırda hesabatlarda 4 adda sənəd qəbul olunursa, gələcəkdə onları 2-dək endirmək, yaxud daha da azaltmaq lazımdır", - Şura sədri deyib.

Quliyev qeyd edib ki, artıq Maliyyə Nazirliyi Şuranın təkliflərini müsbət cavablandırıb.

Onun sözlərinə görə, bu ayın sonlarınadək 2013-2018-ci illərdə QHT-lərin inkişafı üzrə Fəaliyyət Planının geniş ictimai müzakirəsinin keçirilməsi planlaşdırılır.

Milli.Az
Posted:
AzerNews qəzetinin növbəti nəşri işıq üzü gördüYanvarın 18-də "AzerNews" qəzetinin növbəti nəşri işıq üzü gördü.

Qəzetin bu sayında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına dair iclası, YARAT! Müasir İncəsənət Məkanının YAY! qalereyasında təşkil etdiyi "PAT vəziyyəti" sərgisi, Dünya Bankının 2013-cü il üçün Azərbaycanla bağlı proqnozu haqqında oxuya, həmçinin Bakıda fəaliyyət göstərən özəl türk şirkəti - Çağ Öyrətimin rəhbəri Enver Özerenin müsahibəsi ilə tanış ola bilərsiniz.

"AzerNews" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Milli.Az
Posted:
Azərbaycanda stasionar müəssisələrin fəaliyyəti qiymətləndiriləcəkSəhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Oqtay Şirəliyevin "Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi barədə" 2011-ci il noyabrın 22-də verdiyi əmrə uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 9-cu baxışı üzrə kliniki modifikasiya və XBT-nın 10-cu baxışı Azərbaycan dilinə tərcümə olunub. Yeni sənəd Azərbaycanda bütün xəstələnmə və ölüm hallarının, habelə cərrahi əməliyyatların beynəlxalq təsnifata uyğun kodlaşdırılmasına da imkan verəcək.

Həmin sənəd müvafiq stasionar müəssisələrə paylanacaq.

Stasionarların fəaliyyətinə dair məlumatların kodlaşdırılması və elektron qaydada məlumat bazasına daxil edilməsi üçün zəruri hesab edilən bu təsnifatlar üzrə bütün stasionar müəssisələrin həkimlərə bu ilin fevral-mart aylarında təlimlər keçiriləcək.

Milli.Az
Posted:
Bu gün Bakı şəhərinin Suraxanı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zığ qəsəbəsi, Göyüşov küçəsi ev 96 B ünvanında 1995-ci il təvəllüdlü Baxışova Jalə Xanoğlan qızı dəm qazından boğulub. 18 yaşlı qız evin hamam otağında olarkən dəm qazından boğulub. Onun meyitini ailə üzvləri aşkarlayıb.   Məlumata görə, J.Baxışova orta məktəbin 11-ci sinif şagirdi olub. O, səhər saatlarında əl-üzünü yuyarkən dəm qazından boğulub.
Posted:
Azərbaycanda kriminal avtoritet həbs edilib. Bu barədə APA-ya Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elnur Tahir oğlu Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun üstündən 10,72 qram marixuana, 1 ədəd süngü-bıçaq və 1 ədəd düyməli bıçaq götürülüb.   Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, E. Babayev kriminal aləmlə “Saşa” ləqəbi ilə tanınan avtoritetdir. Onun Bakı, Gəncə və Sumqayıtda “razborka”larda yaxından iştirak etdiyi, bəzi ticarət obyekti sahiblərindən haqq aldığı məlum olub.   Hazırda polis E. Babayevin digər cinayətlərinin olub-olmadığını araşdırır.
Posted:
Lev Roxlin. Dövlət sirrini açdığı üçün öz qadınının əli ilə öldürülən general. Parlamentdə tutduğu mühüm vəzifə - Müdafiə Komitəsinin sədri olması və böyük hərbi təcrübəsi belə onu qoruya bilməmişdi. O, Rusiya siyasi rəhbərliyinin gizli silah və texnika satışından əldə etdiyi milyardların izinə düşüncə həyatını ölümcül zərbə qarşısında qoydu. Lakin geri çəkilmədi və bütün dünyaya bəyan etdi ki, Rusiya Ermənistana 1 milyard dollardan artıq silah yardımı edib. Belə mötəbər şəxsin dilindən səslənən bəyanatın doğurduğu reaksiyaları təxmin etmək çətin deyildi. Roxlin gündəmdə qalmaq üçün populizmə əl atan şəxslərdən deyildi. Ermənistanın o dövrdə əldə etdiyi silahları araşdırmaq üçün Azərbaycanın etirazları nəticəsində Rusiya ilə birgə dövlət komissiyası təşkil olundu. Lakin nəyi inkar etmək olardı, bir halda ki, Roxlin bütün siyahını təqdim etmişdi. Viktor Çernomırdin həmin hadisələrdən az keçmiş Bakıya təşrif buyurur və prezident Heydər Əliyev qarşısında bəyan edir ki, həmin silahlar Azərbaycana qarşı deyil, NATO-nun və Qərbin “cənub cinahı”nda həyata keçirmək istədiyi siyasəti əngəlləmək üçün nəzərdə tutulub. Diplomatiya tarixində belə açıq mətnli mesajlar çox olmur. Hər halda Rusiya cənub səngərində hərbi potensialını bu gün də artırmaqda davam edir. Qafqazın silahlandırılması və militaristləşmə təhlükəsizliyə böyük zərbədir. Bu, hər zaman Rusiyadan asılılıq deməkdir. İldə 31 milyard dollardan artıq gəlir əldə edən bir ölkə silah bazarını məhz dondurulmuş konfliktlərin hesabına inkişaf etdirir. Belə faydalı biznes dünyada heç bir sahə ilə müqayisə oluna bilməz. Hərbi balansdan bəhs etməyin bir anlamı yox. Üstünlük həmişə onların tərəfində olub. Söhbət heç də Gümrüdəki 103-cü hərbi bazadan və onun kontingentindən getmir. Oradakı hücum silahları bir neçə min km radiusda hədəfləri vura bilmək imkanındadır. Şərti düşməni NATO olan bir ölkə hərbi maraqlarını qorumaq üçün Ermənistanı silah anbarına çevirib. Belə yerdə ATƏT-in “cinah sazişi” sənədi sadəcə kağız parçasıdır. Onlar regiona müfəttiş göndərib kvotalara riayət olunmasına nəzarət edə bilərdilər. Lakin bu, sərfəli olmayan və nəticəsiz bir məşğuliyyətdir. Çünki Avropa ölkələri də Cənubi Qafqazdakı qeyri-sabitlikdən qazanırlar. Region nə qədər kövrək sülhə malik olursa, onun iqtisadi resurslarını bir o qədər ucuz şərtlərlə istismar etmək mümkün olur. Rusiya silahları ilə döyüşən ermənilərin 2012-ci ildəki hərbi büdcəsinin cəmi 300 milyon dollar olduğunu xatırlatmaq statistika həvəskarlarına lazım olar. Bu il artımla həmin rəqəmi 449 milyon dollara çatdırmağı düşünürlər. Lakin elə son günlər Rusiyadan ixrac olunan texnika və ağır silahların, raket qurğuların birgə qiyməti bir illik büdcə məsrəflərindən çoxdur. Nəticə çıxarmaq çətin deyil ki, Azərbaycanı sürətlə silahlanmaya təhrik edən belə siyasət az qala İran və İraq arasında gedən 8 illik savaşdakı beynəlxalq silah partiyalarının tutduğu mövqeni xatırladır. Neft dollarlarını xalqın ehtiyacına deyil, müdafiəyə və təhlükəsizliyə xərcləməklə ölkələrə öz şərtlərini diktə edirlər. Qərbsə susur. Gürcüstana verilən silahlar və hərbi quruculuğa dair göstərilən köməklər rus silahından imtinaya əsas yaratmır. Çünki Amerika və NATO-nun Cənubi Qafqazda hərbi bazalar yaratmaq niyyəti yoxdur. Onlar rəsmi şəkildə ərazi bütövlüyünü müdafiə etdikləri Azərbaycanı nə Rusiyanın, nə də Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının həmlələrindən qorumaq fikrində deyillər. Ölkəmiz hətta taransmilli layihələrin də təhlükəsizliyini çox kiçik beynəlxalq dəstəklə təkcə özü qoruyur. Qardaş Türkiyə Rusiyanın onun sərhədlərinə belə hərbi güc toplamasına necə yanaşır? Bu haqda sayın Ərdoğanın bəyanatı çox maraqlı olardı. Bəlkə Suriya ilə sərhədlərə Petriot raketlərini yığmaqla əvəzində Rusiyanın Qafqaz siyasətindəki maraqlarına güzəştə gedilib? Elə isə Azərbaycanla az qala hərbi müttəfiqlik sazişi olan müqavilənin aqibəti necə olsun? Bütün hallarda türklərlə bərabər hərbi kontingentlə ruslara qarşı vuruşmaq yalnız virtual layihələrdir. Heç kəs nüvə dövləti ilə bizə görə düşmən olmaq istəməyəcək. Azərbaycansa həmin silahların hədəfindədir. Qarabağa gətirilən Rusiya texnikası hər gün insanlarımızı canlı hədəfə çevirir və işğalın davamlılığına təminat yaradır. Rusiyanın sülhməramlı missiyası bundan ibarətdir. “1905-ci ildə” əsərini xatırlayırsız, deylmi? “Atan kazaklardır”. Üstündən yüz il keçsə də Allahverdi və İmamverdi adlı iki xalq həmin rus silahları ilə bir-birini məhv edir. Onlara hələ ki nə Allah, nə də imamdan gələn dinclik yoxdur. Allahı verən hələ ki, ruslardır!
Posted:
AŞ PA-DA AZƏRBAYCANLA BAĞLI QIZĞIN MÜZAKİRƏ OLACAQAvropa Şurası Parlament Assambleyası (AŞ PA) yanvarın 23-də Azərbaycandakı vəziyyətə dair iki məruzəni dinləyib müzakirə edəcək. AŞ PA Monitorinq Qrupunun həmməruzəçiləri tərəfindən hazırlanan birinci hesabat Avropa parlamentarlarının mühakiməsinə yanvarın 22-də təqdim olunacaq. Məruzədə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri necə yerinə yetirməsi ilə bağlı məlumatlar təhlil edilir.

İkinci məruzə siyasi məhbuslar məsələsi üzrə xüsusi məruzəçi, alman deputatı Kristofer Ştrasser tərəfindən hazırlanıb. Bu sənəddə ölkədəki siyasi məhbusların vəziyyətindən söhbət gedir. Ştrasserin məruzəsi AŞ PA-nın siyasi məhbusların statusunun müəyyən edilməsinin meyarlarına dair payız qətnaməsi əsasında hazırlanıb. Xatırladaq ki, bu meyarlar məsələsi Azərbaycanda, həmçinin Avropa Şurasına üzv olan başqa ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, Ukrayna və digərlərində tənqidlərlə qarşılanmışdı. Yanvarın 23-də K.Ştrasserin məruzəsi ətrafında çox qızğın müzakirə və diskussiyaların olacağı gözlənilir.

Qeyd edək ki, AŞ PA-nın yanvar sessiyasının işində "İnsan haqları uğrunda" İctimai Birliyin sədri Eynulla Fətullayev də iştirak edir. Yanvarın 22-də hüquq müdafiəçisinin avropalı parlamentarlarla görüşü keçiriləcək. Hazırda Brüsseldə olan E.Fətullayev musavat.com saytına bildirib ki, o, həmin görüşdə həm özünün, həm də Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyini deputatların nəzərinə çatdıracaq. Yanvarın 23-də isə E.Fətullayev AŞ PA-nın aparıcı fraksiyalarının və parlament qruplarının nümayəndələri ilə görüşəcək və avropalı parlamentarları Azərbaycandakı vəziyyət barədə məlumatlandıracaq. E.Fətullayevin iştirakı ilə keçiriləcək bu dinləmələr AŞ PA-dakı bir neçə nümayəndə heyətinin təşəbbüsü ilə təşkil olunur.

Kamran



Posted:


Yanvarın 16-da Moskvada başından güllələnərək öldürülmüş kriminal avtoritet Aslan Usoyanın nəşi dəfn olunmaq üçün bu gün Tbilisiyə gətirilir (Minval.az).  

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Usoyanın dəfnində iştirak etmək üçün "qanuni oğrular" Gürcüstana gələ bilərlər.

Kriminal dünyanın qətlə yetirilmiş kralının Kuki qəbristanlığında dəfn olunacağı gözlənilir.

Beynəlxalq yezidlər şurasının sədri Əziz Tamoyan bu gün jurnalistlərlə söhbətində bildirib ki, Aslan Usoyanın qətlini Rusiya hakimiyyəti təşkil edib.

Qeyd edək ki, BYŞ Ermənistanda fəaliyyət göstərir. "Biz səsimizi bütün dünyaya çatdırcağıq. Ermənilər bizə münasibətdə çox mehribandırlar, bəs Rusiyada nə baş verir? Yezidlər ermənilər kimi, rusları da öz böyük qardaşları sayırlar, amma böyük qardaşlar necə davranırlar".

Yezidi kürdlərin rəhbəri bildirib ki, onlar Aslan Usoyana kriminal nöqteyi nəzərdən yox, insan kimi hörmət edirlər.

Əziz Tamoyan qeyd edib ki, "Ded Xasan"ın ölümü ilə bağlı yezidi kürdlər yeddi günlük matəm elan ediblər.


Posted:
KİNEMATOQRAFÇILAR İTTİFAQINDA AXTARIŞ

İttifaqın sədri Rüstəm İbrahimbəyov "Media forum" saytına deyib ki, axtarışı nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 10 nəfər əməkdaşı həyata keçirib: "Onlar bütün sənədləri yığıb özləri ilə götürüblər. Deyirlər bu sənədlər onlara lazımdır və onları aparmalıdırlar. Baxmayaraq ki, həmin sənədlərin surətini çoxdan vergi nümayəndələrinə vermişik. Onlar da bir ay ərzində həmin sənədləri yoxlayıblar. Birinci yoxlamadan sonra bildiriblər ki, hər hansı qanun pozuntusu yoxdur. İkinci araşdırmadan sonra isə bildiriblər ki, vergidən yayınma olub və cinayət işi açırıq. İndi də gəlib bütün sənədləri yığıb götürüblər. Mən hər dəfə çıxış edəndən sonra belə təzyiqlər edirlər. Mənə mesaj verirlər ki, ya sus, ya da səndən əl çəkməyəcəyik".

R.İbrahimbəyov bildirib ki, axtarış zamanı ittifaqda olmayıb: "Başqa işlərim var, ona görə də ittifaqa getmədim. Orada başqa işçilərimiz var".

Posted:
.-
Yanvarın 18-də «İşdən sonra» proqramında müzakirə olunacaq mövzular:

Saat 17:00-18:00

SİYASİ VERGİ YARADICILIĞI…

Kinorejissor Rüstəm İbrahimbəyov, onun həmkarı Əlisa Cabbarov və kulturoloq Rəhman Bədəlov bu haqda danışacaqlar.

Dinlə Azadlıq Radiosu Saat 18:00-18:30

2013 - İNFORMASİYA TEXNOLOGİYALARI İLİ...

İKT sahəsi üzrə mütəxəssislər Vahid Qasımov və Osman Gündüz bu sahənin inkişafı üçün təkliflərini bölüşəcəklər.

Sualın varsa, bizə

Sms yaz - 050 744 10 17

Zəng et - 012 436 77 41

E-mail yolla - efir@azadliqradiosu.az
Posted:
              Prezidentin andiçmə mərasimi... rəqəmlərdə                        Prezidentin andiçmə mərasimi... rəqəmlərdə          .Yanvarın 21-də ABŞ prezidenti Barack Obamanın inaqurasiya mərasimidir
Azadlıq Radiosunun xəbərlər şöbəsi inaqurasiya mərasimini rəqəmlərlə təqdim edir.

2- inaqurasiya mərasimi ilə əlaqədar smartfonlar üçün yaradılmış xüsusi proqramların sayı.
Bunlardan birincisi canlı yayımı izləmək üçün yaradılıb,  ikincisi inaqurasiya mərasiminə gələnlərə şəhərdə bələdçilik və mərasimdə öz yerlərini asan tapa bilməsi üçündür.    

2-  prezidentin andiçmə mərasimində istifadə olunan İncillərin sayı. Bunlardan biri Abraham  Lincolnun ( Avraam Linkoln) incilidir, o biri Martin Luther Kingə (Martin Lüter Kinq)  məxsusdur.  

57- ABŞ-da indiki də daxil,  bütün prezident inaqurasiyalarının sayı. İlk andiçmə mərasimi 1793-cü ildə olub.

1195- inaqurasiya həftəsində Vaşinqtonda Mandarin Oriental Hoteldə ən ucuz otaqda bir sutka qalmağın dollarla qiyməti. Burda adi vaxtda qiymət 295 dollardır.

2800- inaqurasiya paradında iştirak edəcək qrupların sayı.

28189- inaqurasiya paradının keçəcəyi yolda  oturacaqların sayı.

7500- inaqurasiya medal dəstinin dollarla qiyməti.
Bu dəstə qızıl, gümüş və bürünc medallar daxildir.

50000 – inaqurasiyada kömək edəcək könüllülərin sayı

600 min-800 min- inaqurasiyaya gələcək adamların sayı. 4 il əvvəl onların sayı 2 milyon olmuşdu.

1 milyon - şirkətin “Vaşinqton səviyyəli donor” olmaq üçün  inaqurasiya komitəsinə verməli olduğu ianə.
Bu məbləğ fərdlər üçün 250 min dollardır.
“Vaşinqton səviyyəli donor” VİP qəbullara, konsertlərə  dəvətlər alır, paradlarda oturmağa yeri olur və s.
Posted:
Boeing minlərlə adamı yolda qoyduMilli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu hadisə 7,4 min sərnişini yolda qoyacaq.

Hələlik sərnişinlərə kompensasiyanın verilməsi və ya başqa vaxta bilet təyin edilməsi barədə məlumat yoxdur.

Yanvarın 25-ə qədər olan reyslər təxirə salınacaq.

Qeyd edək ki, Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm nazirliyinin qərarına əsasən, ölkə ərazisində bütün "Boeing 787 Dreamliner" təyyarələrinin fəaliyyətləri dayandırılmalıdır. Belə bir qərar yanvar ayı ərzində bu təyyarə ilə bağlı baş vermiş bir neçə hadisədən sonra qəbul olunub.

Milli.Az
Posted:
Dubay Əmirliyində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib - FOTOSəfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə Azərbaycanın Dubaydakı baş konsulu və konsulluğun əməkdaşları, ARDNŞ-nin Dubaydakı nümayəndələri, Azərbaycan Beynəlxalq Bankının Dubaydakı ofisinin nümayəndələri, Dubayda yaşayan həmvətənlərimiz və təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Mərasimi səfir Elxan Qəhrəman çıxış nitqi ilə açaraq, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Həmçinin səfir 20 Yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımların cəsarətsizlik və siyasi təslimçilik nümayişi olduğunu və həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatın o vaxt Moskda yaşayan ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini və dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanatın böyük əks-səda doğurduğunu bildirib.

Daha sonra tədbirdə 20 Yanvar faciəsini özündə əks etdirən "Azadlığa gedən yollar" sənədli filminə baxılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











Posted:
Özünə polad böyrək düzəltdiO, ağrılarından qurtulmaq üçün özünə hemodializ qurğusunu hazırlayaraq illərdən bəri bu "icad"dan yararlanır.

Milli.Az Xinhua-ya istinadən bildirir ki, "süni böyrək" aparatının analoqu olan belə qurğunu hazırlamasının səbəbi xəstəxanalarda müalicə puluna qənaət etməyə çalışmasıdır.

Sunvenin aparatı çoxsaylı qablar, konteynerlər, habelə distillə və duz məhlullarından ibarətdir.
Hu bu aparatı "polad böyrək" adlandırır.

13 ildən bəri aparatın normal çalışdığını deyən Sunven "polad böyrək" qurğusunun onun qanını maddələr mübadiləsinin zəhərli məhsullarından təmizlədiyini və orqanizmdəki su-elektrolit balansını normaya saldığını vurğulayıb.

1993-cü ildə xroniki böyrək çatışmazlığı diaqnozu ilə qarşılaşmış Hu Sunven bütün pullarını hospitalda xərclədiyi üçün özünə hemodializ aparatı yaradıb.

Milli.Az
Posted:
Ötən il İçərişəhəri nə qədər adam ziyarət edib?Bu barədə Trend-ə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Bundan əlavə, ümumi sayı 2861 nəfərə çatan 232 xarici rəsmi nümayəndə heyəti qəbul edilərək ərazidəki tarixi-memarlıq abidələri və digər maddi irsimizin nümunələri ilə tanış olublar.

İçərişəhərin Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə qorunma vəziyyətinin qiymətləndirilməsi məqsədilə Dünya İrs Mərkəzinin və İKOMOS-un birgə monitorinq missiyasının Bakıya səfəri təşkil edilib, Sankt-Peterburqda keçirilən Dünya İrs Komitəsinin sessiyasında İçərişəhər barəsində müsbət qərarın çıxarılmasına nail olunub.

Milli.Az
Posted:
Azərbaycanda boşanmaların sayı artıb, nikahlar isə azalıbAzərbaycanda ötən il qeydə alınan nikahların sayı azalıb, boşanmaların sayı isə artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2012-ci ildə 79,3 min nəfər nikah bağlayıb ki, bu da 2011-ci illə müqayisədə 8800 nəfər azdır.

Boşananların sayı isə ölkədə il ərzində 11 min nəfər təşkil edib.

Qeyd edək ki, boşananların sayı artıq neçə illərdir ki artır. Belə ki, 2011-ci ildə 10,7 min nəfər (2012-ci ilə nisbətən 300 nəfər az), 2010-cu ildə isə 8,9 min nəfər boşanmışdı.

Ölkədə doğulan uşaqlar arasında isə tədricən oğlanların çox olması özünü büruzə verir. Belə ki, ötən il doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır. Körpələrin 2176-sı əkiz, 39-u üçəm doğulub.

Milli.Az
Posted:
İnstagram-dan nə qədər istifadə olunur?Milli.Az All Things Digital-a istinadən bildirir ki, İnstagram ilk dəfə belə statistikanı açıqlayıb.
Fotoservis gündəlik auditoriyanı açıqlamasa da, istifadəçilərin servisə hər gün 40 milyon foto yüklədiklərini bildirib.
Bundan başqa, İnstagram-da hər saniyədə 1000 şərh yazılır, 8500 "like" edilir.

İnstagram-ın banisi Kevin Sistromun dediyinə görə, fotoservisin auditoriyası sürətlə artır.
Ekspertlər isə əksinə, istifadəçilərin sürəkli azaldığını vurğulayırlar.

Milli.Az
Posted:
Sellərə qarşı mübarizə tədbirləri yenidən müəyyənləşdirilməlidir"Azərbaycanda mütəxəssislərin iştirakı ilə daha geniş şəkildə tədqiqat işləri aparılmalı və sellərə qarşı mübarizə tədbirləri yenidən müəyyənləşdirilməlidir". Trend-in məlumatına görə, bunu AMEA-nın Yer Elmləri Bölməsinin cümə günü keçirilən 2012-ci ilin yekunlarına həsr olunmuş iclasında Coğrafiya İnstitutunun Hidrogeologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rəna Qaşqay deyib.

Onun sözərinə görə, bu gün sellərin qarşısını almaq üçün daha aktiv mübarizə tədbirləri aparılmalıdır. Bu tədbirlərdən biri kimi çayların ətrafında meşələr salmaq olar.

Qaşqay deyib ki, bu gün bəzi mütəxəssislər heç bir tədiqatın nəticələrinə əsaslanmadan Azərbaycanın su ehtiyatının azalması barədə fikir yürüdürlər. Bu fikirləri əsassız sayan şöbə müdiri deyib ki, onlar bu fikirləri söyləyərkən çayların aşağı axınlarında suyun azalması, bəzilərində isə quruması ilə izah edirlər.

Onun sözlərinə görə, əslində, Azərbaycanın mövcud su ehtiyatları yetərlidir. Bu gün Azərbaycanın 10,8 kub kilometr həcmində yerli su ehtiyatları var, 20,6 kub kilometr həcmində su ehtiyatı isə tranzit çaylar hesabına formalaşır.

Milli.Az
Posted:
İran yarım ton nərə balığı kürüsü ixrac edibİran cari təqvim ilinin (İranda il martın 20-də dəyişir) ilk 9 ayı ərzində təqribən 500 kiloqram nərə balığı kürüsü ixrac edib. Trend-in məlumatına görə, bu barədə cümə günü ISNA İranın Balıqçılıq Təşkilatının rəsmi nümayəndəsi İssa Qolşahiyə istinadən məlumat verir.

Qolşahi bildirib ki, İran nərə balığı kürüsünü, əsasən, Avropa, ABŞ, Yaponiya və BƏƏ-yə ixrac edir.

Onun sözlərinə görə, mütəxəssislərin proqnozlarına əsasən, kürünün ixracatı cari ilin sonunadək 1 milyon tona çatacaq və gələn il iki milyon tonadək artırılacaq.

Milli.Az
Posted:
Ukraynanın 2013-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində şəxsi və xüsusi nümayəndələrin təyinatı həyata keçirilib.    APA-nın xəbərinə görə, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşikin mandatı bir il də uzadılıb. Fəaliyyətdə olan sədrin münaqişələr üzrə xüsusi nümayəndəsi vəzifəsinə isə səfir Andrey Deşitsa təyin olunub.   Xatırladaq ki, A. Kasprşik 1997-ci ilin yanvarından ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsində çalışır.  
Posted:
Əmrə tabe olunmasa...hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir   Nazirlər Kabineti “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nı təsdiq edib. Lent.az-ın Nazirlər Kabinetin istinadən verdiyi məlumata görə, qərar imzalandığı gündən - yanvarın 15-dən qüvvəyə minib. Bu qaydalar Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) haqqında Konvensiyaya (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına), habelə onun əlavələrinə uyğun olaraq hazırlanıb. Azərbaycan Respublikasının Hava Məkanından İstifadənin və Hava Hərəkətinin Təşkilinin Koordinasiyası üzrə İdarələrarası Qrup (HMİ və HHT KİQ) - Azərbaycan Respublikasının hava məkanından istifadənin dövlət tənzimlənməsi üzrə fəaliyyətin hərbi-mülki koordinasiyasını müəyyən edən Azərbaycan Respublikasında hava hərəkətinin təşkili vahid sisteminin ali orqanıdır.  Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) - Azərbaycan Respublikasında mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusu (AIP) - dövlət tərəfindən və ya onun icazəsi ilə nəşr edilən və Azərbaycan Respublikasının hava məkanı hüdudlarında xarici hava gəmilərinin uçuşlarının təmin edilməsi üçün zəruri aeronaviqasiya informasiyasını əks etdirən rəsmi sənəddir. Aviasiyanın Hava Hərəkətlərinin İdarə Olunması Mərkəzi ( AHH İM) və Hava Hərəkətinin Təşkili Vahid Sisteminin Baş Mərkəzi (HHT VS BM) - hava məkanından istifadənin planlaşdırılması və koordinasiyası, hava hərəkətinin təşkili, hava məkanından istifadəyə dair icazə qaydasının təmin edilməsi, Azərbaycan Respublikasının hava məkanı hüdudlarında, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda bu Qaydalara riayət olunmasına nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan Azərbaycan Respublikasında hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanıdır. Hava hərəkətinin təşkili vahid sisteminin orqanları aidiyyəti üzrə onlara həvalə edilən vəzifələri sırf paritet əsaslarla yerinə yetirən İdarələrarası Qrup, HHT VS BM, Aviasiya Hava Hərəkətlərinin İdarə Olunması Mərkəzi (AHH İM), Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları, hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanlarıdır. Silahlı Qüvvələrin Baş Qərargahının direktivləri əsasında müəyyən edilən Azərbaycan Respublikası hava məkanının ayrı-ayrı hissələrindən istifadənin xüsusi qaydası hava məkanından istifadənin xüsusi rejimidir.    Hava hərəkətinin təşkilinə görə məsuliyyətin və aviasiya fəaliyyəti sahəsində ölkədaxili və beynəlxalq tələblərə əməl olunmasına nəzarətin Azərbaycan Respublikasına həvalə edildiyi rayonlarda hava məkanından istifadə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. HHT VS-nin müvafiq mərkəzi hava məkanı istifadəçilərinin sorğuları (cədvəlləri, qrafikləri) əsasında hava məkanından istifadə edilməsinə icazə verir və bu qaydalara uyğun olaraq HHT VS orqanlarına, eləcə də HHQ orqanlarına bu barədə məlumat verir. Hava məkanından istifadə ilə bağlı sorğuların göndərilməsi və icazələrin verilməsi bu qaydalara uyğun olaraq həyata keçirilir. Bu qaydada nəzərdə tutulmuş hallar istisna olmaqla, qeyd edilən icazəni almadan hava məkanından istifadə qadağandır. Düzgün tərtib edilmiş və HHT VS BM-ə vaxtında ünvanlanmış uçuş planı (FPL) respublikanın ərazisi üzərindən tranzit uçuşlar yerinə yetirən mülki hava gəmilərinə hava məkanından istifadəyə dair verilən sadələşdirilmiş icazə forması üçün əsasdır. Bu prosedurun yerinə yetirilməsi haqqında müddəalar Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) öz əksini tapıb. Bu qaydalara uyğun olaraq hava məkanından istifadə qadağan edilə və ya məhdudlaşdırıla bilər.  Hava məkanından istifadənin təşkili ilə bağlı məsələlər üzrə normativ hüquqi aktlar bu Qaydalara uyğun olaraq işlənib hazırlanmalıdır. Hava məkanında fəaliyyət zamanı istifadə qaydalarını pozan şəxslər bu qaydalara əməl olunmasına nəzarət edən orqanların tələbi ilə öz qüvvələri və ya öz vəsaiti hesabına hava məkanından istifadə qaydalarının pozulması hallarına və ya belə fəaliyyətə son qoymalıdırlar.   Müdafiə Nazirliyi hava məkanının istifadəsi ilə bağlı aşağıdakı vəzifələri həyata keçirir: - Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarına və onun təşkilinə nəzarəti; - hava məkanından istifadənin tamamilə dövlət tərəfindən tənzimlənməsini: - müharibə dövründə; - dinc dövrdə, həyəcan, gücləndirilmiş hazırlıq və (və ya) səfərbərlik rejimi elan edildikdə; - xüsusi olaraq dövlət aviasiyası üçün nəzərdə tutulmuş zona və rayonlarda. DMAA hava məkanının istifadəsi ilə bağlı aşağıdakı vəzifələri həyata keçirir: - Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarına və onun təşkilinə nəzarəti; - dinc dövrdə (həyəcan, gücləndirilmiş hazırlıq və ya səfərbərlik rejimi elan edilmədikdə) xüsusi olaraq dövlət aviasiyası üçün nəzərdə tutulmuş zona və rayonlardan kənarda hava məkanından istifadə və hava hərəkətinin təşkili ilə bağlı fəaliyyətin dövlət tərəfindən tənzimlənməsini; - hava məkanının istifadəçiləri barədə məlumatların, o cümlədən sərhəd və gömrük nəzarətindən keçməli olan uçuşlar barədə məlumatların əvvəlcədən sərhəd və gömrük orqanlarına verilməsi məsələsinin tənzimlənməsini. - Müdafiə Nazirliyi, DMAA və onların tabeliyində olan strukturlar öz səlahiyyətləri daxilində: - hava məkanından istifadə məsələlərinə dair normativ hüquqi aktları (əmr, qayda, əsasnamə və təlimatları) hazırlayır, təsdiq edir, dərc edir və hava məkanı istifadəçilərinin nəzərinə çatdırır; Azərbaycan Respublikasının hava məkanının tənzimlənməsini və ondan istifadə sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etmək məqsədi ilə Müdafiə Nazirliyi və DMAA tərəfindən İdarələrarası Qrup yaradılır. Azərbaycan Respublikasının hava məkanından istifadənin dövlət tənzimlənməsi və ona nəzarət üzrə fəaliyyətin əlaqələndirilməsi üzrə fəaliyyət İdarələrarası Qrupun həmsədrlərinə həvalə edilir. İdarələrarası Qrup Azərbaycan Respublikasının müdafiə naziri və DMAA-nın direktoru tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. İdarələrarası Qrup tərəfindən qəbul edilmiş qərarlar Azərbaycan Respublikasının hava məkanının bütün istifadəçiləri üçün məcburidir.   Hava məkanından istifadənin təşkili HHT VS orqanları, habelə HHX (uçuşları idarəetmə) orqanları tərəfindən hava məkanı istifadəçiləri üçün müəyyən edilmiş zona və rayonlarda bu Qaydalara uyğun olaraq həyata keçirilir. HHX (uçuşları idarəetmə) orqanları arasında qarşılıqlı əlaqə Müdafiə Nazirliyinin, DMAA-nın rabitə kanalları, habelə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən, digər dövlət orqanları və təşkilatlarından bu qaydalarda nəzərdə tutulduğu qaydada icarəyə götürülən rabitə kanalları vasitəsilə həyata keçirilir. HHX (uçuşları idarəetmə) orqanları arasında qarşılıqlı əlaqəni təmin edən rabitə kanallarının kəsilməsi qadağandır. Azərbaycan Respublikasının hava məkanı strukturunun məcmuəsi İdarələrarası Qrupun qərarı ilə təsdiq edilir. Zəruri hallarda bu struktura vaxtlı-vaxtında əlavə və dəyişikliklər edilir. Azərbaycan Respublikasının ərazisi üzərindəki hava məkanında dövlət sərhədi boyunca xüsusi rejim şəraitində istifadə edilən, eni 13,5 mil/25 km təşkil edən sərhədboyu zolaq təyin edilir. Aerodromda hava gəmilərinin uçuşlarının yerinə yetirilməsi məqsədi ilə hava məkanının zəruri hissəsi və aerodrom rayonu müəyyən edilir. Aerodrom rayonunun hüdudları (aerodromun mülkiyyət formasından, təsərrüfat və operativ idarəetmənin kim tərəfindən həyata keçirildiyindən asılı olmayaraq) aerodrom rəhbərinin təqdimatına əsasən, HHQ komandanlığı və DMAA tərəfindən təsdiq edilir.. Aerodrom (aeroqovşaq) rayonunda uçuş qaydaları aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimatla və aerodromun istismarına dair təlimatla müəyyən edilir. Aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat və ya HHT VS zonasında yerləşən aerodromun dövlət aviasiyası üçün istismarına dair təlimat HHQ komandanı tərəfindən, mülki və eksperimental aviasiya üçün isə DMAA-nın direktoru tərəfindən təsdiq edilir. Aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat və ya birgə bazalı aerodromun istismarına dair təlimat HHQ komandanı və DMAA-nın direktoru tərəfindən təsdiq edilir. Hava hərəkətinin təşkili və xidmətin göstərilməsi üçün qarşılıqlı razılaşdırma və əlaqələndirmənin tələb olunduğu aerodrom rayonları HHQ komandanı və DMAA-nın direktorunun qərarı ilə aeroqovşaqlarda birləşə bilər. Aeroqovşaq rayonunun sərhədləri HHQ komandanı və DMAA-nın direktoru tərəfindən təsdiq edilir. Aeroqovşağa daxil olan aerodrom rayonlarının sərhədləri müəyyən edilməyə bilər. Aerodrom rayonunda uçuşların yerinə yetirilməsi və aerodromun istismarı üzrə təsdiq olunmuş təlimatları olmayan aerodromun rayonunda uçuşların yerinə yetirilməsi qadağandır. Aerodromlar haqqında zəruri məlumatlar Müdafiə Nazirliyinin DMAA ilə birgə dərc etdirdiyi aeronaviqasiya məlumatlarına dair sənədlərdə əks olunur. Hərbi və ya qeyri-hərbi gəminin göyərtəsindən hava məkanından istifadə və hava hərəkətinə xidmət (uçuşların idarə olunması) HHT VS zonasında (rayonunda) uçuşların yerinə yetirilməsi planlaşdırılan HHT VS-nin əməliyyat orqanı ilə razılaşdırılır. Aerodrom (aeroqovşaq) xidmətlərinin rəhbərləri bu qaydalarda qeyd edilmiş şərtlərdən asılı olaraq, hava məkanından istifadə məsələlərində dövlət aviasiyasına münasibətdə Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarına, mülki aviasiyaya münasibətdə isə - HHT VS BM-ə tabedirlər. İstifadəçilərin hava yollarına dair təkliflərinə DMAA və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən birgə baxılır və bu zaman hava məkanının bütün istifadəçilərinin maraqları nəzərə alınır. Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarının icazəsi olmadan hava məkanının beynəlxalq uçuşlar üçün açıq olan hava yollarından kənarda xarici hava gəmilərinin uçuşları üçün istifadə olunması qadağandır. Azərbaycan Respublikasının hava yollarının siyahısı və ona edilmiş düzəlişlər DMAA tərəfindən dərc olunur. Hava yollarının zəruri naviqasiya və hava hərəkətinə xidmət vasitələri ilə təchiz edilməsi DMAA tərəfindən həyata keçirilir.  Beynəlxalq uçuşlar üçün açıq olan hava yollarından kənarda daimi beynəlxalq uçuşlar yerinə yetirilərkən, uçuş marşrutu sahəsinin Azərbaycan Respublikasının dövlət sərhəd xətti ilə kəsişdiyi yer Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış hava dəhlizi hesab edilir və bu dəhliz Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmək üçün nəzərdə tutulmuş hava dəhlizləri siyahısına daxil edilir.  Xüsusi olaraq ayrılmış dəhlizlərdən kənarda birdəfəlik beynəlxalq uçuşlar yerinə yetirilərkən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə Müdafiə Nazirliyinin icazəsi ilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış dəhliz beynəlxalq uçuşlar üçün açıq olan hava yolu sahəsinin oxunun və ya uçuş marşrutunun Azərbaycan Respublikasının dövlət sərhəd xətti ilə kəsişmə nöqtəsinin coğrafi koordinatları ilə göstərilir. Əlaqədar təşkilatların təqdimatına əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış dəhliz Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmaqla, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təsdiq edilir. Hava məkanında qadağan edilmiş zonalar və məhdudiyyət zonaları müəyyən edilə bilər. Raketlərin havaya buraxıldığı və yerə düşdüyü, habelə onların ayrılan hissələrinin yerə düşdüyü rayonlarda hava məkanından təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə təhlükəli zonalar müəyyən edilir. Təhlükəli zonaların sərhədləri və hava gəmilərinin həmin zonalar üzərindən uçması üçün minimal təhlükəsiz hündürlüklər Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Təhlükəli zonalar haqqında məlumatlar aeronaviqasiya məlumatlarına dair sənədlərdə, zəruri hallarda isə kütləvi informasiya vasitələrində dərc edilir. Hava məkanının ayrı-ayrı hissələrində xüsusi rayonlar müəyyən edilə bilər. Qeyd edilən rayonlarda hava gəmilərinin uçuşları HHT VS orqanlarının hava məkanından istifadəyə dair icazəsi olmadan yerinə yetirilir. Aşağı eşelondan aşağı hündürlüklərdə uçuşların yerinə yetirilməsi üçün xüsusi rayonlar mülki aviasiya istismarçılarının təklifləri nəzərə alınmaqla, DMAA-nın təqdimatına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə HHT VS zonasında müəyyən edilir. Xüsusi rayonlarda hava məkanından istifadə edərkən, hava məkanının istifadəçiləri yaxınlıqda yerləşən HHT VS orqanlarına fəaliyyətə başlamaları barədə dərhal məlumat verməli və onlardan zəruri aeronaviqasiya məlumatlarını almalıdırlar. HHT VS mərkəzlərinin icazəsi olmadan hava məkanından istifadəyə aşağıdakı hallarda icazə verilir: - hava hücumunun qarşısının alınması, Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının və ya Azərbaycan Respublikasının ərazisinə hərbi müdaxilənin qarşısının alınması, sərhəd pozuntusu və hərbi müdaxilə hallarına son qoyulması; - təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı, habelə axtarış-xilasetmə işləri aparılarkən yardım göstərilməsi; - kosmik aparatların havaya buraxılması, yerə enməsi, qeyd edilən aparatların və onların ekipajlarının axtarışı və təxliyyəsi; Beynəlxalq uçuşlar yerinə yetirilərkən, hava məkanından istifadənin qadağan edilməsi barədə qərar HHT VS BM-in və AHH İM-in növbə rəisləri tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları və qadağanın şamil edildiyi hava məkanı istifadəçisi qəbul olunmuş qərardan xəbərdar edilir. Hava məkanının istifadəçisi hava hərəkətinin uçuşu ilə bağlı olan pozuntunu dayandırmaq barədə HHX (uçuşları idarəetmə) orqanının əmrini yerinə yetirmədikdə, HHQ-nin operativ növbətçi komanda məntəqəsinin qərarına əsasən növbətçi təyyarələr (vertolyotlar) havaya qalxaraq, qeyd edilən hava gəmisini ən yaxın aerodroma (meydançaya) enməyə məcbur edir. Hava gəmisi tərəfindən məcburi qaydada yerə enmək barədə tələbə əməl edilmədikdə, bortunda pozuntunun törədilməsində təqsirsiz sərnişinlərin olması barədə dürüst məlumat olmadıqda, hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir. Qaydalarla “cabmin.gov.az/?/az/pressreliz/view/893/” linkində daha ətraflı tanış olmaq olar.
Posted:
Suriya prezidenti Bəşər Əsədin anası Anisa Maxluf Dubaya gedib.   Lent.az-ın verdiyi məlumata görə, “Al-Quds Al–Arabi” qəzeti bu barədə Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli məmurlarına istinadən məlumat yayıb.   Anisa Maxlufun səfərində məqsəd qızı Buşra Əsədə baş çəkməkdir. Buşra Əsədin əri  general Asif Şövkət keçən il iyulun 18-də Dəməşqdə törədilən partlayış nəticəsində ölüb. O, ərinin ölümündən sonra uşaqları ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə gəlib. Bəziləri onun uşaqlarının normal təhsil alması üçün BƏƏ-ə gəldiyini, bəziləri isə qardaşı Bəşər Əsədlə aralarında fikir ayrılığı olduğu üçün Suriyanı tərk etdiyini bildirirlər.
Posted:
AEROPORTDA 18 İNSAN BAŞI TAPILDIABŞ-ın Çikaqo şəhərində baş verən hadisə hər kəsi şoka salıb. Ölkə mediasından yayılan məlumatlara görə, Çikaqodakı hava limanında plastik bir paketin içərisindən 18 insan başı tapılıb.

Ölkədə baş verən hadisə polislər tərəfindən uzun müddət araşdırılıb. Araşdırmalar nəticəsində məlum olub ki, hava limanında tapılan başlar ABŞ-a İtaliyanın paytaxtı Romadan gətirilib. Polislərin verdiyi açıqlamadan sonra məlum olub ki, həmin insan başları ABŞ-a tibbi araşdırmalar məqsədilə gətirilibmiş.


Posted:
KİNO XADİMLƏRİNİN CİNAYƏT İŞİNƏ MÜTƏXƏSSİS BAXIŞI

"Vergilər Nazirliyinin Azərbaycan Kinematoqrafçılar İttifaqının 3 il 4 ay bundan əvvəl, 18-25 sentyabr 2009-cu ildə olan fəaliyyətində yaranmış vergi öhdəliklərini yerinə yetirməməsi  ilə bağlı yaydığı açıqlamasının seçki ilinə təsadüf etməsi siyasi məqsədlərə xidmət edir". Nazirliyin Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi İttifaqın maliyyə fəaliyyətinin səyyar yoxlamasının gedişi ilə bağlı açıqlamasına münasibət bildirən iqtisadçı ekspert Qubad İbadoğlu belə deyib.

O qeyd edib ki, hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqında aparılan yoxlama formasına görə növbəli səyyar vergi yoxlamasıdır. Vergi Məcəlləsinin 36.3. maddəsinə  görə, bu yoxlama  mənfəət,  gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Bu halda 20 dekabr 2012-ci ildə başlayan səyyar yoxlamanın  01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövrü əhatə etməsinə izahat verilmədlidir. Çünki, 2012-ci dekabr ayında başlayan səyyar yoxlama Vergi Məcəlləsinin 36.3. maddəsinə görə bütün hallarda 2009-cu il  dekabr ayının 20-dən  2012-ci ilin  dekabr ayının 20-dək olan müddəti əhatə edə bilər.  Bu məsələ ilə əlaqədar olaraq bir  neçə  məqama diqqəti cəlb edən ekspert bildirib ki,  digər tərəfdən də rəsmi  açıqlamadan konkret hansı vergilərin büdcədən yayındırılması məlum deyil. Çox güman ki, söhbət ödəmə mənbəyindən tutulan vergidən, əmək haqqından tutulan gəlir vergisindən və sosial ayırmalardan gedə bilər. Çünki Kinematoqrafçılar İttifaqı təşkilati formasına görə ictimai birlik, yəni qeyri kommersiya təşkilatı olduğundan mövcud qanunvericliyə görə, bir sıra vergilərdən, o cümlədən də ƏDV və mənfəət vergisindən azaddır. Odur ki, səyyar yoxlamanın əhatə etdiyi müddətin hüquqiliyi şübhə doğurur.

Başqa arqumenti ilə  vergidən yayınmanın  həqiqətə uyğunluğu şübhə altına alan ekspert bildirib ki, rəsmi açıqlamadakı digər ittiham da əsassız görünür: "Vergilər Nazirliyi müəyyən edib ki, XI "Şərq-Qərb" Bakı beynəlxalq kinofestivalının keçirilməsi üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000,00 manat pul vəsaitindən 267130,00 manatı nağd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxslərə verilib. Nazirliyin bununla nə demək istədiyi aydın deyil. Çünki mövcud vergi qanunvericiliyində vəsaitlərin nağd qaydada xərclənməsi ilə bağlı məhdudiyyət yoxdur". Ekspert nəqliyyat xərci adı ilə 22 min manat məbləğində pul vəsaitinin talanması barədə açıqlamanı da dəyərləndirib. "Belə çıxır ki, festival iştirakçıları Bakıda olduqları müddətdə nəqliyyatdan istifadə etməyiblər. Bu mümkün deyildir. Əgər fəaliyyət varsa,  o mütləq xərc və xərcləmələr də maliyyə tələb edir, sadəcə burda söhbət sənədləşmənin uçot və mühasibat qaydalarına müvafiq təşkil olunmamasından   gedə bilər ki, bu halda da araşdırmalar getməlidir. Ümid edirəm ki, Vergilər   Nazirliyinin Vergi Cinayətlərinin İbtidai İstintaq İdarəsinin apardığı istintaq sonda bu həqiqətləri aşkara çıxaracaq".

İstənilən halda vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyətinə diqqət yetirilməsi tələb olduğunu qeyd edən ekspert bildirib ki,  əgər doğrudan da bu yoxlamanın hüquqi əsasları və vergidən yayınma halı varsa, bu məsələdə qarşı tərəf olan,  büdcə vəsaitini İttifaqa ayıran Mədəniyyət və Turizm Nazirliyi də hüquqi məsuliyyət  daşıyır: "Nazirliyin işi təkcə vəsaiti ayırmaqla bitmir. Bu qurum birbaşa vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət işini həyata keçirməli və İttifaqdan aralıq və yekun dövr üçün hesabat tələb etməli idi."

Qubad İbadoğlu yekunda qeyd edib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı kimi aparıcı vətəndaş cəmiyyəti institutuna  qarşı  yönələn bu tip məqsədli ittihamlar ölkənin imicinə həm daxildə və həm də xaricdə xələl gətirir.

Posted:
Türkiyədə yük gəmisi batdıTürkiyənin Qara dəniz sahillərində (Rize əyaləti) quru yük daşıyan gəmi batıb. Bu barədə Trend cümə günü "Sabah" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, hadisə gəmiyə sementin yüklənməsi zamanı baş verib.

Gəmi heyətinin 3 üzvündən 2-ni xilas etmək mümkün olub. Hazırda heyətin o biri üzvünün xilas edilməsi üzrə işlər aparılır.

Xilas edilən dənizçilər yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Hadisənin təfərrüatları aydınlaşdırılır.

Milli.Az
Posted:
Qazaxıstanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıbSəfirlikdən Trend-ə verilən məlumata görə, mərasim L.Qumilyov adına Qazaxıstan Milli Universitetinin Heydər Əliyev auditoriyasında keçirilib. Mərasimdə Qazaxıstanın siyasi, ictimai, qeyri-hökumət təşkilatlarının, Azərbaycan diaspor təşkilatlarının fəallarının və yerli mətbuat orqanlarının nümayəndələri iştirak edib.

Mərasimi giriş sözü ilə səfir Zakir Həşimov açıb və iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Həşimov çıxışında bildirib ki, 20 Yanvar faciəsi ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə öz qiymətini alıb.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən fotoşəkillər və sənədli film nümayiş etdirilib. Müzakirələrdə Qazaxıstan tərəfindən Nur Otan Partiyasının fəallarından Kazbek Kaskenov və digər qonaqlar çıxış ediblər.

Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub.

Milli.Az
Posted:
Hər kəsin gözü önündə...Milli.Az Habertürk-ə istinadən bildirir ki, mübahisə davaya çevrilib. S.Y yanında gətirdiyi ov tüfəngini sevgilisinə çevirərək ona "Sus!" deyib.

Şerife də bağıraraq "Qorxmuram səndən, vur məni!" deyəndə S.Y. atəş açmağa başlayıb.

Kafedə, hər kəsin gözü qarşısında baş vermiş olayda S.Y. vinçester tipli tüfəngin tətiyinə 8 dəfə basıb, amma atəş açılmayıb. 9-cu dəfə tətik basılanda atəş açılıb və güllə Uysala dəyib.

Şerife Uysal hadisə yerindəcə ölüb.
Kafedən qaçaraq aradan çıxan S.Y. axtarışdadır.

Milli.Az
Posted:
Məşhur diktor: Efirə çıxmaq istəmirəmMətbuatla çox az təmasda olan Roza xanım, deyəsən, müsahibə verməyə də həvəsli deyil. Modern.az saytının əməkdaşı məşhur diktoru axtarıb taparaq, onun indiki durumu ilə maraqlanıb.

Diktorun özü saytımıza açıqlamasında bildirib ki, o, bu gün də televiziyada işləyir, sadəcə, efirə çıxmaq istəmir.

"Bu gün də AzTV-yə işə gedib-gəlirəm. Televiziyanın Ədəbi-dram redaksiyasının kadrarxası mətnlərini oxuyuram. Sadəcə, efirə özüm çıxmaq istəmirəm".
Roza xanım efirə çıxmamasının səbəblərindən danışmaq istəməyib.

Qeyd edək ki, Roza Tağıyeva uzun illərdir Azərbaycan Dövlət Televiziyasında çalışır, tanınmış diktor prezident təqaüdçüsüdür. O, vaxtilə AzTV-nin digər məşhur diktoru Rafiq Hüseynovla evli olub, sonradan ayrılıblar...

Milli.Az
Posted:
Azərbaycanın Milli Atlasına daxil ediləcək xəritələrin 400-ü hazırdırTrend-in məlumatına görə, bunu AMEA-nın Yer Elmləri Bölməsinin cümə günü keçirilən 2012-ci ilin yekunlarına həsr olunan iclasında bölmənin akademik katibi Arif İsmayılzadə deyib.

O qeyd edib ki, həmin xəritələr artıq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilib.

Ümumilikdə atlasa 1500-dən artıq xəritə daxil edilməlidir.

İsmayılzadə deyib ki, ötən il Coğrafiya İnstitutu tərəfindən Xarici İşlər Nazirliyinin müraciəti əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdəki coğrafi adların erməniləşdirilərək dəyişdirilməsi haqqında araşdırma aparılıb. Müəyyən edilib ki, Ermənitan tərəfindən Azərbaycan toponimləri saxtakarlıqla dəyişdirilib və müxtəlif üsullarla uydurma erməni adlarla əvəz edilib.

Ötən ilin yekunları barədə danışan AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə deyib ki, 2012-ci il ərzində Azərbaycanda 5214 yeraltı təkan qeydə alınıb. Onlardan 3380 yerli, yaxın və 1834-ü uzaq zəlzələlərdir. İl ərzində baş verən zəlzələlərdən 50-si hiss olunan olub. Onlardan 37-si respublikanın şimal-qərb hissəsində baş verib.

Azərbaycanda 2012-ci ildə 2011-ci illə müqayisədə ayrılan seysmik enerjinin miqdarı 100 dəfə artıb. Ötən il baş vermiş zəlzələlərin sayında 2011-ci illə müqayisədə 60 faiz artım müşahidə olunub.

Milli.Az
Posted:
Ded Hasanın Tbilisidə dəfn olunacağını deyirlər: gürcülərin isə xəbərləri yoxdur"Əgər onun dəfni planlaşdırılsaydı, mən bundan xəbərdar olardım. Bizə belə bir məlumat daxil olmayıb". Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kukiysk qəbristanlıq administrasiyasının əməkdaşı bildirib.

Gürcüstan hökumətində də deyirlər ki, "Ded Hasan"ın bu ölkədə dəfni barədə heç bir müraciət olmayıb.

Qeyd edək ki, Rusiya mətbuatının verdiyi məlumata görə, yaxınları qətlə yetirilmiş kriminal avtoritet "Ded Hasan"ı Gürcüstanda dəfn etmək istəyirlər.

Kriminal aləmin nüfuzlu şəxslərindən olan Ded Hasan ləqəbli Aslan Usoyan yanvarın 16-da Moskvada qətlə yetirilib.

Milli.Az
Posted:
Müdafiə naziri: Ermənistan öz ərazisində Rusiya RLS-in yerləşdirilməsinin əleyhinə olmazdıErmənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, Ermənistanın ərazisində Rusiya RLS-in yerləşdirilməsinə qarşı olmazdı. Trend-in məlumatına görə, bu barədə "Novosti Armeniya" yazır.

"Bu, hər bir dövlətin daxili məsələsidir. Biz bütün prosesi izləyirdik və gördük ki, danışıqlar çərçivəsində qarşılıqlı anlaşma əldə olunmadığı üçün Qəbələ RLS dayandırıldı", - nazir cümə günü 2012-ci ilin yekunları üzrə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi və Silahlı Qüvvələri RLS-i harada quraşdırmaq və yerləşdirməyi özləri həll etməlidirlər.

"Əgər söhbət bizim razılığımızdan və ya narazılığımızdan gedirsə, biz bunun əleyhinə olmazdıq", - Ohanyan deyib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim edilib.

Milli.Az
Posted:
AMEA filiz yataqlarının birində poliqon yaratmağı təklif edibTrend-in məlumatına görə, AMEA-nın Yer Elmləri Bölməsinin cümə günü keçirilən 2012-ci ilin yekunlarına həsr olunan iclasında bölmənin akademik katibi Arif İsmayılzadə deyib ki, bununla bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Bu layihə Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasınn tədqiqi, işlənməsi və tətbiqi üzrə aparılmış işlərin yekunu əsasında hazırlanıb.

Katibin sözlərinə görə, aparılmış elmi tədqiqatlar göstərir ki, hazırlanmış texnoloji metodlar seçilmiş filiz obyektləri üçün qənaətbəxşdir. Elmi tədqiqat və təcrübə işlərini davam etdirmək məqsədilə filiz yataqlarının birində xüsusi poliqon və yarımsənaye pilot kompleksinin yaradılması üçün Nazirlər Kabinetinə layihə təqdim edilib. Layihə dörd nazirlik tərəfindən dəstəklənib.

Milli.Az
Posted:
Etimad İsmayılov: Azərbaycan müxalifətində mövcud olan firqələr tam müstəqil siyasi partiyalar deyillər"Ədalət Partiyası hələ qarşıdan gələn prezident seçkiləri ilə bağlı qərar verməyib. Qərar verəndən sonra mövqeyimizi açıqlayacağıq. Ancaq hesab edirəm ki, partiyanın nümayəndəsi seçkilərdə iştirak etməlidir", - İsmayılov Trend-ə deyib.

Müxalifət düşərgəsindən vahid namizədin irəli sürülməsi məsələsinə münasibət bildirən partiya sədrinin müavini bunun daha effektli ola biləcəyini desə də, partiyaların asılılığının belə birliyə imkan vermədiyini diqqətə çatdırıb.

"Müxalifətin seçkilərdə vahid namizədlə mübarizəsi daha effektli ola bilər. Ancaq biz nəzərə almalıyıq ki, Azərbaycan müxalifətində mövcud olan siyasi firqələr özlərini hansı cinaha aid etmələrindən asılı olmayaraq, tam müstəqil siyasi partiyalar deyillər", - İsmayılov deyib.

O qeyd edib ki, müəyyən partiyaların xariclə bağlılıqları var və onların mövqelərindən asılıdırlar.

"Müəyyən siyasi partiyalar isə daxildə bu və ya digər şəkildə müxtəlif insanların təsir dairəsindədirlər. Bunun da nəticəsidir ki, uzun illərdir müxalifətin birliyi mövcud ola bilmir", - İsmayılov vurğulayıb.

Milli.Az
Posted:
Gənc müğənni Rövşən Civişova qarşı soyğunçuluqda ittiham olunan Samir Qasımovun polisə verdiyi ifadə qalmaqal yaradıb. Lent.az-ın məlumatına görə, Sabunçu rayon Polis İdarəsində saxlanılan S. Qasımov müğənninin onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirib. Məlumata görə, saxlanılan şəxs baş vermiş hadisə barədə ifadəsində qeyd edib ki, o, müğənniyə müraciət edərək, yolu necə keçə biləcəyini öyrənmək istəyib. Müğənnin isə ona oral seks təklif edib və razılıq əldə olunub. Daha sonra müğənni ona bu seks müqabilində 3 manat pul verib. Bu isə S.Qasımovu qane etməyib və o,  ifaçının verdiyi pulun az olduğunu söyləyərək, onu bıçaqla hədələyib, pul və telefonunu götürərək qaçıb.   Məsələ ilə bağlı Lent.az-a açıqlama verən müğənni bildirib ki, saxlanılan şəxsin polisə verdiyi iddia olunan izahat yalandır. “ Söhbəti şişirdib özlərindən yazıblar, yalandır.   Belə bir hadisə olmayıb. Müstəntiqlə əlaqə saxlayıb, nə baş verdiyini soruşdum. O, isə əsəbiləşərək belə bir izahatın olmadığını söylədi. Mən isə bunu yazanları məhkəməyə verəcəyəm”, - deyə müğənni bildirib.   Qeyd edək ki, hadisə yanvarın 5-də Sabunçu bazarı yaxınlığındakı “26 Bakı komissarı” küçəsində baş verib. Hadisədən bir neçə gün sonra isə Sabunçu RPİ-n 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Samir Qasımov yaxalanaraq istintaqa təhvil verilib.
Posted:
Dünyada 5 milyard mobil telefon istifadəçisi qeydə alınıb.   Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin sonuna olan məlumata əsasən smartfonların, “ağıllı” telefonların sayı 1,3 milyard təşkil edib.   “Google Android” aparıcı platforma olaraq qalıb. Ötən il bu mobil əməliyyat sistemi əsasında işləyən 465 milyon smartfon satılıb.
Posted:
Prezident İlham Əliyev "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, fərmana əsasən "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı"nın "Bakı şəhəri Xəzər, Qaradağ, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı" hissəsinin adında "Suraxanı" sözündən sonra", Pirallahı" sözü əlavə edilib.   Ölkə başçısının imzaladığı fərmanda  Nazirlər Kabinetinə bir ay müddətində Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı"na uyğun olaraq təmin edilməsi üçün zəruri maliyyə vəsaiti ayrılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat vermək, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətini bina ilə təmin etmək, üç ay müddətində prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb və Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.   Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.    
Posted:
«20 Yanvar» faciəsinin 23-cü ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən  müvafiq tədbirlər hazırlanıb. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, bu gün rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu, «20 Yanvar» cəmiyyəti və Veteran Təşkilatları Şurasının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan  20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  əlil olmuş rayon sakinləri ilə məhz bu yeni inzibati binada görüş keçirilib. Görüş «20 Yanvar» cəmiyyəti üçün yeni tikilmiş qərargahda keçirilib.   Tədbirdə çıxış edən Səbail RİH başçısı Asif Əsgərov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub. İcra başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib. Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilib və  ərzaq bağlamaları  təqdim olunub.   Qeyd edək ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki «Cümə məscidi»ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək.    
Posted:
PƏNAH HÜSEYN RÜSTƏM İBRAHİMBƏYOVUN TƏKLİFLƏRİNİ DƏSTƏKLƏDİ

Ziyalılar Forumunun İdarə Heyətinin üzvü, kinorejissor Rüstəm İbrahimbəyovun son təklifləri kifayət qədər maraq doğurub və müzakirələrə səbəb olub. Yanvarın 17-də "Amerikanın səsi"nə skype müsahibəsində kinorejissor prezident seçkiləri hazırlıqları ilə bağlı ilginc açıqlamalar verib və diqqətçəkən təkliflər, ideyalar səsləndirib. 

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyndən R.İbrahimbəyova dəstək gəlib. "Yeni Müsavat"a açıqlamasında P.Hüseyn deyib ki, bunlar müzakirə üçün kifayət qədər maraqlı və reallaşdırılması tamamilə mümkün olan ideyalardır: "Rüstəm İbrahimbəyov kimi tanınmış, nüfuzlu və görkəmli ictimai xadim tərəfindən irəli sürülməsi bu ideyalara xüsusi aktuallıq qazandırır. Bu təkliflərdə İctimai Palatanın 2013-cü il seçkilərinə münasibət haqqında 19 dekabr tarixli qərarın və mənim də namizəd kimi dəstəklədiyim İsa Qəmbərin seçki strategiyası ilə səsləşən, üst-üstə düşən xeyli məqamlar vardır". P.Hüseyn bir məqamla bağlı fərqli fikirdə olduğunu vurğuladı: "Mən yalnız üçüncü qüvvə barədə deyilənlərlə opponentlik edərdim. Hesab edirəm ki, Azərbaycanın siyasi səhnəsi kifayət qədər sadədir və iki qütbdən ibarətdir: demokratik və avtoritar-oliqarxik qütblər. Buna uyğun olaraq da iki əsas qüvvə mövcuddur. Lakin bunlar nəzəriyyədir. Praktika nəyin nə olduğunu çox asan şəkildə ortaya qoyacaq. Rüstəm müəllimin təklifləri və ideyaları gündəm yaradan məsələdir. Eyni zamanda proseslərdə olduqca ciddi rol oynaya bilər. Dəstəkləyirəm".           

ELŞAD
Posted:
BİNƏDƏ ARA YENİDƏN QARIŞDIBakıdakı "Binə" Ticarət Mərkəzində vergi ilə bağlı qalmaqal böyüyür. Bazar çalışanlarından "Yeni Müsavat"a verilən məlumata görə, son bir həftədir Vergilər Nazirliyi "Binə" bazarında fəaliyyət göstərən mağazalarda yoxlamalar aparır.

Mağaza sahiblərinin sözlərinə görə, yoxlamalar aparan nazirliyin əməkdaşları onları kassa aparatının olmaması və vergi borcuna görə külli miqdarda cərimələyib. Bazar rəhbərliyi tərəfindən bu olaya heç bir müdaxilənin olmaması isə ticarətçiləri hiddətləndirib.

Yanvarın 18-də bir qrup sahibkar yığılaraq bazar rəhbərliyi ilə görüşmək istəyiblər. Bu barədə məlumat verən "Binə" çalışanları bildiriblər ki, nazirliyin yoxlamaları zamanı yüksək miqdarda cərimələnmə olub: "İndi bazarı sahibi Kəbirə Məmmədova bu pulu bizdən çıxarmaq istəyir. Hər mağazadan 240 manat pul istəyir. Niyə görə olduğunu soruşuruq, deyirlər ki, vergi borcudur. Yaxşı bəs ayda bizdən vergiyə görə aldıqları pullar hara gedib ?".

Bazar çalışanları deyir ki, vəziyyət bu cür davam etsə, mağazalarını bağlayıb, bazardan çıxmaqla bu özbaşınalığa kütləvi şəkildə etiraz edəcəklər: "Kəbirə xanım gün ərzində bu bazardan milyonlar qazanır. Bizdən yer, işıq, vergi, əlavə xidmət pulu yığır. Sonda məlum olur ki, bazar rəhbərliyi heç bir ödəmə həyata keçirməyib. "Binə"də vergi ödəmələri çox sadələşdirilmiş şəkildə aparılır. Daha doğrusu, ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova Vergilər Nazirliyindəki konkret adamlarının əli ilə bütövlükdə vergi ödəyir. Vergi müfəttişləri də deyirlər ki, mağazalarda dəqiq vergi hesablamaları aparılmalıdır. Onlar bizə bildirdilər ki, hər bir mağaza gəlirin müəyyən olunmuş formada faizini vergi şəkilində ödəməlidir. Baxdıq bu bizə də sərf edir. Amma, bazar rəhbərliyi imkan vermir kassa aparatı ilə işləyək".

Kəbirə Məmmədova ilə görüşə bilməyən mağaza sahibləri etiraz olaraq yaxınlıqdakı magistral yolu bağlamağa cəhd göstəriblər. Əraziyə polis qüvvələri cəlb olunub.  Bazar çalışanları bildirib ki, vəziyyət düzəlməsə növbəti aksiya Prezident Administrasiyası qarşısında keçiriləcək.

Fərahim İLQAROĞLU



Posted:
GÜLTƏKİN HACIBƏYLİ SENSASİYA VƏD ETDİ

Hakimiyyət təmsilçilərinin, həmçinin iqtidara yaxınlığı ilə seçilən nəşrlərin Ziyalılar Forumuna, orada təmsil olunan şəxslərə qarşı hücumları bitmək bilmir. "Yeni Azərbaycan" qəzeti son məqaləsində qurumda təmsil olunan şəxslərin davranışlarının öz qaranlıq əməllərini ört-basdır etmək üçün hökumətə ittihamlar yönəltmək məqsədi daşıdığını yazır. Ənənəvi olaraq Rüstəm Ibrahimbəyovu hədəfə alan qəzet eyni zamanda Ziyalılar Forumunun digər üzvü Gültəkin Hacıbəylinin fəaliyyətini şəxsi biznesindəki çətinliklərlə izah etməyə çalışır.

"Yeni Azərbaycan"ın yazdıqlarına Ziyalılar Forumunun da cavab gəlib.

 "Yaxın zamanda cəzalarını alacaqlar"

Ziyalılar Forumunun başqa üzvü Gültəkin Hacıbəyli isə bir qayda olaraq iqtidar mətbuatında yazılan bu tip yazıları oxumadığını bildirdi: "Belə yazıları oxumuram. Onları internetdə oxuyanların sayı 20-30, uzağı 50-100 nəfər olur. Bu da cəmiyyətin o yazılara münasibətidir. O yazıların müəllifləri yəqin ki, Ziyalılar Forumuna, o cümlədən mənim şəxsiyyətimə böyük dəyər verirlər. Mənim sözlərim, fikirlərim onlar üçün çox maraqlı olduğu üçün barəmdə yazırlar. Ancaq onların səsləndirdiyi fikirlər, mövqe mənə maraqlı, heç bir əhəmiyyəti olmadığından o məsələlərə münasibət bildirmirəm. Dil insanın mahiyyətini açmaq üçün bir vasitədir, təfəkkürün ifadə vasitəsidir. Buyursun, hər kəs öz dili ilə, öz yazısı ilə öz mahiyyətini ifadə etsin. Mənim "Azadlıq"da bir müsahibəmi ən azı 18-20 min oxucu, o qəzetlərdə yazıları isə 50 adam oxuyur. Bu da cəmiyyətin orada yazılanlara münasibətinin göstəricisidir".

G.Hacıbəyli hesab edir ki, Azərbaycanda bəzi adamlar yalnız onların hər şeyə haqqının olduğunu düşünür. Başqalarının heç nəyə sahib olmaq haqqı yoxdur: "Bəziləri Azərbaycana şəxsi əmlakı kimi baxmaq təfəkküründən uzaqlaşmalıdır. Yazını yazanlar sifarişçilərə müraciət edib öyrənsinlər ki, mən hansı insanların hansı təkidli tələblərinə qarşı çıxaraq kimlərin əleyhinə yazı yazmaqdan imtina etmişəm, kimlərin əleyhinə hazır yazıları imzalamaqdan imtina etmişəm və buna razı olanlar nə ilə mükafatlandırılıblar. Türkiyə ilə bağlı hansı məsələlərdə hansı prinsipial mövqe nümayiş etdirmişəm. O zaman mənim qohumlarımın biznesinə də heç bir problem yox idi. Goranboydakı insanlardan soruşsunlar, sadə vətəndaşların haqlarını, hüquqlarını qoruyan zaman onların haqlarını pozan şəxslərlə hansı ciddi konfliktlərim olub.

"Demək, mandat alverini etiraf edirlər"

Azərbaycan Konstitusiyasının 29-cu maddəsi hər kəsin mülkiyyət hüququ olduğunu təsbit edir. Mənim qohumlarımın da Azərbaycanın başqa vətəndaşları kimi mülkiyyət hüququ var. Və mənim qohumlarımın da yeganə gəlir mənbəyi olan əmlak Zülfüqarlı qardaşlarının zavodları, digər sahibkarların əmlakı kimi qəsb edilib. Bu zaman yaxınlarıma qarşıda, elə yuxarıda adlarını sadaladığım sahibkarlara qarşı edilən və 37-ci ili xatırladan repressiya tədbirləri tətbiq ediblər. Bütün bunlar isə ona görə baş verib ki, 2009-ci ilin may ayında kiminsə kürəkəni Goranboya gəlib və həmin obyekti 10 gün müddətinə bağlatdırandan sonra mənim müdaxiləm nəticəsində geri çəkilməli olub! Mənim bunun qarşılığında susmağım zəifliyimdən yox, dəyər adamı olmağımdan irəli gəlib. Fikirləşmişəm ki, insanın əmlakı ola da bilər, olmaya da bilər. Ruzini verən Allahdır. Bu gün bir əmlakın əlindən alına bilər, sabah Böyük Allah qarşılığını on dəfə artıq verər. Mən belə xırda məsələyə görə kəsdiyim duz-çörəyi basan adam deyiləm. Susmağım da ilk növbədə özümə, öz keçmişimə və ölkə başçısına qoyduğum hörmətdən qaynaqlanıb. Əks halda, razılaşarsınız ki, bu təqiblərin sorağı, ən azı Avropa Şurasından gələrdi.

Yazırlar ki, mən deputat olmadığım üçün qisas alıram. Kimdən? Məgər deputatı xalq seçmir? Özü də mən, ümumiyyətlə, 2010-cu il parlament seçklərində namizədliyimi verməmişəm, seçkidə iştirak etməmişəm!

Demək, siz Elşad Abdullayevin mandat alveri ilə bağlı iddialarını qəbul edirsiniz! parlamentin xalqın iradəsi ilə yox, siyahı ilə formalaşdığını və mənim də əvvəldən hazırlanan bu siyahıya düşməməyimi etiraf edirsiniz!

Bu səmimiyyətinizə görə çox sağ olun deyirəm.

Yazırlar ki, vəzifə istəyirəm. Mən orta məktəbi Qızıl medalla, BDU-nu iki - Şərqşünaslıq və Hüquq fakültəsini Fərqlənmə diplomu ilə, aspiranturanı əla qiymətlərlə bitirmişəm (hamısı millət vəkili seçilməmişdən əvvəl olub).

Müdafiəm barədə yazmağı isə təvazökarlıqdan uzaq hesab edirəm. Elmi mühitdə bunu yaxşı bilirlər. Bir neçə xarici dildə sərbəst danışıram. Lap tutaq ki, mən vəzifə tutmaq istəyirəm, bu məgər, cinayətdir? Kimlərinsə, mərhum Heydər Əliyevin vəfatından sonra dərhal istedadı aşıb-daşa bilər, 35 ilin laborantı 3-4 ilin içində elmlər doktoru, professor, kafedra müdiri ola bilər, ancaq mən vəzifə sahibi ola bilmərəm? Hesab edirəm ki, istəməsəm belə, bu mənim haqqımdır. Lakin mən rəsmi surətdə bəyan edirəm: Mən heç bir vəzifə istəmirəm! Mən bu günün "intellektual" tələblərinə cavab vermədiyimin, bugünkü "işgüzar" mühitə uyğun gəlmədiyimin fərqindəyəm.

 "Ən yaxın zamanlarda ciddi addımların şahidi olacağıq"

 Mənim, ümumiyyətlə, belə bir arzum, istəyim və niyyətim yoxdur! Mən, təbiət etibarilə, məmur deyiləm, azad ruhlu insanam. Mənim qohumlarımın bir qanuni əmlaka sahib olması cinayət deyil, ancaq başqalarının zavodlarını, universitetini, karxanasını quldurcasına qəsb etmək cinayətdir! Iki milyona mandat satmaq cinayətdir! Vətəndaşı oğurlatdırıb qarşılığında pul tələb etmək cinayətdir! Vətəndaşların əmlakını ələ keçirmək məqsədilə onları polislə təhdid etmək, məhkəməyə təzyiq edib qanun adına təhqir olan qərarlar çıxartdırmaq ağır cinayətdir! Mənim, deputatlıq və ya vəzifə istəyim olsa belə, bu da Konstitusiyanın mənə verdiyi hüquqdur və qanunidir. Ancaq kiminsə, öz vəzifə səlahiyyətlərindən istifadə edərək öz qohumlarını, hətta, erməni millətindən olan savadsız qohumlarını vəzifələrə təyin etdirməsi, deputat seçdirməsi, nəinki qanuni

deyil, artıq cinayətdir. Mən, mənə ünvanlanan bütün suallara cavab verdim. Düzdür, yenə də öz keçmişimə və cənab prezidentə hörmət qoyaraq, ən yumşaq tərzdə. Indi növbə qarşı tərəfindir.

Mənim ailəmin yeganə gəlir mənbəyinə bu qədər diqqət və qayğı göstərənlər, buyursunlar, öz biznes imperiyaları, gəlir mənbələri haqqında danışsınlar. Ailə üzvlərini necə "alim" etmələrindən, onlara xidmət müqabilində kimləri nə ilə mükafatlandırdıqlarından məlumat versinlər. Onlara yaxın olan şəxslərin yüzlərlə villasından, obyektindən və s. yazsınlar. Bir daş karxanası haqqında yazmağa nə var ki! Istəsələr, yaddaşlarını təzələməkdə onlara hərtərəfli köməklik göstərməyə hazıram. Sonda, istəmədiyim halda, mənə bütün bunları söyləmək fürsəti yaratdıqları üçün o şəxslərə bir daha dərin minnətdarlığımı bildirirəm. Hələlik, nöqtə qoyuram və Elşad Abdullayevin videolarından heç də az maraqlı olmayan təfərrüatları yazmıram. Ümid edirəm ki, yazmağa ehtiyac qalmayacaq".

G.Hacıbəylinin sözlərinə görə, XXI əsrdə insanları qul gözündə görmək yanlış yanaşmadır. "Bu ölkə hamımızındır və bu ölkəyə hamımızın haqqı var. Əminəm ki, ən yaxın zamanda bu adamlar öz cəzalarını alacaqlar. Elşad Abdullayevin videolarında da söhbətin kimlərdən getdiyi məlum olur. Ən yaxın zamanlarda biz ciddi addımların şahidi olacağıq" (azadliq.az).


Posted:
              Peyğəmbəri vəsf edən şeir müsabiqəsi keçirilir                        Peyğəmbəri vəsf edən şeir müsabiqəsi keçirilir          .-

Məhəmməd peyğəmbərin doğum günü ərəfəsində peyğəmbəri vəsf edən şeir müsabiqəsi keçirilir.

Türkiyə səfirliyinin din xidmətləri müşavirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Yazıçılar Birliyi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun birlikdə elan etdiyi müsabiqədə birinci yer üçün 5000, ikinci yeri tutacaq iki nəfərin hər birinə 2000, üçüncü yerə layiq bilinəcək üç nəfərin hər birinə 1000 ABŞ dolları mükafat veriləcək. Həvəsləndirici mükafatlar üçün beş yer (hər qalibə 500 ABŞ dolları) müəyyən olunub.

Müsabiqəyə heç yerdə çap edilməyən şeirlər qəbul olunur. Şeir zərfdə təqdim edilməli, zərfin içinə müəllifin imzası və şeirin adı olan digər bağlı zərf əlavə edilməli, şeir yazılmış vərəqdə müəllif haqqında məlumat göstərilməməlidir.

Şeirlər fevralın 1-dən martın 30-na qədər Azərbaycan Yazıçılar Birliyinə (Bakı, Xaqani küçəsi, 25) təqdim edilə bilər.

Qaliblər aprelin 18-də keçiriləcək təntənəli təqdimatda elan olunacaq.

Media forum
Posted:
.- Gürcüstan prezidenti M.Saakashvili yeni təşəbbüslə çıxış edib.

O özəl həyatın toxunulmazlığı haqda qanunun qəbulu təklifini verib.

«Novosti Qruziya» yazdığına görə, prezident bəyan edib ki, özəl həyata aid məlumatların toplanması qadağan olunmalıdır. Daxili İşlər Nazirliyinin əlinə bu cür materiallar keçdikdə məhv edilməlidir:
  «Gürcüstan Prokurorluğu insanların özəl həyatını göstərən kadrlar yaydı. Buna qədərsə mətbuatda həbsxana əməkdaşlarının adları nəşr olunmuşdu, eləcə də hakim köməkçisinin özəl həyatı ilə bağlı bir hadisə olmuşdu. Bu, mənim üçün ağrılı məsələdir. Buna görə də şəxsi həyatın toxunulmazlığı haqda qanunun qəbulu təşəbbüsü ilə çıxış edirəm».
  Saakaşvili daha sonra deyib: «Mən dünyada elə bir prokurorluq ya da dövlət qurumu tanımıram ki, şəxsi həyat haqda məlumatları yayımlasın».

Onun sözlərinə görə, bu cür nümunələrə ancaq 1990-cı illərdə Rusiyada rast gəlmək olardı.
  Saakashvili hakimiyyətdə olduğu dövrdə özəl həyata dair materialların yayılmadığını da deyib.
Posted:
Milli komandamızın  futbolçusu Türkiyə klubundan kənarlaşdırıldıAzərbaycan milli komandasının futbolçusu Cihan Özkara Türkiyə çempionatının I liqasında çıxış edən "Kayseri Erciyesspor"a da lazım olmayıb.
 
Qol.Az-ın məlumatına görə, 21 yaşlı hücumçu ilə anlaşma qarşılıqlı razılıq əsasında pozulub.
 
Baş məşqçi Osman Özköyülü mövsümün ikinci yarısında Özkaranı heyətdə düşünmədiyini bildirib.
 
Qeyd edək ki, Cihan Özkara mövsümün əvvəllərində "Kayseri Erciyesspor"a "Sivasspor"dan bir illik icarəyə verilib.

Əlavə edək ki, Cihanın Azərbaycan klubları ilə danışıqlar apardığı bildirilir.   

Milli.Az
Posted:
Azərbaycan biznesinə ilk güzəştli kreditlər verilibCümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağsu və ətraf rayonlarının 45 sahibkarlıq subyektinə 374,5 min manat məbləğində güzəştli kreditlər verilib. Trend-in məlumatına görə, bu barədə cümə günü İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.

"Bu vəsaitlər hesabına layihələrin həyata keçirilməsi 70-dək yeni iş yerinin açılmasına kömək edəcək", - məlumatda qeyd edilir.

Kreditlərin verilməsi Ağsu və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkarın iştirakı ilə Pirhəsənli kəndində keçirilən tədbir çərçivəsində baş tutub.

Tədbirdən əvvəl Ağsu rayonunda əsas hissəsi SKMF-nin güzəştli kredit hesabına maliyyələşdirilmiş üzümçülük təsərrüfatında aparılan işlərə baxış keçirilib.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, ötən il Dağlıq Şirvan iqtisadi rayonu üzrə 160 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 4 milyon manatdan çox güzəştli kredit verilib.

2012-ci ildə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 218 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Şirzad Abdullayev 2013-cü ildə Fondun vəsaitlərinin yönəldiləcəyi prioritet sahələri tədbir iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, artıq sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsinə başlanılıb.

Belə ki, bu ilin ötən dövrü ərzində 50-yə yaxın sahibkara 8,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 470 yeni iş yerinin yaradılmasına imkan verəcək.

2013-cü ildə Fond 250 milyon manat həcmində kredit verməyi planlaşdırır, bu vəsaitdən 100 milyon manat kreditlərin qaytarılması hesabına, qalanı 150 milyon manat isə dövlət büdcəsi vəsaitləri hesabına təmin ediləcək.

SKMF-dən ilk kreditlər daha əvvəl verilən kreditlərdən qaytarılan vəsaitlər hesabına ayrılıb.

Milli.Az

No comments:

Post a Comment