Thursday, January 31, 2013

Duddud.info - reklamsiz xeber


Duddud.info - reklamsiz xeber


Posted:
Körpüləri də printer çap edəcəkMilli.Az ICTnews-a istinadən bildirir ki, Royssenaars layihəni riyaziyyatçı və rəssam Rinus Rulofs ilə birgə həyata keçirmək niyyətindədir. İkimərtəbəli ev İrlandiya sahilində yerləşəcək, onun tikintisi təxminən 18 ay çəkəcək.

Tikinti materialı qismində qum və qeyri-üzvi maddədən istifadə ediləcək. Əlbəttə ki, bina böyük "3D" printerdən yaşamağa hazır vəziyyətdə çap edilməyəcək, bu, yalnız karkas olacaq. O, daha sonra betonla bərkidiləcək.

Milli.Az
Posted:
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahı Müdafiə Nazirliyi sistemindən ayrılacaq?"Azərbaycan Silahlı Qvvələri Baş Qərargahı səlahiyyətlər baxımından Müdafiə Nazirliyi sistemindən xeyli ayrılmalıdır". Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Millət vəkili hesab edir ki, Baş Qərargahın yüksək status əldə etməsi ordu quruculuğu sahəsində keyfiyyət dəyişikliyinə səbəb ola bilər.

O qeyd edib ki, orduda hüquqi məsələləri bərqərar etmək üçün bir sıra tədbirlər görülməlidir.

"İlk növbədə, 110 mindən artıq kontingentin dövlətin büdcəsinə ağırlığını nəzərə alaraq və bu prosesdə şəffaflıq elementlərinin genişlənməsi naminə Azərbaycanın hərbi vəzifələri, bu bölgənin reallığı, müharibə şəraitinə baxmayaraq, hansı dəyişikliklərin edilməsi mümkünlüyünü araşdırmaq lazımdır", - o bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın ordu quruculuğunun Avropa sisteminə daha çox inteqrasiya etməsinə ehtiyac var.

"Baş Qərargahın yüksək status alması təlimat sisteminin yeniləşdirilməsi, şəffaflıq, hüquqa dayanıqlı tədbirlərin görülməsinə şərait yaradacaq", - Oruc vurğulayıb.

Deputat görüləcək tədbirlər sırasında vətəndaşın hərbi sistemə hazırlanması, psixoloji adaptasiyanı sürətlə keçməsi məsələlərinə diqqətin artırılmasını da vurğulayıb.

Hərbi ekspert Üzeyir Cəfərov da Trend-ə bildirib ki, NATO standartlarının tətbiqi ilə bağlı gələcəkdə Müdafiə Nazirliyi və Baş Qərargahın səlahiyyətləri ayrılmalıdır.

"Ordunun döyüş hazırlığına, Silahlı Qüvvələrə nəzarəti Baş Qərargah həyata keçirməli, Müdafiə Nazirliyi isə güc strukturlarının hökumətdə lobbiçisi kimi çıxış etməli, onların maraqlarını müdafiə etməli və narahat edən məsələləri qaldırmalıdır", - Cəfərov deyib.

Eyni zamanda ekspert bildirib ki, bu məsələ yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra həyata keçirilə bilər. Cəfərov qeyd edib ki, bu gün əsas vəzifə münaqişənin həlli istiqamətində mövcud struktur daxilində bütün gücün birləşdirilərək səfərbər olunmasıdır.

Milli.Az
Posted:
Viruslar kompüterləri əməllicə dağıdacaqMilli.Az ICTnews-a istinadən bildirir ki, rusiyalı tanınmış proqramçı, kompüter təhlükəsizliyi üzrə mütəxəssis Yevgeni Kasperski bununla bağlı öz əminliyini ifadə edib.

"İnternet-texnologiyalar yüksək templə inkişaf edir" – o, Münhendə keçirilmiş "DLD13" innovasiyalar üzrə konfransda bildirib. "Bədbəxtlikdən, kibertəhdidlər də sürətlə inkişaf edir" - o qeyd edib. "Dağıdıcı imkanlara gəlincə, onlar hər kəs - dövlət, təşkilat, həmçinin cinayətkar və terrorçular üçün açıqdır, - Yevgeni Kasperski xəbərdarlıq edib.

Məsələn, ABŞ həbsxanalarında kompüter şəbəkəsinə çıxış imkanı var". Bu halda məhbusların "ağıllı" telefon vasitəsilə həbsxananın qapılarını açması istisna deyil. Öz növbəsində, finlandiyalı mütəxəssis Mikko Hipponen belə bir fikir ifadə edib ki, gələcəkdə müharibələr, həmçinin kompüter vasitəsilə aparılacaq. "Zərərli proqramların dağıdıcı potensialı çox böyükdür və onu ənənəvi silahla müqayisə etmək olar" – o, buna əmin olduğunu ifadə edib.

"Kibermüharibə infrastruktura qarşı yönəlib" – finlandiyalı mütəxəssis qeyd edib. Onun fikrincə, virusların elektrik stansiyalarına və ya sənaye qurğularına zərər vurması tamamilə gözləniləndir". İnternet üzərindən aparılan müharibə silahlı münaqişələrin bir hissəsi olacaq, - o xəbərdarlıq edib.

Milli.Az
Posted:
Almaniyanın “Bavariya” futbol klubunun rəhbərliyi yayda komandaya baş məşqçi təyin olunacaq Xosep Qvardiola üçün 278,3 milyon avro transfer büdcəsi ayırıb. Lent.az-ın “El Confidencial”a istinadən verdiyi məlumata görə, bu barədə klub prezidenti Uli Hönessin Səhmdarlar Şurası ilə görüşündə razılıq əldə olunub.   Həmin məbləğ yay transfer dövründə heyətin gücləndirilməsinə yönəldiləcək. “Bavariya”nın mümkün transferləri yaxın vaxtlarda Qvardiolanın özü ilə müzakirə olunacaq.   Qeyd edək ki, “El Mundo Deportivo” nəşri hazırda İspaniya “Atletiko”sunda çıxış edən Arda Turanın məhz Xosep Qvardiolanın istəyi ilə yayda “Bavariya”ya 17 milyon avroya transfer olunacağını yazıb.
Posted:
“Azərbaycan və Ermənistan hər hansı təxribatdan uzaq olmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərə belə bir çağırış edib”.   APA-nın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Monye Dağlıq Qarabağdakı separatçı rejimin “Xocalı aeroportunun ilk sərnişini Minsk Qrupunun həmsədrləri ola bilər” bəyanatını belə şərh edib.   Diplomat bildirib ki, tərəflər bir-birilərinin yanlış qəbul edə biləcəyi addımlardan uzaq olmalıdır: "Erməni tərəfin bu təklifi mənə bir az qəribə gəlir, çünki həmsədrlər iki tərəfi də təxribatlardan uzaq durmağa çağırır".  
Posted:
Pakistanın ən böyük və tirajlı qəzeti olan «Deyli Tayms» qəzetinin bugünkü sayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr edilmiş yazılar dərc edib.  Bu barədə İslamabaddan Lent.az-ın Pakistana ezam olunmuş əmkdaşı Səbuhi Məmmədli xəbər verir.   Məlumata görə, qəzetin dərc etdiyi iki səhifəlik materialda Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun Pakistanda gördüyü xeyriyyə işlərindən geniş söhbət açılır.   Qəzetdə Nəcəf Zaidinin «Mehriban Əliyeva-Humanizmin simovolu», «Evrovizion 2012-böyük festival», habelə «Mehriban Əliyeva: xeyirxah qadın» başlıqlı yazılarda Azərbaycanın birinci xanımının və Heydər Əliyev Fondunun dost ölkədə gördüyü xeyriyyə işlərindən, humanitar fəaliyyətindən bəhs edilib.   Qəzet Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun və Pakistanın ən böyük qadın təşkilatı olan Könüllü Qadınlar Təşkilatının sədri Səminə Şahın da yazılarına da yer ayırıb.   İslamabad 
Posted:
RÜSTƏM İBRAHİMBƏYOVUN ƏLİ HƏSƏNOVA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİYanvarın 21-də Ali Məhkəmə Azərbaycan Ziyalılar Forumunun üzvü, kinodramaturq Rüstəm İbrahimbəyovla Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov arasında başlanmış məhkəmə işinə baxıb. Modern.az saytına bu məhkəmə qalmaqalı ilə bağlı məlumat daxil olduqdan sonra əməkdaşımız məsələni araşdırıb. Bəlli olub ki, Rüstəm İbrahimbəyov 2012-ci ilin avqust ayında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla bağlı məhkəməyə müraciət edib. Kinodramaturq məhkəmə iddiasında bildirib ki, Əli Həsənov mətbuata verdiyi müsahibədə onun şərəf və ləyaqətini təhqir edib. Modern.az-ın araşdırmasına görə, uzun müddət mətbuatdan gizli saxlanılan bu prosesin ilk mərhələsi ötən ilin avqust ayında Səbail rayon Məhkəməsində baş tutub.

Belə bir məhkəmə prosesinin keçirildiyini Ali Məhkəmədən Modern.az-a təsdiq ediblər. Ali Məhkəmənin Mülki Kollegiyasının məsul katibi Elxan Tanrıverdiyev saytımıza bildirib ki, Rüstəm İbrahimbəyovun Əli Həsənov barəsindəki şikayətinı 2012-ci ilin avqust ayının 6-da Səbail rayon Məhkəməsində baxılıb. Həmin prosesdə məğlub olan Rüstəm İbrahimbəyov Səbail rayon Məhkəməsinin qərarından Apelliyasiya Məhkəməsinə şikayət edib.

E.Tanrıverdiyenin sözlərinə görə, Apelliyasiya Məhkəməsində də uduzan kinodramaturq növbəti dəfə Ali Məhkəməyə şikayət ünvanlayıb. Ali Məhkəmənin məsul katibi saytımıza açıqlamasında Rüstəm İbrahimbəyovun müraciətinə yanvarın 21-də hakim Ələsgər Əliyevin sədrliyi ilə baxıldığını vurğulayıb. Proses hazırda Ali Məhkəmədə baxılmaqdadır.

Məsələ ilə bağlı Rüstəm İbrahimbəyovla dəfələrlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
Posted:
İSA QƏMBƏRİN MAŞININI EKSPERTİZA ETMƏKDƏN İMTİNA ETDİLƏRYanvarın 22-də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Müsavat Partiyasının başqanı İsa Qəmbərin əzilən avtomobilinə baxış keçirməkdən imtina ediblər.

Vəkil Nemət Kərimlinin "Yen Müsavat"a verdiyi məlumata görə, ekspertiza mərkəzinin əməkdaşları bunu heç cürə əsaslandıra bilməyiblər: "Bizim üçün maşının ekspertizası çox vacibdir. Buna əsasən Müsavat başqanına dəymiş maddi ziyan müəyyən olunacaq. Amma, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində maşını ekspertiza etməkdən imtina etdilər. Mərkəzdən dedilər ki, nazirliyin əməkdaşı Hümbət adlı şəxs sizə yazılı şəkildə məlumat verəcək. Həmin şəxsə zəng vurdum o da mənə yazılı məlumat verəcəyini dedi. İndiyə kimi heç bir xəbər verməyiblər. Bunlar faktiki olaraq avtotexniki ekspertizanı keçirməkdən imtina edirlər".

Xatırladaq ki, Yanvarın 13-də Müsavat başqanı İsa Qəmbər, partiya liderləri və fəalları Lənkəran şəhərində hücuma məruz qalıblar. Müsavat başqanı İsa Qəmbər, Müsavat başqanının müavini Arif Hacılı, Gülağa Aslanlı, partiya Məclisinin sədri Arzu Səmədbəyli, Gənclər Təşkilatının sədri Tural Abbaslı və başqa müsavatçılar Lənkərana yerli təşkilatın 20 illik yubileyi ilə bağlı tədbirə gedirlərmiş. Lənkəranda bir qrup şəxsin hücumuna məruz qalan müsavatçıların maşınlarına da ciddi xəsarət yetirilib. Onların arasında Müsavat başqanı İsa Qəmbərin əyləşdiyi maşın da olub. "Mercedes Benz" markalı avtomobilin şüşəsi sındırılıb, qapısı əzilib, yan güzgüləri qopardılıb, ön və arxa işıqları sındırılıb.

Fərahim İLQAROĞLU

Posted:
İranda zavod işçiləri etiraz aksiyası keçirirlərİranın Xuzistan və Xorasan Rəzəvi əyalətlərindəki zavodların işçiləri ölkə parlamentinin binası qarşısına toplaşaraq etiraz aksiyası təşkil ediblər. Bu barədə Trend çərşənbə axşamı ILNA agentliyinə istinadən məlumat verir.

İşçilər 10 aylıq əməkhaqqının gecikdirilməsinə etiraz edirlər.

Polis aksiyanın keçirildiyi yerdə olub, lakin heç kəs həbs edilməyib, çünki etiraz dinc xarakter daşıyıb.

Parlamentin əmək fraksiyasının üzvü Əli Rza Məhcub bəyan edib ki, əməkhaqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı sorğu məhkəməyə göndərilib, parlament isə hazırda bu məsələni müzakirə edir.

Milli.Az
Posted:
Türkiyə ordusu PKK yaraqlılarına qarşı əməliyyat aparırTürkiyə ordusu Mardin vilayətinin Midyat rayonunda terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı geniş əməliyyatlara başlayıb.

Trend "Habertürk" qəzetinə istinadən məlumat verir ki, hərbi əməliyyatlara vertolyotlar, zirehli texnika və qırıcı təyyarələr cəlb olunub.

Hələlik öldürülmüş terrorçular barədə məlumat daxil olmayıb.

Milli.Az
Posted:
İntel dahi alimə kömək edəcəkBuna görə də alim hazırda istifadə etdiyi mətnin yığılması sürətinin artırılması və fərdi kompüterlə (FK) əlaqə yaratmaq üçün nəzərdə tutulmuş kompüter interfeysini optimallaşdırmaq və təkmilləşdirmək xahişi ilə "İntel" korporasiyasına müraciət edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Xokinq iflicdən əziyyət çəkir və üzünün yalnız bəzi əzələlərinə nəzarət edə bilir. O, FK-də işləmək üçün mövqeyini əlifba sırası ilə daim dəyişən kursor vasitəsilə lazımi hərfi seçərək xüsusi interfeysdən istifadə edir.

Hazırda mətnin yığılması sürəti dəqiqədə orta hesabla bir söz təşkil edir. Bununla belə o işləyir və kitablar yazır. Məsələn, Leonard Mlodinov ilə birgə yazdığı "Ali ideya" kitabı bir neçə gündən sonra "Amazon.com" onlayn mağazasında bestseller olmuşdu.

"İntel"in texniki direktoru Castin Rattner bildirib ki, şirkət Xokinqə kömək etmək üçün bir neçə üsul haqqında düşünür. Alim mimik əzələlərdən başqa üzünün bəzi digər əzələlərinə də nəzarət edə bilir: qaş və dodaqlarını bir qədər tərpədə bilir. İki müxtəlif hərəkət vasitəsilə artıq Morze əlifbasından istifadə etmək mümkündür. Hər şey uğurlu alındığı halda, mətnin yığılması sürəti 5-10 dəfə artacaq.

Milli.Az
Posted:
Məşhur azərbaycanlı prodüser xəstəxanaya düşdüPublika.Az-ın məlumatına görə, tanınmış prodüser Tolikin səhhətində problemlər yaranıb. Buna görə, həkimə müraciət edən prodüser müayinədən keçib: "Son vaxtlar çox əsəbi olmuşam, atamın əməliyyat olunması, özümün vaxtlı-vaxtında qidalanmamağım, səhhətimdə bəzi problemlər yaradıb. Elə indi həkim müayinəsindən keçdim, müalicəyə ehtiyacımın olduğunu söylədilər".

- Olmaya Aygündən ayrılmağınız əsəblərinizdə gərginlik yaradıb?

- Yox canım, nə dəxli var. Aygünlə biz normal şəkildə danışıb ayrılmışıq.

- Hər halda səbəbsiz heç nə olmur, ay Tolik, bunu özün də bilirsən?

Aldığımız cavab bəzi qaranlıq məqamlara da aydınlıq gətirdi: "Səbəb deyəndə ki, mən işləməyi sevən adamam, passiv həyatı xoşlamıram. 33 yaşım var, pul qazanmalıyam. Oturub gözləyəsi deyiləm ki, Aygün xanım Türkiyədə kiminləsə duet oxuyacaq. Onsuz da, azərbaycanlı müğənnilər lap kosmosa getsələr də, qazancları Azərbaycan toylarından çıxır. Aygündən ayrılmağım o demək deyil ki, işsiz qalacağam. Bu saat mənə nə qədər yerlərdən təkliflər gəlir".

Qeyd edək ki, prodüser xalq artisti Aygün Kazımovadan ayrılması barədə xəbəri Facebook sosial şəbəkəsində - öz səhifəsində paylaşıb.

Milli.Az
Posted:
Jaguar biri hamilə olmaqla üç qadını vurduQadınlardan biri hamilə olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Sankt-Peterburqda baş verib.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Milli.Az
Posted:
Vergilər Nazirliyi Kinematoqrafçılar İttifaqına qarşı cinayət işini siyasiləşdirməməyə çağırır"Vergilər Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə qarşı cinayət işi qaldırılması məsələsinin siyasiləşdirilməsinin əleyhinədir". Trend-in məlumatına görə, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında bildirib.

"2009-cu ilin faktları üzrə cinayət işi niyə məhz indi qaldırılıb" sualını cavablandıran Əmirov deyib ki, bu faktlar uzun müddət ərzində araşdırılırdı.

"Kinematoqrafçılar İttifaqında yoxlamalar plan rejimində başlayıb və yoxlamalardan 15 gün əvvəl İttifaqa müvafiq xəbərdarlıq göndərilib. Bu, ötən ilin ortalarında olub, ilin sonuna isə yoxlamalar yekunlaşıb. Bu yoxlamalar İttifaqın son 3 ildəki - 2009-2012-ci illərdəki fəaliyyətini əhatə edib ki, bu da qanunvericiliyə tam uyğundur. Yoxlamalar vergi ödənişlərindən yayınma faktını ortaya çıxarıb. Araşdırma istənilən sahibkara qarşı olduğu kimi, qanuni qaydada davam edir, qabaqcadan heç bir yanlış qənaət olmayıb. Bu məsələni siyasiləşdirmək düzgün deyil", - Əmirov vurğulayıb.

Qeyd edək ki, yanvarın 16-da Vergilər Nazirliyi məlumat yaymışdı ki, nazirliyin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə 20.11.2012-ci ildə növbəti səyyar vergi yoxlaması başlanılıb. Yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanaraq, fakt üzrə 27.12.2012-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az
Posted:
Azərbaycan və İran arasında məsləhətləşmələr aparılacaq"Bakıda Azərbaycan ilə İran arasında konsulluq məsələləri üzrə məsləhətləşmələr aparılacaq". Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin Tehranda ISNA xəbər agentliyinə müsahibəsində deyib.

Pakayin bildirib ki, məsləhətləşmələr fevral ayının ikinci ongünlüyündə aparılacaq.

Səfirin sözlərinə görə, bu məqsədlə İran xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi Azərbaycana səfər edəcək.

Məsləhətləşmələrdə iki ölkənin vətəndaşları, məhbusların mübadiləsi, tələbələrin problemləri və b. məsələlərə baxılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan ilə İran arasında konsulluq məsələləri üzrə məsləhətləşmələr sonuncu dəfə 2010-cu ildə keçirilib.

Milli.Az
Posted:
Aram Arutyunyan Ermənistan prezidentliyinə namizədliyini geri götürəcək və...Trend-in çərşənbə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Arutyunyan fevralın 7-də, saat 05:00 radələrində Mərkəzi Seçki Komissiyasının binasının qarşısında aclığa başlayacaq və tələb edəcək ki, hər kəs namizədliyini geri götürsün.

O hesab edir ki, qarşıdakı prezident seçkilərində proqramlı mübarizə aparmaq mənasızdır. Onun sözlərinə görə, seçki bülletenlərində qalanlar hakimiyyəti legitimləşdirir. Namizədliyini geri götürənlər isə müstəqil olduqlarını göstərəcəklər.

"Vahid qərar odur ki, Serj Sarkisyanı təklikdə saxlamaq lazımdır", - Arutyunyan qeyd edib.

Milli.Az
Posted:
Bakının günəşi Xatirəyə mane olurLakin artıq iki aydır ki, müğənni məqsədini reallaşdıra bilmir. Milli.Az xəbər verir ki, bunun səbəbləri ilə bağlı müğənni Day.Az-a danışıb.

Məsələ burasındadır ki, bizim planlaşdırdığımız klipdə qar olmalıdır. Lakin biz gördüyümüz kimi, hələ qar heç gözlənilmir də. Əlbəttə ki, havanın isti keçməsi xoşuma gəlir, lakin klip üçün uyğun deyil. Ümid edirəm ki, Bakıda bu qış qar görəcəyik", - o qeyd edib.

Milli.Az
Posted:
Ermənistanın milli aviadaşıyıcısı borc içindədirBu barədə Trend çərşənbə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.

Lakin borc, hələ də, getdikcə artır.

Aviameteoroloji mərkəzin direktoru Pavel Manukyan deyib ki, razılaşma yerinə yetirilməyib, buna görə də onlar məsələni necə həll edəcəklərini bilmirlər.

Müqaviləyə əsasən, "Armavia" hər reysə görə 33 min dram ödəməlidir.

Mərkəz "Zvartnots" aeroportu ərazisində fəaliyyət göstərir.

"Bizim icarə ilə bağlı problemimiz var, borc artır, lakin biz reysləri poza bilmərik", - Manukyan qeyd edib.

Milli.Az
Posted:
Kriştiano Ronaldo ilə Kaka Barselonada oynaya bilərmiş"Barselona" klubunun keçmiş prezidenti Joan Laporta bəyan edib ki, bir vaxtlar Kaka ilə Kriştiano Ronaldonu kluba gətirə bilərdi.

Xatırladaq ki, braziliyalı "Kral" klubuna "Milan"dan keçib, portuqaliyalı isə "Mançester Yunayted"in şərəfini qoruyurdu.

Milli.Az "Championat"a istinadən Laportanın şərhini diqqətə çatdırır: "Milan" bizə Ronaldinyo ilə Kakanı əvəz eləməyi təklif edirdi, ama biz razı olmadıq, çünki o bizim sevimlimiz və xoşbəxtliyimiz idi. Bu təklifi mənə Silvio Berluskoni etmişdi, o, bir az zarafat edirdi, amma ciddi idi. Nəticədə isə Kaka "Real"a keçdi, harada ki, onu elə də bəxti gətirmədi.

Ronaldonun agenti isə bizə təklif etdi ki, ingilislərə dediyi qiymətdəndə aşağı qiymətə klubla razılaşa bilərlər. Lakin biz o vaxtı Ronaldinyonu və Markezi aldığımız üçün Ronaldo bir az ağır olardı bizə".

Tuncay Türbəndəzadə
Milli.Az
Posted:
Ermənistanda polis özbaşınalığına qarşı kütləvi etirazTrend çərşənbə axşamı Ermənistanın "Aykaman Jamanak" qəzetinə istinadən məlumat verir ki, gənclər yaxınlıqdakı binalardan birinin divarından plakat asmaq niyyətində olublar.

Aksiyanın qarşısını almaq üçün şöbənin bütün əməkdaşları səfərbər ediliblər. Aksiya başlamazdan əvvəl onlarla polis ərazini dövrəyə alıb. Həmin ərazidə, həmçinin "Aykanak Jamanak" qəzetinin redaksiyası yerləşir.

"Aksiya polis özbaşınalığına etiraz olaraq təşkil edilmişdi və mövcud aksiyanın gedişatı göstərdi ki, bu özbaşınalığın möhkəm əsası var. Polis qüvvələri plakatı dərhal binanın divarından götürüblər. Təbii ki, polis bu addımın nə dərəcədə qanuni olduğuna aydınlıq gətirə bilməyib", - qəzet yazır.

Milli.Az
Posted:
Azərbaycanlı oğlanla xristian qızın dərdli sevgisi - FOTOSESSİYAMilli.Az xəbər verir ki, xalq yazıçısı Elçin Əfəndiyevin məşhur "Mahmud və Məryəm" romanı əsasında ekranlaşdırılan eyniadlı filmi martın 22-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.

Filmin rəsmi internet səhifəsində filmdən maraqlı fotokadrlar yayımlanıb.

Milli.Az

 Böyütmək üçün şəkillərə klikləyin.



























Posted:
Elşad Abdullayevin son açıqlamalarına tanınmış vəkil Ramiz Zeynalovdan sərt reaksiya gəlib. R.Zeynalov “Təzadlar” qəzetinə müsahibəsində E.Abdullayevin ittihamlarına cavab verib: - Ramiz müəllim, redaksiyamızda bir daha E.Abdullayevin ittiham dolu son açıqlamaları ilə tanış oldunuz... Nə deyərdiniz? - Əvvəla, onu deyim ki, E.Abdullayev məni ən azı tələbəlik illərindən çox yaxşı tanıyır... Əslində, mən onun bu gün (21.01.2013 - red.) musavat.com saytına verdiyi məlum açıqlamasını çoxdan gözləyirdim. Görünür ki, mənim onun öz qardaşının yerini bilməsi, bu axtarışdan necə sui-istifadə etməsi və s. kimi açıqlamalarım onu o dərəcədə yandırıb ki, mənə belə - heç bir məntiqi əsası olmayan bir cavab verməyə məcbur olub. Bir daha deyirəm və bunu sübut edəcək əsaslarım var ki, Mahir Abdullayev Elşad Abdullayevə məxsus olan pulu götürüb aradan çıxıb və bir müddət Kürdəmirin müxtəlif yerlərində, qohumlarının evində gizlənib... Hazırda onun yoxa çıxması üzrə aparılan istintaq elə mərhələdədir ki, mən hələlik başqa heç nə demək istəmirəm... Siz bu yaxınlarda şok hadisə və faktların şahidi olacaqsınız... Və mən indi deyirəm ki, Baş Prokurorluqda yaradılmış XİK-na göndərdiyim 15 dekabr 2012-ci il tarixli vəsatətimdə də göstərmişəm ki, məhz E.Abdullayev özünün 15 may 2009-cu il tarixli istintaqa zərərçəkmiş kimi verdiyi ifadəsində qardaşının özü tərəfindən öldürülməsi faktını qəsdən gizlətməkdən ötrü DİN naziri R.Usubovla, onun müavini Z.Dünyamalıyevlə 14 oktyabr 2003-cü ildə olan danışığını və ya belə deyim, istintaq-axtarış şərtini pozaraq, qardaşının oğurlanması və əvəzində kimlər tərəfindənsə ondan guya pul tələb edilməsi və s. barədə ona verilmiş istintaq məlumatlarını nazirliyə çatdırmaqdan qəsdən vaz keçib. Əvəzində o, 15 dekabr 2009-cu il tarixli yazılı ifadəsində də (hansı ki, yalan məlumat verdiyi halda cinayət məsuliyyəti daşıması xəbərdarlığını almışdı, üstəlik, Baş Prokurorluğun ACDİ İdarəsinin müstəntiqi tərəfindən dindirilib) göstərir ki, ona telefonla zəng edərək qardaşının 50 min dollar pul müqabilində ona təhvil verilməsi üçün onu Zaqatalaya dəvət ediblər. İfadəsində yazır ki, bundan sonra o, qardaşları ilə birgə özünə məxsus “BMW-X5” markalı maşınla yola düşürlər. Lakin sonradan ona zəng gəlir və onlar Kürdəmir istiqamətinə gedirlər. Kürdəmirdəki "Azpetrol" YDM-nin yanında onları əli avtomatlı dəstə saxlayır, ona zəng etmiş Qalib adlı şəxs onu qarşılayır. Sonra həmin Qalib özünü təqdim edir və zəng edənin o olduğunu bildirir... Qəzetinizin ötən saylarında həmin ifadəni olduğu kimi dərc etmisiniz və qısaca onu deyim ki, burada onları maşından düşürdürlər, üst-başlarını, maşını yoxlayır və məcburi qaydada Kürdəmir RPŞ-yə gətirirlər. Hətta o, ifadəsində yazır ki, üstümdəki 50 min dolları sonradan özümə qaytardılar... Məlum olur ki, Kürdəmir RPŞ-nin rəis müavini olan həmin Qalib adlı şəxs ona deyir ki, bilirsən, sənin qardaşını kim oğurlayıb? Və ona Elşad Abdullayevin qardaşı oğlu Mübarizi təqdim edirlər... E.Abdullayev məlum ifadəsində yazaraq davam edir ki, Mübariz başını aşağı saldı, heç nə danışmadı... İfadəsində təkrarən yazır ki, mən sonralar Mübarizi heç bir yerdə tapa bilmədim, bu günə kimi də yoxdur... Soruşuram: Elşad, əgər sən qardaşın Mahirin öldürülməsində və ya yoxa çıxarılmasında iştirak etməmisənsə, sənə deyiblər ki, Mahiri qardaşın oğlu Mübariz oğurlayıb, həmçinin ifadəndə yazırsan ki, qardaşımın oğurlanmasından 6 il keçsə də Mübarizdən bir xəbər yoxdur, niyə qardaşın oğlunun axtarılmasını təmin etmirdin bu müddətdə? Və niyə istintaq qarşısında məsələ qaldırmırsan??? Hansı ki, polis şöbəsində onu sənə Mahiri öldürən kimi təqdim ediblər. Sən DİN nazirinə və nazir müavininə söz versən də ki, adam oğrularından hər hansı bir məlumat olarsa dərhal istintaqa məlumat verəcəyəm, amma sənə gələn zəngdən sonra guya əvvəlcə Zaqatalaya və sonra Kürdəmirə getməyinlə bütün izi azdırmış olmusan, qəsdən istintaqın diqqətini hədəfdən və əsl həqiqətdən kənarlaşdırmısan... Deməli, sən həm əsl həqiqəti, həm də qardaşının öldürülməsi faktını bilə-bilə gizlətmək istəmisən! - Ramiz müəllim, hər halda, sonradan Rusiya TN tərəfindən ləğv olunsa da, E.Abdullayev hüquq elmləri doktoru idi və belə bir adam o boyda yalan və qurama söz-söhbəti niyə təşkil edirdi? - Biləsiniz ki, o, bütün indi yaydığı gizli çəkilmiş videoları da əvvəldən düşünülmüş şəkildə, əsl həqiqəti diqqətdən yayındırmaq, özünü qardaş axtaran kimi göstərmək üçün təşkil edib. Təsəvvür edin, bir tərəfdə istintaq gedir, o biri tərəfdən isə o, 9 il imiş ki, ayrı-ayrı adamlardan ona Mahirin axtarılmasında kömək etməsini acizanə xahiş etməklə qəsdən sövdələşmə şousu yaradıb gizli çəkiliş aparırmış... Hansı normal adam belə mənasız və məntiqsiz işlərlə məşğul olardı? Təkrar edirəm, bilə-bilə ki, qardaşının başına nələr gəlib... Ona görə də onun gizli çəkdiyi, qanunsuz üsullarla əldə etdiyi bu videoların istintaq üçün birmənalı olaraq heç bir hüquqi əsası yoxdur, maddi sübut növü sayıla bilməz... Bütün bunların hamısı Elşad Abdullayev tərəfindən qardaşının öldürülməsi faktını ört-basdır etməkdən ötrü ortaya atılmış başqatan bir şoudur... O, ötən 9 il müddətində əməlli-başlı operatorluq və rejissorluq edib, özünün gizli yaratdığı studiya vasitəsilə köməyinə guya çağırdığı tanınmış insanları şantaj etmək üçün gizli çəkilişlər aparmışdır. Açıq deyirəm, Elşad hüquq elmindən xəbəri olmayan bir adamdır. Bilirsiniz ki, onun elmlər doktoru elmi dərəcəsi də plagiat, yəni oğurluq olduğu üçün Rusiya Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə ləğv edilib. İndi də özünü “hüquq akademiki" adlandırır. Onun video müsahibələrini, açıqlamalarını və bir müddət əvvəl istintaqa verdiyi ifadəsini tutuşdurun. Bir-birini təkzib edən, bir-birinə əks olan fikirlər, məntiqsiz söhbətlərdir. Deyir ki, mən uzun illər hüquq sahəsində çalışmışam... Sən hansı hüquq sistemində  işləmisən, yerini de görək də... Sən həmişə onun-bunun buyruğunda olan adam olmusan. Hamı bilir ki, qayınatana sığındın, onun vasitəsi ilə kiminsə qanadı altında başladın ABU kimi korrupsiya yuvası yaradıb on minlərlə insanı zəlil etməyə... Rüşvət, korrupsiya... Bunlar sənin həyat amalın olub, axı biz bunu bilirik. ABU adlı bu korrupsiya yuvasını gec də olsa, Təhsil Nazirliyi yoxlayıb bağlayıb. Bu gün sənin davan nədir? Davan qardaşın Mahirin oğurlanması yox, öldürülməsi faktı üzrə (!!!) qaldırılmış cinayət işinin istintaqını başqa səmtə yönəltməkdir və artıq "xoruzun quyruğu" görünməyə başlayıb deyə, indi də başlamısan məsələni siyasiləşdirməyə, siyasi hakimiyyətin qanadını ittiham etməyə, ictimaiyyəti də bu yolla çaşdırmağa... İstintaq 2003-cü ildə oğurluq cinayəti üzrə istintaq hərəkətlərinə başlayıb, lakin sonradan bəzi məsələlər məlum olanda, sən ki, bunu yaxşı bilirsən və Mahirin ailəsindən hələ də gizlədirsən, araşdırmalardan sonra bu iş tövsif olunub Azərbaycan CM-nin qəsdən adamöldürmə maddəsinə və həm də istintaq təyinatı dəyişib, Bakı şəhər BPİ-dən alınaraq cinayət işinin materialları Bakı şəhər Prokurorluğuna verilib. Söhbət bundan gedir...Hansı ki, araşdırmalar bir daha təsdiqləyib ki, burada söhbət adam oğurluğundan yox, qəsdən adamöldürmədən gedir. Bax ona görə də bir vaxtlar kömək etməsini xahiş etdiyin Arzu Kazımova Zahid Dünyamalıyev də deyib ki, Arzu, ona de, qardaşının ölü, ya diri, yerini özü yaxşı bilir, desin, biz sakitcə gedib gətirək, artıq söz-söhbət olmasın... İndi bu açıqlamalar niyə xoşuna gəlmir? Sən özün bundan sonra Arzuya deməmisən ki, “Zahid müəllimə de, əgər mən özüm Mahiri təhvil versəm, sonradan onun barəsində cinayət işi başlanılmayacağına qarantiya verirmi?". Çünki getdikcə həqiqət ortaya çıxırdı, yalanların faş edilirdi??? Niyə əsəbləşirsən bu həqiqətlərin tərəfimdən deyilməsinə? Sən heç bir ifadəndə indiyədək “mütəşəkkil cinayətkar dəstə" ifadəsini işlətməmisən. Elə ki, gizli videolarınla bir neçə adamı çayxana söhbətlərinə çəkib-şantaj edib videolar əldə etmisən, başlamısan mütəşəkkil cinayətkar dəstə ifadəsini işlətməyə. 9 ildən sonra Ramiz Mehdiyevi bu dəstənin başçısı adlandırırsan və başlamısan onun istefasını tələb etməyə... Sən 9 ildən sonra Arzu Kazımovla rəhmətə getmiş Zahid Dünyamalıyevin adından guya qardaşın Mahirin telefon danışığı səsini təqdim etdiklərini deyirsən. Bəs bu 9 ildə niyə bu barədə susurdun? Nə mane olurdu??? Gözləyirdin ki, kimsə dünyasını dəyişsin, sonra??? Axı, sənə yalan məlumat verməyə görə cinayət məsuliyyəti daşımağın barədə istintaqda rəsmi qaydada xəbərdarlıq edilmişdi. Niyə indi dediyin bu ittihamları o vaxt istintaqa deməmisən? Sən bu dələduzluq əməlinə görə cavab verəcəksən. Sən on minlərlə tələbəni aldadıb pulunu mənimsəməyinə görə Azərbaycana gəlib məhkəmə qarşısında xalqa cavab verəcəksən. Bu gün həmin pulların sayəsində Fransada kef içində yaşayıb Azərbaycan dövlətini və xalqını gözdən salmaqla məşğul olmağının cavabını verəcəksən. Məqsədin qardaşını axtarmaq deyil. Sən yaxşı  bilirsən ki, qardaşının öldürülməyində sənin əlin nə dərəcədədir... Bəli, bəli, məhz sənin! Bir az səbrli ol, istintaqın yekunlaşmasına az qalıb... O biri qardaşını da özün zəhərləmisən, çünki bəzi şeyləri də o bilirdi... Guya 8 nəfərin, o cümlədən Z.Dünyamalıyevin, Sevinc Babayevanın... “mütəşəkkil dəstə tərəfindən öldürülməsini" yalandan ortaya atıb baş qatırsan. Mən vəsatət qaldırmışam ki, həmin şəxslərin zəhərləndiyi iddia edilən obyektlər, müalicə aldıqları xəstəxanalardan xəstəlik vərəqələri götürülsün, bu iş üzrə şahidlər istintaq tərəfindən dindirilsin. Vəsatətlərimin hamısı da təmin olunub. Elşad, sən bu gün bəzi KİV-lər vasitəsilə Azərbaycan xalqı ilə hakimiyyət, dövlət qurumları arasında etimadsızlıq və qarşıdurma mühiti yaratmaq istəyirsən... Sən elə bilirsən ki, kimlərsə sənin yalanlarına inanır? Sən yalandan deyirsən ki, mənim Arzu Kazımovla bağlı ev alqı-satqı işim olmayıb. Yalan danışırsan! Müqavilələr və digər sənədlər istintaqa təqdim edilib, hər şey sənin uydurduqlarının əksinədir. Sən pulları Arzu Kazımova 30 faiz sələmə verib pul qazanmısan. Sən özünə məxsus Tibb Universiteti tikdirmək üçün Arzu Kazımovun qardaşına məxsus torpaq sahəsini almısan və pulu da əvəzləmə qaydasında buna görə vermisən. 5 tərəfli müqavilədə qayınatanı qabağa verib onu bu universitetin təsisçisi kimi müqaviləyə daxil etmisən. Özün ki, hamıya deyibsən ki, H.Əhmədovu ona görə bu siyahıya salıram ki, o, akademikdir, yuxarılar onu yaxşı tanıyır və işimiz yaxşı keçəcək... Arzuya da belə demisən! Yenə də kiminsə qanadı altına girib baş girləmək! Ayıbdır! Odur ki, başqalarını şantaj etmək keçməz! Gec-tez sən qardaşın barədə bütün müəmmalarına aydınlıq gətirməyə məcbur olacaq, hər şeyi səmimi etiraf edəcəksən? Yaxşı, gəl əyri oturaq, düz danışaq, bu hakimiyyət sənə neyləmişdi ki, qaçıb gedib oturmusan Fransada və başlamısan ittihamlar yağdırmağa? Dövlət orqanları qardaşının axtarılmasında sənə kömək etmirdi ki?! Bəs nə olmuşdu, niyə bu qalmaqalları yaradıb baş qatmaqdasan? Mən Fransa XİN-ə, Fransanın Azərbaycandakı səfirliyinə müraciət etmişəm və göstərmişəm ki, Fransa çirkli pulların yuyulmasına qarşı mübarizədə öndə gedən bir ölkədir. Sənin kimi rüşvətxor və korrupsioner, dələduz bir adam belə bir ölkədə necə mühafizə oluna bilər? İnanıram ki, istintaq orqanı tezliklə sənin Azərbaycana gətirilməyini təmin edəcək... - Azərbaycanın istintaq orqanlarının tarixində çoxsaylı insanların itkin düşməsi ilə bağlı istintaq aparılıb, axtarışlar verilib və s. Mahir Abdullayevin məsələsi nə böyük məsələ olub ki, indi şişirdib az qala dünyəvi bir qalmaqala gətirib çıxarmaq istəyirlər?   - Məsələ ondadır ki, bunu Elşad Abdullayev özü etməkdədir, başqa kimsə bu işə belə yanaşmır... Söhbət ondan gedir ki, biz sanki olmayan iynəni  samanlıqda axtarırıq. İtirən isə, məsələn, Elşaddır və o, bilir ki, bu iynə itməyib, məhv edilib... Yəni, bu adam şou düzəltməklə məşğuldur. İstər Azərbaycanın, istərsə də Elşadın bu gün sığındığı Fransanın, digər Avropa ölkələrinin istintaq və məhkəmə tarixində heç vaxt görünməyib ki, oğurlanmış adamın ətrafında  9 il müddətində alver aparılsın... - Elə isə, Mahir Abdullayevin ətrafında nə baş verir?   - Bunu Elşaddan soruşmaq lazımdır... İndi deməsə də, inşallah, məhkəmədə deyəcək, etiraf edəcək... Adam oğurluğu cinayəti dərhal baş verən cinayətdir və oğrular dərhal qohumlarla əlaqəyə girib pul tələb edirlər. Yəni, bu tamah məqsədi ilə edilən cinayətdir. 9 il ərzində sövdələşmə aparılır? Elşad kimə yalan danışır, nə demək istəyir? İndi Elşadın yaydığı 2 saatlıq kaseti 6 noyabr 2012-ci ildə Arzu Kazımovla mənə təqdim olunub və biz ona baxmışıq. Kasetə həm stenoqrafik baxış keçirmişik, həm də görüntülərə baxmışıq. Bu barədə ətraflı ifadə vermişik... Həmin ifadədə  istintaq sirri olan məqamlar var deyə, hələlik heç nə deyə bilmərəm. Ona görə ki, bəzi dələduzlar bundan istifadə edə bilər. Elşad isə ölkə rəhbərliyini bu qondarma kasetləri ilə təhdid edir, mən vəsatətimdə yazmışam ki, bunun qarşısı alınmasa, bu ölkədə siyasi rəhbərliyin təhdidinə gedib çıxacaq. Onun yaydığı son saxta "istintaq cədvəli"ndə isə hətta siyasi rəhbərliyin qohum-əqrəbalarının adı çəkilir, ölkə rəhbərinə, Azərbaycan dövlətinə qarşı təhqiramiz, aşağılayıcı ifadələr yer almışdır. Məlumdur ki, bunu bəzi qruplar irəli veriblər və ona söz veriblər ki, Ramiz Mehdiyevin istefası təmin olunan kimi guya hakimiyyət təzələnəcək və ABU bərpa olunacaq  və digər xam xəyallar...   - Bəs Mahirin tapılması? - Yox, bu Elşadın maraq çərçivəsində əvvəldən olmayıb axı... Elnur Məcidli, Elşad Abdullayev kimdir ki, Ramiz Mehdiyevin, yaxud ölkənin siyasi hakimiyyətinə daxil olan bəzi şəxslərin istefasını tələb etsinlər? Kiminsə Elşadla çayxana söhbətini ortaya atıb Ramiz Mehdiyevin istefasını tələb etməkdənsə, məsələyə ağıl və düşüncə ilə yanaşsınlar. Sevinc Babayeva kim idi ki, R.Mehdiyevin qəbuluna düşüb nəsə danışıqlar aparsın və s. Bu nağılların sonu olmalıdır. İstintaq qarşısında məsələ qaldırmışam, yoxlasınlar ki, ümumiyyətlə, Sevinc Babayeva PA-ya nə vaxtsa daxil olubmu? Məsələ ondadır ki, Elşad hamını aldadıb, şirnikləndirib, etibarından sui-istifadə edərək söhbətə çəkib və təhriklə olan söhbət də videolara məqsədli şəkildə yazılıb. Sevincin oğlu özü dedi ki, biz Elşadla ailəli dost olmuşuq... Mən sizə deyim ki, ictimaiyyət arasında həm də Mahirin pasportunu dəyişib başqa ölkələrdə olması deyilir... Məndə də belə məlumat var. Reallıq budur ki, adam oğurlamışlar 9 il müddətində onun qaytarılması üçün pul tələb edib sövdələşməyə getməz. İstintaq təcrübəsində, praktikada belə şey yoxdur. - İndi məlum olur ki, E.Abdullayev hər şeyi gizli çəkirmiş... Necə ola bilər ki, o, indiyədək Mahirin axtarışı ilə bağlı yetənə verdiyi pulların faktiki təhvil-təslim anlarını çəkməyib? - Sualınızın cavabı elə sualın qoyuluşundan bəllidir. Bəli, hər şeyi çəkən niyə bircə dəfə bir pul verilməsi anını çəkməyib? Axı onun hər cür çəkən qurğusu olub... Bunlar göstərir ki, deməli, Mahirlə bağlı pul verilməsi şantajdır... Sözdə kimsə çox şey deyə bilər. Ya ola bilsin kimsə bundan başqasının adı ilə pul alıb... Amma bunların Arzu Kazımova, Ramiz Mehdiyevə nə aidiyyəti? Axı, ABU-nun korrupsiya yuvası olması hamıya bəlli idi. Niyə O, indi Təhsil Nazirliyinin, yaxud PA-nın inzibati orqanlarla iş şöbəsindən kiminsə adını çəkilmir? Deməli, bəzi adamlar var ki, vaxtilə Elşadın hamıya bəlli korrupsiya əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alırdılar və indi də ona ürək-dirək verirlər... Bir qrup var ki, hələ nə vaxtsa ABU-nu ona qaytaracaqlarına dpa söz veriblər... Siz Elşadın 2 saatlıq videosuna diqqətlə baxın... Mahirin qayınatası Şamil Şahməmmədovla mübahisə edir. Şamil kişi deyir ki, mənim pulum necə oldu? Hətta bağını satıb pulu ona verdiyini də deyir. Elşad isə deyir ki, mən səndən üç dəfə çox pul qoymuşam... Bu zaman Arzu Kazımov Ş.Şahməmədova müraciət edərək ona bildirir ki, siz prezidentə müraciət  edin, bu məsələnin istintaqı sürətlənsin və sair. Sual edirəm: Arzu Kazımov Mahirin tapılması üçün pul almış olsaydı Şamil Şahməmmədovu Prezidentə müraciət etməyə istiqamətləndirərdimi? Belə çıxır ki, Elşad sadəcə olaraq Şamil müəllimi də aldadıb, Mahirin axtarışı bəhanəsi ilə ondan külli miqdarda pul alıb, hətta bağını satdırıb... Və o, Arzu Kazımovu da qəsdən bu söhbətə çağırıb ki, o, guya dost kimi yaşlı və xəstə insan olan Şamil müəllimə ürək-dirək versin, Mahirin tapılacağına, həqiqətən də axtarıldığına onda inam  yaratsın... Arzu Kazımovun isə xəbəri olmayıb ki, sən demə, Elşad bu görüşlə onların ikisinə də tələ qurubmuş... Bütün bunlar göstərir ki, Elşadı qardaşını axtaran adam deyil, əksinə, Şamil Şahməmmədov daha çox ürək yanğısı ilə bu işə qoşulub, bütün pulunu da ona verib, o da izi azdırmaq üçün başqa yollara əl atıb... Mən bir daha qəti olaraq deyirəm ki, Mahiri Elşad Abdullayev özü aradan götürdüb, digər qardaşı Eldənizi də özü zəhərlədib, çünki Eldəniz çox şeyi bilirmiş və açıqlamaq istəyirmiş...  
Posted:
AŞPA PREZİDENTİ MANDAT ALVERİNDƏN DANIŞDI

AŞPA sessiyasının ikinci gün keçirilən plenar iclasında Avropa Şurasının (AŞ) baş katibi Tyorborn Yaqland çıxış edib.

APA-nın Avropa bürosunun məlumatına görə, baş katib çıxışında Avropada baş verən problemlərdən, demokratiya və insan hüquqlarının vəziyyətindən, bu sahələrdə Avropa Şurasının digər Avropa və beynəlxalq təşkilatlarla daha da sıx əməkdaşlığın vacibliyi kimi məsələlər haqda məlumat verib.

Baş katib Avropa ölkələrində korrupsiya hallarına da toxunub: "Təəssüf ki, bir çox ölkələrin parlamentlərində millət vəkilinin toxunulmazlıq hüququndan sui-istifadə edənlər var və bundan daha çox güclü iş adamları istifadə edir. Bəziləri hətta gizli vasitələrə əl ataraq parlamentdə yer qazanmaq istəyirlər. Belə olan təqdirdə ölkədəki media vasitələrinin kiminsə əlində cəmləşməsi, belə işlərin məhkəmələr tərəfindən birtərəfli və gec araşdırılması, bu kimi şəxslərin tez bir şəkildə ədalət qarşısında cavab verməsini əngəlləyir. Çox təəssüf ki, Avropa Şurasına üzv ölkələr arasında da belə hallara rast gəlirik. AŞPA bu kimi hallara qarşı öz səsini ucaltmalıdır. Avropa Şurasının GRECO və MONEYVAL kimi qurumları korrupsiya qarşı mübarizədə ən əsas vasitələrimizdir. Sizə səslənirəm və xahiş edirəm ki, milli parlamentlərinizi və hökumətlərinizi bu qurumların öhdəliklərini uyğun bir zamanda yerinə yetirmələrinə çağırasınız".

 



Posted:
              Prezidenti tərifləyən məktubların ünvanı                        Prezidenti tərifləyən məktubların ünvanı                        Prezidenti tərifləyən məktubların ünvanı                        Prezidenti tərifləyən məktubların ünvanı                        Prezidenti tərifləyən məktubların ünvanı                        Prezidenti tərifləyən məktubların ünvanı                        Prezidenti tərifləyən məktubların ünvanı                        Prezidenti tərifləyən məktubların ünvanı          .-
«Sizin son «Dünyada Azadlıq -2013» hesabatınızdan ciddi narahat oldum. Bu hesabat mənim ölkəmə qarşı qərəzli və qeyri-obyektivdir. Hesabat Azərbaycanda insan haqları və demokratiyanın durumunu düzgün göstərmir, bizim bu sahələrdəki mühüm uğurlarımız nəzərə alınmayıb».
ƏLİ ƏHMƏDOVUN AÇIQLAMASI VƏ...

İngiliscə yazılmış bu məktub AzadlıqRadiosunun elektron poçtuna Pərvin Mirzəzadə imzası ilə gəlib. Məktub «Freedom House» təşkilatının elektron poçt ünvanlarına da göndərilib.

Bu qurum ötən həftə açıqladığı hesabatda Azərbaycanı «qeyri-azad ölkə» adlandırıb. Əslində Azərbaycanın illərdir oturuşmuş reytinqində dəyişiklik olmasa da, ölkə rəsmilərinin «Freedom House»a soyuq yanaşması daha da soyuyub. Rəsmilər özəlliklə də qurumun tanınmamış Dağlıq Qarabağ rejimini «qismən-azad» adlandırması ilə barışmadıqlarını dilə gətirirlər.

YAP sədrinin müavini Əli Əhmədov yanvarın 17-də yap.org.az saytına deyib ki, «separatçı bir rejimi azadlıq şkalası üzrə necə qiymətləndirməsindən asılı olmayaraq, təkcə bu faktın özü kifayətdir ki, bu təşkilatın mahiyyəti haqqında insanda bitkin fikir formalaşsın».

Əli Əhmədov onu da əlavə edib ki, Azərbaycan ictimaiyyəti həmişə haqlı olaraq qərəzli beynəlxalq təşkilatların qeyri-obyektiv dəyərləndirmələrinə etirazını bildirib:
«İnanıram ki, «Freedom House»un son hesabatı xalqımızın qəti etirazı üçün daha ciddi əsas verir».
http://gdb.rferl.org/A36D530E-B1C2-4DD8-B6C1-06D8C6D7CE60_w268_r1.jpg Zəminə Əliqızıx http://gdb.rferl.org/4E8CD881-28D4-453D-BD09-A7CF65098D5A_w640_r1_s.jpg Zəfər Quliyevi ​​–Bu, daha çox prezident seçkisi ilə bağlıdır, çünki bu, adi seçki deyil. Hakimiyyət bu seçkinin əhəmiyyətini, özü üçün riskli olduğunu gözəl başa düşür. Əvvəlki illərdə Qərb ölkələri, beynəlxalq qurumlara qarşı kampaniya aparanda, hakimiyyət bunu elə də pərdələmirdi, televiziyalarda, Milli Məclisdə bu, açıq-aşkar edilirdi. Çox vaxt bu kampaniya geosiyasi maraqlarla bağlı olurdu, məsələn, Azərbaycan Qərb və Rusiya arasında manevr edirdi. İndiki seçkidə daxili vəziyyət də dəyişib, cəmiyyət fəallaşıb. Hakimiyyət hiss edir ki, kənardan da ölkə daxilindəki proseslərə təsir göstərən qüvvələr var. Eyni zamanda, aparıcı Qərb ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana qarşı daha sərt kampaniya aparsalar, seçki vəziyyəti dəyişə bilər. Hakimiyyətin bütün resurslarına, maliyyə və təsir imkanlarına, saxtalaşdırma üzrə peşəkarlıqlarına baxmayaraq, bu seçki onun üçün ciddi problemə çevrilə bilər.
«Freedom House»un hesabatlarına ABŞ-da və bütün dünyada etibar edirlər. Bunu AzadlıqRadiosuna müsahibəsində ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini, əvvəl həmin qurumda icraçı direktorun müavini çalışmış Thomas Melia da deyib:
«Beynəlxalq dəyərləndirmələrin bu cür üst-üstə düşməsini nəzərə almamaq dəvəquşu davranışı olardı... Yaxşı olar ki, Azərbaycan rəsmiləri bu dəyərləndirmələrə daha ciddi yanaşaraq, ölkənin nüfuzunu yüksəltmək yollarını arasın və bu işdə ciddiyyət göstərsinlər».
Posted:
              Amnesty International Eynulla Fətullayevlə əməkdaşlığı bitirir                        Amnesty International Eynulla Fətullayevlə əməkdaşlığı bitirir          .-


Amnesty International (Aİ) beynəlxalq hüquq-müdafiə təşkilatı hüquq müdafiəçisi Eynulla Fətullayevlə əməkdaşlığı dayandırır. Bu barədə qurum bəyanat yayıb.

Aİ-nin Qafqaz və Ukrayna üzrə kampaniyaçısı Max Tucker yazır ki, qurum vaxtilə vicdan məhbusu olmuş Eynulla Fətullayev üçün 4 il kampaniya aparıb:

«Bir müddət əvvəl, o, Amnesty International-ın Almaniya ofisindən Almaniyada insan haqları pozuntuları barədə Brüsseldə özünün təşkil etdiyi tədbirə qatılmaq üçün bir spiker ayrılmasını xahiş etdi. O, bu tədbirin Alman Marşal Fondu (German Marshall Fund) və Qara Dəniz Fondunun (Black Sea Trust)  maliyyələşdirdiyini bildirdi. Aİ-nin Beynəlxalq Katibliyi (International Secretariat), Almaniyadan xahiş etdi ki, bu tədbirə spiker göndərməkdən boyun qaçırsın. Qara Dəniz çevrəsindəki ölkələr üçün təsis edildiyindən, Qara Dəniz Fondunun həmin ölkələrin əvəzinə Almaniya üzrə bir layihəyə onlarca min avro xərcləməsi də şübhəli göründüyünə görə, onlarla əlaqə saxlamaq qərarına gəldik...  İştirakdan imtinamıza baxmayaraq, Eynulla Fətullayev Aİ spikerinin də daxil edildiyi tədbir gündəmini yaymağa başladı. O, həmçinin Aİ-nin iştirakını iddia edərək, tədbirə dəstək qazanmağa çalışdı. Daha sonra Qara Dəniz Fondunun bu tədbiri maliyyələşdirmədiyini müəyyənləşdirdik. Bu səbəbdən Eynulla Fətullayev və onun «İnsan Hüquqları Uğrunda» Azərbaycan İctimai Birliyi təşkilatı ilə hər hansı əməkdaşlığı dayandırmaq qərarına gəldik. Eynulla Fətullayevin bizi dəstəkçi və ya tərəfdaş təşkilat kimi təqdim edən hər hansı iddiasına əhəmiyyət verilməməlidir. Onun sayt və videosunu (thedecline.info dan izlənə bilər) artıq hökümətyönlü xəbər agentlikləri təşviq edir. Bu sayt, adətən, Azərbaycanda üzə çıxarılan insan haqları pozuntularına eyni dərəcədə Almaniyada da rastlanması barədə yanlış təsəvvür yaratmağa çalışır və bu iddianı dəstəkləmək üçün Amnesty International-ın Almaniyadakı insan haqları pozuntularına qarşı tənqidlərindən yararlanır». 

Amnesty International bildirir ki, görünür, bu çox təəssüfləndirici haldan Azərbaycan hökuməti öz ölkəsində insan haqları pozuntuları barədə Avropadan gələn tənqidi zəiflətmək üçün istifadə edir.

«BELƏ ÇIXIR Kİ, QƏRB DÖVLƏTLƏRİNİ TƏNQİD ETMƏK OLMAZ»

Eynulla Fətullayev isə Facebook səhifəsində Amnesty International-a cavab verib. Onun fikrincə, bu bəyanat Amnesty-nin özü üçün çox təhlükəli bir presedentə çevrildi. Artıq tənqidə icazə verilməyən dövlətlərin dairəsi cızılır və bu, beynəlxalq hüquq-müdafiə hərəkatı üçün ciddi bir siqnaldır. Belə çıxır ki, Qərb dövlətlərini tənqid etmək olmaz və onlar toxunulmazdır.

«Almaniyada olarkən təşkilatın Berlin ofisinin nümayəndəsi könüllü olaraq bizə müsahibə verib və Alman polisinin özbaşınalıqlarından bəhs edib. Kim Amnesty-nin nümayəndəsi Aleksandr Boşu Almaniyanı tənqid edən müsahibəni verməyə və bu səpgili bəyanatla çıxış etməyə təhrik etmişdi?

Hesab edirəm ki, bu bəyanat səhv bir addım oldu və təşkilatın bir çox dövlətlərdə monitorinqinə zərbə vuracaq. Sual olunacaq: Siz niyə Almaniyada monitorinq aparılmasının əleyhinəsiniz? Onda bizi niyə yoxlayırsız?».

Yanvarın 22-də Eynulla Fətullayev Strasburqda Avropa Şurasının binasında siyasi məhbuslar mövzusunda açıq tədbir keçirir.
Posted:
İran Mərkəzi Bankının sabiq rəhbəri pul mənimsəmə faktını inkar edir"Ötən il bank sistemindən pullar Prezident Administrasiyasının razılığından sonra götürülüb". Trend-in çərşənbə axşamı "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Mərkəzi Bankının sabiq rəhbəri Mahmud Bəhmani deyib.

O bildirib ki, Prezident Administrasiyasının razılığından sonra bank sistemindən 30 trilyon rial (təqribən 2,5 milyard dollar) götürülüb.

Xatırladaq ki, 2012-ci ilin oktyabrında İranın Ali Auditor Məhkəməsi Bəhmanidən qanunsuz pul götürülməsi ilə bağlı məsələ barədə izahat tələb edib.

Milli.Az
Posted:
Azərbaycanın tarixi və mədəniyyət abidələrinin pasportlaşdırılması davam edirTrend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən beynəlxalq standartlara cavab verən yeni pasport nümunələri hazırlanıb və onlara Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları tərəfindən müsbət rəy verilib. İlkin mərhələdə 234 tarix və mədəniyyət abidəsinin pasportlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, ölkəmizdə mövcud olan tarix və mədəniyyət abidələrinin ilk dəfə olaraq kütləvi şəkildə pasportlaşdırılması işi 1970-1980-ci illərdə aparılıb. Bu müddət ərzində 1000-dən artıq abidənin sənədləşdirilməsi həyata keçirilib.

Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət siyahısında dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə qruplaşdırılan 6308 tarix və mədəniyyət abidəsi yer alır. Bundan əlavə, təxminən 2000-ə yaxın yeni aşkar olmuş statusa malik olan abidə var ki, hazırda onların siyahılarının dəqiqləşdirilməsi aparılır.

Milli.Az
Posted:
Azərbaycanda vergi borclarının 41 faizi dövlət sektorunun payına düşür"Azərbaycanda vergi borclarının 41 faizi dövlət sektorunun payına düşür". Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi İlkin Vəliyev çərşənbə axşamı mətbuat konfransında bildirib.

"Bunlar, əsasən, kommunal müəssisələrin sovet dövründən qalmış borclarıdır", - Vəliyev deyib.

Onun sözlərinə görə, 2012-ci ildə borcların həcmi mart ayı ilə müqayisədə 16,2 faiz azalaraq 35 faiz təşkil edib.

Vergi borclarının ödənilməsi tendensiyası 2010-cu ildən müşahidə olunur. Nəticədə 2010-cu ildə borclar 20 faiz, 2010-2011-ci illərdə isə 43,5 faiz azalıb.

Vergilər Nazirliyi vergi borclarının yığılması üzrə dünyada tətbiq olunan daha çevik və səmərəli mexanizmləri öyrənir.

2011-ci ilin avqustundan Azərbaycanda borcların araşdırılması təcrübəsinin vergi ödəyənlərlə birgə tətbiqinə başlanılıb. Vergi orqanları öz borcları haqqında yaxşı məlumatlandırılmamış və ya onların mövcudluğu və məbləği ilə razı olmayan vergiödəyiciləri bu borcların birgə öyrənilməsinə dəvət etməyə başlayıb. Bu təcrübə dünyada geniş tətbiq edilir və Azərbaycanda tətbiqinə qədər Avstraliya, İrlandiya və Yeni Zelandiyanın təcrübəsi öyrənilib.

Hazırda vergiödəyici verginin məbləği, yaranma səbəbi, borcun strukturu haqqında informasiyanı elektron poçt, SMS mesajlar, səsli mesajlar, yaşayış və ya iş yeri ünvanlarına xəbərdarlıqlar vasitəsilə ala bilər.

Nazirlikdə, habelə borclular haqqında informasiya mənbələrinin genişləndirilməsi üzrə iş aparılır.

Milli.Az
Posted:
Müğənnidən anasına 5,9 milyon dollarlıq hədiyyə - FOTOSESSİYAMilli.Az TMZ-yə istinadən bildirir ki, 31 yaşlı müğənninin almaq istədiyi ev Hyuston şəhərinin yaxınlığındakı Piney Point qəsəbəsindədir. 3 il əvvəl 20 milyon dollara müğənni Hyuston şəhərində malikanə almışdı.

Malikanənin 6 yataq otağı və 16 hamam otağı, habelə oyun otağı, iki jakuzisi, fitness salonu, hovuzu, kiçik kinoteatrı, 4 mətbəxi və 4 maşınlıq qarajı var.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

































Fotolar: HoustonMansion.com
Posted:
Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli Pakistandadır. Əməkdaşımız Səbuhi Məmmədli son olaylardan sonra hazırda dünyanın diqqət mərkəzində olan Pakistandakı mövcud ictimai-siyasi vəziyyət, Azərbaycan-Pakistan münasibətləri, Azərbaycanın Pakistandakı səfirliyinin ölkələr arasındakı münasibətlərin inkişafı sahəsində gördüyü işlər, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi layihələr, sadə pakistanlıların Azərbaycan barədə düşüncələrinin yer aldığı geniş reportajlar hazırlayacaq.   Lent.az-ın sadiq oxucuları bu maraqlı reportajlarla yaxın günlərdə tanış ola biləcəklər.    
Posted:
Lent.az-ın “Tamaşa dünya” layihəsində növbəti fotoreportaj Quba rayonunun Cek kəndindən və bu kəndə aparan sıldırımlı yollardandır. Layihəni tanınmış fotoreportyor Abbas Atilay aparır.   Qubadan Xınalıq kəndinə, bir mədəniyyətdən başqa bir mədəniyyətə olan yolun uzunluğu 57 km-ə yaxındır. Xınalıqlılar və bu yol üzərində yerləşən kənd sakinləri bu yolu hər gün istifadə edir. Yol o qədər də uzun olmamasına baxmayaraq, hava yaxşı olarsa rayon mərkəzindən Xınalığa 1,5 – 2 saata çatmaq olar. Turistlər üçün bu yol ekzotik gözəlliyə malikdir, insan dörd göz olub ətrafı seyr etmək istəyir. Yerli insanlar üçünsə yolun əziyyətləri təbiətin ekzotikasını kölgədə qoyub.   Yolun çox hissəsi sıldırım qayalıqlar arasından keçdiyi üçün olduqca təhlükəlidir. Dağın ətəyindən keçən eni 3-4 metrlik yollar təqribən dərinliyi yüz metrdən artıq olan dərələrə boylanır. Maşınların dərəyə yuvarlanması üçün kənara bir metr əyilməsi kifayətdir. Hər il bu yollarda ağır qəzalar baş verir.   Qış fəslində bu yollar nabələd sürücülər üçün bir fəlakətdir. Yollara yağan qar ensiz yolu bir az daha təhlükəli edir. Ona görə bu fəsildə sükanı yerli sürücülərə tapşırmaq məsləhətdir. Onlar bu yola daha çox bələddirlər. Bunu mən elə bu yolda müşahidə etdim. Xınalıqdan rayon mərkəzinə qayıdarkən Cek kəndi yaxınlığında dumana düşdük. Belə ki, 3 metr qabağı görmək olmurdu. Yolun isə daha təhlükəli hissəsində idik. Buna baxmayaraq maşının sürəti təqribən saatda 40-60 arasında dəyişirdi.   Cek kəndi demişkən, bu kənd Xınalığa qədər yolda sonuncu kənddir. Kənddə təqribən 40 ailə yaşayır. Ceklər Şahdağ xalqlarına aid edilir, öz dillərində danışırlar. Amma deyilənə görə hər il bu kənddən başqa yerlərə bir daha qayıtmamaq şərti ilə köç edilir. Bu da ki, qayalar üzərində salınmış çoxəsrlik yaşayış yerinin dağılmasına gətirib çıxarır.   Kənd əhalisi əsasən heyvandarlıqla məşğuldur. Yay mövsümündə isə yol kənarlarında əllərində ipəkdən dəsmallar, qış üçün əlcək, corab, dağlardan yığılmış otlar, çiçəklər olan balaca uşaqlar görmək olar. Onlar turistlərə bu məhsulları satır və həyatlarına rəng qatırlar.   P.S.: İmkan daxilində qış fəslində də olmasa başqa fəsillərdə bu əraziləri görməyi sizə məsləhət görərdim. İnsanlar olduqca mehriban, təbiət olduqca füsunkardır. Yol xərci də o qədər çox deyil...
Posted:
Müsavat başqanının müavini və tanınmış yazar Tofiq Yaqublu "Yeni Müsavat"a öz döyüş xatirələrini yazmağa başlayıb. Zamanında adı iki dəfə Milli Qəhrəmanlığa təqdim olunan, lakin müxtəlif səbəblərdən təltif olunmayan Tofiq Yaqublunun zəngin faktlarla dolu gündəliyinin tariximizin Qarabağla bağlı səhifələrinə təzə bir işıq salacağına, Azərbaycan gəncliyində vətənpərvərlik ruhunun güclənməsində stimul olacağına inanırıq (Qeyd: müəllifin yazı üslubuna toxunulmayıb).

(Əvvəli 14 yanvar tarixli sayda)

Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra altı rayonumuzun dalbadal ermənilərə təhvil verilməsi məni çox üzürdü. O, iqtidara gələn kimi, torpaqlarımızın müdafiəsindən daha çox, hakimiyyətinin möhkəmləndirilməsi ilə məşğul olmağa başladı. Xüsusi hazırlaşdırılmış 33 batalyonu "cəbhəçilər" elan edərək buraxdılar. Ermənilər Zəngilanı işğal edən günü Bakıda Respublika Sarayında təntənəli tacqoyma mərasimi keçirildi. Ölkədə rəsmən şadyanalıq elan edilmişdi. Taleyin ümidinə buraxılmış zəngilanlılar özlərini Araza ataraq İran ərazisinə keçməklə xilas ola bilmişdilər.
Bununla belə, hakimiyyətin itirilməsi məni bir o qədər narahat etmirdi. Düşünürdüm ki, bir az keçəcək haqq-ədalət bərpa olunacaq. Ancaq itirilmiş torpaqlar bir an da olsun başımdan çıxmırdı. Günlər keçir, döyüş bölgələrindən isə bir xoş xəbər gəlmirdi. O vaxtlar ermənilərin ciddi yanacaq problemi varıydı. Onlar yanacağı avtotankerlərlə Gürcüstan ərazisindən keçməklə Rusiyadan daşıyırdılar və çətinliklə ehtiyaclarını ödəyirdilər. Deyirdilər ki, əgər bir müddət Ermənistana yanacaq daxil olmasa, onların döyüş texnikası dayanacaq və ümumiyyətlə, orada həyat donacaq. Döyüşçü dostum Mustafa Cəlilin Müdafiə Nazirliyində bir zabit tanışı varıydı. Həmin zabit ermənilərin yanacaq karvanının partladılması ideyası haqqında danışanda Mustafa  məni nəzərdə tutaraq əminliklə deyib ki, döyüşçü dostum var, o, bu işi bacarar. Mustafa döyüşlər zamanı ermənilərin arxasına keçib əməliyyatlar keçirdiyimi bildiyindən əminliklə demişdi. Bir az əvvəl isə bizim batalyonun 10-15 nəfər döyüşçüsü toplaşaraq yenidən müharibəyə getmək haqqında razılaşmışdıq. Elə bizim yenidən əvvəlki tərkibdə döyüşə getməyimizi təşkil etmək üçün Mustafa həmin zabitlə görüşəndə bu məsələ ortaya çıxmışdı. Sabah həmin zabitlə görüşməliydim, amma burada deyirdilər ki, bizi Qara şəhərdəki təcridxanaya aparacaqlar və hərəmizə 10-15 sutka verəcəklər. Həm də buna görə çox pərt olmuşdum. Ancaq öz-özümə düşünürdüm ki, polis idarəsi mayor Təlimdən ibarət deyil ki, yəqin burada biri tapılar ki, mənim nə poqon qopartmadığımı, nə də kəllə atmadığımı dəqiqləşdirər. Lakin möcüzə baş vermədi, bizi avtobuslara doldurub Qaraşəhərdəki təcridxanaya gətirdilər.
Təcridxanadan çıxandan sonra Mustafanı axtarıb tapdım, məsələni ona danışdım və yenə də zabitlə görüşmək istədiyimi bildirdim. Təxminən 3-4 gün sonra Mustafa mənə dedi ki, həmin zabit sabah saat 14-də "Gənclik" mehmanxanasının qabağında gözləyəcək. Deyilən vaxtdan 10 dəqiqə əvvəl həmin yerə gəldim. Bir az keçmişdi ki, zabit də gəldi. Onun hərbi  forması məni bir az təəccübləndirdi. O, hərbi pilot idi. Görüşdük və salamlaşdıq. Məlum oldu ki, bu, Mustafanın dediyi zabit deyil, onun vacib işi çıxdığından bu pilotu göndərib. O, əvvəlcə  özü haqqında, döyüş uçuşları haqqında  danışdı. Məlum oldu ki, o vaxt çox hay-küyə səbəb olmuş,  Ermənistan ərazisində rayon mərkəzinin bombalanmasını  o, edibmiş. Pilot mənə çoxlu suallar verdi, qətiyyətimdən əmin olandan sonra sabah Müdafiə Nazirliyinə gəlməyi xahiş etdi və daxili telefon nömrəsi verdi.

Ertəsi günü Müdafiə Nazirliyinə gedib deyilən nömrəyə zəng etdim. Dəstəyi görüşəcəyim zabitin özü qaldırmışdı. Beşcə dəqiqə gözləməyimi xahiş etdi. Bir tərəfə çəkilib qəzet oxumağa başladım, amma bir gözüm nazirliyin qapısındaydı. Qapıdan çıxan zabitlərə diqqətlə baxırdım ki, gözü ilə adam axtarsa qabağa durum. Beləcə xeyli gözlədim. Bu arada əynində qara dəri gödəkçə olan, başı qırxıq, ortaboylu, 40-45 yaşlarında cantaraq  bir nəfər çıxdı. Hərbi formada olmadığı üçün  görüşəcəyim zabitin o, olduğunu güman etmədim. Baxdım ki, qapıdan bir az aralanandan sonra ora-bura boylanmağa başladı və  kimisə gözlədiyimi hiss edib mənə yaxınlaşdı. Salam verib adımı soruşdu. Kİm olduğumu öyrənəndən sonra özünü təqdim etdi. Məlum oldu ki, Mustafa deyən zabit budur. Qolumdan tutub yaxında dayanmış  yaşıl rəngli "Moskviç"ə tərəf yönəldi. Maşına oturduq. Maşında məni sorğu-sual etməyə başladı. Onun sualları bu işdə nə qədər qətiyyətli olduğumu və silahlardan necə istifadə etməyimi aydınlaşdırmağa yönəlmişdi. Mən təmkinlə onun suallarına cavab verirdim. Bir azdan suallarını qurtarıb maşını işə saldı. Dedi ki, indi Prezident Aparatına gedəcəyik, ora sənin haqqında ilkin məlumat vermişik. Bir nəfər səninlə söhbət edəcək, o, razılıq  verəndən sonra birgə fəaliyyətə başlayacağıq. Düzü, Prezident Aparatı söhbəti məndə şübhə və tərəddüd yaratdı. Özünə bir söz demədim, fikirləşdim ki, bəlkə bu mənim müsavatçı olmağımla bağlıdır, ola bilsin ki, hər ehtimala qarşı məsələni orada da razılaşdırmaq istəyirlər. Bir azdan o, maşını Nazirlər Kabinetinin qabağında saxladı. Ona dedim ki, maşından düşməmiş bəzi şeyləri dəqiqləşdirməli və razılaşdırmalıyıq. Ondan sonra görüşməyə gedərik. Razılaşdı. Əvvəlcə  soruşdum ki,  atəşkəs elan olunan dövrdə bu əməliyyata ehtiyac qalırmı? Ermənilərin ünvanına rusca söyüş söyəndən sonra, dedi ki, atəşkəs-zad, bunlar hamısı boş şeylərdir, müharibə davam edəcək, çalışıb Ermənistana zərbələr vurmalıyıq.

Bu ideya ortaya çıxandan, çox qorxduğum bir məqam varıydı. Məsələ beləydi ki, hələ xeyli əvvəl Gürcüstana ərazisindən Ermənistana gedən yanacaq karvanlarının marşrutu haqqında xeyli məlumat toplamışdım. Dayım Tiflisdə polis podpolkovnikiydi. Onunla danışıb bir çox şeyləri dəqiqləşdirmişdim. Öyrənmişdim ki, yanacaq karvanları Ermənistana Sadaxlı yolu ilə yox, Başkeçid rayonundan keçən yolla gedirlər. Orada diversiya üçün unikal şərait varıydı. Yol hər iki tərəfi sıldırım qayalar və meşələr olan dərin dərədən keçirdi. Nəzərdə tutduğum yer  soydaşlarımızın yaşadığı Səfərli kəndinə yaxın yeriydi.  Bir az yuxarıda, lap Ermənistanla sərhəddə  90-cı illərin əvvəllərində baş vermiş hadisələr zamanı tamamilə boşalmış Saatlı və Muğanlı kəndləri yerləşirdi. O zamanlar Gürcüstanda xalq ordusu Mxedrioninin  silahlıları və polislər soydaşlarımıza qarşı çox qəddarlıq edirdilər. Hər xırda şeyə görə adamları döyür, evinə basqın edir,  maşınını əlindən alır, hətta öldürürdülər. Dövlət katibi Lalə-Şövkət Hacıyevanın Başkeçidə səfərindən sonra vəziyyət bir balaca düzəlsə də, sonradan hər şey əvvəlki vəziyyətinə qayıtmışdı. Qorxurdum ki, diversiya həyata keçirilən yerə yaxın bütün türk kəndlərinə zülm etsinlər. Bundan sonra baş vermiş hadisəni araşdırmaq və günahkarların tapılması adı altında camaatın başına oyun aça bilərdilər. Üstəlik də həmin yer Ermənistan sərhədinə lap yaxın idi, ermənilər də basqın edə bilərdilər.
Ona görə də zabitdən soruşdum ki, diversiyadan sonra soydaşlarımızın təhlükəsizliyinə kim qarantiya verəcək, Azərbaycan hökuməti onları müdafiə edə biləcəkmi? O, fikirləşmədən dedi ki, bundan heç narahat olma, hər şey düşünülüb. Aydınca hiss olunurdu ki, yalan deyir. Çünki mən buna qədər əməliyyatı  harada  planlaşdırdığımı deməmişdim, o, isə düşünmədən heç bir problem olmayacağını deyirdi. Ona dedim ki, indi kimlə görüşəcəyiksə, bu söhbəti ona deməliyəm. O, bir az   gözləməyimi xahiş edib maşından düşdü və Prezident Aparatına tərəf yox birbaşa Nazirlər Kabinetinin qapısına doğru getdi. Qapıda duran polis ondan heç nə soruşmayaraq içəri buraxdı. Mənə elə gəldi ki, o, qapıdan  keçib həyətə çıxdı və həyətlə Prezident Aparatına tərəf getdi. Maşında təxminən 20-30 dəqiqə gözlədim. Zabit mənə dedi ki, həmin adamla bu gün görüşmək mümkün olmayacaq, biz sabah saat 12-də metronun  "İnşaatçılar"  stansiyasının  yanında görüşməliyik. İndi mənim özümə ciddi  tapşırıq verdilər, onunla məşğul olmalıyam, sabah görüşüb bütün detalları danışarıq və yenidən bura görüşə gələrik. Axır dözməyib Prezident Aparatı söhbətinin məni açmadığını ona bildirdim. Dedim ki, əgər siz Ermənistana gedən yanacaq karvanının partladılmasını istəyirsinizsə, bunu mən edərəm, gəlin tapşırığın icrası ilə bağlı detalları müzakirə edək, bu işə Prezident Aparatının nə dəxli? Dedi ki, darıxmayım, sabah görüşəndə bütün hər şeyə aydınlıq gətiriləcək. Ancaq onu da deyim ki, Müdafiə Nazirliyinin qabağında maşında mənə verdiyi suallardan onun peşəkar hərbçi olduğuna əmin olmuşdum. Orada Qarabağ müharibəsindən əvvəl Əfqanıstanda döyüşdüyünü də demişdi.
Ertəsi günü deyilən yerdə görüşdük. Zabitin yanında hərbi səhra formasında daha bir zabit də varıydı. Oradakı kafelərin birində oturduq. Məndən əməliyyatı necə keçirəcəyimi soruşdular. Bildirdim ki, nəzərdə tutduğum yer hər iki tərəfi sıldırım olan dərin dərədir. Bizim  kəndimiz isə qonşu Bolnisi  rayonun ərazisindədir və həmin dağların arxasındadır. Misal üçün dağların Şamaxı ilə Xızını necə ayırmasını göstərdim.  Bildirdim ki, bir günə dağları o üzə aşmaq olar. Yanacaq karvanı hələ Şimali Osetiyanın ərazisinə olanda bizə xəbər verəcəkdilər, hesablanmış vaxtda Bakıdan yola düşəcəkdik. Silahları Gürcüstan  sərhədindən keçirməyi öz boynuma götürürdüm. 4-5 nəfərlik dəstə ilə günün qaranlıq vaxtında bizim kəndin yaxınlığına gəlirik, kəndə girmədən, heç kəsə bildirmədən birbaşa meşəyə girib dağları aşıb nəzərdə tutduğum yerə gəlib gözləyirik. Karvan bərəyə çatanda əvvəlcə qumbaraatanla birinci və axırıncı maşınları partladırıq, sonra da qalanlarını. Yəqin ki, belə vəziyyətdə oradan salamat çıxan ola bilməzdi.   Əgər karvanın mühafizəsi bizə atəş açsa, biz də  avtomatlarla cavab veririk. Sonra da dərhal dağa çəkilirik və onu aşıb növbəti dəfə havanın qaralmağını gözləyirik. Sonra da əvvəlcədən müəyyənləşdirdiyimiz marşrutla Azərbaycana qayıdırıq. Hər ikisi dedi ki, normal plandır və sonra əlavə suallar da verdikdən hansı döyüş ləvazimatlarının lazım gələcəyini soruşdular. Mən də dedim ki, ən azından 3 qumbaraatan və hərəyə bir avtomat. Avtomatların desantlar üçün nəzərdə tutulmuş qatlanan metal qundaqlı  olmasının vacibliyini də bildirdim. Bundan sonra məsələyə dəxli olmayan şeylərdən, döyüşlər zamanı başlarına gəlmiş maraqlı hadisələrdən danışdılar. Mən də öz növbəmdə bir-iki döyüş əhvalatı danışdım. Bəzi işlər üçün onlar daha iki gün vaxt istədilər. Dedilər ki, zəng edəcəklər. Yaxşı ki, daha Prezident Aparatına getmək söhbəti eləmədilər, bu, heç xoşuma gəlmirdi. Qalxmaq istəyəndə onlara bir daha xatırlatdım ki, bütün  bunlar  müsavatçını tora salmaq üçün oyun olmasın. Çünki  narahat olmağa kifayət qədər əsasım varıydı. Bir az əvvəl daxili işlər naziri Vaqif Novruzovun AXC-nin qərargahının zirzəmisindən silah-sursat "tapdığını" xatırlamaq kifayət idi. Mən bu söhbəti birinci dəfə zabitlə görüşəndə də demişdim, o, məni əmin etmişdi ki, elə şey ola bilməz. Üstəlik, hələ bu ideya ortaya çıxanda Mustafadan həmin zabitə etibar etməyin mümkünlüyünü soruşmuşdum, o da məni arxayın etmişdi. İndi bu dəfə də hər ikisi qətiyyətlə bildirdilər ki, onlar siyasətlə maraqlanmırlar, vətənin ağır günündə Sovet ordusundan könüllü olaraq gəliblər və məqsədləri ermənilərlə haqq-hesab çəkməkdən başqa bir şey deyil. (Ardı var) Tofiq YAQUBLU
Posted:
ADİ DEBİLLİKBakı-Şamaxı yolunun 15-ci kilometrliyində bir maşın piyadanı vurub qaçıb. Piyada yaşlı qadın imiş. Elə hadisə yerindəcə canını tapşırıb. Burada təzə, qeyri-adi nəsə yoxdur. Azərbaycan yol qəzalarının gündəlik məişət hadisəsinə çevrildiyi, çox adiləşdiyi yerdir. Elə gün olmur ki, xəbər saytlarından ən azı 3-4 belə qara xəbər oxumayasan.

Elə buna görədir ki, balaca ölkəmizdə  bir ildə 1168 adam qəzaların qurbanı olub. Onların arasında piyadalar da az deyil. Əlbəttə, "günah həmişə öldürəndə olmur" qədim Roma prinsipinə haqq qazandırmaq üçün xeyli əsaslar var. Əksər vaxt piyadalarda da günah olur. Şəxsən gördüyüm, gözümün qabağında baş vermiş iki bədbəxt hadisədə günah yüzdə yüz ölən piyadalarda idi. Keçən il aprelin-mayın söhbətidir. "Xalqlar dostluğu" metrosunun düz yanında bir piyada maşın altda qaldı.

Bu hadisədə sürücüdə zərrə qədər də günah yox idi. Əvvəla, orada yeraltı keçid var. Piyada isə keçidin düz üstündə vuruldu. Qanunu oxuyanlar bilir ki, bu halda sürücüdə günah axtarmaq absurddur. Piyada özünü azacıq əziyyətə salıb 5-10 pilləkən aşağı düşsəydi, metro keçidindən keçsəydi, indi torpaq altda yatmazdı. İkincisi, həmin yolda - Qara Qarayev prospektində yol birtərəflidir, ortadan qurşaqdan yuxarı dəmir hasarla ayrılıb. Zavallı piyada elə mənim gözümün qabağındaca o hasarın üstünə çıxdı və müvazinətini saxlaya bilməyib özünü faktiki olaraq maşının altına atdı.

Bilavasitə şahidi olduğum ikinci hadisə  isə "8-ci km bazarı"nın düz qənşərində olmuşdu. Piyada maşın selinə məhəl qoymadan telefonla danışa-danışa yolun ortasında bulvarda gəzirmiş kimi arın-arxayın gəzirdi. Nə dayanmadan bağıran siqnallara, nə yol polisinin işarəsinə, nə də yola baxmırdı. Danışa-danışa da böyürdən qəfil çıxmış bir maşının altında canını tapşırdı...

Bunları deməkdə məqsədim sürücüləri yuyub yarpız üstdə qoymaq, bütün ölümlərə görə ölənləri günahlandırmaq deyil. 1168 hadisənin mütləq əksəriyyəti sürücülərin günahı üzündən baş verib. Amma günahkar təkcə ölənlərlə öldürənlərdimi? Bəs yollarda bu ölüm-dirim yarışması şəraiti yaradanlarda heçmi günah yoxdur? Əlbəttə, var. Onu göstərən vacib bir detalı deyək.

Yaşlı qadının öldüyü Bakı-Şamaxı yolunun 15-ci kilometrliyindəki faciəyə görə birbaşa şəhər rəhbərliyi, Nəqliyyat Nazirliyi günahkardır. Çünki həmin yolun sağı-solu yaşayış evləri var. Orada minlərlə insan yaşayır və hər gün də yolun o tərəf-bu tərəfinə keçirlər. Amma orada, o əraziyə yaxın yerdə piyada keçidləri yoxdur. Ağıllı nəqliyyatçılar, ağıllı məmurlar buna ehtiyac görməyib. Müasir yol-nəqliyyat infrastrukturunun yaradılması adı ilə büdcədən indiyədək milyardlarla manat (!!!) vəsait çıxaran Ziya Məmmədov və dəstəsi bu haqda düşünmür. Camaat da o yolu hər gün "Allah, Allah" deyə qorxa-qorxa keçmək məcburiyyətində qalır. Üstəlik həmin yol gecələr işıqlandırılmır. Ziya müəllim və dəstəsi kağız üstündə isə ora bəlkə də yüzlərlə İliç lampası düzüb...

Bakı ətrafındakı ikinci belə  ölüm zolağı Bakı-Sumqayıt yolunda, Masazır qəsəbəsi ərazisindədir. Daha dəqiq desək, yolun Xırdalan qəbiristanlığının önündən keçən hissəsində. Qəbiristanlıqla üzbəüz təzə (10-12 il əvvəl) salınmış məhəllədə minlərlə ev var. O yol təmirdən çıxıb, abaddır. Amma bura pul qoyanların ağlına gəlməyib ki, həmin ərazidə yerüstü keçid tiksinlər. Təzə məhəllədə məktəb olmadığından (ki, bu da ayrı söhbətin mövzusudur) yüzlərlə uşaq o qorxulu yolu keçib şəhərə məktəbə gəlir. Nəticə fəlakətlidir: təkcə ötən il həmin yolda, təxminən 25-30 metrlik zolaqda 45-dən çox adamı maşın vurub, onlardan 36-sı ölüb. 11-də məktəbli...

Mətbuat da bu barədə dəfələrlə  yazıb. O məhəllədə yaşayan sakinlər də TV-ləri dəfələrlə  dəvət edib dərdlərini deyiblər. Bu süjetlər efirə də  gedib. Amma əhalinin sıx yaşadığı bir yaşayış məskəninin içindən böyük sürətə imkan verən yol çəkib orada piyada keçidi qoymamaq kimi axmaqlıqdan doğan ağır vəziyyət hələ də aradan qaldırılmayıb. Bu debilliyin izahı, çarəsi hələ də yoxdur. Adamlar isə qırılmaqda davam edir...

Professor Cəmil Həsənli deputat olanda bir dəfə bir məktəbin qarşısında svetofor olmaması üzündən orada hər il bir neçə məktəblinin maşınla vurulması ilə bağlı sorğu verib. Sorğuya gələn rəsmi cavabda deyilirmiş: "Hər hansı əraziyə yalnız o halda svetofor qoyulur ki, orada bir ildə ölümlə nəticələnən 5 qəza olsun". Yəni 5 adam ölsün, sonra baxarıq...

Düzü, indi adam ondan qorxur ki, bunlar dediyim yerlərdə piyada keçidini bəlkə "qoy 2013-də qəza planımız dolsun" düşüncəsi ilə tikmir?! Bu ağıl yiyələrindən nə desən çıxar...

Posted:
APA-nın məlumatına görə, bu barədə yanvarın 22-də vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib.

Onun sözlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqda baş verən vergidən yayınma faktları növbəti yoxlama nəticəsində aşkarlanıb və bu qanun pozuntuları qurumun sədri Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətindən əvvəl müəyyən edilib.

Nazir müavini əlavə edib ki, bu, yoxlama növbədənkənar olmayıb: «Belə ki, Kinematoqrafçılar İttifaqına 15 gün əvvəl yoxlamanın keçirilməsi ilə bağlı xəbərdarlıq edilib və bu, növbəti yoxlama olub».

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov AzadlıqRadiosuna müsahibəsində cinayət işinin açılmasını özünə qarşı təzyiq kimi qiymətləndirib.

Bu cinayət işi təşkilatın 2009-cu ildə keçirdiyi «Şərq-Qərb» Kino Festivalı zamanı sərf etdiyi 30 min manatın əlavə dəyər vergisinin ödənilməsindən yayınması ilə bağlı olduğu bildirilir.
Posted:
MEHDİ ŞAMİLİNİN MƏHKƏMƏSİ QEYRİ-MÜƏYYƏN VAXTADƏK TƏXİRƏ SALINDIDövlət ittihamçısı çıxışa hazır olmadığından dini fəal Mehdi Şamillinin məhkəməsi təxirə salınıb. Yanvarın 22-də Sabunçu Rayon Məhkəməsində prokurorun və vəkillərin çıxışı, daha sonra Mehdi Şamilliyə hökm oxunması gözlənirdi.

Vəkil Cavad Cavadlı "Media forum" saytına deyib ki, növbəti məhkəmə prosesi barədə tərəflərə heç bir məlumat verilməyib.

Mehdi Şamillinin məhkəməsi 2012-ci il noyabrın 19-dan başlanıb.

Dini fəal ötən il avqustun 6-da Bakıda tutulub və onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.


Posted:
O, günahlar şəhərinə qayıdırMilli.Az bildirir ki, MTV telekanalına verdiyi müsahibəsində rejissor Robert Rodriges aktyorun qayıdışını təsdiqləyib.
İlk filmdə olduğu kimi, ikinci lentdə də Uillis uşaqları öldürməkdə suçlanan və yalançı ittihamlarla qarşılaşmış vicdanlı polis zabiti Hartiqan rolunu oynayacaq.

"Sin City 2" filmində Rey Liotta, Cuno Templ, Ceremi Piven, Mikki Rurk, Klayv Ouen, Cessika Alba, Rozario Douson və Ceymi Kinq də oynayacaqlar.
Lentə yeni qatılan aktyorlar arasında isə Coş Brolin və Cozhef Qordon-Levitt var.

Lentin ABŞ-da premyerası oktyabrın 4-də olacaq.

Milli.Az
Posted:
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə daha çox hansı məzmunlu müraciətlər edilib?Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bu il ərzində 14572 zəng daxil olub. Mərkəzdən Milli.Az-a verilən məlumata görə, 141 qaynar xəttinə 2012-ci ilin aprel ayından 9 ay ərzində daxil olmuş zənglərin 46 faizini şikayətlər, 53 faizini məlumat xarakterli sorğular, 1 faizini isə təkliflər təşkil edib. 
Qaynar xətt həftənin 7 günü səhər saat 9-dan axşam saat 18-dək fəaliyyət göstərir.
Milli.Az
Posted:
Qatil edamdan əvvəl şəkillərini satır - FOTORəsmlərin bəziləri satılıb və Codi Ariasa artıq 1000 dollar qazandırıb.

Milli.Az The Huffington Post-a istinadən billdirir ki, ABŞ-ın Kaliforniya ştatının sakini, 32 yaşlı Codi Arias Feniks şəhərində məhkəmənin yekun qərarını gözləyir.
Onun dediyinə görə, ailəsinə maddi dəstək vermək üçün əsərlərini satışa çıxarıb.

Arias 2008-ci ilin iyununda sevgilisi Trevis Aleksandrı güllələmiş, daha sonra 27 bıçaq zərbəsi vuraraq başını kəsmişdi.
Codi özünü müdafiə etdiyini desə də, prokuror Codinin sevgilisini qısqanclığa görə vəhşicəsinə qətlə yetirdiyini bəyan edib.

Times Rublications bildirir ki, Arias yanvarın 29-da edam cəzası ala bilər.

"Hansı əsərləri satacağımı bilmirəm. Əldə edilən pulların hamısı Codinin Arizonadakı ailəsinə ödənəcək. Onun anası məhkəmədə iştirak etmək üçün işdən çıxıb", - qadının əsərlərini eBay-da satan 0817soldierofchrist nikli art-diler bildirib.

Hazırda eBay-da Ariasın iki əsərini satın almaq olar. 810 dollara satılan əsərdə Qreys Kellidir. 300 dollarlıq tablo isə kürən saçlı qadının portretidir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

























Fotolar: The Huffington Post
Posted:
Yarım ildir səbrlə gözləyirMilli.Az Life News-a istinadən bildirir ki, biznesmen olan ev sahibi onu yarım il əvvəl, küçük olanda almışdı.
Lakin sonra biznesmen arvadını boşayıb, ailə dağılıb və Akzay yiyəsiz qalıb.

"Bu it artıq yarım ildir ki, küçədə yaşayır, yiyəsini gözləyir. Onu yemləyirik, bəsləyirik. Çox sədaqətli köpəkdir Akzay", - yerli sakinlərdən biri Aleksandr Piskaryov deyib.

Aita-inu cinsindən olan Akzay heyvan sığınacağına aparılsa da, oradan qaçaraq əvvəlki yerinə, evin qarşısına qayıdıb.

Milli.Az
Posted:
Tanış olun: yeni BlackBerry 10 əməliyyat sistemi - FOTOSESSİYAMilli.Az Boy Genius Report-a istinadən bildirir ki, BlackBerry 10 əməliyyat sistemi jestlərlə idarə olunacaq. Bu və digər proqramın qurğularını nizama salmaq üçün smartfonun yuxarı küncündən ekranın ortasına barmağı sürüşdürmək kifayətdir.

BlackBerry 10 smartfonları mətn yığılarkən istifadəçinin hansı söz yazmaq istədiyini ona "məsləhət" verəcəklər.
Bundan başqa, əməliyyat sistemi mətnin hansı dildə yığıldığını anlayacaq və klaviaturanı avtomatik olaraq həmin dilin əlifbasına çevirəcək.

Smartfornda .DOC və .XLS faylları ilə işləməyə imkan verən redaktorlar, Story Maker videoredaktoru, habelə Facebook, Twitter, Foursquare və LinkedIn sosial şəbəkələrinin proqram əlavələri olacaq.

Kanadanın Research in Motion (RIM) korporasiyası BlackBerry 10-u yanvarın 30-da təqdim edəcək.
Elə həmin gün bu əməliyyat sistemi ilə işləyən sensor ekranlı BlackBerry Z10 və QWERTY-klaviaturalı BlackBerry X10 smartfonları da təqdim ediləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



































































































































































































Fotolar: Boy Genius Report
Posted:
Küçədə qadına sataşan kişini ölənəcən döydüÇünki o cinayətkarı ölənə qədər döyüb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Ukraynanın Donetsk vilayətinin Krasnoarmeysk rayonunda baş verib.

Axşam vaxtı cani işdən evə qayıdan 21 yaşlı gənc qadına hücum edib. Həmin ərazidəki müəssisələrdən birində çalışan şaxtaçı qadının səsini eşidəntək ona kömək etməyə gəlib. Şaxtaçı ilə cani arasında dava baş verib. Şaxtaçı qadını zorlamağa çalışan şəxsi huşunu itirənə qədər döyüb.

Cinayətkar kəlləsində, üz nahiyyəsində və qabırğalarında sınıqlarla xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Bir neçə saatdan sonra o ölüb.

Faktla bağlı zorlama maddəsi ilə cinayət işi açılsa da, zorlayan adam öldüyünə görə cinayət işi bağlanıb. Ölən şəxsin əvvəllər də bu formada qadınlara hücum etdiyi məlum olub.

Qadını xilas edən şaxtaçını isə 2 ilə yaxın həbs cəzası gözləyir.

Milli.Az
Posted:
Depardyeyə qız axtarırlarAnspress xəbər verir ki, Fransanın dünyaşöhrətli aktyoru Jerar Depardyeni Rusiyada evləndirmək istəyirlər. Rusiyanın keçmiş deputatı Vladimir Kuçerenkonun rəhbərlik etdiyi "Milli Komitə-60" ictimai təşkilatı belə bir təşəbbüslə çıxış edib. Bu məqsədlə təşkilatın fəalları "1-ci Kanal"ın rəhbərliyinə J.Depradyeyə gəlin tapmaqda kömək etmək üçün müraciət ediblər.

Belə ki, onlar aktyoru "1-ci Kanal"da yayımlanan "Gəl evlənək" verilişinə dəvət etməyi düşünürlər.

"Böyük rəssama, böyük ilham pərisi lazımdır. Biz gəlin qismində Depardye üçün Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri Valentina Matviyenkonu təklif edərdik. Çünki onları birləşdirən çox ortaq cəhətlər var", - deyə "Milli Komitə-60"ın sədri, keçmiş deputat Vladimir Kuçerenko bildirib.

Milli.Az
Posted:
Azərbaycanda bir gündə yol qəzalarında 6 nəfər öldüTrend-in Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 21-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Milli.Az
Posted:
Ağır yük maşınları Bakıya nə gətirirlər?Milli.Az xəbər verir ki, bu barədə oxuculardan birinin Day.Az saytına göndərdiyi məktubda deyilir.

Oxucunun sözlərinə görə, yol bərbad vəziyyətdədir. Çox güman ki, çirklənmə ağır tonnajlı maşınların buradan keçməsinin nəticəsidir.

Məsələyə münasibət bildirən "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib ki, yolun çirklənməsi ilə bağlı məlumatlı deyil. Onun sözlərinə görə, yolların təmizlənməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələdir.

Xətai Rayon İcra Hakimiyyətində söz verdilər ki, Ramiz Quliyev küçəsindəki vəziyyəti araşdıracaqlar.

Milli.Az
Posted:
“Azərsu”-nun 80 mütəxəssisi İstanbul şəhər Sukanal İdarəsində təşkil olunan təlimlərdə iştirak edib   “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində həyata keçirilmiş daha bir layihə yekunlaşıb. “Azərsu” ASC-nin Mətbuat xidməti və  ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, “Azərsu” ASC-nin Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlığı çərçivəsində İstanbul şəhərində təşkil edilmiş təlim kursları yekunlaşıb, “Azərsu”-nun 80 mütəxəssisi təlimləri uğurla başa vurub.   Bu gün “Azərsu”-da təlim iştirakçılarına sertifikatların verilməsi mərasimi keçirilib. “Azərsu” sədri Qorxmaz Hüseynov bu dövlət qurumunda gənc mütəxəssislərin işə qəbuluna, onların fəaliyyətinə xüsusi diqqət yetirildiyini söyləyib. O, ölkədə  həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verib, işlərin keyfiyyətli icrasını təmin etmək məqsədi ilə yeni texnologiyalardan və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb. Gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsi istiqamətində görülən işlər barədə danışan “Azərsu” sədri ötən il 477 əməkdaşın müxtəlif sahələr üzrə təlim-tədris proseslərinə cəlb olunduğunu qeyd edib: “Bu sahədə Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlıq çərçivəsində 80 əməkdaşımızın İstanbul şəhər Sukanal İdarəsində təşkil olunan təlimlərdə iştirakını xüsusi qeyd etmək istərdim. Hər qrupda 20 nəfər olmaqla 4 qrup üzrə keçirilmiş təlimlərdə kimyaçılar, bioloq, mexanik, inşaatçı, energetik, layihəçi, hidrotexnik, metroloq, hidrogeoloq və ekoloqlar iştirak ediblər. Təlimlər Türkiyənin yüksək ixtisaslı alimləri və mütəxəssisləri tərəfindən keçirilmiş və istehsalat sahələrində olan əməkdaşlarımıza texnoloji proseslərin  incəlikləri əyani şəkildə izah edilib. İstanbul şəhər Sukanal İdarəsi,  Türkiyə Su İnstitutu və “TeknoYapı” şirkəti təlimlərin yüksək səviyyədə təşkilinə böyük dəstək göstərib”.   Tədbirdə iştirak edən Türkiyə Su İnstitutunun sədri Ahmet Saatçı təlimlərdə iştirak etmiş azərbaycanlı mütəxəssislərin bilik və təcrübə səviyyəsindən razı qaldığını dilə gətirib. Onun sözlərinə görə, tədris prosesində əldə olunan uğurlar onların peşəkar kadr kimi formalaşmasına müsbət təsir göstərəcək: “Gənc olmalarına baxmayaraq, iştirakçıların təlim prosesində yeni texnologiyalar və qabaqcıl təcrübələrin öyrənilməsinə böyük həvəs və maraq göstərdiklərinin şahidi olduq. Ümid edirəm ki, iştirakçılar təlimlərdə qazandıqları təcrübəni gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəklər”.   “TeknoYapı” şirkətinin idarə heyətinin üzvü Həsən Sarıkaya təlimlərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlardan istifadə olunduğunu bildirib: “Tədris prosesində mütəxəssislərin böyük marağının şahidi olduq. İştirakçılara Türkiyənin su və kanalizasiya  infrastrukturu barədə ətraflı məlumat verdik və onların istehsalat sahələrinə ekskursiyalarını təşkil etdik. Təlimlər müxtəlif sahələr üzrə keçirilsə də biz kadrların hərtərəfli bilgi əldə etməsi üçün su təchizatı və kanalizasiya infrastrukturunun bütün incəlikləri barədə məlumat verdik”.   Təlimlərdə iştirak etmiş Fuad Cavadzadə və Ülkər Həsənova tədris prosesində qazandıqları bilik və təcrübənin gələcək fəaliyyətlərində tətbiq edəcəklərini söyləyiblər. Tədbirin sonunda təlimlərdə müvəffəqiyyətlə iştirak etmiş gənc mütəxəssislərə sertifikatlar təqdim olunub.  
Posted:
Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və MDB İcraiyyə Komitəsinin birgə təşkilatçılığı ilə bu ilin mart ayında Bakıda "MDB dövlətlərinin paytaxtlarında tarixi və mədəni irsin mühafizəsi məsələləri" adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransın işi "Müasir urbanizasiya şəraitində paytaxt şəhərlərin tarixi və mədəni irsinin mühafizəsi məsələləri", "Paytaxt şəhərlərin tarixi mərkəzlərinin idarə edilməsi modelləri və ümumdünya irsi", "Tarix və mədəniyyət abidələrinin şəhərin sosial-iqtisadi inkişafı baxımından səmərəli istifadəsi" mövzuları ətrafında sessiyalar şəklində baş tutacaq. Konfransda MDB-yə üzv dövlətlərin paytaxt şəhərlərinin merləri və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı gözlənilir. Konfrans çərçivəsində eyni adlı mövzu üzrə fotosərginin təşkili də nəzərdə tutulub.
Posted:
Türkiyənin “Beşiktaş” klubunun futbolçuları Manuel Fernandeslə yeni transfer Gökhan Süzen arasında yumruq davası baş verib. Lent.az-ın məlumatına görə, komandanın səhər məşqi zamanı Süzen Fernandesin ayağına sərt girib.   Bu isə onların dalaşmasına səbəb olub. Dava ilkin mərhələdə digər oyunçuların araya girməsi ilə yekunlaşıb. Lakin məşqin ardından Fernandeslə Süzen yenidən üz-üzə gəlib.  
Posted:


Həmkarlarımız yadıma saldı, heç demə, 20 il əvvəl, daha dəqiqi, 19 il 6 ay öncə, 1993-cü ilin iyununda, Surət qiyamından sonra Bakıda parlament sədri Heydər Əliyevin keçirdiyi mətbuat konfransında ona "Sayın Aliyev, demokrasi bitdimi" deyə sual verən jurnalist bu günlərdə rəhmətə gedən Mehmet Ali Birand imiş.

O sual və ona verilən cavab yadımdaydı, ancaq sualın müəllifinin Birand olduğunu yaddaşa verməyibmişəm. Cavab isə böyləydi: "Yox, canım, demokrasi hələ indi başlayır".

O zamanın jurnalistləri bu "demokrasi" sözünə çox ilişirdilər. Heç kəs baş verənləri hələ o qədər də ciddiyə almırdı. Bilmirdik ki, eyzən baş nazirlərlə, qiyamçı generallarla, mühüm dövlət xadimləri ilə müsahibələr aparan, türkün sözü, röpörtajlar yapan qazeteçi "demokrasi bitdimi" deyə soruşarkən, mühəqqəq bir bildiyi var.

Bu gündən qanrılıb 1993-cü ilə baxanda (zatən 19 il 6 aydır çoxlarının işi bundan ibarətdir) görürsən ki, Birandın quşqusu haqlıymış, demokrasi əslində elə o vaxt bitibmiş. Budur, 19 ildir ha çalışırıq, vuruşuruq, əlləşirik ki, heç olmasa, bircə seçki məntəqəsində dürüst, qanuni, şəffaf, azad seçki keçirilsin, başa gəlmir ki, gəlmir.

Bəziləri hesab edir ki, əgər tənqidi yazılar yazan jurnalıistlərin 47-sini birdən türməyə basmırlarsa, vurub öldürmürlərsə, yaxud ölkədə siyasi partiyalar fəaliyyət göstərirsə, hamısını bir ləhzədə bağlamırlarsa, bunu demokrasinin əlaməti hesab etmək olar. Olur ki, hərdən siyavuşlar, mübarizlər bunu minnətə çevirib camaatın başına qaxırlar.

Amma demokrasi bu deyil. "Bəs nədir" sualına da doğru-dürüst cavab verə bilmirik. Çünki evdə bişməyib, qonşudan gəlməyib. Hərçənd bəzən demokrasini qonşudan gətirmək təşəbbüsləri olub, amma hökumət qoymayıb, qorxub ki, xalq demokrasini dadar və səpər.

Əlbəttə, yaxşı olardı ki, 19 il 6 ay öncə Birand sayın Aliyevə "demokrasi bitdimi" sualı ünvanlayınca öz köşələrinin birinin başlığını məhz belə qoyaydı: "Kardeş ölkədə demokrasi bitdi!"

Onda biz, yeni-yeni Türkiyədə çıxan qəzetləri oxuyan siyasi fəallar işimizi bilərdik, daha uzun müddət sayın Aliyevlə senzura-türmə-amnistiya-mitinq-türmə-piket-aclıq aksiyası-türmə-seçki-SİDSUH-saxtakarlıq-türmə-əfv oyunu oynamazdıq, "haray bəri başdan" deyib gedərdik demokrasi olan ölkələrə və öz mübarizəmizi oradan davam etdirərdik – bəziləri kimi.

Yoxsa biz elə bilirdik ki, demokrasi bitməyib, hələ indi-indi başlayır və bir "iks günü"ndə demokrasi bərqərar olacaq. Hətta artıq 1993-cü ilin axırlarında sayırdıq ki, gələn ilin ortasınadək xalq demokrasini təhdid edən təhlükəyə qarşı ayağa qalxacaq və məsələ həllini tapacaq. Sonra hesab etdik ki, bu xeyir iş 1995-ci ildə baş verəcək. O da olmadı. Əksinə, qəflətən xalqın yadına düşdü ki, iki il əvvəl evindən çölə çıxa bilmirmiş, indi isə, maşallah, ölkədə əməlli-başlı demokrasi var.

"Bəylərin hakimiyyəti" zamanı daxili işlər naziri cəmi üç jurnalistin hərəsinə bir şillə vurmuşdu. Bu hadisələri əsas götürürdülər və deyirdilər, "o qaranlıq dövrdə yaşamaq mümkün deyildi". Sonradan Azərbaycan jurnalistikasında şillələnməyən, təpiyin altına salınmayan jurnalist tək-tək qalmışdı, amma bu sözü yenə də deyirdilər. Bir neçə il olar ki, daha bu barədə danışmırlar – çünki döyülən, tutulan jurnalistlərin statistikası artıq kitablara sığmır.

Demokrasi isə arada gəlib Qazağa dirənmişdi. Gürcülərə baxır, baxır, hey yazırdıq ki, onlarda olan haqq-ədalətdən bizdə niyə yoxdur. Ancaq gürcü gömrükçüsündən salam-səfa ilə keçib, Sınıq körpüdə Azərbaycan gömrükçü-sərhədçisinə ilişəndə başa düşürdün ki, yoox, buradan iki şüşə "Kindzmarauli" keçirə bilmirsənsə, demək, demokrasini heç qoymazlar.

Elə də oldu. Demokrasi nə sürünə-sürünə gəldi, nə də uça-uça. Belə anlaşılır ki, o heç yerdən gələsi andır deyil, özün toxumunu səpib becərməlisən. İntəhası, indilikdə o da olmur, demokrasi cücərən kimi onu ya qoyunla otarırlar, ya da polislərə yoldururlar.

Sayın Mehmet Ali Birand sağ olsaydı, mən də Zaur Bayramlının Ərtoğrul Özkökə yazdığı məktubdan bir tanəsini ona yazardım, göstərərdim ki, bizdə demokrasi bu üzdən cücərmir, bitmir. Qoymurlar.


  Samir Sarı
Posted:
ARZU KAZIMOVUN VƏKİLİNDƏN ELŞAD ABDULLAYEVƏ QARŞI İTTİHAMLAR

 

Elşad Abdullayevin son açıqlamalarına tanınmış vəkil Ramiz Zeynalovdan sərt reaksiya gəlib. Vəkil "Təzadlar"a müsahibəsində Elşad Abdullayevin iddialarına cavab verib. Musavat.com həmin müsahibəni təqdim edir:

- Ramiz müəllim, redaksiyamızda bir daha E.Abdullayevin ittiham dolu son açıqlamaları ilə tanış oldunuz... Nə deyərdiniz?

-Əvvəla, onu deyim ki, E.Abdullayev məni ən azı tələbəlik illərindən çox yaxşı tanıyır... Əslində, mən onun bu gün(dünən-21.01.2013.Red.) musavat.com saytına verdiyi məlum açıqlamasını çoxdan gözləyirdim. Görünür ki, mənim onun öz qardaşının yerini bilməsi, bu axtarışdan necə sui-istifadə etməsi və s. kimi açıqlamalarım onu o dərəcədə yandırıb ki, mənə belə-heç bir məntiqi əsası olmayan bir cavab verməyə məcbur olub. Bir daha deyirəm və bunu sübut edəcək əsaslarım var ki, Mahir Abdullayev Elşad Abdullayevə məxsus olan pulu götürüb aradan çıxıbdır və bir müddət Kürdəmirin müxtəlif yerlərində, qohumlarının evində gizlənibdir... Hazırda onun yoxa çıxması  üzrə aparılan istintaq elə mərhələdədir ki, mən hələlik başqa heç nə demək istəmirəm... Siz bu yaxınlarda şok hadisə və faktların canlı şahidi olacaqsınız... Və mən indi deyirəm ki, Baş Prokurorluqda yaradılmış XİK-na göndərdiyim 15 dekabr 2012-ci il tarixli vəsadətimdə də göstərmişəm ki, məhz E.Abdullayev özünün 15 may 2009-cu il tarixli istintaqa zərərçəkmiş kimi verdiyi ifadəsində qardaşının özü tərəfindən öldürülməsi faktını qəsdən gizlətməkdən ötrü DİN naziri R.Usubovla, onun müavini Z.Dünyamalıyevlə 14 oktyabr 2003-cü ildə olan danışığını və ya belə deyim, istintaq-axtarış şərtini pozaraq, qardaşının oğurlanması və əvəzində kimlər tərəfindənsə ondan guya pul tələb edilməsi və s. barədə ona verilmiş istintaq məlumatlarını nazirliyə çatdırmaqdan qəsdən vaz keçmişdir. Əvəzində o, 15 dekabr 2009-cu il tarixli yazılı ifadəsində də (hansı ki, yalan məlumat verdiyi halda cinayət məsuliyyəti daşıması xəbərdarlığını almışdı, üstəlik, Baş Prokurorluğun ACDİ İdarəsinin müstəntiqi tərəfindən dindirilibdir) göstərir ki, ona telefonla zəng edərək qardaşının  50 min dollar pul müqabilində ona təhvil verilməsi üçün onu Zaqatalaya dəvət ediblər. İfadəsində yazır ki, bundan sonra, o, qardaşları ilə birgə özünə məxsus "BMW-X5" markalı "CİP" maşını ilə yola düşürlər. Lakin sonradan ona zəng gəlir və onlar Kürdəmir istiqamətinə gedirlər. Kürdəmirdəki "Azpetrol" YDM-nin yanında onları əli avtomatlı dəstə saxlayır, ona zəng etmiş Qalib adlı şəxs onu qarşılayır. Sonra həmin Qalib özünü təqdim edir və zəng edənin o olduğunu bildirir... Qəzetinizin ötən saylarında həmin ifadəni olduğu kimi dərc etmisiniz və qısaca onu deyim ki, burada onları maşından düşürdürlər, üst-başlarını, maşını yoxlayır və məcburi qaydada Kürdəmir RPŞ-yə gətirirlər. Hətta o, ifadəsində yazır ki, üstümdəki 50 min dolları sonradan özümə qaytardılar... Məlum olur ki, Kürdəmir RPŞ-nin rəis müavini olan həmin Qalib adlı şəxs ona deyir ki, bilirsən, sənin qardaşını kim oğurlayıb? Və ona Elşad Abdullayevin qardaşı oğlu Mübarizi təqdim edirlər... E.Abdullayev məlum ifadəsində yazaraq davam edir ki, Mübariz başını aşağı saldı, heç nə danışmadı... İfadəsində təkrarən yazır ki, mən sonralar Mübarizi heç bir yerdə tapa bilmədim, bu günə kimi də yoxdur... Soruşuram: Elşad, əgər sən qardaşın Mahirin öldürülməsində və ya yoxa çıxarılmasında iştirak etməmisənsə, sənə deyiblər ki, Mahiri qardaşın oğlu Mübariz oğurlayıb, həmçinin ifadəndə yazırsan ki, qardaşımın oğurlanmasından 6 il keçsə də Mübarizdən bir xəbər yoxdur, niyə qardaşın oğlunun axtarılmasını təmin etmirdin bu müddətdə? Və niyə istintaq qarşısında məsələ qaldırmırsan??? Hansı ki, polis şöbəsində onu sənə Mahiri öldürən kimi təqdim ediblər. Sən DİN nazirinə və nazir müavininə söz versən də ki, adam oğrularından hər hansı bir məlumat olarsa dərhal istintaqa məlumat verəcəyəm, amma sənə gələn zəngdən sonra guya əvvəlcə Zaqatalaya və sonra Kürdəmirə getməyinlə bütün izi azdırmış olmusan, qəsdən istintaqın diqqətinə hədəfdən və əsl həqiqətdən kənarlaşdırmısan... Deməli, sən həm əsl həqiqəti, həm də qardaşının öldürülməsi faktını bilə-bilə gizlətmək istəmisən!

- Hər halda, sonradan Rusiya TN tərəfindən ləğv olunsa da, E.Abdullayev hüquq elmləri doktoru idi və belə bir adam o boyda yalan və qurama söz-söhbəti niyə təşkil edirdi?


- Biləsiniz ki, o, bütün indi yaydığı gizli çəkilmiş videoları da əvvəldən düşünülmüş şəkildə, əsl həqiqəti diqqətdən yayındırmaq, özünü qardaş axtaran kimi göstərmək üçün təşkil edib. Təsəvvür edin, bir tərəfdə istintaq gedir, o biri tərəfdən isə o, 9 il imiş ki, ayrı-ayrı adamlardan ona Mahirin axtarılmasında kömək etməsini acizanə xahiş etməklə qəsdən sövdələşmə şousu yaradıb gizli çəkiliş aparırmış... Hansı normal adam belə mənasız və məntiqsiz işlərlə məşğul olardı? Təkrar edirəm, bilə-bilə ki, qardaşının başına nələr gəlib... Ona görə də onun gizli çəkdiyi, qanunsuz üsullarla əldə etdiyi bu videoların istintaq üçün birmənalı olaraq heç bir hüquqi əsası yoxdur, maddi sübut növü sayıla bilməz... Bütün bunların hamısı Elşad Abdullayev tərəfindən qardaşının öldürülməsi faktını ört-basdır etməkdən ötrü ortaya atılmış başqatan bir şoudur... O, ötən 9 il müddətində əməlli-başlı operatorluq və rejissorluq edib, özünün gizli yaratdığı studiya vasitəsilə köməyinə guya çağırdığı tanınmış insanları şantaj etmək üçün gizli çəkilişlər aparmışdır.

Açıq deyirəm, Elşad hüquq elmindən xəbəri olmayan bir adamdır. Bilirsiniz ki, onun elmlər doktoru elmi dərəcəsi də plagiat, yəni oğurluq olduğu üçün Rusiya Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə ləğv edilib. İndi də özünü "hüquq akademiki" adlandırır. Onun video müsahibələrini, açıqlamalarını və bir müddət əvvəl istintaqa verdiyi ifadəsini tutuşdurun. Bir-birini təkzib edən, bir-birinə əks olan fikirlər, məntiqsiz söhbətlərdir. Deyir ki, mən uzun illər hüquq sahəsində çalışmışam... Sən hansı hüquq sistemində  işləmisən, yerini de görək də... Sən həmişə onun-bunun buyruğunda olan adam olmusan. Hamı bilir ki, qaynatana sığındın, onun vasitəsi ilə kiminsə qanadı altında başladın ABU kimi korrupsiya yuvası yaradıb on minlərlə insanı zəlil etməyə... Rüşvət, korrupsiya... Bunlar sənin həyat amalın olub, axı biz bunu bilirik. ABU adlı bu korrupsiya yuvasını gec də olsa, Təhsil Nazirliyi yoxlayıb bağlayıb. Bu gün sənin davan nədir? Davan qardaşın Mahirin oğurlanması yox, öldürülməsi faktı üzrə qaldırılmış cinayət işinin istintaqını başqa səmtə yönəltməkdir və artıq "xoruzun quyruğu" görünməyə başlayıb deyə, indi də başlamısan məsələni siyasiləşdirməyə, siyasi hakimiyyətin qanadını ittiham etməyə, ictimaiyyəti də bu yolla çaşdırmağa... İstintaq 2003-cü ildə oğurluq cinayəti üzrə istintaq hərəkətlərinə başlayıb, lakin sonradan bəzi məsələlər məlum olanda, sən ki, bunu yaxşı bilirsən və Mahirin ailəsindən hələ də gizlədirsən, araşdırmalardan sonra bu iş tovsif olunub Azərbaycan CM-nin qəsdən adamöldürmə maddəsinə və həm də istintaq təyinatı dəyişib, Bakı şəhər BPİ-dən alınaraq cinayət işinin materialları Bakı şəhər Prokurorluğuna verilib. Söhbət bundan gedir...Hansı ki, araşdırmalar bir daha təsdiqləyib ki, burada söhbət adam oğurluğundan yox, qəsdən adamöldürmədən gedir. Bax ona görə də bir vaxtlar kömək etməsini xahiş etdiyin Arzu Kazımova Zahid Dünyamalıyev də deyib ki, Arzu, ona de, qardaşının ölü, ya diri, yerini özü yaxşı bilir, desin, biz sakitcə gedib gətirək, artıq söz-söhbət olmasın... İndi bu açıqlamalar niyə xoşuna gəlmir? Sən özün bundan sonra Arzuya deməmisən ki, "Zahid müəllimə de, əgər mən özüm Mahiri təhvil versəm, sonradan onun barəsində cinayət işi başlanılmayacağına qarantiya verirmi?". Çünki getdikcə həqiqət ortaya çıxırdı, yalanların faş edilirdi??? Niyə əsəbləşirsən bu həqiqətlərin tərəfimdən deyilməsinə? Sən heç bir ifadəndə indiyədək "mütəşəkkil cinayətkar dəstə" ifadəsini işlətməmisən. Elə ki, gizli videolarınla bir neçə adamı çayxana söhbətlərinə çəkib-şantaj edib videolar əldə etmisən, başlamısan mütəşəkkil cinayətkar dəstə ifadəsini işlətməyə. 9 ildən sonra Ramiz Mehdiyevi bu dəstənin başçısı adlandırırsan və başlamısan onun istefasını tələb etməyə... Sən 9 ildən sonra Arzu Kazımovla rəhmətə getmiş Zahid Dünyamalıyevin adından guya qardaşın Mahirin telefon danışığı səsini təqdim etdiklərini deyirsən. Bəs bu 9 ildə niyə bu barədə susurdun? Nə mane olurdu??? Gözləyirdin ki, kimsə dünyasını dəyişsin, sonra??? Axı, sənə yalan məlumat verməyə görə cinayət məsuliyyəti daşımağın barədə istintaqda rəsmi qaydada xəbərdarlıq edilmişdi. Niyə indi dediyin bu ittihamları o vaxt istintaqa deməmisən? Sən bu dələduzluq əməlinə görə cavab verəcəksən. Sən on minlərlə tələbəni aldadıb pulunu mənimsəməyinə görə Azərbaycana gəlib məhkəmə qarşısında xalqa cavab verəcəksən. Bu gün həmin pulların sayəsində Fransada kef içində yaşayıb Azərbaycan dövlətini və xalqını gözdən salmaqla məşğul olmağının cavabını verəcəksən. Məqsədin qardaşını axtarmaq deyil. Sən yaxşı  bilirsən ki, qardaşının öldürülməyində sənin əlin nə dərəcədədir... Bəli, bəli, məhz sənin! Bir az səbrli ol, istintaqın yekunlaşmasına az qalıb... O biri qardaşını da özün zəhərləmisən, çünki bəzi şeyləri də o bilirdi... Guya 8 nəfərin, o cümlədən Z.Dünyamalıyevin, Sevinc Babayevanın... "mütəşəkkil dəstə tərəfindən öldürülməsini" yalandan ortaya atıb baş qatırsan. Mən vəsadət qaldırmışam ki, həmin şəxslərin zəhərləndiyi iddia edilən obyektlər, müalicə aldıqları xəstəxanalardan xəstəlik vərəqələri götürülsün, bu iş üzrə şahidlər istintaq tərəfindən dindirilsin. Vəsatətlərimin hamısı da təmin olunub. Elşad, sən bu gün bəzi KİV-lər vasitəsilə Azərbaycan xalqı ilə hakimiyyət, dövlət qurumları arasında etimadsızlıq və qarşıdurma mühiti yaratmaq istəyirsən... Sən elə bilirsən ki, kimlərsə sənin yalanlarına inanır? Sən yalandan deyirsən ki, mənim Arzu Kazımovla bağlı ev alqı-satqı işim olmayıb. Yalan danışırsan! Müqavilələr və digər sənədlər istintaqa təqdim edilib, hər şey sənin uydurduqlarının əksinədir. Sən pulları Arzu Kazımova 30 faiz sələmə verib pul qazanmısan. Sən özünə məxsus Tibb Universiteti tikdirmək üçün Arzu Kazımovun qardaşına məxsus torpaq sahəsini almısan və pulu da əvəzləmə qaydasında buna görə vermisən. 5 tərəfli müqavilədə qaynatanı qabağa verib onu bu universitetin təsisçisi kimi müqaviləyə daxil etmisən. Özün ki, hamıya deyibsən ki, H.Əhmədovu ona görə bu siyahıya salıram ki, o, akademikdir, yuxarılar onu yaxşı tanıyır və işimiz yaxşı keçəcək... Arzuya da belə demisən! Yenə də kiminsə qanadı altına girib baş girləmək! Ayıbdır! Odur ki, başqalarını şantaj etmək keçməz! Gec-tez sən qardaşın barədə bütün müəmmalarına aydınlıq gətirməyə məcbur olacaq, hər şeyi səmimi etiraf edəcəksən? Yaxşı, gəl əyri oturaq, düz danışaq, bu hakimiyyət sənə neyləmişdi ki, qaçıb gedib oturmusan Fransada və başlamısan ittihamlar yağdırmağa? Dövlət orqanları qardaşının axtarılmasında sənə kömək etmirdi ki?! Bəs nə olmuşdu, niyə bu qalmaqalları yaradıb baş qatmaqdasan? Mən Fransa XİN-ə, Fransanın Azərbaycandakı səfirliyinə müraciət etmişəm və göstərmişəm ki, Fransa çirkli pulların yuyulmasına qarşı mübarizədə öndə gedən bir ölkədir. Sənin kimi rüşvətxor və korrupsioner, dələduz bir adam belə bir ölkədə necə mühafizə oluna bilər? İnanıram ki, istintaq orqanı tezliklə sənin Azərbaycana gətirilməyini təmin edəcək...

- Azərbaycanın istintaq orqanlarının tarixində çoxsaylı insanların itkin düşməsi ilə bağlı istintaq aparılıb, axtarışlar verilib və s. Mahir Abdullayevin məsələsi nə böyük məsələ olub ki, indi şişirdib az qala dünyəvi bir qalmaqala gətirib çıxarmaq istəyirlər?

- Məsələ ondadır ki, bunu Elşad Abdullayev özü etməkdədir, başqa kimsə bu işə belə yanaşmır... Söhbət ondan gedir ki, biz sanki olmayan iynəni  samanlıqda axtarırıq. İtirən isə, məsələn, Elşaddır və o, bilir ki, bu iynə itməyib, məhv edilib... Yəni, bu adam şou düzəltməklə məşğuldur. İstər Azərbaycanın, istərsə də Elşadın bu gün sığındığı Fransanın, digər Avropa ölkələrinin istintaq və məhkəmə tarixində heç vaxt görünməyib ki, oğurlanmış adamın ətrafında  9 il müddətində alver aparılsın...


- Elə isə, Mahir Abdullayevin ətrafında nə baş verir?

- Bunu Elşaddan soruşmaq lazımdır... İndi deməsə də, inşallah, məhkəmədə deyəcək, etiraf edəcək... Adam oğurluğu cinayəti dərhal baş verən cinayətdir və oğrular dərhal qohumlarla əlaqəyə girib pul tələb edirlər. Yəni, bu tamah məqsədi ilə edilən cinayətdir. 9 il ərzində sövdələşmə aparılır? Elşad kimə yalan danışır, nə demək istəyir? İndi Elşadın yaydığı 2 saatlıq kaseti 6 noyabr 2012-ci ildə Arzu Kazımovla mənə təqdim olunub və biz ona baxmışıq. Kasetə həm stenoqrafik baxış keçirmişik, həm də görüntülərə baxmışıq. Bu barədə ətraflı ifadə vermişik... Həmin ifadədə  istintaq sirri olan məqamlar var deyə, hələlik heç nə deyə bilmərəm. Ona görə ki, bəzi dələduzlar bundan istifadə edə bilər. Elşad isə ölkə rəhbərliyini bu qondarma kasetləri ilə təhdid edir, mən vəsatətimdə yazmışam ki, bunun qarşısı alınmasa, bu ölkədə siyasi rəhbərliyin təhdidinə gedib çıxacaq. Onun yaydığı son saxta "istintaq cədvəli"ndə isə hətta siyasi rəhbərliyin qohum-əqrabalarının adı çəkilir, ölkə rəhbərinə, Azərbaycan dövlətinə qarşı təhqiramiz, aşağılayıcı ifadələr yer almışdır. Məlumdur ki, bunu bəzi qruplar irəli veriblər və ona söz veriblər ki, Ramiz Mehdiyevin istefası təmin olunan kimi guya hakimiyyət təzələnəcək və ABU bərpa olunacaq  və digər xam xəyallar...

- Bəs Mahirin tapılması?

- Yox, bu Elşadın maraq çərçivəsində əvvəldən olmayıb axı... Elnur Məcidli, Elşad Abdullayev kimdir ki, Ramiz Mehdiyevin, yaxud ölkənin siyasi hakimiyyətinə daxil olan bəzi şəxslərin istefasını tələb etsinlər? Kiminsə Elşadla çayxana söhbətini ortaya atıb Ramiz Mehdiyevin istefasını tələb etməkdənsə, məsələyə ağıl və düşüncə ilə yanaşsınlar. Sevinc Babayeva kim idi ki, R.Mehdiyevin qəbuluna düşüb nəsə danışıqlar aparsın və s. Bu nağılların sonu olmalıdır. İstintaq qarşısında məsələ qaldırmışam, yoxlasınlar ki, ümumiyyətlə, Sevinc Babayeva PA-ya nə vaxtsa daxil olubmu? Məsələ ondadır ki, Elşad hamını aldadıb, şirnikləndirib, etibarından sui-istifadə edərək söhbətə çəkib və təhriklə olan söhbət də videolara məqsədli şəkildə yazılıb. Sevincin oğlu özü dedi ki, biz Elşadla ailəli dost olmuşuq... Mən sizə deyim ki, ictimaiyyət arasında həm də Mahirin pasportunu dəyişib başqa ölkələrdə olması deyilir... Məndə də belə məlumat var. Reallıq budur ki, adam oğurlamışlar 9 il müddətində onun qaytarılması üçün pul tələb edib sövdələşməyə getməz. İstintaq təcrübəsində, praktikada belə şey yoxdur.

- İndi məlum olur ki, E.Abdullayev hər şeyi gizli çəkirmiş... Necə ola bilər ki, o, indiyədək Mahirin axtarışı ilə bağlı verdiyi pulların faktiki təhvil-təslim anlarını çəkməyib?

- Sualınızın cavabı elə sualın qoyuluşundan bəllidir. Bəli, hər şeyi çəkən niyə bircə dəfə bir pul verilməsi anını çəkməyib? Axı onun hər cür çəkən qurğusu olub... Bunlar göstərir ki, deməli, Mahirlə bağlı pul verilməsi şantajdır... Sözdə kimsə çox şey deyə bilər. Ya ola bilsin kimsə bundan başqasının adı ilə pul alıb... Amma bunların Arzu Kazımova, Ramiz Mehdiyevə nə aidiyyəti? Axı, ABU-nun korrupsiya yuvası olması hamıya bəlli idi. Niyə O, indi Təhsil Nazirliyinin, yaxud PA-nın inzibati orqanlarla iş şöbəsindən kiminsə adını çəkilmir? Deməli, bəzi adamlar var ki, vaxtilə Elşadın hamıya bəlli korrupsiya əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alırdılar və indi də ona ürək-dirək verirlər... Bir qrup var ki, hələ nə vaxtsa ABU-nu ona qaytaracaqlarına dpa söz veriblər... Siz Elşadın 2 saatlıq videosuna diqqətlə baxın... Mahirin qaynatası Şamil Şahməmmədovla mübahisə edir. Şamil kişi deyir ki, mənim pulum necə oldu? Hətta bağını satıb pulu ona verdiyini də deyir. Elşad isə deyir ki, mən səndən üç dəfə çox pul qoymuşam... Bu zaman Arzu Kazımov Ş.Şahməmədova müraciət edərək ona bildirir ki, siz prezidentə müraciət  edin, bu məsələnin istintaqı sürətlənsin və sair. Sual edirəm: Arzu Kazımov Mahirin tapılması üçün pul almış olsaydı Şamil Şahməmmədovu Prezidentə müraciət etməyə istiqamətləndirərdimi? Belə çıxır ki, Elşad sadəcə olaraq Şamil müəllimi də aldadıb, Mahirin axtarışı bəhanəsi ilə ondan külli miqdarda pul alıb, hətta bağını satdırıb... Və o, Arzu Kazımovu da qəsdən bu söhbətə çağırıb ki, o, guya dost kimi yaşlı və xəstə insan olan Şamil müəllimə ürək-dirək versin, Mahirin tapılacağına, həqiqətən də axtarıldığına onda inam  yaratsın... Arzu Kazımovun isə xəbəri olmayıb ki, sən demə, Elşad bu görüşlə onların ikisinə də tələ qurubmuş... Bütün bunlar göstərir ki, Elşadı qardaşını axtaran adam deyil, əksinə, Şamil Şahməmmədov daha çox ürək yanğısı ilə bu işə qoşulub, bütün pulunu da ona verib, o da izi azdırmaq üçün başqa yollara əl atıb...

Mən bir daha qəti olaraq deyirəm ki, Mahiri Elşad Abdullayev özü aradan götürdüb, digər qardaşı Eldənizi də özü zəhərlədib, çünki Eldəniz çox şeyi bilirmiş və açıqlamaq istəyirmiş...
Posted:
VERGİLƏR NAZİRLİYİ KƏBİRƏ MƏMMƏDOVANI GÜNAHLANDIRDI

"Binə" və "Sədərək" ticarət mərkəzlərinin sahibləri bu il ərzində hər iki mərkəzdə işləyən sahibkarlardan vergi tutulması ilə bağlı bütün məsələləri həll etməlidirlər. Trend-in məlumatına görə, bu barədə  vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında deyib.

"Ötən il bu ticarət mərkəzlərinin sahibləri ilə görüşlər keçirdik və onlara bu məsələlərin həll edilməsi üçün daha bir il verdik. Orada işləyən bəzi sahibkarlar hesab edirlər ki, onların ödəməli olduqları vergilər obyektin icarə dəyərinə daxildir. Bu, qanunsuzdur və daha çox sahibkarların günahıdır. Sahibkarlar onlara vergiqoyma məsələlərini yaxşı izah etməyiblər", - Əmirov qeyd edib.

Onun sözlərinə görə, bu ticarət mərkəzlərində kassa aparatlarının quraşdırılmasına ötən il başlanıb, mərkəzlərin ərazisində nazirliyin servis məntəqələri işləyir.

Nazir müavini qeyd edib ki, 2013-cü ildə bütün topdansatış məntəqələrində kassa aparatlarının quraşdırılması prosesi başa çatacaq.

"Aparatların quraşdırılması prosesi davam edir və onlar lazım olan hər yerdə quraşdırılacaq. Bu proses artıq 95 faiz yerinə yetirilib", - Əmirov vurğulayıb.


No comments:

Post a Comment