Wednesday, January 16, 2013

Duddud.info - reklamsiz xeber


Duddud.info - reklamsiz xeber


Posted:
Məlum olduğu kimi, Azərbaycan məhkəməsi "Əsgər ölümlərinə son" şüarı altında keçirilən aksiyada saxlanılan gənc fəallara qarşı absurd və fantastik cəza kəsib, onıarı 300-600 manat məbləğində cərimələyib.

Bununla bağlı ölkədə fəaliyyət göstərən gənclər təşkilatları təşəbbüs qaldıraraq "5 qəpik" aksiyasına start veriblər. Məqsəd gənclərin məruz qaldığı cəriməni apelyasiya məhkəməsindən sonra (əgər qərar qüvvədə saxlanılarsa) 5 qəpiklərlə ödəməkdir.

"Minval.az" və Müsavat.com saytları, eləcə də "Yeni Müsavat" qəzetinin kollektivləri bu aksiyaya qoşularaq ilkin məbləği toplayıblar və vaxtaşırı davam edəcəklər.

Aşağıda "5 qəpik" aksiyasından videogörüntüləri təqdim edirik.
Posted:
İP-in KOORDİNASİYA ŞURASI TOPLANTI KEÇİRİR

Bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilir. Toplantıya politoloq Zəfər Quliyev sədrlik edir.

Əməkdaşımızın verdiyi məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi durum, eləcə də Müsavat başqanı İsa Qəmbərə hücum aktı müzakirə olunur.










Posted:
ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ QALMAQAL BAŞ VERİBBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə ötən iclas zamanı Ə. Zeynallı tərəfindən verilən vəsatətlər müzakirəyə çıxarılıb. Ə. Zeynallının Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun şahid qismində yenidən məhkəməyə gəlməsi və yalan ifadə verdiyi üçün barəsində tədbir görülməsi barədə vəsatətinə münasibət bildirən dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, vəsatət əsassız olduğu üçün təmin olunmamalıdır. Hakim həmin vəsatətin təmin olunmadığını elan edib. Daha sonra ibtidai istintaqı aparan müstəntiq Qalib Qasımovun məhkəməyə şahid qismində çağırılması haqda vəsatət müzakirə olunub. Bu dəfə də dövlət ittihamçısı vəsatətin təmin olunmamasını xahiş edib. Bu zaman Ə. Zeynallı əsəbiləşərək əlində olan Cinayət Prosessual Məcəlləsini dövlət ittihamçısının ayağının altına atıb və ondan məcəlləni tapdalamağı tələb edib. Ə. Zeynallı bildirib ki, dövlət ittihamçısı onun işinə qərəzli yanaşır. Hakimlər Ə. Zeynallını sakitləşdirməyə çalışıblar və bildiriblər ki, məhkəmə son qərarında bütün ifadələrə qiymət verəcək. Ə. Zeynallı isə bildirib ki, onun verdiyi vəsatətlər əsassız olaraq təmin olunmur. Bundan sonra Ə. Zeynallı məhkəmə zalından çıxarılmasını tələb edib. Onun tələbi yerinə yetirilib və prosesə 10 dəqiqəlik fasilə verilib. Fasilədən sonra isə katib məhkəmənin təxirə salındığını, növbəti prosesin vaxtı barədə sonra məlumat veriləcəyini deyib.



Qeyd edək ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.


Posted:
Erməni maliyyəsi çat verirErmənistanda prezident seçkisi öncəsi maliyyə və bank sahələri, demək olar ki, çat verir. Bu, Cənubi Qafqaz respublikasının Mərkəzi Bankının verdiyi məlumata görə, plastik kart sahiblərinin sayı durmadan azalır. Və məntiqlidir, əgər insanlar əsas şeydən-puldan məhrumdurlarsa, onda kart nəyinə gərəkdir. Mərkəzi Bank bildirir ki, bir neçə ay ərzində kartların sayı 30 mindən çox azalıb.

Milli.Az Anspress-ə istinadən xəbər verir ki, İrəvanda çıxan "Haykakan Jamanak" qəzeti yazır ki, bank sahəsində böhran qızışır. İlk öncə, bu, kreditlərin qaytarılması ilə bağlıdır. Müştərilərin çoxu borcunu qaytarmaq durumunda deyillər. Ermənistanın dörd bankında artıq ciddi problemlər başlayıb. Və bütün bunlar Ermənistan rəhbərlərinin qələbə raportlarının fonunda baş verir. Halbuki, erməni KİV-ləri yazır ki, bu ölkənin maliyyə və bank sektorları yaxın zamanlarda, sadəcə, çökə bilər. Bununla hətta respublikanın eks-prezidenti, Qarabağ yaraqlısı Robert Koçaryan da razıdır. Onun silahdaşı və mənsub olduğu Qarabağ klanının təmsilçisi olan indiki Ermənistan prezidenti möcüzəyə, ya da Rusiyadan, Avropa Birliyindən və müxtəlif xristian icmalarından gələn maliyyə yardımına ümid edir. Amma bu arx yavaş-yavaş quruyur, hətta ABŞ Ermənistana humanitar yardımı kəskin azaltmağa məcburdur.

Buna görə də, yerli siyasətçilər getdikcə anlamağa başlayırlar ki, Qarabağ klanı ilə birlikdə "Böyük Ermənistan" və ya "Dənizdən dənizə Ermənistan" kimi millətçi şüarların erməni dövlətçiliyinə vurduğu zərər türkiyəlilərlə azərbaycanlıların birgə vurduğu zərərdən çoxdur.

Milli.Az
Posted:
Əfqanıstanda Kəşfiyyat İdarəsinə hücum: 6 nəfər öldüƏfqanıstanın paytaxtı Kabildə Kəşfiyyat İdarəsinə silahlı hücum olub. 6 döyüşçü binaya hücum edərək, partlayış törədib. Bundan sonra əfqan təhlükəsizlik qüvvələri ilə döyüşçülər arasında atışma başlayıb.

Milli.Az Anspress-ə istinadən xəbər verir ki, 45 dəqiqə davam edən atışma zamanı hücum edənlərin hamısı öldürülüb. Terror aktı zamanı 30-a yaxın adam da yaralanıb.

Partlayış Daxili İşlər Nazirliyinin və bir sıra dövlətlərin səfirliklərinin yerləşdiyi rayonda törədilib. Terror aktına görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Milli.Az
Posted:
Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaqBu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 20 Yanvar faciəsinin 23-cü il dönümü ilə əlaqədar keçiriləcək tədbirlər zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin daha nümunəvi təmin edilməsi haqqında daxili işlər naziri, polis general-polkovniki Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, yanvarın 20-də daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq. Bundan başqa, paytaxtın küçə və prospektlərində avtomobil sıxlığı yarana biləcək ərazilər əvvəlcədən müəyyən edilərək nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcək. Əhalinin gur olduğu yerlərdə, strateji obyektlərin qarşısında xidmətin aparılmasına nəzarət daha da gücləndiriləcək və polis naryadlarının sayıqlığı artırılacaq.

Əmrdə, həmçinin yanvarın 20-si respublika ərazisində saat 12:00-da şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi qeyd olunub. Bu məqsədlə gəmi, avtomobil və qatarlar vasitəsi ilə səs siqnallarının verilməsi üçün lazımi tədbirlər həyata keçiriləcək.

Milli.Az
Posted:
Ulduz musiqiçilər Brilliant Dadaşovanın köməyinə gəldilərMilli.Az Day.Az saytına istinadən xəbər verir ki, axşam efiri zamanı aparıcı Brilliant Dadaşovanı tək türkiyəli musiqiçilər deyil, müğənninin ansamblından olan pianoçu Elman Əzimov və qarmonçu Orxan Mirzəyev də müşaiyət ediblər.

Müğənni Day.Az-a açıqlamasında deyib ki, verilişdə azərbaycanlı musiqiçilərin də iştirak etməsi Azərbaycan ritmlərini daha parlaq təqdim etməkdə yardımçı olub.

Qeyd edək ki, müğənninin budəfəki qonağı müğənni Çelik olub.

Milli.Az
Posted:
Dövlət Sərhəd Xidməti əsgər Davud Cəlilli ilə bağlı yayılan məlumatlara münasibət bildirdiXidmətin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, əsgər Cəlilli Davud Məhəmməd oğlunun hərbi xidmətdə olduğu zaman xəstələnməsi faktı ilə əlaqədar bəzi kütləvi infor­ma­siya vasitələrində əks olunmuş məlumatlar həqiqətəuyğun deyil­ və qərəzli xarakter daşıyır.

Belə ki, DSX-nin 2006 saylı hərbi hissəsinin sabiq əsgəri Cə­lilli Davud Məhəmməd oğlu 12 oktyabr 2010-cu il tarixdə Sal­yan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. 12 okt­yabr - 29 noyabr 2010-cu il tarixlərdə 2004 saylı hərbi his­sənin təlim-tədris bölüyündə xidmət edib, 29 noyabr 2010-cu il tarixdə hərbi xidmətini davam etdirmək üçün 2006 saylı hərbi his­səyə göndərilib.

Əsgər D.Cəlilli hərbi xidmətdə olarkən müxtəlif vaxtlarda: 24 fevral - 02 mart 2011-ci il tarixlərdə "kəskin tonzilit", 06-16 may 2011-ci il tarixlərdə "su çiçəyi", 18-20 oktyabr 2011-ci il tarixlərdə "farin­git", 28 oktyabr - 01 noyabr 2011-ci il tarixlərdə "nevrotik reaksiyalar", 29 dekabr 2011 - 11 yanvar 2012-ci il tarixlərdə "kəs­kin parasinisoit" diaqnozları ilə hərbi hissənin tibb məntə­qə­sində müalicədə olub. O, 12 yanvar 2012-ci il tarixdə "Kəskin menin­qoensefalit" xəstəliyinin əlamətlərinə şübhə olduğu üçün DSX-nin hərbi hospi­talına göndərilib, reanimasiya və anesteziya bölməsi­nə yerləşdirilib və müvafiq tədbirlər görülüb. Xəstənin və­ziyyəti ilə bağlı valideynlərinə məlumat çatdırılıb və hospitala də­vət ediliblər. Xəstənin valideynləri hospitala gəlib və xəs­tənin vəziyyəti həkimlər tərəfindən onlara izah edilib. Hərbi hospi­talda müalicədə olarkən 01.02.2012-ci il, 16.02.2012-ci il tarixlərdə 4 saylı VƏD-in fitizomeninqioloqu Arzu Dadaşov, 16.02.2012-ci il tarixdə Müdafiə Nazirliyinin həkim-infeksionisti polkovnik-leyte­nant Azər Nağıyev, 23.02.2012-ci il tarixdə neyrocərrah Rauf Hüseynli tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edil­ib.

Xəstənin müayinə və müalicəsini daha yüksək ixtisaslı mütə­xəs­sislər tərəfindən aparılması məqsədilə əsgər D.Cəlilli 15 mart 2012-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hesabına Türkiyə Res­publikası Gülhanə Əsgəri Tibb Akademiyasına göndərilib. DSX hərbi hospitalı tərəfindən əvvəlcədən qoyulmuş diaqnoz Gül­­hanə Əsgəri Tibb Akademiyasının mütəxəssisləri tərəfindən təsdiq edilib və müalicənin əvvəlki qaydada davam etdirilməsi məs­ləhət bilinib. 31 mart 2012-ci il tarixdə əsgər D.Cəlilli DSX hərbi hospitalına köçürülüb.

Təkrar olaraq 11.04.2012-ci il, 15.05.2012-ci il, 11.06.2012-ci il və 30.10.2012-ci il tarixlərdə Müdafiə Nazirliyinin həkim-in­fek­sionisti polkovnik-leytenant Azər Nağıyev, 15.05.2012-ci il tarixdə 4 saylı VƏD-in fitizomeninqioloqu Arzu Dadaşov, 29.06.2012-ci il tarixdə həkim-infeksionist Yusif Alxa­zov tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edil­ib.

26 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.09-cu il tarixli 59 saylı qərarına əsasən, "Vərəm mənşəli meninqo-ensefalit. Ensefalitdən sonrakı neyrosensor ağır eşitmə" diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilib və hər­bi xidmətdən tərxis edilib. Tərxis edilməsinə baxmayaraq, D.Cəlillinin müalicəsi 01 de­kabr 2012-ci il tarixədək DSX hərbi hospitalında davam etdiril­ib.

01 dekabr 2012-il tarixdə xəstənin atası hərbi hospitala yazılı müraciət edərək oğlunu 4 say­lı Vərəm Əleyhinə Dispanserə (VƏD) apar­maq niyyətində olmasını, hospitaldan və hospital həkimlərin­dən heç bir şikayətinin, yaxud narazılığının olmadığını bildirib və xəstə 4 say­lı Vərəm Əleyhinə Dispanserə köçürülüb. Xəstə Vərəm Əleyhinə Dispanserdə olduğu müddətdə də hərbi hospi­talın hə­kim­ləri tərəfindən nəzarətdə saxlanılıb və zəruri dəstək verilib.

12 dekabr 2012-ci il tarixdə D.Cəlilli valideynləri tərəfindən Vərəm Əleyhinə Dispanserdən evlərinə aparılıb.

"Bununla yanaşı, qeyd edirik ki, DSX hərbi hospitalında müa­licədə olarkən anasının xəstə ilə birlikdə qalmasına şərait ya­radılıb və 01 dekabr 2012-ci il tari­xədək anası palatada xəstənin yanında olub. Atası mütəmadi olaraq hərbi hospitalda oğlu ilə görüşüb. Təəssüf hissi ilə qeyd edirik ki, D.Cəlillinin müalicəsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, onun sağlamlığının bərpa edilməsi mümkün olmayıb. Əlavə olaraq bildiririk ki, Dövlət Sərhəd Xidmətinə müddətli həqiqi hərbi xidmətə qəbul olunan hər bir əsgərin valideynlərinə rəsmi qaydada əlaqə telefonları verilməklə, övladlarının hərbi xid­məti ilə əlaqədar olan, yaxud ona mənfi təsir göstərə bilən bü­tün məsələlər barədə Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə məlumat verilməsi xahiş olunur. Bu təcrübənin tət­biqi nəticəsində əsgər valideynləri ilə qarşılıqlı əlaqənin yaradıl­ma­sına nail olunub və valideynlərdən daxil olan bütün məlu­mat­lara operativ reaksiya verilir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi, hərbi hissələrin komandirləri tərəfindən daxil olan hər bir məlu­mat ciddi yoxlanılır və zəruri tədbirlərin görülməsi təmin edilir. Mütə­ma­di olaraq hərbi prokurorluğun əməkdaşlarının bütün sərhəd böl­mələrinin şəxsi heyəti ilə profilaktik görüşləri təşkil olunur, şəx­si heyətin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər vəİdman Nazirliyi ilə birgə tədbirlər həyata keçirilir.

Bu kimi halların kütləvi informasiya vasitələrində hə­qi­qə­tə­uyğun olmayan formada işıqlandırılmasını qərəzli mü­na­si­bət, məq­sədyönlü və düşünülmüş şəkildə həyata ke­çirilən nüfuzdan salma, "düşmən dəyirmanına su tökmə" kam­paniyası kimi qiy­mətləndirir və həmin materialların müəlliflərini milli maraq­la­rımıza zidd olan bu kimi hərə­kətlərdən çəkinməyə çağırırıq", - DSX-nin məlumatında deyilir.

Milli.Az
Posted:
Qazaxıstanda yeni nazirlik yaradılırTrend-in məlumatına görə, bu barədə Prezidentin mətbuat xidmətinin Tvitter səhifəsində deyilir.

"Dövlət başçısı Qazaxıstan Respublikası Regional İnkişaf Nazirliyinin yaradılması barədə tapşırıq verib", - məlumatda qeyd edilir.

Milli.Az
Posted:
Bakılılar üçün qadağan olunmuş filmlərMilli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, həmin gün kinoteatrda nümayiş olunan film Azərbaycan əxlaqına uyğun deyildi, nalayiq ifadələr işlədilirdi.

"Avropalaşma yaxşı şeydi, lakin hansısa sərhədlər olmalıdır axı", - oxucu qeyd edib.

Filmin adını qəsdən yazmırıq ki, həmin premyeraya maraq yaratmayaq. Bizə maraqlı olardı ki, oxucularımız da həmin fikirləri bölüşürlər, ya yox. Kinoteatrlarda nümayiş olunan filmlərə hansı məhdudiyyətlər qoyulmalıdır? Ümumiyyətlə, belə məhdudiyyətlər olmalıdırmı? Filmlərin nümayişi zamanı qazanc daha vacib olmalıdır, yoxsa əxlaqi normaların qorunması?

Bu suallar barədə düşündüklərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Milli.Az
Posted:
Bir, iki, üç: say ki, sayasan... - FOTOOtaqda 162 min yuan, yəni 19 min dollar pul var.

Milli.Az Xinhua-ya istinadən bildirir ki, onlar hansısa narkotacirlərin gətirdikləri əskinasları çinləmirlər. Əksinə, 62 yaşlı Yuay Suy adlı müştəri altı ay ərzində topladığı 162 min yuanı gətirərək hesabına yatırmaq istəyib.
Pullar 1, 2 və 5 yuanlıq əskinaslardır.

Henan vilayətinin sakini, kiçik sex sahibi olan Suy bu pulları bir neçə banka təhvil vermək istəsə də, kiçik məbləğli əksinasları qəbul etməyiblər.
Yalnız Çjençju şəhərindəki Xalq Bankı bu əskinasları qəbul etməyə razılaşıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













Fotolar: China Foto Press
Posted:
Röya artıq BakıdadırSİA-nın məlumatına görə, müğənni bir neçə saat öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Məlumatı təstiqləmək üçün müğənninin prodüsseri Kənan Bayramovla əlaqə saxladıq və məlumatın doğru olduğunu öyrəndik. O, həmçinin qeyd etdi ki, Röyanı hava limanında onun yaxın dostu, həmkarı Rəhim Rəhimli qarşılayıb.

Milli.Az
Posted:
  “İctimai TV cəmiyyət və auditoriya qarşısında öz öhdəliklərini kifayət qədər yaxşı bilir. Eyni zamanda, bu vəzifələri daim yüksək səviyyədə yerinə yetirməyə çalışır. İTV yayımçı şirkətdir. Odur ki, bu şirkətin bədii seriallar, filmlər və ya uşaq cizgi filmlərinin istehsalı ilə bağlı öhdəlikləri yoxdur.” Lent.az-ın məlumatına görə, bu haqda İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmlinin dövlət büdcəsindən maliyyələşən AzTV və İTV-ni ittihamına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İTV indiyədək cəmi 3 televiziya serialı çəkib: “Bunlardan ikisi artıq yayımlanıb, üçüncüsünü isə yaxın zamanlarda yayımlamağa hazırlaşırıq. Həmçinin, indiyədək 29 bədii televiziya filmi, 200-dən çox isə sənədli film istehsal olunub”.   Tahir  Məmmədov bildirib ki, cizgi filmlərinin çəkilməsi isə digərlərindən xüsusi ilə fərqləndiyindən ona daha məsuliyyətlə yanaşılır: “Əgər cizgi filmləri bu işə məsul qurumlar tərəfindən çəkilərsə, biz yayımçı şirkət olaraq bunları azyaşlı auditoriya üçün təqdim edə bilərik. Surdo tərcümənin bərpa edilməsi məsələsi isə şirkətin Direktorlar Şurasında müzakirə olunub. Ancaq həmin sahədəki peşəkar mütəxəssis qıtlığından bu iş yerinə yetirilməmiş qalıb. Eşitmə qabiliyyəti zəif olan şəxslər üçün isə “Carçı” informasiya proqramında xəbərlər daimi olaraq alt yazı ilə verilir”.
Posted:
Türkiyənin məşhur teleaparıcısı, “Kanal D” telekanalının xəbər proqramının rəhbəri  Mehmet Ali Birand xəstəxanaya aparılıb.   Lent.az-ın verdiyi məlumata görə, “Kanal D” telekanalının yaydığı rəsmi məlumatda bildirilir ki, Mehmet Ali Birand öd kisəsindəki stendin dəyişdirilməsi üçün xəstəxanaya yerləşdirilib.   Mehmet Ali Birandın müalicəsi davam edir.  
Posted:
Dieqo Maradona bir daha məşqçi kimi çalışmağı və ümumiyyətlə, futbolla əlaqəli fəaliyyətlə məşğul olmağı planlaşdırmır. Lent.az-ın “El Mundo”ya istinadən verdiyi məlumata görə, 52 yaşlı argentinalı futbolda baş verənlərə nifrət etdiyini bildirib.   O, yenidən palçığa batmaq istəmədiyini açıqlayıb. Argentinanın “River Pleyt” klubunun Matias Almeydanı baş məşqçi postundan kənarlaşdıraraq, yerinə Ramon Diası təyin etməsi Maradonanın narazılığına səbəb olub. Ötənlərin məşhur hücumçusu bildirib ki, “River Pleyt” Almeydaya hörmətsizlik edib.   Qeyd edək ki, dünyanın ən yaxşı oyunçularından sayılan Dieqo Maradona 2008 – 2010-cu illərdə Argentina yığmasının baş məşqçisi olub. Milli komanda 2010-cu il dünya çempionatında ¼ finaladək irəliləyib. Bundan sonra Maradona Argentina Futbol Federasiyası ilə yeni müqavilə məsələsində razılığa gələ bilməyib. 2011-ci ildə o, BƏƏ-nin “Əl-Vasl” komandasının sükanı arxasına keçib və 2012-ci ilin iyulunda istefaya göndərilib. Dekabrda Maradonanın İraq yığmasına baş məşqçi təyin olunacağı bildirilsə də, bu, baş tutmayıb.
Posted:
HAMBALIN SİYASƏTƏ GƏLİŞİXalqımızın istedadına söz yoxdur. Budur, İsa Qəmbərə atılan daş hələ yerə və yerinə düşməmiş bir vətəndaşımız buna əlüstü şer də yazıb. Yuxarıda sitat verdiyim misralar da o şerdən götürülüb. Dəqiq təsvir-ifadə üçün anonim vətəndaşa təşəkkürlər... Yeri gəlmişkən, bu dəqiqə ən aktual məsələlərdən biri də ölkənin ən böyük və ən nüfuzlu siyasi partiyasının liderinə belə düşük və ucuz basqının, hüquqi dillə desək, quldurluq əməlinin təşkilatçılarının sosial sifəti məsələsidir. Yəni bu adamlar kimlərdir, nəçidir, hansı yuvanın quşlarıdır. Onlarla bağlı əcaib-qəraib xəbərlər uçub gəlir. Gələndə YAP binasının üstündə qanad saxlayıb Mübariz Qurbanlıya salam-dua deyir (bunun səbəbini deyəcəm).
İlk belə xəbəri elə lənkəranlılar verdi. Bu gözəl rayonun vicdanlı ziyalılarının bir qrupu bəyanat yayıb 13 yanvar rəzalətini pislədi. Bəyanatın içində maraqlı bir yer vardı. Bir daha oxuyaq: "Təxribata Lənkəranın icra başçısı Taleh Qaraşov rəhbərlik edib. Hədə-qorxu, aldatma və rüşvət verməklə aldadılan bazar alverçiləri, balıq satanlar, hamballar, yükdaşıyanlar, icra aparatı işçiləri cəlb olunmaqla qonaqlara hücum edilib, onların üstünə "KamAZ" maşınları sürülüb".
Bazar alverçiləri, balıq satanlar, hamballar, yük daşıyanlar, icra aparatı işçiləri... Babat sosioloq və psixoloqlar lazımdır ki, bu qeyri-adi sosial horranı yaradan siyasi sistemin, mənəvi dəyərlərin və iqtisadi reallıqların qarşılıqlı örkən-doğanaq əlaqəsini izah eləsin. Onları birləşdirən ortaq dəyərin tərifini versin (hərçənd anonim vətəndaşımızın yazdığı misralarda bu dəyərin adı bəllidir - qarın və mədə).
Sən hələ bu adamları yaramazlığa sürükləyən motivlərə bax - hədə-qorxu, aldatma, rüşvət vermə... Bununla bağlı da maraqlı xəbər gəlib. Basqının təşkilatçılarından olan YAP üzvü Xeybər Xosrovov ona görə bu əmələ sürüklənib ki, oğlu ev oğrusudur, 3-4 dəfə məhkumluq həyatı yaşayıb. Görünür, işi yenə "yaşdır", polisdədir ki, dədəsi rəhbərliyin dediyi çirkin oyunda "Qaytağı" süzməyə məcbur olub. Belə şeylər mənə şahidi olduğum bir əhvalatdan tanışdır. Yaxşı tanıdığım biri kənddə adam qalmamışdı polisə çuğullamışdı. Polis də bu donosa əsaslanıb əlində 5-3 manatı olan cavanlara ilişir, onları soyurdu. Kənd cavanları axırda bezmiş, o "suka"nı tutub döymək istəmişdilər. Əclaf donosçu az qala ağlayırmış: "Vallah, məcburam. Polis deyir kənddən "sukalıq" eləməsən, oğlunun zibil işini dirildib onu tutacam. Məcburam sizi satmağa..."
Sistem belə işləyir. Adam bunların əxlaqından dəhşətə gəlib iyrənir. Elə siyasi təfəkküründən də. İsa Qəmbərin 2010-cu il parlament seçkiləri vaxtı İTV-nin sanlı yayımındakı debatlarda dediyi və hitə çevrilən tarixi ifadə ilə desək, yoldaş yappilər, bir ətrafınıza baxın, görün nə gündəsiniz...
Adam bunların elə siyasi təfəkküründən də dəhşətə gəlib iyrənir. Siz hələ YAP-ın Lənkəran rüsvayçılığına münasibətinə baxın. YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyir ki, İsa Qəmbər Lənkərana səfəri zamanı üzləşdiyi basqından öz siyasi təşviqatı üçün istifadə etmək, siyasi məqsədləri üçün divident qazanmaq istəyir.
Bu adam guya siyasətçidir, guya qanunvericidir. Amma danışığına bax. Belə olaydan bəs hansı məqsəd üçün istifadə olunmalıdır? Bu hücumdan yarpaq dolması bişirmək, yaxud yun corab toxumaq mümkündürsə, yol-yolağasını göstərin, biz də bilək. Siyasi müxalifət liderinə quldur hücumu mahiyyətcə elə siyasi hadisədir də, doşab-zad deyil ki...
Çox qəribədir, orduda faciələr bir-birinin dalına düzülür, əsgərlər döyülüb-güllələnib öldürülür, müxalifət buna etiraz edib olanları pisləyir, hökumətdən vəziyyəti düzəltməyi tələb edir. Bunlarsa deyir ki, müxalifət məsələni siyasiləşdirir, onun burada siyasi marağı nədir. Bəs siz hambalı, balıq satanı, yükdaşıyanı niyə dartıb siyasətə gətirirsiniz? Bəs sizin buradakı siyasi marağınız nədir?
Arada güzgüyə baxın. Famil CƏFƏRLİ
Posted:
HACI MEHDİNİN MƏHKƏMƏSİ KEÇİRİLİBYanvarın 16-da Sabunçu Rayon Məhkəməsində Hacı Mehdi Şamilinin işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. Bu barədə qəzetimizə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, saat 14-də başlayan prosesdə məhkəmə qarşısında 5 vəsatət qaldırıb.

1. Hacı Mehdi Şamilovun üzərində guya narkotik vasitə aşkar olunmasına dair tərtib edilmiş 07 avqust 2012-ci il tarixli protokolun saxta olması əsası ilə sübutlar siyahısından çıxarılması; 
2. Hacı Mehdi Şamilov tutulan gün onun mobil telefonuna nömrəsinə daxil olan zənglərin siyahısının çıxarılması üçün qərar qəbul edilməsi; 
3. Narkotik maddə aşkar olunmuş selofanın üzərində olan əl barmaq izləri ilə bağlı məhkəmə-dakteloskopik ekspertizasının təyin edilməsi; 
4. Hal şahidlərinin telefonlarına daxil olan və çıxan zənglər barədə qəbul edilməsi;

5. Müstəntiqin məhkəmə  iclasında dindirilməsi; 


Ancaq vəkilin sözlərinə  görə, prokuror vəsatətlərin rədd olunmasını istəyib və  onun bu istəyi hakim tərəfindən nəzərə alınıb: "Gözlənildiyi kimi dövlət ittihamçısı bütün vəsatətlərin rədd edilməsini xahiş etdi və məhkəmə də həmişəki kimi dövlət ittihamçısının mövqeyini müdafiə edərək vəsatətləri təmin etmədi. Bundan sonra Hacı Mehdi məhkəmədə çıxış edərək ev dustaqlığına buraxılması barədə vəsatət verdi".


Cavad Cavadovun sözlərinə  görə, hakim Hacı Mehdinin vəsatətini rədd edərək, Hacı Mehdini hal şahidini hədələməkdə günahlandırıb: "Hakim bildirdi ki, keçən məhkəmə iclasında Hacı Mehdi hal şahidinə "görüşərik" deyə ifadə işlətmişdir və bu proses iştirakçılarına təzyiq kimi qəbul olunur. Hacı Mehdi isə o "görüşərik" ifadəsini qiyamətdə görüşməyi nəzərdə tutulmuşdur və bildirdi ki, onun sifarişlə tutanlara qarşı kin saxlamır, çünki onlar qul kimi verilən əmrləri yerinə yetirirlər".


Vəkil bildirdi ki, bununla da məhkəmə istintaqı yekunlaşıb və məhkəmə çıxışları başlanıb. O yanvarın 22-nə təyin olunan növbəti prosesdə dövlət ittihamçısının çıxış edəcəyini bildirdi. Qeyd edək ki, növbəti proses yanvarın 22-də saat 10-20-də baş tutacaq.

Kənan

Posted:
NAXÇIVAN MÜSAVATÇILARI BƏYANAT VERDİMüsavat Partiyası Naxçıvan MR Təşkilatı partiyanın başanı İsa Qəmbərə qarşı törədilən sui–qəsd olayını pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:

"Yanvarın 13-də  Müsavat Partiyasının başqanı İsa Qəmbər və digər partiya fəalları Lənkərana gedərkən yolda hakimiyyət tərəfindən öyrədilmiş şəxslər tərəfindən hücuma məruz qalıblar. İsa Qəmbərin avtomobili əzilib, partiya başqanının müavini Gülağa Aslanlı və digərləri xəsarət alıblar. Biz bu hadisəni hakimiyyətin Müsavat Partiyasını, eləcə də digər müxalifət partiyalarını susdurmaq planının tərkib hissəsi sayırıq. Bu yaxınlarda Müsavat Partiyası İsa Qəmbərin prezident seçkilərinə namizəd kimi irəli sürüb. Biz hesab edirik ki, hakimiyyət bu hadisə ilə artıq seçkiyə öz müdaxiləsini edib. İsa Qəmbərə və digər partiya üzvlərinə olan təxribat xarakterli hücumu qətiyyətlə pisləyirik, hakimiyyəti bu olayı obyektiv araşdırmağa çağırırıq. Bəyan edirik ki, bu yolla nə müsavatçıları, nə də ki, digər fəalları susdurmağa nail ola bilməyəcəklər".

 


Posted:
              İş yerləri açılırsa, mən niyə işsiz qaldım?                         İş yerləri açılırsa, mən niyə işsiz qaldım?                         İş yerləri açılırsa, mən niyə işsiz qaldım?                         İş yerləri açılırsa, mən niyə işsiz qaldım?           .-
«Suraxanı rayon İcra Hakimiyyətinin qarşısındakı parkda mülki mühafizəçi idim. Həm də icra hakimiyyətinin binasının qapısına nəzarət edirdim. Mənimlə eyni növbədə olan mühafizəçi iş vaxtı yatdığına görə narazılığımı bildirdim, xahiş etdim ki, məni yatan işçi ilə eyni növbəyə salmasınlar, iş qrafikimi dəyişdirsinlər. Mənim özümü işdən çıxartdılar».

«Qaynar xətt»ə şikayət edən Füzuli köçkünü Pərviz Həsənov deyir ki, Suraxanı rayon İcra Hakimiyyətində mülki mühafizəçi işləyib. Ötən il işə çıxma qrafikinin dəyişdirilməsi ilə bağlı müraciət etdiyinə görə, ona ərizə yazdırıb işdən çıxarıblar.

ƏRİZƏNİ QAPIDA YAZDIRIBLAR?

«İşə gələndə mənə ərizəni elə İcra Hakimiyyətinin qapısında dayanan mühafizəçi polis yazdırdı. Dedi ki, səni işdən çıxarıblar, binaya buraxa bilmərəm. Mənə ərizə yazdırdı. Dedi rəhbərliyin tapşırığıdır. Mən ərizəmi yazıb evə qayıtdım, sonra anamla başçının müavininin qəbuluna getdim. Müavin dedi ki, hələlik bizdə sənin üçün iş yoxdur, gələcəkdə iş olanda səni mütləq çağıracağıq. Sonra eşitdim ki, mənimkimiləri işdən çıxarıb, yerinə öz yaxın adamlarını götürürlər».

Pərviz Həsənov deyir ki, işə bərpa olunmaq üçün yazmadığı yer qalmayıb.

http://gdb.rferl.org/AD0AA185-3DAD-4EE5-8802-03A4E1998076_w268_r1.jpg
Posted:
              Rüstəm İbrahimbəyov:               Rüstəm İbrahimbəyov: .-

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun təsisçilərindən olan Rüstəm İbrahimbəyov yanvarın 16-da “Media forum” saytının suallarını cavablandırıb.

- Vergilər Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqı haqqında cinayət işi açıb. Səbəb nədir?

- Mənə təzyiq etmək istəyirlər. Baxmayaraq ki, əvvəl də təşkilatı yoxlayıblar və hər hansı qanun pozuntusu, cinayət əməli aşkarlanmadığı barədə akt tərtib ediblər. Sadəcə, biz anlaşılmazlıq nəticəsində əlavə dəyər vergisini ödəməmişik. Xatırlayırsınızsa, 2009-cu ilin sentyabr ayında “Şərq-Qərb” Kino Festivalı keçirmişdik. Bu tədbir üçün lazım olan maliyyənin yarısını Mədəniyyət və Turizm Nazirliyi ödəməli idi. Amma o vaxt nazirlik nümayəndələri buna imkanları çatmadığını bildirmişdilər.

Bundan başqa, festival çərçivəsində müxtəlif ölkələrin kino qurumları bizə xidmət göstərib. Festival keçirilən dövrdə bununla bağlı yoxlamalar aparılıb və hər hansı qanun pozuntusu, maliyyə israfı, hansısa vəsaitin nəzərdə tutulmayan formada xərclənməsi kimi hallar aşkarlanmayıb. 3 ildən sonra yenidən yoxlama aparıblar və yenə də hər hansı qanun pozuntusu, cinayət əməli aşkar etmədiklərini deyiblər. Mən hakimiyyəti tənqid etməyə başlayandan, Azərbaycanda yeni hərəkat yaranacağını və Ziyalılar Forumunun da bu hərəkata dəstək verəcəyini bəyan edəndən sonra Vergilər Nazirliyinin nümayəndələri yenidən ittifaqda yoxlamalara başlayıb, guya bizim vergidən yayındığımız haqda qərar çıxarıblar. Bizə deyirlər ki, bu məbləği ödəməlisiniz. Bizim də həmin məbləği birdəfəlik ödəmək imkanımız yoxdur, ona görə də vergilər nazirinə məktub yazdıq ki, həmin məbləği hissə-hissə ödəyəcəyik. Buna baxmayaraq cinayət işi açılıb. Bütün bunlar məsələnin siyasi xarakter daşıdığını və birbaşa mənim ictimai fəaliyyətimlə bağlı olduğunu göstərir. Amma belə təzyiq metodları ilə heç nəyə nail ola bilməyəcəklər, özlərini çox gülünc vəziyyətdə qoyacaqlar. Çünki bu, 3 il əvvəl baş vermiş məsələdir və indi onu qaldırmaq ağılsızlıqdır.

- Söhbət hansı məbləğdən gedir?

- Festival üçün 30 min manat pul ayrılmışdı, bu məbləğdən də 18 faiz əlavə dəyər vergisi ödənməli imiş. O vaxt festivalın keçirilməsində bizə kömək edən çox məşhur kino xadimlərinə pul ödəmişdik. 2007-ci ildə qanuna dəyişiklik edilib, həmin dəyişikliyə əsasən, xaricdə olan şəxsə pul köçürülürsə, məbləğin 10 faizi həcmində hökumətə əlavə dəyər vergisi ödənməli imiş. Amma bundan heç kimin xəbəri yoxdur. Bütün bu məbləğlər toplandıqda 10 min manat edir. Yəni biz 30 min manatın 10 min manatını vergi olaraq ödəməliymişik. Hazırda bu 10 min manatın üzərinə 8 min manat cərimə də əlavə olunub. Bunun bir hissəsini Mədəniyyət və Turizm Nazirliyi ödəməlidir, qalanını isə biz.

- Sizi bu işlə bağlı istintaqa çağırıblarmı?

- Yox, çağırmayıblar. Çünki mən ittifaqın sədriyəm və bu işlərlə birbaşa məşğul olmuram. “Şərq-Qərb” kinofestivalının direktoru da var, cinayət işini onun barəsində açıblar. Amma Rasim Balayevi də istintaqa çağırıblar, hələlik getməyib. Rasim Balayevin istintaqa çağırılması qanunsuzluqdur, çünki o, ittifaqda maliyyə məsələlərinə baxmır. Mənim maliyyə məsələlərindən çox az məlumatım var, Rasim Balayevin isə pul məsələlərindən ümumiyyətlə başı çıxmır. İttifaqın maliyyə məsələləri üzrə katibi var və bu işlərlə o məşğul olur. Amma onların da heç bir günahı yoxdur, bizim vergidən yayınmağımızla bağlı deyilənlər tamamilə böhtandır. Məqsəd bizi susdurmaqdır, amma buna nail olmayacaqlar. Mən heç vaxt onlara güzəştə getməyəcəm və işimizi davam etdirəcəm. Onlar istəyir ki, mən susum. Qarşıdan prezident seçkisi gəlir. Mənim məqsədim ölkədə vətəndaş cəmiyyəti formalaşdırmaq, insanları fəallaşdırmaqdır. Bu da yavaş-yavaş reallaşır. Ziyalılar Forumunun nüfuzu getdikcə artır, insanlar bizə hörmət edir, ümid bağlayır, fikirləşirlər ki, çalışıb hansısa dəyişikliklərə nail ola bilərik. Biz belə işlərlə məşğul oluruq. Hökumət isə bizə müxtəlif problemlər yaratmaqla bizim başımızı qatmaq istəyir. Böhtanların məqsədi məni ləkələmək, xalqın gözündən salmaqdır.

- Təzyiqlərin bundan sonra da davam edəcəyini gözləyirsinizmi?

- Gözləyirəm, amma cavablarını da verəcəm. Təzyiqləri dəf etməyə də hazıram. Belə getsə, mən özümü və təşkilatımı qorumaq, müdafiə etmək üçün dünya ictimaiyyətini ayağa qaldırmalı olacam. Onda bunlar biabır olacaqlar.

"Media forum"
Posted:
Velosiped idmanı 2016-cı ildə olimpiya oyunlarından çıxarıla bilərApasport.az saytının məlumatına görə, bu bərədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) açıqlama yayıb.

Bildirilir ki, əfsanəvi idmançı Lens Armstronqun dopinq qalmaqalında Beynəlxalq Velosiped Federasiyasının da rolu aşkarlansa, bu idman növü yarışlara daxil edilməyəcək.

BOK rəsmisi Dik Paund deyib ki, fırıldaqçılar bu yolla cəzalandırılacaqlar.

BOK-da belə düşünürlər ki, heç bir idmançı beynəlxalq federasiyanın dəstəyi olmadan bu qədər müddət ərzində dopinqdən istifadəsini gizlədə bilməz. Əgər federasiya Armstronqun əməllərini bu müddətdə ört-basdır edibsə, deməli, onlara artıq belə bir yarışı etibar etmək olmaz.

Qeyd edək ki, 2012-ci ilin payızında ABŞ Antidopinq Agentliyi qadağan olunmuş preparatlardan istifadə etdiyi üçün Armstronqu bütün adlarından, o cümlədən "Tur de Frans"ın 7 qat qalibi titulundan məhrum edib.

Milli.Az
Posted:
Abdal qadağa: Oğlunuz belə geyinirsə...Kampaniyaya çərçivəsində valideynləri xəbərdar etmək məqsədilə "uşaqlarda sonradan homoseksualizmə meylin yaranacağına dəlalət edən nişanələr" adlı siyahı da hazırlayıb.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, nazirliyin yaydığı təlimatda deyilir: "Hörmətli valideynlər! Əgər oğlunuz yaxası V tipli cemper, qolu dirsəkdən qısa köynək, rəngbərəng mayka və ya köynək, nərmənazik vücuda sahibdirsə, onun böyüyəndə homoseksual olmaq ehtimalı böyükdür".

Malayziyanın milli təhsil nazirinin müavini Mohd Puad Zarkashinot paytaxt Kuala-Lumpurda keçirdiyi konfransda deyib: "Ata və ana diqqətli olmalıdır. Xüsusilə də atalar oğullarının nə geyindiklərini, necə davrandıqlarına diqqət verməlidirlər".

Malayziya Müəllimlər Konfederesiyası yasağı absurd, nazirliyə etiraz məktubu yollamış 1500 valideyn isə "abdal" adlandırıb.

Milli.Az
Posted:
Paytaxt polisindən narko-əməliyyatBakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Binəqədi rayonu, S.Məmmədova küçəsində yaşayan İsa Dadaşovdan 1 kiloqramdan artıq marixuana aşkarlanıb. 
Əməliyat nəticəsində BŞBPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları İ.Dadaşovu qandallayıblar. 
Nəsimi Rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ceyhun İmanovdan 200 qramdan artıq heroin aşkar edilərək götürülüb. 
Anar MəmmədovMilli.Az
Posted:
Toylar kralının böyük planları - FOTOSİA-nın məlumatına görə, o, söz və musiqisi Elşən Nicata, aranjmanı Rəşada məxsus olan "Təbrikə gəlmişəm" adlı mahnını lentə aldırıb və fevral ayında adıçəkilən mahnıya klip də çəkdirəcək.

Daha bir mahnı isə Xanım İsmayılqızındandır. Sözləri İftixar Piriyevə məxsus olan "Sən demə, yaşın fərqi var imiş" adlı mahnıya da xalq artisti qışın sonlarında klip çəkdirmək fikrindədir.

Eyni zamanda sənətkarın artıq 2 ilə yaxındır yaratdığı 3 gəncdən ibarət "Qismət" vokal qrupu Səməd Səmədov və Könül Kərimova ilə birlikdə yeni mahnı ifa ediblər. "Toylar kralı" bu mahnının tamaşaçılar tərəfindən seviləcəyini əminliklə söylədi. O qeyd etdi ki, "Qismət" vokal qrupu sözləri Zəlimxan Yaquba, musiqisi Aydın Çobanoğluna məxsus olan "Səyyadi" aşıq mahnısını aşıq Telli ilə bərabər duet olaraq ifa edəcək və böyük maraqla qarşılanacaq.

Bahar fəslində mahnıya İsmayıllı rayonunda klip çəkiləcək. Klipin rejissoru Faiq Kərəmoğlu olacaq. Eyni zamanda qrup üzvləri olan Tural, İlqar və Rinat Səməd müəllimin ifa etdiyi köhnə mahnılara da müraciət ediblər. "Bu qızların telinə bax" , "Ay mənim Arzu qızım", " Gözlər-gözlər" mahnıları yeni aranjmanda qrup üzvləri tərəfindən ifa olunacaq. "Bu qızların telinə bax" mahnısını isə tezliklə Faiq Kərəmoğlu ekranlaşdıracaq.

"Aşıq Telli ilə duet oxumaq ideyası Səməd muəllimdən gəldi", - deyən "Qismət" vokal qrupunun gəncləri xalq artistinə böyük hörmətlərindən və sadiqliklərindən də söz açdılar: "Biz Səməd müəllimin etimadını hər zaman doğrultmağa çalışırıq".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.















Posted:
Atasını məzardan çıxardı, diriltmək istədi - FOTO93 yaşlı kişinin tabut və nəşi onun oğlunun evində, zirzəmidəki soyuducu kamerada idi.

Milli.Az Click on Detroit-a istinadən bildirir ki, Gethsemane Cemetery qəbristanlığından tabut və nəşi oğurlayan şəxs həbs olunub.

O, Braytın oğlu idi.
92 yaşlı kişinin oğlu polisdə verdiyi ifadəsində bildirib ki, atasını məzardan çıxararaq evinin zirzəmisindəki soyuducuya qoyandan sonra onu diriltmək istəyib.

"Atamın tabutunu gündə bir neçə dəfə soyuducudan çıxarır, dualar oxuyurdum. İstəyirdim ki, atam həyata qayıtsın, yenidən yaşasın", - oğul deyib.

Klarens Braytın oğlu ilə yanaşı, ona tabutu çıxarmaqda yardım etmiş 38 yaşlı kişi də həbs olunub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Fotolar: Click on Detroit
Posted:
Məşhur azərbaycanlı stilistin uşaqlıq şəkilləri yayıldı - FOTOSESSİYAAnarın fotoalbomundan özəl görüntülər ilk dəfə Axşam.az saytında.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











































Posted:
ABŞ Fars körfəzinə yeni aviadaşıyıcı göndərirAPA-nın məlumatına görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətindən açıqlama verilib.

Hazırda "Nimitz" adlanan aviadaşıyıcıda təmir işləri aparılır. Avidaşıyıcının Fars körfəzinə nə vaxt göndəriləcəyi məlum deyil. Xəbərdə "Nimitz" atom təyyarədaşıyan gəmisi ilə birlikdə bölgəyə bir neçə raket daşıyan kreyser və sualtı qayığın da göndəriləcəyi qeyd olunub. Eyni zamanda aviadaşıyıcının strukturuna 4 raket destroyeri də daxildir.

Milli.Az
Posted:
Dövlət Sərhəd Xidməti (DSX) əsgər Davud Cəlillinin hərbi xidmətdə olduğu zaman xəstələnməsi faktı ilə əlaqədar mətbuatda yayılan məlumatlara münasibət bildirib. Lent.az-ın DSX-nın saytına istinadən verdiyi məlumata görə, əsgər Cəlilli Davud Məhəmməd oğlunun hərbi xidmətdə olduğu zaman xəstələnməsi faktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində əks olunmuş məlumatlar həqiqətəuyğun deyil və qərəzli xarakter daşıyır: “Belə ki, DSX-nin 2006 saylı hərbi hissəsinin sabiq əsgəri Cəlilli Davud Məhəmməd oğlu 12 oktyabr 2010-cu il tarixdə Salyan Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. 12 oktyabr-29 noyabr 2010-cu il tarixlərdə 2004 saylı hərbi hissənin təlim-tədris bölüyündə xidmət edib, 29 noyabr 2010-cu il tarixdə hərbi xidmətini davam etdirmək üçün 2006 saylı hərbi hissəyə göndərilib.   Əsgər hərbi xidmətdə olarkən müxtəlif vaxtlarda - 24 fevral - 02 mart 2011-ci il tarixlərdə «kəskin tonzilit», 06-16 may 2011-ci il tarixlərdə «su çiçəyi», 18-20 oktyabr 2011-ci il tarixlərdə «faringit», 28 oktyabr-01 noyabr 2011-ci il tarixlərdə «nevrotik reaksiyalar», 29 dekabr 2011-11 yanvar 2012-ci il tarixlərdə «kəskin parasinisoit» diaqnozları ilə hərbi hissənin tibb məntəqəsində müalicədə olunub.   D. Cəlilli 12 yanvar 2012-ci il tarixdə «Kəskin meninqoensefalit» xəstəliyinin əlamətlərinə şübhə olduğu üçün DSX-nin Hərbi Hospitalına göndərilib, reanimasiya və anesteziya bölməsinə yerləşdirilib və müvafiq tədbirlər görülüb. Xəstənin vəziyyəti ilə bağlı valideynlərinə məlumat çatdırılıb və hospitala dəvət ediliblər. Xəstənin valideynləri hospitala gəlib və xəstənin vəziyyəti həkimlər tərəfindən onlara izah olunub. Hərbi hospitalda müalicədə olarkən 01.02.2012-ci il, 16.02.2012-ci il tarixlərdə 4 saylı Vərəm Əleyhinə Dispanserin (VƏD) fitizomeninqioloqu Arzu Dadaşov, 16.02.2012-ci il tarixdə Müdafiə Nazirliyinin həkim-infeksionisti, polkovnik-leytenant Azər Nağıyev, 23.02.2012-ci il tarixdə neyrocərrah Rauf Hüseynli tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edilib. Xəstənin müayinə və müalicəsini daha yüksək ixtisaslı mütə­xəs­sislər tərəfindən aparılması məqsədilə əsgər D. Cəlilli 15 mart 2012-ci il tarixdə DSX-nin hesabına Türkiyə Respublikası Gülhanə Əsgəri Tibb Akademiyasına göndərilib.   DSX Hərbi Hospitalı tərəfindən əvvəlcədən qoyulmuş diaqnoz Gülhanə Əsgəri Tibb Akademiyasının mütəxəssisləri tərəfindən təsdiq edilib və müalicənin əvvəlki qaydada davam etdirilməsi məsləhət bilinib. 31 mart 2012-ci il tarixdə əsgər D. Cəlilli DSX-nın Hərbi Hospitalına köçürülüb.   Təkrar olaraq 11.04.2012-ci il, 15.05.2012-ci il, 11.06.2012-ci il və 30.10.2012-ci il tarixlərdə Müdafiə Nazirliyinin həkim infeksionisti, polkovnik-leytenant Azər Nağıyev, 15.05.2012-ci il tarixdə 4 saylı VƏD-in fitizomeninqioloqu Arzu Dadaşov, 29.06.2012-ci il tarixdə həkim-infeksionist Yusif Alxazov tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edilib.   26 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.09-cu il tarixli 59 saylı qərarına əsasən, «Vərəm mənşəli meninqoensefalit. Ensefalitdən sonrakı neyrosensor ağır eşitmə» diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilib və hərbi xidmətdən tərxis edilib. Tərxis edilməsinə baxmayaraq, D. Cəlillinin müalicəsi 1 dekabr 2012-ci il tarixədək DSX-nın Hərbi Hospitalında davam etdirilib.   1 dekabr 2012-ci il tarixdə xəstənin atası hərbi hospitala yazılı müraciət edərək, oğlunu 4 saylı Vərəm Əleyhinə Dispanserə aparmaq niyyətində olmasını, hospitaldan və hospital həkimlərin­dən heç bir şikayətinin yaxud narazılığının olmadığını bildirib və xəstə 4 saylı Vərəm Əleyhinə Dispanserə köçürülüb. Xəstə Vərəm Əleyhinə Dispanserdə olduğu müddətdə də hərbi hospitalın həkimləri tərəfindən nəzarətdə saxlanılıb və zəruri dəstək verilib.   12 dekabr 2012-ci il tarixdə D. Cəlilli valideynləri tərəfindən Vərəm Əleyhinə Dispanserdən evlərinə aparılıb.   Bununla yanaşı, qeyd edirik ki, DSX hərbi hospitalında müalicədə olarkən anasının xəstə ilə birlikdə qalmasına şərait yaradılıb və 1 dekabr 2012-ci il tarixədək anası palatada xəstənin yanında olub. Atası mütəmadi olaraq hərbi hospitalda oğlu ilə görüşüb. Təəssüf hissi ilə qeyd edirik ki, D. Cəlillinin müalicəsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, onun sağlamlığının bərpa edilməsi mümkün olmayıb”.   Məlumatda daha sonra DSX-yə müddətli həqiqi hərbi xidmətə qəbul olunan hər bir əsgərin valideynlərinə rəsmi qaydada əlaqə telefonları verilməklə, övladlarının hərbi xidməti ilə əlaqədar olan yaxud ona mənfi təsir göstərə bilən bütün məsələlər barədə DSX-in Şəxsi Heyət Üzrə Baş İdarəsinə məlumat verilməsi xahiş olunur: “Bu təcrübənin tətbiqi nəticəsində əsgər valideynləri ilə qarşılıqlı əlaqənin yaradılmasına nail olunub və valideynlərdən daxil olan bütün məlumatlara operativ reaksiya verilir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi, hərbi hissələrin komandirləri tərəfindən daxil olan hər bir məlumat ciddi yoxlanılır və zəruri tədbirlərin görülməsi təmin edilir. Mütəmadi olaraq Hərbi Prokurorluğun əməkdaşlarının bütün sərhəd bölmələrinin şəxsi heyəti ilə profilaktik görüşləri təşkil olunur, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər həyata keçirilir”.   DSX bu kimi halların KİV-də həqiqətə uyğun olmayan formada işıqlandırılmasını qərəzli münasibət, məqsədyönlü və düşünülmüş şəkildə həyata keçirilən nüfuzdan salma, düşmən dəyirmanına su tökmə kampaniyası kimi qiymətləndirir və həmin materialların müəlliflərini milli maraqlarımıza zidd olan bu kimi hərəkətlərdən çəkinməyə çağırırıq.  
Posted:
NAUMAN FONDUNDAN İSA QƏMBƏRƏ DƏSTƏK MƏKTUBU GƏLİBFridrix Nauman Fondunun Mərkəzi, Cənub-şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə regional direktoru Rene Klaff Müsavat Partiyasının başqanı İsa Qəmbərə dəstək məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Qəmbər!

Sizi qarşıdan gələn prezident seçkilərində Müsavat Partiyasından prezidentliyə namizəd irəli sürülməyinizə münasibətilə təbrik etməkdən məmnunluq duyuram. Azadlıq naminə Fridrix Nauman Fondunun adından sizə bütün mümkün uğurları və qələbə dolu seçki günü arzu edirəm.
Azərbaycanın cənubuna partiya tədbiri ilə bağlı səfəriniz zamanı hücuma məruz qaldığınızı oxuyandan sonra narahatlıq keçirdim və şoka düşdüm. Ümid edirəm ki, sizə qarşı  bu cür qəddar davranış birinci və sonuncu dəfə olacaq və siz  bütün qanunsuzluqlardan uzaq ədalətli  açıq seçki kampaniyası apara biləcəksiniz.
Əgər Fondun demokratik seçki prosesi üçün hər hansı dəstək verə biləcəyini hiss etsəniz ki, bizimlə sərbəst əlaqə saxlaya bilərsiniz".



Posted:
MƏŞHUR KRİMİNAL AVTORİTET APA-nın "RİA Novosti" və "İnterfaks"a istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsindən bildiriblər ki, sui-qəsd Povarsk küçəsində gerçəkləşdirilib. Yerli vaxtla saat 14.30-da A. Usoyan "Karetnıy dvor" adlı restorandan çıxarkən snayperdən açılan atəşlə öldürülüb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A. Usoyan 1937-ci ildə Gürcüstanda doğulub. O, Rusiyadakı ən iri kriminal qruplaşmalardan birinin lideri idi.

Son məlumata görə, hadisə yerində olan bir qadın da yaralanıb. Killer öz qurbanına yaxın məsafədən zirehdələn güllələrlə atəş açıb. O bir neçə güllə atıb, yalnız biri kənara sıçrayaraq qadının ayağına dəyib. Muzdlu qatil hadisə yerindən qaçıb gizlənməyə macal tapa bilib.

Moskva polisindən verilən xəbərə görə, killer "Ded Xasan"a yaxın məsafədən atəş açmayıb, üzbəüzdəki evin damından atəş açıblar və güllələrdən biri kriminal avtoritetin çənəsindən dəyib.

Onu da qeyd edək ki, Aslan Usoyanın Azərbaycanla da ciddi əlaqələri vardı. Onunla bu ölkədə ortaq biznesi olanlar, habelə düşmənçilik münasibətində olanların olduğu bildirilirdi.


Posted:
İFLİC OLMUŞ ƏSGƏRLƏ BAĞLI RƏSMİ AÇIQLAMADövlət Sərhəd Xidməti (DSX) əsgər Davud Cəlillinin hərbi xidmətdə olduğu zaman xəstələnməsi faktı ilə əlaqədar mətbuatda yayılan məlumatlara münasibət bildirib. Lent.az-ın DSX-nın saytına istinadən verdiyi məlumata görə, əsgər Cəlilli Davud Məhəmməd oğlunun hərbi xidmətdə olduğu zaman xəstələnməsi faktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində əks olunmuş məlumatlar həqiqətəuyğun deyil və qərəzli xarakter daşıyır: "Belə ki, DSX-nin 2006 saylı hərbi hissəsinin sabiq əsgəri Cəlilli Davud Məhəmməd oğlu 12 oktyabr 2010-cu il tarixdə Salyan Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. 12 oktyabr-29 noyabr 2010-cu il tarixlərdə 2004 saylı hərbi hissənin təlim-tədris bölüyündə xidmət edib, 29 noyabr 2010-cu il tarixdə hərbi xidmətini davam etdirmək üçün 2006 saylı hərbi hissəyə göndərilib.



Əsgər hərbi xidmətdə olarkən müxtəlif vaxtlarda - 24 fevral - 02 mart 2011-ci il tarixlərdə «kəskin tonzilit», 06-16 may 2011-ci il tarixlərdə «su çiçəyi», 18-20 oktyabr 2011-ci il tarixlərdə «faringit», 28 oktyabr-01 noyabr 2011-ci il tarixlərdə «nevrotik reaksiyalar», 29 dekabr 2011-11 yanvar 2012-ci il tarixlərdə «kəskin parasinisoit» diaqnozları ilə hərbi hissənin tibb məntəqəsində müalicədə olunub.



D. Cəlilli 12 yanvar 2012-ci il tarixdə «Kəskin meninqoensefalit» xəstəliyinin əlamətlərinə şübhə olduğu üçün DSX-nin Hərbi Hospitalına göndərilib, reanimasiya və anesteziya bölməsinə yerləşdirilib və müvafiq tədbirlər görülüb. Xəstənin vəziyyəti ilə bağlı valideynlərinə məlumat çatdırılıb və hospitala dəvət ediliblər. Xəstənin valideynləri hospitala gəlib və xəstənin vəziyyəti həkimlər tərəfindən onlara izah olunub. Hərbi hospitalda müalicədə olarkən 01.02.2012-ci il, 16.02.2012-ci il tarixlərdə 4 saylı Vərəm Əleyhinə Dispanserin (VƏD) fitizomeninqioloqu Arzu Dadaşov, 16.02.2012-ci il tarixdə Müdafiə Nazirliyinin həkim-infeksionisti, polkovnik-leytenant Azər Nağıyev, 23.02.2012-ci il tarixdə neyrocərrah Rauf Hüseynli tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edilib. Xəstənin müayinə və müalicəsini daha yüksək ixtisaslı mütə­xəs­sislər tərəfindən aparılması məqsədilə əsgər D. Cəlilli 15 mart 2012-ci il tarixdə DSX-nin hesabına Türkiyə Respublikası Gülhanə Əsgəri Tibb Akademiyasına göndərilib.



DSX Hərbi Hospitalı tərəfindən əvvəlcədən qoyulmuş diaqnoz Gülhanə Əsgəri Tibb Akademiyasının mütəxəssisləri tərəfindən təsdiq edilib və müalicənin əvvəlki qaydada davam etdirilməsi məsləhət bilinib. 31 mart 2012-ci il tarixdə əsgər D. Cəlilli DSX-nın Hərbi Hospitalına köçürülüb.



Təkrar olaraq 11.04.2012-ci il, 15.05.2012-ci il, 11.06.2012-ci il və 30.10.2012-ci il tarixlərdə Müdafiə Nazirliyinin həkim infeksionisti, polkovnik-leytenant Azər Nağıyev, 15.05.2012-ci il tarixdə 4 saylı VƏD-in fitizomeninqioloqu Arzu Dadaşov, 29.06.2012-ci il tarixdə həkim-infeksionist Yusif Alxazov tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edilib.



26 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.09-cu il tarixli 59 saylı qərarına əsasən, «Vərəm mənşəli meninqoensefalit. Ensefalitdən sonrakı neyrosensor ağır eşitmə» diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilib və hərbi xidmətdən tərxis edilib.

Tərxis edilməsinə baxmayaraq, D. Cəlillinin müalicəsi 1 dekabr 2012-ci il tarixədək DSX-nın Hərbi Hospitalında davam etdirilib.



1 dekabr 2012-ci il tarixdə xəstənin atası hərbi hospitala yazılı müraciət edərək, oğlunu 4 saylı Vərəm Əleyhinə Dispanserə aparmaq niyyətində olmasını, hospitaldan və hospital həkimlərin­dən heç bir şikayətinin yaxud narazılığının olmadığını bildirib və xəstə 4 saylı Vərəm Əleyhinə Dispanserə köçürülüb. Xəstə Vərəm Əleyhinə Dispanserdə olduğu müddətdə də hərbi hospitalın həkimləri tərəfindən nəzarətdə saxlanılıb və zəruri dəstək verilib.



12 dekabr 2012-ci il tarixdə D. Cəlilli valideynləri tərəfindən Vərəm Əleyhinə Dispanserdən evlərinə aparılıb.



Bununla yanaşı, qeyd edirik ki, DSX hərbi hospitalında müalicədə olarkən anasının xəstə ilə birlikdə qalmasına şərait yaradılıb və 1 dekabr 2012-ci il tarixədək anası palatada xəstənin yanında olub. Atası mütəmadi olaraq hərbi hospitalda oğlu ilə görüşüb. Təəssüf hissi ilə qeyd edirik ki, D. Cəlillinin müalicəsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, onun sağlamlığının bərpa edilməsi mümkün olmayıb".



Məlumatda daha sonra DSX-yə müddətli həqiqi hərbi xidmətə qəbul olunan hər bir əsgərin valideynlərinə rəsmi qaydada əlaqə telefonları verilməklə, övladlarının hərbi xidməti ilə əlaqədar olan yaxud ona mənfi təsir göstərə bilən bütün məsələlər barədə DSX-in Şəxsi Heyət Üzrə Baş İdarəsinə məlumat verilməsi xahiş olunur: "Bu təcrübənin tətbiqi nəticəsində əsgər valideynləri ilə qarşılıqlı əlaqənin yaradılmasına nail olunub və valideynlərdən daxil olan bütün məlumatlara operativ reaksiya verilir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi, hərbi hissələrin komandirləri tərəfindən daxil olan hər bir məlumat ciddi yoxlanılır və zəruri tədbirlərin görülməsi təmin edilir. Mütəmadi olaraq Hərbi Prokurorluğun əməkdaşlarının bütün sərhəd bölmələrinin şəxsi heyəti ilə profilaktik görüşləri təşkil olunur, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər həyata keçirilir".



DSX bu kimi halların KİV-də həqiqətə uyğun olmayan formada işıqlandırılmasını qərəzli münasibət, məqsədyönlü və düşünülmüş şəkildə həyata keçirilən nüfuzdan salma, düşmən dəyirmanına su tökmə kampaniyası kimi qiymətləndirir və həmin materialların müəlliflərini milli maraqlarımıza zidd olan bu kimi hərəkətlərdən çəkinməyə çağırırıq.
Posted:
Məşhur rəssam öldü - FOTOMilli.Az Hürriyet-ə istinadən bildirir ki, o, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Onun ilk müəllimi atası, tanınmış rəssam Arif Kaptan idi.
Doğançayın əsərləri dünyanın ən məşhur və nüfuzlu muzeylərində nümayiş olunur. Onun bir əsəri isə Avropa Parlamentinin binasındadır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









































Fotolar: Hürriyet
Posted:
Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaqTrend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar yanvarın 16-17-də Yevlax-1, Yevlax-2, 28 May Aran, Ağdam Magistral Qaz Kəmərləri Sahəsinin bütün qazpaylayıcı stansiyaları və Qaraməryəm ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Goranboy, Naftalan, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Ağdam, Yevlax rayonları, eləcə də Göyçay rayonunun 6 kəndi və rayon mərkəzinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Milli.Az
Posted:
Misirdə yaşayış binası çökdüMilli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin ehtimallara görə, hadisə nəticəsində ən azı 4 nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, çökən evdə 24 ailə yaşayırdı. Dağıntılar altında onlarla insanın qaldığı ehtimal edilir.

Milli.Az
Posted:
Gürcüstanın Azərbaycandakı səfiri geri çağırılıbTrend-in məlumatına görə, Prezident Mixail Saakaşvilinin Administrasiyasının nümayəndələri jurnalistlərə bildiriblər ki, söhbət daha əvvəl dövlət başçısının göndərdiyi və xarici işlər nazirinin məktubunda adıçəkilən diplomatlardan gedir.

Belə ki, ABŞ-dakı səfir Temuri Yakobaşvili, BMT-dəki daimi nümayəndə Kaxa Lomaya, Belçika və Aİ-dəki səfir Salome Samadaşvili, Avropa Şurasında daimi nümayəndə Mamuka Jqenti, habelə Böyük Britaniya, Almaniya, Bolqarıstan, Litva, Azərbaycan, Qazaxıstan, Türkiyə və Çindəki səfirlər geri çağırılıb.

Daha 5 səfir səlahiyyət müddətləri başa çatdığına görə geri çağırılıb. Bunlar Ukrayna, Latviya, Çexiya, Macarıstan və Avstriyadakı (həmçinin ATƏT-də daimi nümayəndə) səfirlərdir.

Gürcüstanın təqribən 60 ölkədə diplomatik nümayəndəliyi var və ölkə qanunlarına əsasən, səfirlərin geri çağırılması və təyinatını Prezident xarici işlər naziri ilə razılaşdırmaqla həyata keçirir.

Milli.Az
Posted:
Ağır qəza keçirmiş azərbaycanlı siyasətçi xəstəxanadan foto paylaşdı - FOTOBu yaxınlarda avtomobil qəzasına düşərək ağır yaralanan AXCP sədrinin müavini Razi Nurullayevin həyat yoldaşı bu gün əməliyyat olunacaq.

"Qafqazinfo"nun məlumatına görə, bu xəbəri Razi Nurullayev özünün Facebook səhifəsində paylaşıb.

R.Nurullayevin ona çətin günlərində kömək olan bütün dostlara təşəkkürünü bildirib: "Könül xanım və öz adımdan bizə bu çətin günümüzdə dəstək olan bütün dostlara, həmkarlara, əqidədaşlara, xəstəxanaya bizi ziyarətə gələn minlərlə insanlara təşəkkürümüzü bildirirəm. Bu gün Könul xanım da əməliyyat olunur. İnşallah, hər bir kəsə ayrı-ayrılıqda təşəkkür edəcəyik. Əfsus ki, əllərim hələ yaxşı tutmadığına görə, çox təşəkkür sözləri yaza bilmədim".

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.



Posted:
Azərbaycanda ordu, media, cəmiyyət münasibətləri müzakirə edilib"Ermənistan Azərbaycanla yarışmada rəqabətə davam gətirə bilmir və hərbi əməliyyatlar başlayacağı tədqirdə Azərbaycana uduzacağı birmənali görünür". Trend-in məliumatına görə, bu barədə millət vəkili Aydın Mirzəzadə Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin "Ordu, media, cəmiyyət münasibətləri bu gün" mövzusunda keçirdiyi "dəyirmi masa"da deyib.

Mirzəzadə qeyd edib ki, bu il Azərbaycan Ordusuna 3,7 milyard dollar vəsait ayrılacaq və bu, daha yeni silahların alınmasına, ordunun müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə və s. işlərə xərclənəcək. Bununla da Azərbaycan dövləti özünün müdafiə qabiliyyətini maksimum səviyyədə gücləndirəcək.

"Bildiyiniz kimi, dünən Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında cənab Prezident İlham Əliyev ordu ilə bağlı əhəmiyyətli məqamlara toxunub və bildirib ki, dövlət ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordunun qüdrətlənməsinə böyük diqqət yetirir", - Mirzəzadə deyib.

Deputat qeyd edib ki, şübəhiz ki, Azərbaycanın bu uğurları, hərbi qüdrəti ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar tez-tez yazılar verirlər və çox təəssüf ki, bunların arasında qarayaxmalar da olur.

"Onları diqqətlə araşdırdıqda arxasından Azərbaycana qarşı düşmən mövqedə olan erməni millətçi təşkilatlarının rolu olduğunu görürük", - Mirzəzadə qeyd edib.

Millət vəkili bildirib ki, təqribən 2 həftə bundan əvvəl Ermənistan Prezidenti Serj Sarkisyan müsahibə verərkən Azərbaycanın hərbi qüdrətinin artması müqabilində Ermənistanın bu hərbi yükü çəkmək qabiliyyətində olmadığını və müharibə başlayarsa, Ermənistanın mütləq öz müttəfiqlərinə müracət edəcəyi ilə bağlı fikir səsləndirib.

Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı "N" saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü faktına toxunan Mirzəzadə qeyd edib ki, əlbəttə, bu, böyük bir faciədir və bu hadisə hər birimizi sarsıtdı.

"Bununla bağlı istintaq işi gedir və hesab edirəm ki, obyektiv nəticələr ilə yekunlaşacaq, günahkarlar cəzalandırılacaq. Lakin son 10 gün ərzində orduya qarşı müəyyən qüvvəllər ordunu gözdən salmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Həmin şəxslərin ordu ilə bağlı heç bir təsəvvürü yoxdur və bu hadisədən özlərinin siyasi maraqları üçün bir alət kimi istifadə edirlər", - millət vəkili deyib.

Tədbirdə çıxış edən Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli deyib ki, Azərbaycan bütün sahələrdə illərdir ki, sürətlə inkişaf edir, o cümlədən ordu quruculuğunda böyük addımlar atılıb.

O qeyd edib ki, Azərbaycan dövlətinin rəhbəri məqsədyönlü siyasət aparır və bu siyasət öz nəticəsini verir.

Həsənli bildirib ki, Ceyhun Qubadovun vəfat etməsi Azərbaycanın hər bir vətəndaşını sarsıtdı, bu, tək bir ailənin deyil, ümumilikdə dövlətin, millətin itkisidir.

"Təəssüf ki, bəzi qüvvələr bundan siyasi məqsədlər üçün istifadə edir və Azərbaycanın Silahlı Qüvvələrini gözdən salmaq istəyir", - Həsənli deyib.

O qeyd edib ki, dünyanın ən müasir orduları belə bu cür hadisələrdən sığortalanmır.

Tədbirdə çıxış edən digər iştirakçılar da bu cür hallardan siyasi məqsədlər üçün istifadə olunmasını pisləyib və Azərbaycan cəmiyyətini bu kimi çirkli kampaniyalara inanmamağa çağırıblar.

Milli.Az
Posted:
Tehranda kişi özünü yandırdıÖtən gecə Tehranın Dəmavənd küçəsində Pedram adlı şəxs əhalinin gözü qarşısında özünü yandırıb. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi məlumat verir.

İlkin məlumata görə, onun bu addımına səbəb xeyli borcu olmasıdır.

Polis intihara cəhdin səbəblərini araşdırır.

Pedram Tehran xəstəxanalarının birinə yerləşdirilib və hazırda vəziyyəti qənaətbəxşdir.

Milli.Az
Posted:
Azərbaycanda keçən il yol qəzalarında 79 uşaq ölüb"Azərbaycanda 2012-ci ildə baş vermiş yol qəzalarında 79 uşaq dünyasını dəyişib, 235-i isə yaralanıb". Bu barədə Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

Əliyev bildirib ki, hesabat dövründə piyadaların vurulması ilə bağlı 1065 hadisə qeydə alınıb, nəticədə 393 nəfər ölüb, 749 nəfər yaralanıb.

Onun sözlərinə görə, Azərbaycanda ötən il baş vermiş 2892 yol qəzasının 874-ü sürət həddinin aşılması ilə baş verən qəzalardır. Bu qəzalarda 397 nəfər ölüb, 792 nəfər yaralanıb.

Qəzaların 757-i ötmə qaydalarının pozulması nəticəsində baş verib, nəticədə 345 nəfər ölüb, 985 nəfər yaralanıb.

Ötən il ərzində baş vermiş qəzaların 96-sı sərxoş sürücülər tərəfindən törədilib, nəticədə 42 nəfər ölüb, 105 nəfər yaralanıb.

Qeyd edək ki, ümumilikdə 2012-ci ildə baş vermiş yol qəzalarında 1168 nəfər dünyasını dəyişib, 2997 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

2011-ci ildə Azərbaycanda 2890 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 1016 nəfər dünyasını dəyişib, 3031 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Milli.Az
Posted:
Bu gün Moskvanın mərkəzində “Ded Xasan” ləqəbli qanuni oğru Aslan Usoyan öldürülüb. Lent.az-ın “vesti.az” saytına istinadən verdiyi məlumata görə, Ded Xasan bu gün saat 14:30 radələrində “Karetnıy dvor” restoranının girişində güllələnib. Bu restoran Azərbaycan əsilli şəxsə mənsubdur. “Ded Xasan” xəstəxanaya aparılıb reanimasiya şöbəsinə yerləşdirilsə də, tezliklə ölüb. Olay zamanı bir qadının da ayağından güllə yarası aldığı bildirilir.      
Posted:
Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan Ağdamın “Qarabağ” klubunun rəqiblərindən biri müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, Ukrayna Premyer Liqasında çıxış edən “Qoverla”dır. Oyun yanvarın 24-də olacaq.   Qeyd edək ki, Ukrayna çempionatında 18 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşan “Qoverla”nın heyətində Ermənistan milli komandasının yarımmüdafiəşisi Artur Yedigaryan da çıxış edir.
Posted:
Böyük Britaniyanın paytaxtı Londonda Temza çayı sahilində yerləşən parlament binası yaxınlığına vertolyot düşüb. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, vertolyot yüksək bir binanın damına çırpılaraq qəzaya uğrayıb. Qəza nəticəsində 2 nəfər həyatını itirib. Bölgəyə çoxlu sayda polis, təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib. Şahidlər bunun Londonda 2007-ci ilin iyun ayında baş verən terror aktından sonra  ən dramatik mənzərə olduğunu ifadə ediblər.
Posted:
“Ordu, media, cəmiyyət münasbətləri bu gün” mövzusunda Dəyirmi Masa keçirilib Bu gün Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi “Ordu, media, cəmiyyət münasibətləri bu gün” mövzusunda Dəyirmi Masa keçirib.  Lent.az-ın verdiyi məlumata görə, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərdən danışıb.  Emin Həsənli deyib ki, dünyanın bəzi ölkələri Azərbaycan ordusunu, dövlətini gözdən salmağa çalışırlar: “Hər çağırış, hər Qarabağ müzakirələri zamanı Azərbaycan ordusunu gözdən salmağa çalışırlar. Bəzi vətəndaşlar da bilməyərək bu prosesdə iştirak edirlər”. Emin Həsənli bildirib ki, ABŞ ordusunda da qanunsuz hallar olur: “Ancaq ABŞ ordusunda xidmət edən azərbaycanlı bir zabitin ordumuza yönəlik çıxışı çox təəssüf doğurdu. ABŞ ordusunda hər il belə hadisələr olur, o cümlədən məktəblərdə, kolleclərdə də atəş açılması nəticəsində ölüm hallarına tez-tez rast gəlirik. O zabit ABŞ ordusundakı həmin hallardan niyə danışmır, münasibət bildirmir? Bu necə vətənpərvərlikdir? Ancaq bəzi insanlarımız ordu haqqında elə danışırlar ki, sanki düşmən ordusudur. Azərbaycan ordusu düşmən qarşısında polad kimdir, ancaq xalqın qarşısında şüşə kimidir”. Emin Həsənli vurğulayıb ki, ordu Vətən qədər müqəddəsdir: “Mübariz İbrahimovu, Fərid Əhmədovu kim yetişdirib? Azərbaycan ordusuna mənfi çalarlarla baxmaq vətənpərvərlik sayıla bilməz”.  Emin Həsənli Ceyhun Qubadovla bağlı məsələdə müdafiə nazirinin əmri ilə cəzalandırılanlar olduğunu qeyd edib: “Cəzalandırılanlar var, iki nəfər həbs olunub. Bu gün QHT-lər var ki, hadisə ilə bağlı həbslərin zəruri olduğunu bəyan edirdilər. Həmin QHT-lər bir neçə ay sonra həbs edilənlərin müdafiəsinə qalxacaqlar. Azərbaycan ordusunda cəzasızlıq mühiti olduğu barədə söylənilənlər əsassızdır”. O xatırladıb ki, keçən il Ermənistan ordusunda 44 nəfər ölüb, “Qarabağ ordusu” adlandırdıqları, əslində Ermənistan ordusunun bir hissəsində isə 66 nəfər ölüb və bu barədə rəsmi məlumatlar da yayılıb: “Yaxşı olardı ki, müqayisə aparanlar bu məqamlara da diqqət yetirəydilər”.   Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rəhbəri Mehdi Mehdiyev də Azərbaycan ordusunun nizam-intizamı ilə fərqləndiyini vurğulayıb: “Qonşu dövlətlərə nələr baş verir? Əsgərin başına atəş açılır, mayor əsgərin başı üzərində durub ölməsini gözləyir, sonra da heç nə olmamış kimi gedir. Azərbaycan ordusunda belə hal yoxdur. Mən bir ölümə belə bəraət qazandırmıram. Ancaq Azərbaycan ordusunda bir hal belə olmayıb ki, kimsə cəzasız qalsın. Orduda olan hər bir hadisəni Ali Baş Komandan və müdafiə naziri xüsusi nəzarətdə saxlayır. Danışıqlar nəticə vermir və yaxın gələcəkdə də nəticə verməsə, torpaqlarımızı ordumuzla azad edəcəyik. Müharibə zamanı insan itkisinin minimum olması üçün də indidən ən yüksək səviyyədə iş aparılır. Görülən işlərə kölgə salmaq, orduya qara yaxmaq olmaz”.  Mehdi Mehdiyev Ceyhun Qubadovun ölümün baş verdiyi hərbi hissənin komandiri, Milli Qəhrəman Rövşən Əkbərovun əsgərlərə həmişə xüsusi diqqətlə yanaşdığını söyləyib: “Rövşən Əkbərovun döyüş yolu hər kəsə bəllidir. General əsgərlərə verilən yeməyi də öncə özü dadır. Əlbəttə, günahkarlar cəzalandırılacaq. Ancaq ordunu gözdən salmağa yol vermək olmaz”. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, dəfələrlə hərbi hissələrdə olub. Onun sözlərinə görə, Azərbaycan ordu quruculuğunda NATO standartlarını əsas götürüb: “Biz ordumuzu sevdiyimizə görə tənqid də etməliyik, ancaq təhqirə keçməməlidir. Biz NATO standartlarına keçdiyimiz üçün şəffaf olmalıdır və bu istiqamətdə də işlər görülür. Baş verən son hadisəni də xarakterik hadisə kimi qiymətləndirmək olmaz. Mən orduya qarşı söylənməsindən daha çox ortaya faktlar qoyulmasını zəruri sayıram. Ancaq faktlar ordu quruculuğu istiqamətində daha çox işlər görüldüyündən xəbər verir. Digər tərəfdən, Azərbaycanda ordunun imicinin yüksəldilməsi istiqamətində çox az iş görülür. Ordunun imicini media formalaşdırılmır, media güzgüdür. İctimaiyyətlə əlaqələr departamentləri bu işləri görməlidir. Bu gün telekanallarda teleseriallar çəkilir. Ancaq o teleseriallarda qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimizdən bəhs olunurmu?” Emin Həsənli bildirib ki, zabit orduda xidmət edir, onun təbliğatını aparmaq QHT-lərin, medianın üzərinə düşür.    Dəyirmi Masa müzakirələrlə davam edib.     
Posted:
Bakıda fahişəxana işlədən qadınlar tutulublar. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fahişəxananı işlədən Şəmkir rayon sakini Aynur Hüseynova və Xalidə Xələfova tutulublar.

Onlar gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edir və əxlaqsızlıq yuvası təşkil edirmişlər. Əməliyyatı İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları həyata keçiriblər.
Posted:
AZERCELL TƏKZİB EDİR

14.01.2013 tarixində "Yeni Müsavat" qəzetinin internet səhifəsində "Azercell qapalı müəssissəyə çevrilib" adlı məqalə dərc olunub. Bununla bağlı şirkətdən göndərilən məktubda bildirilir: "Hesab edirik ki, sözügedən məqalə qərəzlidir və Azercell-ə münasibətdə işlənmiş "qapalı müəssisə", "təmaslardan qaçır", "mətbuat xidmətinin rəhbəri sorğulara cavab vermir" və s. bu kimi ifadələr həqiqəti əks etdirmir.

Bildirmək istərdik ki, "Azercell Telekom" MMC daim Kütləvi İnformasiya Vasitələri ilə təmasa açıq olmuşdur və bu belə olmaqda davam edir. Şirkətin hər il keçirdiyi mətbuat konfransları, şirkətə daxil olan sorğuların cavablandırılması buna bariz nümunədir. O cümlədən, Azərbaycanın başlıca KİV orqanları rəhbərləri və jurnalistlər ilə mütəmadi görüşlər, jurnalistlərə yönəlik təşkil etdiyimiz tədbirlər bu əlaqələrə verdiyimiz dəyərin göstəricisidir.

Məqalədəki "şirkətin mətbuat xidməti bu tip məsələlərlə  bağlı izahat verməkdən yayınır" ifadəsinə dair onu da qeyd etmək istərdik ki, "yayınmaq" dedikdə  mətbuatdan müraciət gəldikdə cavab verilməməsi anlaşılır ki, "Yeni Müsavat" qəzetindən də sözügedən məsələyə  dair Azercell-ə heç bir sual daxil olmamışdır. Bu baxımdan Azercell-ə münasibətdə "izahat verməkdən yayınır"  ifadəsinin işlədilməsi həqiqətdən uzaqdır və qərəzlidir.

Müvafiq məqalədə əks olunmuş yoxlanılmamış, heç  bir əsası və həqiqətə uyğun olmayan, qərəzli məlumatlara görə təkzib verilməsini, yuxarıda qeyd edilənləri "Azercell Telekom" MMC-nin mövqeyi kimi qəbul edib, onu olduğu kimi qəzetinizin növbəti sayında və internet səhifəsində  dərc etməyinizi və gələcəkdə "Azercell Telekom"  MMC-nin adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl şirkətin mövqeyini öyrənməyi xahiş edirik".



Posted:
.-

Yanvarın 16-da «İşdən Sonra» proqramında aşağıdakı mövzular müzakirə olunacaq:

Saat 17:00-dan 18:00-ə qədər

Antimilli ünsürlər dedikdə…

Hüquqşünas Erkin Qədirli və kulturoloq Elmir Mirzəyev prezident İlham Əliyevin yanvarın 15-də Nazirlər Kabinetində keçirdiyi iclasda orduda baş verənlərə öz etirazını bildirənlər haqda dediyi fikirlərə münasibət bildirəcəklər.
Dinlə Azadlıq Radiosu
Saat 18:00-dan 18:30-a qədər

Rüstəm İbrahimbəyova qarşı yeni cinayət işi.

Bu haqda vəkil Fuad Ağayev fikirlərini bölüşəcək.

Sualınız varsa, bizə

SMS yazın - 050 744 10 17

Zəng edin - 012 436 77 41

E-mail yollayın - efir@azadliqradiosu.az
Posted:
              Panjikidze Qarabağ haqda elə deməyib?                          Panjikidze Qarabağ haqda elə deməyib?            .Gürcüstanın xarici işlər naziri Maia Panjikidze Azadlıq Radiosuna eksklüziv müsahibəsində Ermənistanda və Gürcüstanda böyük hay-küy yaratmış bəyanatına aydınlıq gətirib.

Onun keçən həftə Litva parlamentində Azərbaycan və Qarabağ münaqişəsindən dedikləri haqda məlumatlardan sonra Gürcüstanda müxalifət   Panjikidzenin istefasını tələb edir. Panjikidze yanvarın 18-də parlamentə izahat verməyə çağırılır.

Ermənistan və Gürcüstan medialarının məlumatlarına görə, Panjikidze Litvada deyib ki,  Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.
Gürcüstan müxalifətinin fikrincə, Panjikidzenin bəyanatı Erməni mediasında qalmaqal yaradıb, yanvarın 17-də isə Gürcüstanın baş naziri İvanishvili Yerevana  səfər etməlidir, indi bu səfər ləğv oluna bilər.

Panjikidze isə Azadlıq Radiosuna deyir ki, onun dedikləri ilə dedikləri haqda məlumatlar  fərqlidir.   

Azadlıq Radiosu: Keçən həftə  Litvada nə baş verib?

Panjikidze: Suala görə çox sağ olun. Baş verənlərin iki səbəbi var. Birincisi, Gürcüstan mediası Azadlıq Radiosundan fərqli olaraq informasiyanı yenidən yoxlamır.

İkincisi, Gürcüstan müxalifəti öz dar partiya maraqlarından çıxış edir.

Əslində isə hər şey tamam başqa cür olub. Bunlar Litva parlamentinin Avropa Araşdırmaları Mərkəzində baş verib, maraqlananlar baxa bilərlər.

Azərbaycan səfirinin sualına cavab verərkən mən dedim ki, Gürcüstan Azərbaycanın ərazi bötövlüyünü və suverenliyini tanıyır.

Bundan sonra Ermənistan səfiri soruşdu ki, bütün münaqişələr eynidirmi və  bütün münaqişələri bu modellə həll etmək mümkündürmü?

Mən cavab verdim ki, hər münaqişə özünəməxsusdur və elə bir resept yoxdur ki,  bütün münqişələri bir reseptlə  həll etmək mümkün olsun.

Dediklərim yalnız bunlardır.
Bundan sonra mənim sözlərimi kim , necə yozub, bunu artıq mən bilmirəm.
Posted:
Ərdoğan: Türkiyə PKK yaraqlıları silahı yerə qoyana kimi terrora qarşı mübarizəni davam etdirəcək"Türkiyə terrorçu Kürd Fəhlə Partiyasının yaraqlıları silahı tamamilə yerə qoymayınca, terrora qarşı mübarizəni inamla davam etdirəcək". Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü TRT Haber telekanalı yayıb.

Onun sözlərinə görə, Türkiyə ölkədə terror probleminin dinc yolla nizamlanmasına mane olmaq istəyən PKK terrorçularının təxribatlarına uymayacaq.

Bundan əvvəl Ərdoğan bəyan etmişdi ki, Türkiyə terrorçu Kürd Fəhlə Partiyasının üzvlərinə ölkəni maneəsiz tərk etmələri üçün bütün lazımi şəraiti yaradacaq.

Milli.Az
Posted:
Almaz Ələsgərlinin açıqlaması şok effekti yaratdıMilli.Az Day.Az saytına istinadən xəbər verir ki, müğənni yenidən ana olmaq istədiyini və oğul doğmaq niyyətində olduğunu bildirib.

"Bilmirəm ki, nə vaxtsa yenidən ərə gedəcəm, ya yox. Hər şey ola bilər, lakin oğlan uşağı doğmaq istərdim. Təəssüflər olsun ki, qızlarımın nikahları uğurlu alınmadı. Neyləmək olar, qismət belədir. Çoxu onları tənqid edir, lakin belə şey hər bir ailədə baş verə bilər", - o əlavə edib.

Milli.Az
Posted:
Nazir: Sloveniya ilə Azərbaycan arasında qarşılıqlı investisiyalar üçün böyük imkanlar varSloveniya ilə Azərbaycan arasında qarşılıqlı investisiyalar üçün böyük imkanlar mövcuddur. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda çıxışı zamanı bildirib.

"Azərbaycan Avropa ölkələri, o cümlədən Sloveniya ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. İndi iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir və dostluq prinsiplərinə, eləcə də qarşılıqlı maraqlara əsaslanır", - Mustafayev deyib.

Onun sözlərinə görə, bu günədək iki ölkə arasında on sənəd imzalanıb.

"Qarşılıqlı ticarətin genişləndirilməsi və şaxələndirilməsi üzrə işlər davam etdirilir. Azərbaycanda siyasi və iqtisadi stabillik, iqtisadiyyatın davamlı artımı, əlverişli sahibkarlıq mühiti iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır", - Mustafayev deyib.

Tədbirdə çıxış edən Sloveniyanın baş naziri Yanez Yanşanın sözlərinə görə, hər iki ölkə böyük iqtisadi potensiala malikdir.

"Mövcud imkanlardan səmərəli istifadə və iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi Azərbaycanla Sloveniya arasında ticari-iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır", - Yanşa deyib.

Biznes forumu İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunub.Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, turizm, tikinti, səhiyyə, təhsil, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 200-dən artıq sahibkar iştirak edib.

Milli.Az

No comments:

Post a Comment