Thursday, January 31, 2013

Duddud.info - reklamsiz xeber


Duddud.info - reklamsiz xeber


Posted:
İBRAHİMBƏYOV RUSİYA, FRANSA VƏ ABŞ-a TURNEYƏ ÇIXIRAzərbaycan Ziyalılar Forumunun sədri, dramaturq Rüstəm İbrahimbəyov bu gün Rusiya, Fransa və ABŞ-a turneyə yola düşür.

O, bir sıra forumlarda və görüşlərdə iştirak edəcək, fevralın ortalarında Azərbaycana qayıtmağı planlaşdırır.

Məlum olduğu kimi, İbrahimbəyovun fəal vətəndaş mövqeyinə və ictimai fəaliyyətinə görə hakimiyyət ona qarşı ləkəyaxma kampaniyasına başlayıb. Dünən dramaturq Azərbaycanda bu ilin oktyabrında keçiriləcək azad prezident seçkiləri uğrunda hərəkat yaratmaq planını açıqlayıb.
Posted:
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Müsavat mərkəzi icra aparatının rəhbəri Arif Hacılının "Qafqazinfo" ya açıqlamasında bildirib ki, toplantıda ölkə gündəmində olan cari məsələlər müzakirə olunub. Binədəki aksiya, 20 Yanvar şəhidlərinin ziyarət edilməsində Müsavat Partiyasının iştirakı və.s məsələlər toplantıda müzakirə olunub.

Arif Hacılı eyni zamanda toplantıda Müsavat başqanı İsa Qəmbərin gözlənilən Lənkəran səfəri barədə də müzakirələrin aparıldığını qeyd edib. Onun sözlərinə görə, səfərin tarix dəqiq müəyyənləşdirilməsə də, çox güman ki, bu həftə ərzində Müsavat başqanının Lənkərana səfəri baş tutacaq.

Posted:
İSA QƏMBƏRƏ SUİ-QƏSD CƏHDİ İLƏ BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLƏCƏKYanvarın 23-də saat 12-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın təşkilatçılığı ilə daha bir dinləmə keçiriləcək.

"Müsavat Partiyasının başqanına qarşı 13 yanvarda təşkil edilən sui-qəsd cəhdi, seçkiqabağı vəziyyət və iqtidarın radikal kriminal davranışı mövzusunda keçiriləcək ictimai dinləmələrdə həm İctimai Palatanın üzvləri, həm də hüquq müdafiəçiləri, ziyalılar, ekspertlər iştirak edəcək.
 Bu barədə İctimai Palatanın Koordinasiya Şurasının dənəm sədri Zəfər Quliyev məlumat verib.

Onun sözlərinə görə, dinləmələrdə mövzu ilə bağlı əsas məruzəçi "Turan" agentliyinin rəhbəri Mehman Əliyev olacaq.
Z.Quliyev qeyd etdi ki, bu mövzuda dinləmələr indiki zaman üçün çox lazımlı olmaqla yanaşı, dinləmələrdə çox maraqlı müzakirələr keçiriləcək.

ETİBAR
Posted:
AZƏRBAYCANDA İLK DƏKƏ Azərbaycanda ilk dəfə olaraq süni ürək köçürülməsi əməliyyatı aparılıb. Mərkəzi Klinik Xəstəxananın həkim kardioloqu Kamran Musayevin bildirdiyinə görə, ölkədə xeyli sayda ürək xəstəliyindən əziyyət çəkənlər olduğu halda donor çatışmazlığından onları əməliyyat etmək mümkün olmurdu. Artıq ABŞ istehsalı olan süni ürək cihazı vasitəsi ilə donoru əvəz etmək mümkündür. Süni ürək əməliyyatı yalnız son mərhələyə gəlmiş ürək çatışmazlığı olan xəstələrə tətbiq olunur.

İlk dəfə olaraq süni ürək qoyulan 44 yaşlı Balakən rayon sakini İbrahim Mansurov bu sınaqdan uğurla çıxıb. Artıq əməliyyatdan iki həftəyə yaxın vaxt keçsə də xəstə özünü çox normal hiss edir.

Qeyd edək ki, süni ürək aparatının ümumi çəkisi 400 qram təşkil edir. Və bu əməliyyat Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda həyata keçirilib.

Posted:
Azərbaycanın istehlak bazarında 900 kq-a yaxın istifadəyə yararsız ərzaq malları satışdan çıxarılıbNazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda, eləcə də respublikanın bir sıra şəhər və rayonlarında mağazalarda aparılan monitorinqlər zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 900 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Milli.Az
Posted:
Əxlaqsız müəllim: ərindən qaçdı, sonra isə...Milli.Az New York Daily News-a istinadən bildirir ki, 42 yaşlı müəllim Şipmanla 15 yaşlı şagirdi Conni Rey Ayson arasında cinsi əlaqələr və aşiq-məşuqluq münasibətlərinin olduğu aşkarlananda polis əxlaqsız müəllimi saxlamışdı.

İki ildən bəri davam edən məhkəmə prosesinin sonucunda həbsxanaya düşməmək üçün Şipman ərini ataraq oğlu yaşındakı şagirdi ilə nikaha girib.

Bu minvalla da Şipman həbsdən qurtulub.
Aysonun anası isə naçar qalaraq belə "nikah"a razılıq verdiyini  söyləyib.

Milli.Az
Posted:
Azərbaycanda ahıl kişi özünü silahla vurduNeftçala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində qeydə alınıb.

Rayonun Qaraqaşlı kənd sakini, 76 yaşlı Böyükkişi Alıkişi oğlu Əhmədov güllə ilə özünü öldürməyə cəhd göstərib.

B.Əhmədov intihar etmək məqsədilə ov tüfəngindən çənəsinin altına atəş açıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Reanimasiya şöbəsində yerləşdirilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Posted:
Hazal Kaya qiymətini qaldırdıMilli.Az Milliyet-ə istinadən bildirir ki, mövsümün əvvəlində oynadığı, "Adam Film" studiyasının çəkdiyi "Son yaz Balkanlar" serialında Hazal hər seriyaya görə 30 min lirə alırdı.
Lakin "Son yaz Balkanlar"ın ömrü qısa oldu, serial dayandırıldı.
Hazal Kaya indi işsizdir və çoxlu təkliflər alır.

Fəqət o, çəkiləcəyi serialda hər seriya üçün 40 min lirə tələb etməyə başlayıb.

Milli.Az
Posted:
Cəllada yalvarış: Nə olar, asma məni, asma! - FOTOMilli.Az The Daily Mail-ə istinadən bildirir ki, Tehranda motositkletlərlə hərəkət edərək vətəndaşları qarət edən dəstələrdən birində bir sıra qatı cinayətlər törətmiş Əlirza Mafiha və Məhəmmədəli Sərvəri asıblar.

Onların edamı meydanda gerçəkləşdirilib.
Əlirza Mafiha asılmazdan bir qədər əvvəl başını cəlladın çiyninə qoyaraq yalvarıb: "Nə olar, asma məni, asma!"
Amma cəllab yalvarışa qulaq asmayıb və kəndiri Əlirzanın boynuna keçirib.

Edam edilənlərin ikisi də 24 yaşlı idilər.
Onlar silahlı qarətlərindən birinin videosunu çəkərək YouTube servisinə yerləşdirəndən sonra ələ keçmişdilər.
Videoda motosiklet sürən Əlirza qəflətən küçənin ortasında durur və Məhəmmədəli ilə birlikdə qarətə başlayır. Onlar əllərindəki bıçaq və iri xəncərlə orta yaşlı kişini vurur, sonra onun çantasını götürüb motosikletlə aradan çıxırlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Fotolar: АP
Posted:
Türkiyə hərbi sənayesini gücləndirməyə davam edəcəkÖlkə daxilində aparılan islahatlar nəticəsində əldə edilən nailiyyətlərdən biri də müdafiə sənayesindədir. Belə ki, Türkiyə keçən il, Altay tankı, PKK terror təşkilatı ilə mübarizədə önəmli hesab edilə biləcək mobil forpostlar, yerli istehsal olan tapança, ANKA pilotsuz təyyarələrinin və sair hərbi sursatın istehsalına start verdi.

Hətta ölkənin Baş naziri Rəcəp Tayyip Ərdoğan Türkiyənin hərbi texnikanın mühüm ixracatçısına çevrildiyini bildirdi.

Bütün bunlarla yanaşı, Türkiyə rəsmiləri ölkədə istehsal edilən hərbi texnikanın qonşu dövlətlərdə ciddi maraq yaratdığını açıqladılar.

2012-ci ilin noyabr ayında isə Türkiyə ilə Misir arasında imzalanana razılaşmaya əsasən, Qahirənin Ankaradan 10 ədəd pilotsuz hərbi təyyarə alacağı məlum oldu.

Statistik məlumatlara əsasən, 2012-ci ildə Türkiyənin müdafiə sənayesinin ixracatı 2011-ci ilə nisbətən 35,7 faiz artaraq 1,2 milyard dollar olub.

Məlumatlarda o da qeyd olunur ki, Türkiyənin hərbi texnika ixrac etdiyi ölkələr arasında BƏƏ (101 milyon dollar) və Səudiyyə Ərəbistanı Krallığı (99 milyon dollar) da yer alır.

Bütün bunlarla yanaşı, bu ölkələr arasında hazırda Türkiyə ilə əlaqələrinin bir o qədər də yaxşı olmadığı və PKK terror təşkilatının əsas dayaq nöqtələrindən biri olan İraq da yer alır.

Ümumiyyətlə, Türkiyənin hərbi sənayedə apardığı islahatlar yeni deyil və demək olar ki, 2009-cu ildən etibarən hərbi sənayedə təkmilləşməyə start verilib və 2016-cı ildə Türkiyənin hərbi sənaye istehsalında dünyada aparıcı yerlərdən birini tutması hədəf alınıb.

Ehtimallar onu söyləməyə əsas verir ki, rəsmi Ankara müxtəlif hərbi sahələrdə daha da təkmilləşmə işləri aparacaq. Təkmilləşmə işləri aparılan sahələrdən biri də hərbi gəmiçilik sektoru olacaq. Belə ki, hərbi gəmiçilik sahəsində aparılan islahatlara yeni hərbi limanların inşası, sahil güvənliyinin qorunması üçün qayıqların inşası da daxil olacaq.

2013-cü ildə Türkiyə hərbi sənayesinin başqa sahələrində, o cümlədən havadan müdafiə sahəsində ciddi islahatların ediləcəyi gözlənilir.

Belə ki, Türkiyə Müdafiə Sənayesi Nazirliyi bu il ölkədə olan bütün hərbi texnikanın, xüsusən hərbi təyyarə və vertolyotların modernləşdirilməsini hədəfə alıb. Nazirlik bunu Türkiyədə istehsal edilən vasitələrlə həyata keçirməyi planlaşdırır. Bütün bunlarla yanaşı, nazirlik modernləşdirilən hərbi texnikanı üçüncü ölkəyə satmaq istəyindədir.

NATO-nun üzvü, regionda söz sahibi olmaq üçün real potensiala sahib Türkiyənin bundan sonra da hərbi sənayesini gücləndirəcəyi istisna edilmir.

Rufiz Hafizoğlu
Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
Posted:
ASAN xidmət fəaliyyətə başladığı ilk həftədə 950-yə yaxın şəxsə xidmət göstəribAgentliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 1 saylı "ASAN xidmət" mərkəzinə ilk iş həftəsində müraciət edənlərin ümumi sayı 1582 nəfər olub. Onlardan 939 nəfərə xidmət göstərilib.

Müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olub.

"ASAN xidmət"ə aid olmayan məsələlərə dair 466 müraciət digər dövlət orqanlarına yönləndirilib. Qeydiyyatdan keçmiş vətəndaşlardan 54-ü xidmətə yaxınlaşmayıb, 123 nəfərə isə müxtəlif məsləhətlər verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 1 saylı "ASAN xidmət" mərkəzi vətəndaşlara 15 yanvar 2013-cü il tarixindən etibarən xidmət göstərməyə başlayıb. Mərkəzdə hələlik yalnız Bakının Nəsimi və Nərimanov rayon sakinlərinə xidmət göstərilir.

Milli.Az
Posted:
Dövlət Statistika Komitəsi 2013-cü il yanvarın 1-i vəziyyətinə ölkə üzrə mal-qaranın sayını açıqlayıb.   Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkədə  2 milyon 703,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 302,3 min baş inək və camış, 8 milyon 651,2 min baş qoyun və keçi mövcud olub.   Beləliklə, 2012-ci il yanvarın 1-ə nisbətən iribuynuzlu mal-qaranın sayı 22,0 min baş (0,8 faiz), o cümlədən inək və camışların sayı 14,2 min baş (1,1 faiz) və qoyun və keçilərin sayı 91,9 min baş (1,1 faiz) artıb. İribuynuzlu mal-qaranın 48,2 faizini məhsuldar inək və camışlar təşkil edir.  
Posted:
Ağsunun Pirhəsənli kəndində bir şəxs mağazaya borcunu ödəməmək üçün mağaza sahibinə bıçaqla xəsarət yetirib. Lent.az-ın “Xəzər”TV-yə istinadən verdiyi məlumata görə, sahibkar Aqşin Hüseynovun mağazasında Rövşən Abışov adlı şəxs onun qulağını kəsib. Məlumata görə, R.Abışov mağazaya gələrək pul istəyib, istədiyini ala bilməyəndə isə sahibkarın qulağına xəsarət yetirib, pulları götürərək aradan çıxıb. Aqşin Hüseynov yaralı halda xəstəxanaya çatdırılıb. Xəstə müayinə edilib. Onda həqiqətən xəsarətlər aşkarlanıb. Bunlar burun tilinin əzilməsi, burun qanaxması, sol göz sklerasına qansızma, sağ qulaq nahiyəsinin əzilməsi, qulaq arxasında kəsilmiş, cızılmış yara və s.  Rövşən Abışov isə iddiaları qəbul eləmir. Zərərçəkənin sözlərinə görə, Rövşən Abışov ondan dəfələrlə pul istəyib, hədələyərək tapşırıb ki, bir kəsə desə onu öldürəcək. Polisin araşdırması zamanı məlum olub ki, bu iki şəxs arasında əvvəllər də ədavət olub. Sonuncu hadisənin səbəbi Rövşənin mağazaya külli miqdarda borcu olmasıdır.
Posted:
Hollandiyalı futbolçu Uesli Sneyder Türkiyənin “Qalatasaray” klubuna keçidini təyyarədə şampan şərabı ilə qeyd edib. Lent.az-ın məlumatına görə, Sneyder İtaliyanın Milan şəhərindən İstanbula özəl təyyarə ilə yola çıxıb.   Tanınmış yarımmüdafiəçi ilə birgə salonda ailəsi, yaxınları və klubun icraçı direktoru Lütfi Arıboğan olub. Onlar təyyarədəcə şampan partladaraq, “Cim-Bom”un yeni transferinin uğurlu olması naminə badələr qaldırıblar. Həmin anı “Doğan” agentliyi görüntüləyib.   Qeyd edək ki, Uesli Sneyder “Qalatasaray”da 14 nömrəli forma geyinəcək. O, əvvəlki klubu “İnter”də “10 nömrə” altında çıxış etsə də, yeni klubunda bu forma Felipe Meloya məxsusdur.
Posted:
.-

Yanvarın 21-də «İşdən sonra» proqramında müzakirə olunacaq mövzular:

Saat 17:00-18:00

TACİRLƏRİN ÜSYANI?
Dinlə Azadlıq Radiosu
Politoloq Zərdüşt Əlizadə, iqtisadçı-ekspert Zöhrab İsmayıl və vəkil Xalid Bağırov «Binə» Ticarət Mərkəzində baş verən etiraz aksiyasının görünən və görünməyən tərəflərindən danışacaqlar.

Saat 18:00-18:30

BÖYRƏK XƏSTƏLƏRİNİN SİTƏMİ...

Dializə ehtiyacı olan Vüqar Feyzulla, Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin nefroloqu Barat Yusubov və Kliniki Tibbi Mərkəzin Hemodializ şöbəsinin müdiri Fazil Alməmmədov bu haqda danışacaqlar.

Sualın varsa, bizə

Sms yaz - 050 744 10 17

Zəng et - 012 436 77 41

E-mail yolla - efir@azadliqradiosu.az
Posted:
              Astara balıqçıları məmurlardan fırtınadan qorxduqları kimi qorxurlar...                        Astara balıqçıları məmurlardan fırtınadan qorxduqları kimi qorxurlar...                        Astara balıqçıları məmurlardan fırtınadan qorxduqları kimi qorxurlar...                        Astara balıqçıları məmurlardan fırtınadan qorxduqları kimi qorxurlar...                        Astara balıqçıları məmurlardan fırtınadan qorxduqları kimi qorxurlar...                        Astara balıqçıları məmurlardan fırtınadan qorxduqları kimi qorxurlar...          .-

Xəzər dənizində nərə balıqlarının ovlanması qadağandır. Buna baxmayaraq, Astarada bu növdən olan balıq ətinin bir kiloqramını 25-30 manata tapmaq olar. Qara kürünü tapmaq isə bir qədər çətindir. Başqa balıqları isə yerli bazarlarda görmək elə də çətin deyil. Bununla belə yerli sakinlər bazarlarda balığın azlığından şikayətçidir. Sakinlər bildirirlər ki, Sovetlər dönəmində Xəzəryanı ərazilərdə balıq bol olardı. Elə bu səbəbdən də bazarda balıq satılmazdı. Çünki alan olmazdı. İndi elə ailələr var ki, balıq üzünə həsrətdir. Balıq həm bahadır, həm də azdır…

DƏNİZİN SAHİLİNDƏ…

Xəzər dənizinin sahilində - Astaraya aid hissəsindəyik. Sahildə heç kim gözə dəymir. Halbuki, bu ərazidə ilin bu vaxtlarında balıqçılar qaynaşardı. Burda dağılmaqda olan bir neçə vətəgə var. Onlar çoxdandır ki, fəaliyyət göstərmir. Balıqçılar bu yerləri tərk edib. Əvəzində dağılmaqda olan vətəgələrin hər iki tərəfində məftildən hasar çəkilib. Deyilənə görə ərazi satılıb. İndi bura zibil tökürlər. Yaxınlıqda inək otaran yerli sakin deyir ki, şəhərin zibilini bura gətirirlər.

Dənizə diqqətlə baxanda uzaqda iki nəfərin qaraltısı görünür. Bunlar evləri dənizə yaxın olan sakinlərdir. Yaxın məsafədə tor qurub, suyun üzündə qalmaq üçün rezin bağlayıblar.

http://gdb.rferl.org/CC037844-E5FF-4AEB-9E57-72CDA6E043DC_w268_r1.jpg x http://gdb.rferl.org/45B52962-326D-49B3-8C04-D059957A48E0_w640_s.jpg Astarada atılmış vətəgə ​​Balıqçı İranın sərhəd sularını göstərərək, deyir ki, orda həmişə balıq ovu gedir. Onun bildirdiyinə görə, qonşu İranda balıqçının üstündə bu qədər nəzarət yoxdur. Sabir İsayev deyir ki, onları Ekologiya və Təbii Sərvətlər Nazirliyin əməkdaşları, su polisi, sərhədçilər, yaxınlıqda fəaliyyət göstərən hərbi limanın zabitləri, yerli sahə polisi və icra orqanları həmişə narahat edirlər. Balıqçı qeyd edir ki, tutulan balıqla bu insanları yola vermək çətindir. Sabir İsayev vətəgələrin bağlanmasının bir səbəbini də bunda görür. Digər səbəblərin olduğunu da deyir:

«Qoymurlar, ümumiyyətlə qoymurlar. Balıq da yoxdur dənizdə. Balıq olar fevralın 15-dən o yana. Balıq başlayır qırağa gəlməyə. Balıq dərindədir. Ora gedən yoxdur. Kim ki risk edir, gedir ya tutur ya da əliboş qayıdır.  Havayı yerə benzin işlədirlər».
Yaxınlıqda durub bizi dinləyən digər bir balıqçı söhbətə qoşulur:

«İNDİ TORA DÜŞƏN ZİYADDIR, ÇƏKİDİR, KÜLMƏDİR...»

«Havalar imkan vermir. Bundan sonra Allahın köməkliyi ilə bəlkə bir şey çıxa. İndi tora düşən ziyaddır, çəkidir, külmədir, belə də olur...».
Balıqçıların şikayətləri tükənmək bilmir. Dənizin ləpələri kimi.

Astara rayon İcra Hakimiyyəti başçısının müavini Xanverdi Şirinov isə deyir ki, ərazidə 12 vətəgə var. Balıqçılar da bu vətəgələrdə birləşiblər. Onun sözlərinə görə, İranla su sərhədi Astara rayonu ərazisindən keçdiyinə görə, yerli balıqçıların üzərində ciddi nəzarət var. Xanverdi Şirinov deyir ki, balıqçılar sərhəddən 10-15 kilometr aralıda ova çıxa bilərlər. Buna görə də balıqçılar bəzi ərazilərdən köçüblər. Müavinin sözlərinə görə, balıqçılara heç kim «haqq» qoymur. O ki, qaldı balıq zavoduna, Xanverdi Şirinov deyir ki, həmin müəssisə şəxsi adama satılıb.
Posted:
Milli komandamızın oynayacağı stadion bəlli olduBirləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan və Lixtenşteyn milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun stadionu müəyyənləşib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma fevralın 6-da saat 18:00-da "Əl Vasl" stadionunda keçiriləcək.

Milli.Az
Posted:
Tacikistanın aviaşirkəti Bakı reysindən imtina etdi"Tacik Eyr" aviaşirkəti maliyyə vəziyyətini düzəltmək üçün 4 qeyri-rentabelli reysdən imtina edib. Bu barədə Trend "Asia Plus" informasiya agentliyinə istinadən məlumat verir.

Aviaşirkət 2012-ci ilin sonunda Düşənbədən İslamabad, Bakı, Dehli və Dubay istiqamətlərində uçuşları tam dayandırıb.

"Tacik Eyr" ASC-nin baş direktoru Firuz Hamroyev bu gün mətbuat konfransında qeyd edib ki, şirkətin maliyyə göstəricilərini sabit və gəlirli adlandırmaq olmaz, ziyanla işləyən reyslər isə vəziyyəti daha da çətinləşdirirdi.

Hamroyev vurğulayıb ki, mövcud vəziyyət təyyarələrin çoxunun texniki təmirdə olması və bu prosesin uzanması ilə əlaqədar yaranıb.

Onun sözlərinə görə, "Tacik Eyr"in parkında 36 təyyarə var ki, bunlardan yalnız 12-si istismardadır.

Milli.Az
Posted:
2012-də Azərbaycanın İT sektoruna 325 milyon manatdan çox investisiya yatırılıb2012-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin struktur bölmələri tərəfindən rabitə sektoruna 110,5 milyon manat həcmində insvestisiya yatırılıb. Trend-in məlumatına görə, bu barədə Nazirliyin ötən ilin yekunlarına dair hesabatında deyilir.

Ümumilikdə, ilin yekunlarına əsasən, rabitə və informasiya texnologiyaları sektoruna 325,3 milyon manat investisiya qoyulub ki, bu da ölkə iqtisadiyyatına yatırılan investisiyaların ümumi həcminin 2 faizini təşkil edir.

İnvestisiya layihələrinin hesabına respublika üzrə ümumi istifadədə olan telefon şəbəkəsinin montaj tutumu 28,4 mindən çox nömrə artırılaraq 1,75 milyon ədədi ötüb.

Ötən ilin yekunlarına əsasən, hər 100 nəfərə düşən kompüterlərin sayı 20 ədəd, internet istifadəçiləri isə 70 nəfər olub ki, bunlardan 50-si genişzolaqlı internet istifadəçiləridir.

2012-ci ilin yekunlarına görə, respublika üzrə mobil rabitəyə çıxış səviyyəsi 110 faiz səviyyəsində qalıb.

Milli.Az
Posted:
Mustafa Sandal və xanımı: 5 illik yol - FOTOSESSİYAMilli.Az Hürriyet-ə istinadən bildirir ki, Mustafa və Emina Sandallar bu münasibətlə İstanbulun Taksim səmtindəki Rixos Pera Jack Russell klubunda dostlarına zifayət veriblər.

Gecəyə Sandal ailəsinin yaxın dostları Özlem Yıldız Serter və Sinan Serter də qatılıblar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

























Fotolar: Hürriyet
Posted:
Ded Hasanın düşməni öldürüldüMilli.Az "Naşa Abxaziya"ya istinadən bildirir ki, A.Quliya yanvarın 16-da Moskvada qətlə yetirilmiş "Ded Hasan" ləqəbli "oğru" Aslan Usoyanın düşmənlərindən biri sayılırdı.
31 yaşlı Quliya Suxumi küçələrindən birində güllələnib.
Onun maşınına yaxınlaşan avtomobildən atəş açılıb.
Quliya xəstəxanada keçinib.

Astamur Quliya ötən ilin dekabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, "Ded Hasan"ın düşməni olan 60 "oğru"nun toplantısında "oğru" adını almışdı.
Həmin toplantıda 15 nəfərə "oğru" adı verilmişdi ki, bu da Usoyana meydan oxumaq sayılmışdı.

Dubay görüşündən sonra Usoyanın tərəfdarları orada "oğru" adını almış şəxsləri "ovlamağa" başlamışdılar.
"Oğru"lar Merab Canqveladhe və Cemo Mikeladze ötən ilin dekabrın sonlarında Moskvaya yollanaraq "Ded Hasan"ı dilə tutmaq istəmişdilər.

Quliyanın ölümünün Usoyanın qətlə yetirilməsinin intiqamı sayıldığı da vurğulanır.

Milli.Az
Posted:
Ruslan Abışov Rubində ilk oyununa çıxdıAzerisport.az xəbər verir ki, yığmamızın üzvü Kazan təmsilçisinin Moldova "Şerif"i ilə oyununun iştirakçısı olub.
 
Baş məşqçi Kurban Berdıyev futbolçumuza start heyətdə yer verib. "Xəzər Lənkəran"dan gedən millimizin üzvü 28-ci dəqiqədə əvəzlənib. Qarşılaşma isə 2:2 hesabıyla başa çatıb.

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun düşərgəsində yer aldığı Rusiyanın "Rubin" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi Moldova "Şerif"i ilə yoxlama oyunundan dərhal sonra hava limanına yollanıb. Komanda ilə birlikdə Abışov da hazırlığı başa vuraraq Türkiyəni tərk edib.

"Rubin" növbəti təlim-məşq toplanışını İspaniyada keçirəcək. Pireney yarımadasında keçiriləcək hazırlıq yanvarın 28-dən fevralın 12-dək davam edəcək.

Milli.Az 
Posted:
Samir Piriyevə qızından xoş sürprizAxşam.az-ın məlumatına görə, həyat yoldaşı və qızı onun üçün sürpriz hazırlayıblar.

Hətta balaca Fərəh atasını təbrik etmək məqsədilə indidən "happy birthday" mahnısıını oxumağı öyrənir.

Milli.Az
Posted:
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib.    APA-nın Avropa bürosunun xəbərinə görə, S. Seyidov AŞPA-nın qış sessiyasının ilk günündə keçirilən iclasda qurum sədrinin müavinlərinin seçimlərinə dair prosedura uyğun olaraq növbəti dəfə bu posta təsdiqlənib.   Qeyd edək ki, S. Seyidov əvvəllər də AŞPA-nın vitse-prezidenti olub.  
Posted:
Dövlət Statistika Komitəsi 2012-ci ildə neft məhsullarının istehsalı ilə bağlı statistikanı açıqlayıb.   Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, neft məhsullarından avtomobil benzinin istehsalı 0,1 faiz, ağ neftin 0,8 faiz, neft bitumunun isə 8,4 faiz artıb.   Bununla yanaşı, dizel yanacağının istehsalı 4,9 faiz  azalaraq 2368,9 min ton, sürtkü yağlarının istehsalı 30,8 faiz azalaraq 62,9 min ton olub. Neft emalı müəssisələrinin anbarlarında 31,8 milyon  manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 10,9 faizi qədər hazır məhsul qalıb.
Posted:
“Mülkiyyətin əldə edilməsi və digər məsələlərlə bağlı həyata keçirilən maliyyə əməliyyatlarının qanunvericiliyə uyğunluğu ciddi şəkildə araşdırılmalıdır”   Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.   BAXCP mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ yanvarın 19-da “Binə” Ticarət Mərkəzində baş vermiş hadisə ilə bağlı olub.   BAXCP İdarə Heyəti qarşıdurma və təxribatla müşaiyət olunan hadisə ilə partiyanın mövqeyini ifadə edən açıqlama qəbul edib. Açıqlamada qeyd edilir ki, BAXCP İdarə Heyəti baş vermiş hadisədən, eləcə də vətəndaşların və güc strukturlarının yaranmış hər hansı problemi zor və güc müstəvisində həll etməyə cəhd göstərmələrindən təəssüfləndiyini bildirir. İstənilən məsələ öz həllini mövcud qanunvericilik çərçivəsində, hüquqa söykənən addımlar və dialoq yolu tapmalıdır: “Binə” Ticarət Mərkəzində sahibkarların mülkiyyət hüquqlarının təmin edilməsi ilə bağlı məsələnin həll olunmaması və kütləvi informasiya vasitələrinin daim diqqətdə saxladığı bu problemə müvafiq qurumlar tərəfindən aydınlıq gətirilməməsi narahatlıq doğurur. “Binə” Ticarət Mərkəzində mülkiyyətin əldə edilməsi və digər məsələlərlə bağlı həyata keçirilən maliyyə əməliyyatlarının qanunvericiliyə uyğunluğu ciddi şəkildə araşdırılmalı, bütün mövcud problemlər öz həllini hüquqi müstəvidə tapmalıdır”.   BAXCP müvafiq dövlət qurumlarını “Binə” Ticarət Mərkəzində keçirilən aksiya zamanı ictimai asayişi bərpa etməyə çalışan polis əməkdaşlarına daş atan və bununla da qarşıdurmaya zəmin yaradan təxribatçı qrupla bağlı ciddi araşdırma aparmağa çağırıb: “BAXCP zorakılığı qətiyyətlə pisləyir və hesab edir ki, insanların öz etirazlarını məhz bu şəkildə büruzə vermələrinə zəmin yaradan şəxslərin fəaliyyəti ciddi şəkildə araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır. “Binə” Ticarət Mərkəzində baş verən hadisə zamanı baş vermiş qanın pozuntuları barədə mətbuatda yayımlanmış bütün məlumatlar müvafiq orqanlar tərəfindən dəyərləndirilərək ciddi tədbirlər görülməlidir”.  
Posted:
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”  qəbul olunub. Bu barədə Lent.az-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.   Qaydalar dövlət orqanları tərəfindən həyata keçirilən elektron xidmətlərin keyfiyyətinin (göstərilmə səviyyəsinin) təyin edilməsi məqsədini daşıyır və bu sahədə qabaqcıl təcrübə nəzərə alınmaqla hazırlanıb.   Dövlət Agentliyi pilot layihə çərçivəsində Qaydalara əsasən Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Milli Arxiv İdarəsi tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsini həyata keçirəcək. Pilot layihə bitdikdən sonra Dövlət Agentliyi qeyd olunan Qaydalara əsasən elektron xidmətlərin qiymətləndirilməsi üzrə davamlı iş aparacaq və bu barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verəcək. ­   “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”  prezident tərəfindən “İnformasiya-kommunikasiya ili” elan edilmiş 2013-cü il çərçivəsində müvafiq tədbirlərin tərkib hissəsi kimi həyata keçiriləcək.  
Posted:
Azərbaycanda nikahların sayı azalır, boşanmaların sayı artır. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ildə ölkədə 79,3 min nikah qeydə alınıb.   Bu, 2011-ci illə müqayisədə 8,8 faiz azdır. 2011-ci ildə 88,1 min nikah qeydə alınıb. Boşanmalara gəlincə, keçən il 11 min boşanma faktı qeydə alınıb. Bu, 2011-ci illə müqayisədə  0,3 faiz çoxdur. 2011-ci ildə 10,7 min boşanma olub.   Ümumiyyətlə, 2012-ci ildə Azərbaycanda 1000 nəfər 8,6 nikah, 1,2 boşanma düşüb. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş olub.  
Posted:
Müdafiə Nazirliyi hərbi hissədəki foto qalmaqalı ilə əlaqədar araşdırmaya başlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı foto görüntülərlə bağlı araşdırmaya başlanılıb.   “İlkin məlumata görə, eyni çağırışdan və eyni bölgədən olan əsgərlərin Gəncə şəhərinə istəklərini ifadə etmək üçün belə vasitəyə əl atdıqları bildirilir. Buna baxmayaraq, Müdafiə Nazirliyi Hüquq İdarəsinin apardığı araşdırmanın nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.   Bəzi informasiya vasitələrində əsgər Namazlı Ülvinin zabit qismində təqdim edilməsinin də yanlış olduğunu diqqətə çatdırırıq” – deyə məlumatda bildirilir.        
Posted:
Misirdə 5 böyük uran yatağı aşkarlanıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Misir Nüvə Materialları İdarəsinin rəhbəri Möhsün Əli Məhəmməd uran yataqlarının Sinay yarımadasındakı Əbu Zenima, Qırmızı dənizdəki Əbu Rəşid, Yuxarı Misirdəki Sila, Xurqada şəhərindən 70 km uzaqlıqdakı Qtar rayonlarında tapıldığını söyləyib.   Misirin uran yataqlarının hasilatı və işlənməsi sahəsində texnologiyaya malik olmadığını nəzərə çatdıran Möhsün Əli Məhəmməd yataqların işlənməsi üçün beynəlxalq tender elan ediləcəyini bildirib.
Posted:
Özcan Dəniz könlünü belə aldı - FOTOMilli.Az Hürriyet-ə istinadən bildirir ki, A.Kuru da iddialara Twitter-dəki mikrobloqu vasitəsilə cavab vermək qərarına gəlib.

"Ya sevəcəksən, ya da sevməyəcəksən. Amma bunu unutma: sevəni də üzməyəcəksən", - Kuru yazıb.
Özcan Dəniz də bu mesajdan sonra Twitter-ə yüklədiyi foto ilə Kurunun könlünü alıb.
Həmin foto ötən yay keçirilmiş Venesiya beynəlxalq film festivalında çəkilmişdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





















Fotolar: Hürriyet
Posted:
Kürdə suyun səviyyəsi artmaqda davam edirEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 132 m3/s, ongünlük normanın 84 faizini təşkil edir. Yanvarın 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir.

Son günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım davam etməkdədir. Belə ki, yanvarın 18-dən etibarən Kür çayının Surra məntəqəsində 6 sm, Şirvanda 8 sm, Bankədə 9 sm, Salyanda 16 sm artım qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə 10 sm azalma müşahidə edilib. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.

Milli.Az
Posted:
Məşhur azərbaycanlı stilist: Mənə mavi deyirlərStilist Samir Publika.Az-a zövqlü və zövqsüz müğənnilərdən danışıb.

- Çox vaxt müğənnilərin geyimləri və zövqləri barəsində fikirlər söyləyirsən. Buna görə səndən inciyən müğənnilər olur?

- Çox olur. Elə müğənnilər var ki, mənim onlar barəsində fikir səsləndirməyim şərəf olardı. Hətta buna görə onlar mənə "çox sağ ol" da deməlidirlər.

- Deyirlər yəni?

- Yox, əksinə, dalımca danışırlar, hətta müxtəlif yollarla mənə təzyiqlər də göstərirlər. Mənəvi yollarla məni ruhdan salmağa çalışırlar.

- Nə edirlər ki?

- Sosial şəbəkələrdə barəmdə xoşagəlməz ifadələr işlədirlər. Hansı ki, mən o sözləri əxlaqıma sığışdırıb dilə gətirmək istəmirəm.

- Sən de, qoy onlar özləri utansın.

- Yazırlar ki, Samir "mavi" olduğuna görə anası onu atıb. Bu sözlər mənə çox pis təsir edir.   

- Fiziki təzyiqlər də olur?

- Dəfələrlə məni döydürmək istəyiblər. Ad çəkmək istəmirəm, xəbər yollayıblar ki, bir də filan müğənni haqqında söz desən, səni Azərbaycandan yox edərik. Məni buna görə telekanallardan belə uzaqlaşdıranlar olub.

- İndiyə qədər hansı müğənnilərlə aranızda inciklik yaşanıb?

- Məsələn, bir dəfə Aslan barəsində dedim ki, zövqsüzdür, geyimində və stilində bəzi dəyişikliyə ehtiyac var. İncidi. Zülfiyyə Xanbabayeva haqqında demişdim ki, qara geyimi ilə gözümüzü "mazol" edir. Hətta buna görə dostum Samir Bağırovla aramızda inciklik də yaşandı. Samir Zülfiyyə xanımı çox istədiyindən mənim onun barəsində söylədiyim fikirlərdən narazı qaldı.

- Kişi müğənnilər arasında zövqlü və zövqsüz müğənnilərdən kimlərin adını çəkərdin?

- Məsələn, Nadir Qafarzadə yaxşı müğənnidir, sevilir. Amma mən bu yaxınlarda onu bir verilişdə gördüm, geyimini bəyənmədim. Çünki çox üst-üstə bahalı brendlərdən geyinmişdi. Xalq artisti Faiq Ağayev və Yalçın Rzazadə də bahalı geyinirlər, amma elitar müğənni kimi fərqləniblər. Faiq çox zövqlü müğənnidir. Zövqsüz müğənnilər arasında yaşlı sənətçilər də var. Bu yaxınlarda bir proqramda bir müğənni ilə bərabər qonaq idik. Saçına o qədər kraska yaxmışdı ki, dərisi görünürdü.

- Xanım müğənnilərdən hansının zövqü səni qane etmir?

- Şəbnəm Tapdıqova, Arzu Mələk, Təranə Qumral. Biz hansı əsrdə yaşayırıq, amma onlar hələ də köhnə dəblə geyinirlər. Saç düzümləri də həmçinin. İradəni bu yaxınlarda gördüm, saçını bəynmədim. İradə özü gözəl xanımdır, sevilən sənətçidir. Amma saçını elə rəngdə boyamışdı ki, on yaş qoca görünürdü.

- Bəs ən zövqlü sənətçi kimdir?

- Brilliant Dadaşova, diva, gözəllər gözəli. O, həmişə incə zövqü ilə fərqlənib.

Milli.Az
Posted:
Posted:
Azərbaycan qazının Rusiyaya nəqli bərpa edildiARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz nəqlini bərpa edib. Bu barədə Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Cünə günü Azərbaycan Rusiyanın "Qazprom" şirkətinə qazın satışını üç sutka müddətinə dayandırmışdı. Bu, Mozdok-Qazıməmməd qaz kəmərində plandankənar təmir işləri ilə əlaqədar idi.

"Nəzərdə tutulmuş işlər başa çatıb və Mozdok-Qazıməmməd qaz kəməri ilə Rusiyaya qaz satışı bərpa edilib", - neft şirkətindən bildirilib.

Azərbaycan qazının Rusiyaya nəqlinə 2010-cu il yanvarın 1-dən başlanılıb.

Milli.Az
Posted:
Jan-Klod Minyon: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu önəmli işlər görür"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu bu istiqamətdə önəmli işlər görür". Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyası çərçivəsində qurumun sədri Jan-Klod Minyon Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə keçiridiyi görüşlərə münasibət bildirərkən deyib.

"Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə üçtərəfli münasibətlərimə gəldikdə, deyə bilərəm ki, bu münasibətlər mənim sələfim tərəfindən fəaliyyəti yenidən bərpa olunmuş Dağlıq Qarabağ üzrə Alt Komitə çərçivəsində həyata keçirilmir. Niyə görə mən sözügedən Komitənin fəaliyyətinin davam etdirilməməsini arzu etmədim? Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu bu istiqamətdə önəmli işlər görür. Lakin mənim etdiyim isə, rəsmi olmayan yeni bir şey. Azərbaycan və Ermənistan tərəfi ilə keçirilən görüşlərin məzmunu ilə bağlı açıqlama verməmək barədə razılığa gəlmişik. Çünki bu gün hesab edirik ki, bununla bağlı məlumat vermək tezdir. Onu deyə bilərəm ki, bu üçtərəfli görüşlər mütəmadi olaraq keçirilir. Bu istər Strasburqda, istərsə də Parisdə təşkil edilir. Sonuncu belə görüş AŞ PA-nın Siyasi İşlər Komitəsinin Turin şəhərində keçirilən iclası çərçivəsində olmuşdur. Hər görüşdən sonra biz növbəti görüşün keçirilməsini danışırıq. AŞ PA-nın qış sessiyası çərçivəsində tərəfdaşlarımla yenidən görüşəcəm. Bu görüş yuxarıda qeyd etdiyim formatda çərşənbə axşamı və ya çərşənbə günü keçirilə bilər. Sizə tam açıq deyə bilərəm ki, Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrlik etməsindən əvvəl ümid edirəm ki, ən azından bizim (mən, azərbaycanlı və erməni həmkarlarım) bu məsələdə məlumat verməyə imkanımız olacaq və təmaslarımız Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliyə addım atmağa kömək edəcək", - AŞ PA sədri bildiirib.

AŞ PA sədri nümayəndə heyətlərinin rəhbərləri ilə keçiridiyi görüşlərin məzmunu ilə bağlı məlumat verməkdən imtina edib.
"Üçtərəfli görüşlər zamanı biz hər şeydən danışırıq. Əgər mən bununla bağlı açıqlama versəm, həmkarlarıma qarşı hörmətsizlik olardı. Və razılaşmanı pozardım. Bu görüşlərdə biz ciddi məsələləri müzakirə edirik. Mən həmkarlaıma münasibətdə götürdüyüm öhdəliyə hörmətlə yanaşıram. Əgər təkbaşına bununla bağlı açıqlama versəm, bu, düzgün və sağlam hərəkət olmazdı. Əgər AŞ PA-nın aprel sessiyası zamanı siz mənə eyni sualı versəniz, ümid edirəm ki, buna kimi parlament diplomatiyası öz işni görəcək və həmkarlarımın icazəsi ilə bu məsələyə dair daha çox açıqlama verə biləcəm", - Minyon deyib.

Milli.Az
Posted:
Veteranlar üçün gözəl ofis binası tikilib - FOTOMilli.Az Day.Az saytına istinadən xəbər verir ki, bina "Şəhidlər Xiyabanı" kompleksinin yaxınlığında yerləşir.

Səbail Rayon İcra Hakimiyyətinin rəsmisi İsrafil Kərimovun sözlərinə görə, bu təşkilatların köhnə binaları sökülüb və yerində yeni bina tikilib.

"Təmir-tikinti işləri ilə bağlı Veteranlar Birliyi və "20 Yanvar" cəmiyyəti müvəqqəti olaraq başqa yerə köçürülmüşdü. İdarə üçün icra hakimiyyəti tərəfindən hər cür şərait yaradılıb, lazımi avadanlıqlarla təchiz edilib. Yeni inzibati binada 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri ilə görüş keçirilib", - o əlavə edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



















































Posted:
Atletiko Madrid onu itirdi"Atletiko" Madrid klubunun forvardı Radamel Falkao Qarsiya İspaniya çempionatının 20-ci turunda "Levante"yə (2:0) qarşı oyunda ciddi zədələnib.

Milli.Az AP-yə istinadən bildirir ki, klubun baş məşqçisi Diyeqo Simeone futbolçunun vəziyyəti barədə bunları deyib: 

"O, haradasa 20 gün meydana çıxmayacaq. Dəqiq diaqnoz hələ qoyulmayıb. Amma artıq aydındır ki, Falkaoya istirahət lazımdır. Ola bilsin ki, bu, Radamelin xeyrinə olacaq. O geri qayıdanda gücümüzə güc qatacaq".

Tuncay Türbəndəzadə
Milli.Az
Posted:
Paris bəmbəyaz - FOTOMilli.Az Habertürk-ə istinadən bildirir ki, qar hər tərəfi bəyaz etməklə yanaşı, şəhərlilərin yaşamında çətinliklər yaradıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





















































Fotolar: Habertürk
Posted:
Azərbaycanın dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlər qiymətləndiriləcəkDövlət Agentliyindən Trend-ə daxil olan məlumata görə, Qaydalar dövlət orqanları tərəfindən həyata keçirilən elektron xidmətlərin keyfiyyətinin (göstərilmə səviyyəsinin) təyin edilməsi məqsədi daşıyır və bu sahədə qabaqcıl təcrübə nəzərə alınmaqla hazırlanıb.

Dövlət Agentliyi pilot layihə çərçivəsində, Qaydalara əsasən Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Milli Arxiv İdarəsi tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsini həyata keçirəcək.

Pilot layihə bitdikdən sonra Dövlət Agentliyi qeyd olunan Qaydalara əsasən elektron xidmətlərin qiymətləndirilməsi üzrə davamlı iş aparacaq və bu barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verəcək.

"Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "İnformasiya-kommunikasiya ili" elan edilmiş 2013-cü il çərçivəsində müvafiq tədbirlərin tərkib hissəsi kimi həyata keçiriləcək.

Milli.Az
Posted:
Azərbaycanda fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 12,4 faiz artıbDSMF-dən Trend-ə verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 1520 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2013-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 13 744 nəfərə yüksəlib.

2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,21 faizini kişilər, 9,79 faizini isə qadınlar təşkil edir.

Ümumilikdə 96 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (8001 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1587 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 710 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (458), Hindistan (299), Çin Xalq Respublikası (286), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (196), Özbəkistan (166), Bosniya və Hersoqovina (128), Pakistan İslam Respublikası (125), Almaniya (116), Ukrayna (113), Filippin (109), İtaliya (94), Türkmənistan (93), Malayziya (89), Qazaxıstan (86), ABŞ (73) və s. ölkələr gəlir.

Milli.Az
Posted:
David Vilya Barsadan bezib?"Barselona" klubunun 31 yaşlı forvardı David Vilya klubun baş məşqçisi Tito Vilanova ilə görüşüb.

Milli.Az Sports-a istinadən xəbər verir ki, görüş zamanı forvard baş məşqçidən onu başqa kluba buraxmasını xahiş edib. Vilya qış transferi zamanı başqa kluba satılmasında israrlıdır. 2012/13 mövsümündə David zədəsi ücbatından cəmi 13 oyunda meydana çıxıb və 5 qol vurub.

Xatırladaq ki, əvvəllər Vilya ilə "Liverpul" maraqlanırdı.

Tuncay Türbəndəzadə
Milli.Az
Posted:
Maliyyə Elm-Tədris Mərkəzində təlimlərin üçüncü mərhələsinə start verildiAzərbaycan Respublikasında mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları" mövzusunda təlimlərin üçüncü mərhələsinə start verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində həyata keçirilən təlimlər dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssisləri üçün nəzərdə tutulub.

Milli.Az
Posted:
Qadınlar kəfən geydilər - FOTOMilli.Az Habertürk-ə istinadən bildirir ki, Ailə və Sosial Siyasətlər Nazirliyi ölkədə məişət zorakılığına məruz qalan, ərləri tərəfindən döyülən qadınlardan 7764 nəfərin polis tərəfindən qorunduğunu bəyan edib.

Konya şəhərindəki "Şəfqət Qapısı" dərnəyi bununla bağlı olaraq etiraz aksiyası keçirib. Aksiya iştirakçıları olan xanımların əynində kəfən vardı.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


















Fotolar: Habertürk
Posted:
Qəbələ Rayon Elektrik Şəbəkəsinin işçisi elektrik dirəyindən yıxılaraq öldüTrend-in Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 20-də Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində, Rayon Elektrik Şəbəkəsinin işçisi R.Mehralıyev elektrik dirəyindən yıxılıb.

Xəsarətlə xəstəxanaya yerləşdirilən R.Mehralıyev orada ölüb.

Milli.Az
Posted:
Sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin qanunsuz fotosu ilə əlaqədar Müdafiə Nazirliyinin aidiyyatı strukturlarında və hadisə baş vermiş hərbi hissədə araşdırma aparılır. Lent.az-ın məlumatına görə, fotosu yayılmış hərbçi əslində əsgər olub.   Əsgər Ülvi Namazlının atası Nəzərov Eldəniz İsmayıl oğlu saytımıza açıqlamasında bildirib ki, foto sentyabr ayında çəkilib: “Mənim oğlum 6 ayın əsgəridir. Sentyabr ayında ezamiyyətdə olarkən xatirə olsun deyə belə bir şəkil çəkdiriblər. Əsgərlər bir-birinin kürəklərinə öz rayonlarının adını yazıb, şəkillər çəkdiriblər. Mən də bundan xəbər tutan kimi həyəcan keçirdim. Dünən foto yayılan kimi oğlumu gəlib hərbi hissədən aparıblar araşdrma aparmaq üçün. Bilmirəm hardadı, ona görə də korpusa gedirəm. Yəqin araşdırmadan sonra həqiqət üzə çıxacaq”.   Lent.az-ın hərbi mənbələrdən əldə etdiyi digər məlumata görə, fotoda görüntülənən digər əsgərlər də sorğu-sual edilib.
Posted:
Kriminal aləmdə “Astik Suxumskiy” ləqəbi ilə tanınan “qanuni oğru” Astamur Quliya Suxumidə restoranların birinin yaxınlığında güllələnib.   Lent.az-ın “dkvartal.ru” saytına istinadən verdiyi məlumata görə, ağır yaralanmış Astamur Quliyanın xilas edilməsi üçün Moskvadan həkim komandası gəlib. Ancaq həkimlər Astamur Quliyanın həyatını xilas edə bilməyiblər.   Qeyd edək ki, Astamur Quliya yanvarın 16-da Moskvada güllələnərək öldürülən “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın əsas düşmənlərindən biri olub. Astamur Quliyanın ölümü “Ded Xasan”ın mənsub olduğu cinayətkar qruplaşmanın intiqamı sayılır.
Posted:


Əlcəzairdəki neft kompleksinin radikal islamçılar tərəfindən zəbt olunması nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, ölənlərdən 30-u Böyük Britaniya, Fransa, ,Yaponiya, Rumıniya, Norveçdən olan xarici vətəndaşlardır. Əlcəzair hökuməti bildirir ki, əməliyyat zamanı 32 terrorçu öldürülüb. Lakin bu rəqəmin artacağı ehtimal edilir. 6 terrorçu yaxalanıb. Terrorçular əsasən Tunis, Misir və Mali vətəndaşlarıdır. Həmçinin Kanada, Niger, Mavritaniya əsilli Əlcəzair vətəndaşları da qruplaşma üzvləri arasında olub.

Hadisə ilə bağlı məsuliyyəti əlcəzairli Muxtar Belmuxtar öz üzərinə götürüb. İnternetdə yayılmış videomüraciətində o bildirib ki, əgər Malidə islamçıların bombardman edilməsi dayandırılarsa, o Qərb ölkələri və Əlcəzair hökuməti ilə danışıqlar aparmağa hazırdır.


Posted:


Yanvarın 16-da Moskvada güllələnmiş kriminal avtoritet Aslan Usoyanın ("Ded Xasan") rəqiblərindən sayılan "qanuni oğru" Astamur Quliya ("Astik Suxumskiy") Abxaziyada öldürülüb.

APA-nın "Naşa Abxaziya" saytına istinadən yaydığı məlumata görə, 31 yaşlı Quliya Suxuminin mərkəzində hücuma məruz qalıb. Avtoritetə maşından atəş açılıb, onun yanvarın 20-də xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Quliya "qanuni oğru" statusunu 40 gün əvvəl Dubayda alıb. Orada "Ded Xasan"a qarşı çıxan təxminən 60-dək kriminal avtoritetin "sxodka"sı keçirilib. Toplantıda 15 nəfərə "qanuni oğru" adı verilib, bu, Aslan Usoyana çağırış kimi dəyərləndirilib. Son dövrlər kriminal aləmdə baş verən münaqişələrlə bağlı "adqoyma" mərasimlərinə moratorium qoyulub, bu qadağanı yalnız Usoyanın rəqibləri pozublar.

Qeyd edək ki, "Ded Xasan" yanvarın 16-da Moskvanın Tver küçəsində yerləşən restorandan çıxarkən snayper atəşi ilə öldürülüb.


Posted:
              Müəllim: «Müəllimi də, təhsili də alıb satırlar»                         Müəllim: «Müəllimi də, təhsili də alıb satırlar»           .-
Yardımlının Məlikli kənd orta məktəbinin müəllimi Rafiq İbayev «Qaynar xətt»ə məktəb direktorundan və rayonun təhsil şöbəsinin müdirindən şikayət edib. O, 6 saat dərs yükünün əlindən alınaraq qeyri-ixtisas müəllimlərinə verilməsi ilə razılaşmır:
«Mən biologiya müəllimiyəm, bu ilin sentyabr ayında kurs keçib həyat bilgisi və texnologiya fənni üzrə sertifikat almışam. 24 saat dərs yüküm var idi, rayon təhsil şöbəsinin müdiri Manaf Balışov və məktəbin direktoru Ələkbər Əkbərov mənim dərslərimi əlimdən alıb qeyri-ixtisas müəllimlərinə veriblər. Dərs yüküm 18 saata düşüb. Bu da maaşıma təsirini göstərib. Maaşım 300 manatdan 224 manata qədər azalıb».
Rafiq İbayev deyir ki, hazırda yalnız biologiya fənnini tədris edir. O, dərs yükünün əlindən alınmasında rayon təhsil şöbəsinin müdirini təqsirləndirir:
«Dəfələrlə qəbulunda olmuşam, müraciətlərimə baxmır. Şöbə müdiri müəllimi də, təhsili də pulla alıb, pulla satır.  Məktəb direktorumuzun 28 saat dərs yükü var idi, 12 saat da məktəb direktorluğuna görə verilib ona. İndi dərs yükü 40 saat olub. Mənim kimilərin isə dərs saatını əlindən alıb qeyri-ixtisas müəllimlərinə verirlər». 
«XƏBƏRİM YOXDUR»

Məlikli kənd orta məktəbinin direktoru Ələkbər Əkbərov deyir ki, Rafiq İbayevin dərs yükü o, məktəbə direktor təyin edilməmişdən əvvəl azaldılıb:
«Mənim xəbərim yoxdur, nə olubsa məndən əvvəl olub».
Yardımlı rayon təhsil şöbəsinin müdiri Manaf Balışov isə deyir ki, Rafiq İbayev dərs yükünün artırılması ilə bağlı ona müraciət edib:
«Rafiq İbayev biologiya müəllimidir. Müəllim 24 saatdan artıq dərs deyə bilməz. Orta dərs yükü 18 saatdır. Orta məktəbdə biologiya fənni üzrə 8 saat dərs yükü var. Rafiq İbayevin də dərs yükü əvvəllər 8 saat idi. Biz ona hörmət edib əlavə fənlər üzrə dərs saatları verib dərs yükünü 18 saata qaldırdıq. Bu yaxınlarda yenə müraciət etmişdi ki, dərs yükünü artıraq. Biz də düşünürük ki, dərs yükünü 21 saata qaldıraq».
Təhsil şöbəsinin müdiri biologiya müəlliminin digər ittihamları ilə də razılaşmayıb:
«Müəllimi necə pulla alıb satmaq olar? Yaxud, dərs saatını müəllimə necə satmaq olar? Bunlar şantaj üçün deyilən sözlərdir».
Rayon təhsil şöbəsinin müdiri Məlikli kənd orta məktəbinin biologiya müəllimi ilə münasibətləri aydınlaşdıracağını bildirib.

1 comment:

  1. Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

    ReplyDelete