Thursday, January 31, 2013

Duddud.info - reklamsiz xeber


Duddud.info - reklamsiz xeber


Posted:
Almaniyada 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilibBerlində, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində 20 Yanvar hadisələrinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov qonaqları salamlayaraq onları şəhidlərimizin xatirəsinin anılması üçün bir dəqiqəlik sükuta dəvət etmişdir. Sonra Azərbaycan Respublikasının səfiri qanlı yanvar hadisələri barədə ətraflı məlumat vermiş, bu hadisələrin Azərbaycanın müstəqilliyində oynadığı roldan danışmış və 20 Yanvar tarixini Azərbaycan xalqının azadlığı uğrunda qəhrəmancasına apardığı mübarizə kimi səciyyələndirmişdir. Səfir nitqində ümummilli lider Heydər Əliyevin bu hadisələr zamanı nümayiş etdirdiyi əsl vətəndaş mövqeyini xatırlamış və bu hadisələrə siyasi və hüquqi qiymət verilməsində Heydər Əliyevin xidmətini vurğulamışdır. Səfir 20 Yanvar hadisələrini xalqımızın tarixində qəhrəmanlıq səhifəsi kimi səciyyələndirmişdir.

Dünyanın ən böyük kənd təsərrüfatı sərgisi olan "Yaşıl Həftə" çərçivəsində Berlində səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov mərasimdə çıxış etmiş və 20 Yanvar hadisələri barədə xatirələrini iştirakçılarla bölüşmüşdür. O, 20 Yanvar hadisələri zamanı sovet ordusunun öz xalqına qarşı törətdiyi ağır cinayətdən bəhs edərək bu hərəkətlərə bəraət qazandırılmasının mümkün olmamasını dilə gətirmişdir. İsmət Abbasov eyni zamanda ümummilli lider Heydər Əliyevin məlum hadisələr zamanı göstərdiyi fədakarlıqdan danışmışdır.

Daha sonra söz alan Potsdam universitetinin professoru Vilfred Fuhrman çıxışında faciənin qurbanlarının arzularını, ümidlərini xatırlamağın vacibliyini qeyd edərək, Azərbaycan xalqının keçdiyi keşməkeşli müstəqillik yolundan danışmışdır.

Çıxışlardan sonra Almaniya Köln Musiqi və rəqs Ali məktəbində təhsil alan azərbaycanlı pianoçu Toğrul Hüseynlinin ifasında Azərbaycan və alman bəstəkarlarının əsərləri tədbir iştirakçılarına təqdim olunmuşdur.

Mərasimdə "Yaşıl Həftə" çərçivəsində Berlində səfərdə olan Azərbaycan nümayəndə heyəti, Almaniya siyasi və ictimai dairələrinin nümayəndələri, AFR Xarici İşlər Nazirliyinin əməkdaşları, eləcə də Almaniyadakı diasporamızın nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları səfirlik tərəfindən 20 Yanvar hadisələrinin qurbanlarının anımı məqsədi ilə tərtib olmuş sərgi ilə tanış olmuşlar. Alman dilində olan izahlarla tərtib olunmuş sərgi nümunələri xüsusilə də tədbirin alman qonaqları tərəfindən böyük maraqla qarşılanmış və onlar öz fikirlərini səfirlik əməkdaşları ilə bölüşmüşlər.

Rəsmi hissədən sonra şəhidlərimizin xatirəsinə ehsan verilmişdir.

Milli.Az
Posted:
Karandaşla realist əsərlər - FOTOMilli.Az bildirir ki, Kaliforniyanın cənubunda, Tastin şəhərində yaşayan amerikalı xanımın durumu indi yaxşılaşıb və onun yeganə əyləncəsi rəssamlıqdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



































Fotolar: Callie Fink
Posted:
Serbiyada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilibTrend bildirir ki, bazar günü Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi tərəfindən qanlı yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, Serbiya Parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuş, sonra 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən səfir Eldar Həsənov 20 Yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırmışdır. O, 1990-cı il 20 yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edərək, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbəran edilməsindən danışmışdır. Səfir faciə zamanı 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını qeyd edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin 21 yanvar tarixində Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi vurğulamış, həmin hadisələrə məhz ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini bildirmişdir.

Sonra mərasim iştirakçıları "Azadlığa aparan yol" sənədli filminə baxmışlar.

Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən pres-reliz xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatları və KİV arasında yayılmışdır.

Milli.Az
Posted:
Adına 2 milyon köynək sifariş edilən holland ulduza şok: Artıq çox gecdir!Milli.Az Habertürk-ə istinadən bildirir ki, «İnter»in prezidenti Massimo Moratti media vasitəsilə klubda qalmaq istədiyini deyən Uesli Sneyderə cavab verib: «Artıq çox gecdir!»

La Gazetta dello Sport yazır ki, Moratti deyib: «Sneyderin klubda qalmaq tələbini yerinə yetirmək mümkün deyil. Artıq çox gecdir». 18 ildir klub prezidenti olan Moratti əvvəllər də Sneyderin transferi ilə əlaqədar «çox sıxıldığını» dilə gətirmişdi.

Eyni zamanda «Qalatasaray» rəhbərliyi bu transferi artıq bitirmək arzusundadır. Bu səbəbdən klubun nümayəndəsi Sinan Kalpakçıoğlu Milana göndərilib. Bir başqa məlumata görə isə, italyan qəzetləri «sarı-qırmızılılar»ın Sneyderə ultimatum göndərərək: «Çərşənbə axşamınadək qərarını ver», - dediklərini yazıblar.

DHA-nın məlumatına görə isə Sneyderin adına artıq iki milyon «Qalatasaray» forması hazırlanıb. Bunu «Qalatasaray» Azarkeş Dərnəkləri Federasiyasının prezidenti Mesut Fidan bildirib.

Sneyder Atatürk hava limanına ayaq basan kimi bu formaların satışa çıxarılacağı deyilir.

Milli.Az

Posted:
70 yaşlı nənə narkotik maddə ilə tutulduMilli.Az Habertürk-ə istinadən bildirir ki, əvvəllər də bir neçə dəfə polislə «təmasları» olan Ahizar Karasöyütün: «Mən bu dərmanların xərçəngə qarşı olduğunu zənn edirdim», - deməsi polis əməkdaşlarını güldürüb.

Bursa Əmniyyət müdürlüyünün qaçaqçılıq və banditizmə qarşı mübarizə şöbəsi narkotik bürosuna bir qadının İstanbuldan Bursaya uyuşdurucu həblər  gətirəcəyi barədə məlumat daxil olub. Şəhər avtovağzalında İstanbul avtobusundan düşən köhnə tanışlarını - A.Karasöyütü - görən polislər dərhal qadını saxlayıblar.   

Qadın ifadəsində: «Onların uyuşdurucu olduğunu bilmirdim. Bir xərçəng xəstəsi var, ona gətirmişəm. Mən quldurbaşıyam məgər? Bir xəstəyə əmanət edilmiş dərmanları aparırdım, vəssalam», - deyib.

Ədliyyəyə aparılan qadın fürsətdən istifadə edib olayı görüntüləyən jurnalistlərə də «ayaqüstü» açıqlama verib: «Mən nə bilim bu uyuşdurucu imiş?»

70 yaşlı narkotik ticarətçisi qadın həbs edilib.
 
Milli.Az
 
Posted:
Lionel Messi: Bu, Barselona ilə əldə etdiklərimdən sonra çox gözəl olardıMilli.Az Sports-a istinadən bildirir ki, İspaniyanın «Barselona» klubunun forvardı Lionel Messi nə vaxtsa Argentina klublarından birinə keçəcəyi barədə danışıb, həmçinin futbol meydanında öz rolunu dəyərləndirib.

«Meydanda rəqiblərlə də, hakimlərlə də danışıram. Bəzi referilərlə danışmaq mümkündür, bəziləri isə artıq bir kəlmə söyləmədən, sarı kart göstərərək sizə özünüzü necə aparmağı öyrədə bilərlər.

Meydandakı mövqeyim? «Yalançı doqquzluq». Meydanın ortasına çəkilmək, ötürmələr etmək, müdafiəni yarıb keçmək xoşuma gəlir. Meydanın mərkəzində hökmranlıq edən möhtəşəm futbolçularla oynamaq kimi şansım var.

Bilmirəm nə vaxt, amma haçansa Argentinada oynayacam. Hansısa çərçivə və ya vaxt qoymaq lazım deyil, çünki heç vaxt bilmirsən ki, futbolda nə ola bilər. Bu mənim arzumdur. Amerika Futbol Liqası da mənim arzumdur.

Nəyim çatmır? Dünya çempionatında qələbəm. Bu, «Barselona» ilə əldə etdiklərimdən sonra çox gözəl olardı.

«Qızıl top»? Oğlumun dünyaya gəlməsi məni daha çox dəyişdi, nəinki bütün bu «Qızıl top»lar», - forvard El Periodico de Catalunya-ya deyib.
 
Milli.Az 
Posted:
Naxçıvanda nazirlik əməkdaşı yıxılaraq dünyasını dəyişibNaxçıvan MR FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 18-də nazirliyin əməkdaşı Qadir Şamil oğlu İsmayılovun dəm qazından boğularaq ölməsi barədə mətbuatda yayılan məlumat əsassızdır: "Belə ki, Qadir İsmayılov gecə saatlarında yaşadığı evin hamamında yuyunarkən ehtiyatsızlıqdan yıxılaraq başından ağır zədə alıb. Təcili xəstəxanaya çatdırılan Qadir İsmayılov beyninə qan sızması nəticəsində dünyasını dəyişib".

Qeyd edək ki, bir neçə gün əvvəl Q. İsmayılovun yaşadığı evdə dəm qazından boğularaq ölməsi barədə məlumat yayılıb.

Milli.Az 
Posted:
              100 il əvvəl ermənilər «Qarabağ şikəstəsi»ni necə oxuyurdular?                        100 il əvvəl ermənilər «Qarabağ şikəstəsi»ni necə oxuyurdular?          .-

AzadlıqRadiosunun «İz» proqramının bu buraxılışı Paris Milli kitabxanasından təzəcə Azərbaycana gətirilən sənədlərə (əlyazmalar, orta əsr səyyahlarının Azərbaycanla bağlı yazdıqları kitablar,  Bakının xəritələri və 100 il öncə Fransa paytaxtında xanəndələrimizin patefona yazılmış səs yazıları) həsr olunub.
  - Orta əsr səyyahları Azərbaycanla bağlı nələr yazıblar?
  - XVIII-XIX əsrlərdə ruslar, fransızlar Bakının xəritəsini niyə çəkiblər?
  - Ötən əsrin əvvəllərində Parisə səs yazdırmağa hər adam gedə bilirdimi?
  - Səs yazılarında kimlərin yadigarları qalıb?
  - 100 il əvvəl ermənilər «Qarabağ şikəstəsi»ni necə oxuyurdular?
  - Ümumiyyətlə niyə ermənilər bizim mahnıları oxuyublar, amma biz onların mahnılarını yox? Bu nədən xəbər verir?
  Verilişin bələdçisi MEA Füzuli adına Əlyazmalar İnnstitutunun direktor əvəzi Paşa Kərimov bu suallara cavab verəcək.
  Paşa müəllim həm də Şah İsmayılla bağlı müzakirələrə münasibətini açıqlayacaq.
  Verilişi dinləsəniz ölkənin ən son mədəniyyət olaylarından da xəbər tutacaq və 20 Yanvarla bağlı özəl xəbəri də eşidəcəksiniz.
  Yanvarın 20-də saat 23-də  efirə gedəcək «İZ»i qaçırmayın.
  100 il öncə yaşamış xanəndələrin səs yazıları bu «İz»də səslənəcək.  
Posted:
Fransa çempionatı: Marsellilər qələbəni əldən verdilər - FOTOSESSİYAFutbol üzrə Fransa çempionatında 21-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
Lider "Olympique" (Lion) evdə "Evian"la qarşılaşıb. Meydan sahibləri autsayderlə görüşdə xalları yarı bölüblər.
 
Əksər görüşlər ikinci oyun gününə təsadüf edib. "Sochaux" "Reims", "Olympique" (Marsel) "Montpellier" üzərində qələbə qazanıb. "Ajaccio" "Valenciennes" ilə xalları yarı bölüb. "Brest" evdə "Saint-Etienne" ilə dueldən məğlub ayrılıb. "Lorient" "Troyes", "Toulouse" "Nancy" üzərində qələbəyə sevinib.
 
Turun son oyun günündə isə 3 görüş baş tutacaq. "Bastia" "Rennes", "Lille" "Nice", "Bordeaux" PSG ilə mübarizə aparacaq.
 
Fransa, Liqa 1
21-ci tur

18 yanvar
 
Olympique (Lion) – Evian – 0:0
 
19 yanvar
 
Sochaux - Reims - 1:0
Qol: Puyol, 15.
 
Olympique (Marsel) - Montpellier - 3:2
Qollar: A.Ayev, 14, J.Ayev, 79, Giqnak, 90 - Herrera, 17, Utaka, 56.
 
Ajaccio - Valenciennes -1:1
Qollar: Mutu, 30 - Niquette, 69.
 
Brest - Saint-Etienne - 0:1
Qol: Brandado, 50.
 
Lorient - Troyes - 3:2
Qollar: Monnet, 20, Reale, 27, Borillion, 83 - Breçet, 65, Kamus, 88.
 
Toulouse - Nancy - 2:1
Qollar: Tabanu, 57; 78 - Karabue, 89.
 
20 yanvar
 
17:00. Bastia - Rennes
20:00. Lille - Nice
00:00. Bordeaux - PSG
 
Turnir cədvəli:

1    O. Lion                     21    12    6    3    35    18    +17    42
2    O. Marsel                  21    13    2    6    28    25    +3    41
3    Paris Saint Germain    20    11    6    3    36    12    +24    39
4    Lorient                      21    9    7    5    35    33    +2    34
5    Bordeaux                  20    7    11    2    23    14    +9    32
6    Nice                         20    8    8    4    31    26    +5    32
7    Rennes                     20    10    2    8    29    26    +3    32
8    Saint Etienne             21    8    7    6    27    16    +11    31
9    Toulouse                   21    8    6    7    29    23    +6    30
10    Lille                        20    7    9    4    26    20    +6    30
11    Valenciennes           21    8    6    7    32    30    +2    30
12    Montpellier              21    8    5    8    33    27    +6    29
13    Bastia                     20    7    4    9    28    42    –14    25
14    Brest                      21    7    3    11    22    29    –7    24
15    Sochaux                  21    6    4    11    21    30    –9    22
16    Ajaccio                    21    5    8    8    22    30    –8    21
17    Evian                      21    5    5    11    22    34    –12    20
18    Reims                     21    4    7    10    17    23    –6    19
19    Troyes                    21    2    7    12    23    42    –19    13
20    Nancy                     21    1    9    11    18    37    –19    12
 
Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.















































Foto: Eurosport, Google
Posted:
Ailəsi İlham və Fərizənin hekayəsini danışır: Ölümündən 3 gün əvvəl aldığı və yenicə köçdüyü evinə sığmırdıİham - Fərizə. Daha doğrusu, İlham Allahverdiyev və Fərizə Nəbiyeva.

Biz İlham və Fərizənin ölüm hadisəsini anbaan gerçək şəkildə, bütünü şişirmə və təsvirlərdən uzaq, öz əzizlərinin, qohumlarının dilindən danışacağıq.

Bu cütlük haqqında hələ çox dastanlar, əfsanələr gəzib dolaşacaq. Bir zaman nağıllarımızda, bədii ədəbiyyatımızda eşitmişdik belə məhəbbəti. Bir tək Şirin öz sevgilisi Xosrov üçün onun yaralandığı yerdən ürəyinə xəncər vuraraq intihar etmişdi ulu Nizaminin qələmində, 9 əsr bundan öncə. XX əsrin yaxın son onilliyndə Fərizə bir də bu datsanı yazdı. Hər şey belə başladı...

İlhamın bacısı Gülbəniz Allahverdiyeva: "Hər şey nişanlanandan sonra başladı. Fərizə mənim ilə bir sinifdə oxuyub. İlham əsgər gedib-gələndən sonra oldu hər şey. Əvvəl İlham heç nə demirdi. Biz evləndirmək istəyəndə Fərizənin adını çəkdi".

Fərizənin atası Çoban Nəbiyev: "Elçi gələndə dedim, qız istəyirsə, mən də əleyhinə deyiləm. Dedilər, qızın könlü var. Kefin istəyən nişan elədik".

İlhamın bacısı Gülbəniz Allahverdiyeva: "Nişan mərasimində da maşının şüşələrinin qırılması, Fərizənin cehizindəki suvenir şəklin şüşəsinin qırılması, soyuducunun durduğu yerdə xarab olması əlamətləri bizi kədərləndirmişdi".

İlhamın qardaşı Elxan Allahverdiyev: "Dəvətnamə yazdıq. Toy məclisi 30 iyun, 1989-cu il, saat 18:00-da keçiriləcək. Ünvan: 9-cu mikrarayon, "Leyla" şadlıq evi. Hörmətlə: Elxan".

Müəllif: "Həmin gün İlhamla Fərizə çox xoşbəxt idilər. İlham ölümündən 3 gün əvvəl aldığı və yenicə köçdüyü evinə sığmırdı. Çünki yeni ev almasını qeyd etmək üçün ən yaxın qohumları ilk dəfə onlara qonaq gəlmişdilər. Bütün yeni evlilər, üstəlik, yeni ev alanlar kimi o da olduqca xoşbəxt idi. Bu evin içərisində onlar öz fantaziyalarına uyğun nə qədər dəyişikliklər edəcəkdilər. Ona bu evdə yüz belə qonaqlıqlar keçirməyi arzuladılar, bəlkə. İlham nələr planlaşdırırdı o gecə, kim bilir…"

Fərizənin atası Çoban Nəbiyev: "İlham gəmi təmiri zavodunda işləyirdi, oradan almışdı evi. S.Vurğun bağının yanında 4-otaqlı mənzil idi. Ailə üzvləri ilə evdə qonaqlıq edərkən birdən Alatavaya getmək istəyiblər. Qardaşı Elxangilə".

İlhamın bacısı Gülbəniz Allahverdiyeva: "İlham çox gözəlləşmişdi ölümündən qabaq. Hamımız gözümüzü çəkə bilmirdik ondan."

İlhamın anası Ofeliya Allahverdiyeva: "Biz qızın ailə üzvləri ilə evdə idik. Sabah bazar idi. Elxangilə getdik".

İlhamın qardaşı Elxan: "İşıqlar kəsildi birdən, televizora baxırdıq, söndü, İlham dostları ilə çıxdılar evdən. İlham əynində qara fəhlə paltarı ilə gəlmişdi. Dedim, bu nədi geymisən, dedi, heç, elə-belə. Tonqalın qırağına çıxacam. O vaxt da möhkəm mitinqlər gedirdi. Camaat gecələr həyətlərdə yığışıb tonqal qalayırdı".

Müəllif: "Birdən İlham bayırdan güllə səsləri eşidir. Əslində, bu, o günlər adi hadisəyə çevrilmişdi. Güllə səslərinə insanlar öyrənmişdilər. O günlər mənim də xatirimdədir. Heç birimiz onların əsl güllələr olduğunu düşünmürdük. Hamıya demişdilər ki, bunlar zərərsiz güllələrdir. Heç kim də Sovet gülləsinin nə səsindən, nə də morgöz əsgərlərdən qorxmurdu. İlham da həmçinin".

İlhamın qardaşı Elxan: "Qonşumuzda Zakir adlı orqan işçisi vardı. Güllələr yerə düşəndə baxıb dedi ki, bu "boevoy güllə"yə oxşayır. Trasser deyirlər, nə deyirlər, ondandır. Bunlar camaatı qıracaq."

İlhamın dostu Faiq Qasımov: "Biz keçmiş "İskra" zavodunun yanında rus ordularının qarşısını almaq istəyirdik. Güllə atılanda dağılışdıq. O, indiki "20 Yanvar" metrosuna tərəf getdi".

İlhamın bacısı Gülbəniz: "Gördük, işıqlar söndü. Qardaşımın oğlu da vardı balaca, oynayırdı yerdə. İlham qapıdan çıxanda o uşağı son dəfə öpüb yerə qoydu. Sonra o uşaq da öldü və çox qəribə bir hadisə də oldu. Sizə danışacam. Fərizə narahat oldu. Anama dedi ki: "İlhamı qoymayın getsin". İlham dedi, dostlara söz vermişəm, getməliyəm, narahat olmayin, tez qayıdacam".

İlhamın qardaşı Elxan: "O mənim oğlumu qucağına götürdü. O uşağa atamın adını qoymuşduq - Əjdər. Dedi: "Dədə, gedirəm, ola bilər, bir də görüşmədik". Öpdü, yerə qoydu. Üstündən xeyli keçmişdi. Saat 1-in yarısı oldu. Anamgil narahat idilər. Gördük İlham gəlmir, güllə səsləri çoxalıb. Çıxdıq axtarmağa. Hamı dedi, indi buradaydı, aşağı düşdü. Heç kim gördüm demədi."

İlhamın anası Ofeliya xala: "Elxan əvvəl məni getməyə qoymadı. Xeyli keçəndən sonra əliboş gəldi."

İlhamın qardaşı Elxan: "Evə qayıtdım. Heç kim yatmamışdı. Hava soyuq, içəri isti idi. Sobanın yanında oturdum, məni yuxu apardı, qulağıma İlhamın səsi gəldi. Qəfil oyanıb soruşdum ki, İlham gəlib? Dedilər yox. Hava işıqlaşırdı. Təzədən bu dəfə anamla getdik axtarmağa. 20 Yanvara sarı düşdüm. Xəstəxana tərəfdə yerdə qan gördük. Anam qanın yanında dayanıb dedi ki: "Can-can, bu hansı anası ölmüşün qanıdır? Nə şirin qandır bu?" Getdik Respublika Xəstəxanasına. Yerdə işartı gördük, şərf idi, dedi, bu mənim balamın şərfidir. Pasportunu da götürmüşdük. Xəstəxanada bir oğlan yaxınlaşdı bizə, pasportdakı şəklinə baxıb dedi ki: "Yaralıların içində axtarma".

İlhamın anası Ofeliya xala: "Elxanı həkimə oxşayan bir oğlan içəri çağırdı. Amma bir azdan Elxan içəridən qara bulud kimi dolu çıxaraq dedi: "İlham içəridə yoxdur, ana". İlham durub orada, qışqırıb ki, silahsız adamları niyə vurursunuz? İlhamı rus əsgərləri güllələyiblər".

İlhamın qardaşı Elxan: "Dostu Faiqi morqa göndərdim. Meyidlərin bir-ikisinə baxıb tanımadım. Öz sinif yoldaşımı gördüm. Fuad Babayev idi. Onu İlhamla bir yerdə telefon budkasının yanında vurmuşdular. Başqa bir meyiti görüb öpüb qucaqladım. Amma gördüm İlham deyil, onun bığı yox idi. Faiq dedi, qabaqdadır İlham. Onu gördüm".

Həkim: "İlhamı əməliyyat edəndə işıqlar sönmüşdü. Əməliyyat vaxtı qaraciyərinin parçalandığını gördük. Narkozu qaranlıqda vurduq. Qarın boşluğu qanla dolu idi. Qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya verdik. Amma 5-6 saatdan sonra xəbər verdilər ki, xəstə keçinib".

İlhamın anası Ofeliya xala: "7 gün keçdi. Getdim həkimin yanına ki, bəlkə onun son sözü olub. Tibb bacısı dedi ki, elə hey "anamı çağırın" deyib. Məni yandıran odur ki, balamın, bəlkə, mən son sözü vardı".

İlhamın qardaşı Elxan: "Çox pis tikmişdilər. Qaranlıq olub, qan çatışmayıb, öz qanını filtrasiya edib özünə vurublar. Hər yeri dağıdan güllə vurmuşdular ona. Güllə qabaqdan dəymişdi. Bədənindəki tikiş deşiklərdən şlanq sallanırdı. Meyiti yoldaşımın dayısı Ramiz dayı ilə maşına qoyduq, qanaxması vardı. Maşına qoya bilmirdik. O vaxt Alatavada yaşayırdıq. Evə apara bilmədik. Dedim, anamın ürəyi partlar belə qanlı halda meyiti görsə, aparaq məscidə".

İlhamın anası Ofeliya xala: "Elxan mən pis olmayım deyə meyiti yuduzdurub gətirdi".

İlhamın qardaşı Elxan: "Meyiti saxlamaq istədilər. Rusları görüb söydüm. Əsgərin biri mənə güllə tuşladı. Yanındakı əli ilə vurdu. Güllə alnımı yaladı".

Fərizənin atası Çoban Nəbiyev: "Saat 6-da Fərizə bizə gəlib dedi, İlham yoxdur. Dedim, pis olma, bir sən deyilsən ki, bu vəziyyətdə olan. Dedi ata, mən papaq deyiləm ki, başdan-başa qoyulam. Key kimi idi. Bunları deyib qapıdan çıxdı. Mən də onun dalınca evdən çıxdım".

Fərizənin anası Bağda Nəbiyeva: "Fərizə meyiti aparanda Biləcəri yoluna qədər ayaqyalın qaçdı, nə qədər saxlamaq istəsək də, dedi, qoymasanız da, özümü ona çatdıracam".

İlhamın qardaşı Elxan: "İlhamın ilk məzarı Xırdalanda oldu. Heç qəbirqazan da tapmırdıq. Maşın işığında dəfn elədik. Atamın yanına, Ağdama aparmaq istədim. Yarasından qan axdığına görə molla qoymadı. Amma sonra o məzardan İlhamı çıxaranda sonra məzar boş qaldı. Boş məzar da uğursuzluq gətirir. Bunu ilk dəfə sizə danışıram. O məzarda mənim oğlum, İlhamın üzündən öpüb çıxdığı balamı dəfn edəsi olduq".

İlhamın anası Ofeliya xala: "Atası-anası onunla bacarmırdı. Mənim başım qarışıq idi. Qonaqları mən qəbul edirdim. Qardaşının yoldaşı Fəridə dedi ki, Fərizə özünü öldürmək istəyir".

Fərizənin qardaşı arvadı Fəridə Nəbiyeva: "Gördüm narahatdır, nəsə əlində gizlətmək istəyirdi. Mənə dedi: "Get, su gətir". Qayıdanda gördüm ki, qapı bağlıdır. Zorla açdım ki, üstünə neft töküb. Ona nişanda zərli yaylıq gətirmişdilər. Onu da başına bağlamışdı. İçəri girdim ki, kibriti çəkmək istəyir. Əlindən aldım, adamları çağırdım".

İlhamın qardaşı Elxan: "Fərizəyə gəlib yalvardım ki, sənə əlimdən gələni edəcəm, yaxşı bacım, bizi peşman etmə. Öz qardaşı Zakirin sinəsindən itələdi ki, mənə heç kim lazım deyil İlhamdan başqa".

Müəllif: "Fərizənin ilk intihar cəhdi uğursuz oldu. Amma o, öz yarına qovuşmalı idi. Fərizə səhər tezdən intihar edir. Çünki bilirdi ki, İlham səhər tezdən məzardan çıxarılacaq".

İlhamın anası Ofeliya xala: "Mənim qaynanam səhər tezdən durub görüb inilti səsi gəlir, gəlib ki, Fərizə yerdə inildəyir. Deyib nə olub? O da deyib ki, zəhər içmişəm. Arvadın qışqırtısına çıxmışıq. "Semaşko"ya çatdırdıq. Orada canını tapşırdı."

İlhamın bacısı Gülbəniz: "İlhamın geyimlərini, şəkillərini düzmüşdü stola. O, kiçik məktub yazmışdı. Tamamlaya bilməmişdi. O, məktubu polislər aparsalar da, mənim dəqiq yadımdadır".

Fərizənin məktubundakı sözlər: "Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da..." Bundan sonra heç bir söz yazılmayıb.

Fərizənin anası Bağda xala: "Bütün uksusu içib bitirmişdi. Mədəsi yığılmışdı. Qatıq kömək edə bilmədi. Maşın da tapa bilmirdik. Bir maşının farası yox idi, o biri maşının farasının işığında getdik. Xəstəxana qabağında əsgərlər bizi qoymaq istəmirdilər. Mən maşından düşüb rusca dedim: "Otpusti, umiraet, otpusti". Əsgər silahını çıxarsa da, mənə inandı: "Nu ladno, mamaşa" dedi. Maşında, həkimə çatmamış ayağını cütləyib öldü Fərizə".

İlhamın qardaşı Elxan: "Ölümlərindən sonra İlham və Fərizənin evlərini də qaytardıq".

Müəllif: "Fərizə intihar edərkən İlhamdan başqa heç kimi düşünməmişdi. Nə əzizlərinin kədərlənəcəyini, nə cavan ömrünü puç etdiyini, nə də bətnindəki 2 aylıq körpəsini. Bəlkə çoxları bilmir. Amma Fərizə intihar edərkən onun bətnində 2 aylıq körpə vardı. Çoxları bilmirdi, amma özü bilirdi".

İlhamın bacısı Gülbəniz: "Fərizə ölümündən qabaq demişdi ki, ürəyi şirniyyat, tort istəyir. Bacım gülüb dedi: "Deyəsən, torbada pişik var". Fərizə tort hazır olanda dedi: "Heç kimi qoymayacam dadsın. Özüm yeyəcəm hamısını. Deyəsən, orada uşaqla bağlı bacıma demişdi".

Fərizənin anası Bağda xala: "Ölümündən sonra Əhmədlidə bir arvadın gözünə görünüb Fərizə. Yuxuda yox, gözünə görünüb. Ağ gəlin paltarında o yan-bu yana gedərək deyib: "Xala, and verirəm səni Allaha, get anama-qaynama de ki, mən o gəlin paltarından doymadım. Onu məzarımın üstünə gətirib qoysunlar". Arvad bizi çətinlikə tapıb. Deyir, gördüm tapa bilmirəm sizi, istədim gəlməyəm, evdə oturam, əl çəkmədi məndən Fərizə. Biz də qara xonçalar tutub, Fərizənin gəlin, İlhamın bəy köynəyini götürərək apardıq, qoyduq qəbir üstünə. Elxan səhər gedib görüb ki, yoxdur paltarlar. Kimsə götürüb, yəqin".

İlhamın bacısı Gülbəniz: "Bəlkə, bizə elə gəlir ki, Fərizənin bəxti gətirmədi. Amma bəlkə indi o, yarına qovuşub, xoşbəxtdir".

Müəllif: "Beləcə, bu sevgi dastanına nöqtə qoyuldu. Qoyuldu ki, yenidən oxunsun. Və qəribə bir fakt da var. Şəhidlərimizin önündə yarı üçün özünə qəsd edən cəsur Azərbaycan xanımı durur".

İlhamın qardaşı Elxan: "Şəhidlər xiyabanında birinci İlhamla Fərizəni dəfn etdilər. Adət-ənənəyə görə, İlham birinci, Fərizə ikinci dəfn olunmalı idi. Amma dedilər, iki kişinin arasında olmasın Fərizə. İndi Şəhidlər xiyabanında birinci cəsəd Fərizənindir".

Müəllif: "Deyirlər, o şey üçün ölürlər ki, onun üçün yaşamağa dəyər. Bu gənclər də yaşamağa dəyən bir vətən, bir sevgi üçün canlarından keçdilər. Bu gün Şəhidlər xiyabanında dəfn olunmuş ilk cəsəd Fərizənindir. Yəqin ki, bu da təsadüfi deyil. Bütün şəhidlərimizin önündə yarı üçün özünə qəsd edən dəyanətli bir Azərbaycan xanımı durur. Bəlkə, hamımıza örnək olsun deyə bu ilahi bir siqnaldır.

Müasir dövrdə gənc oğlan və qızların gerçək sevgiyə ümidinin itdiyi zamanda Fərizə sübut etdi ki, saf, ülvi hisslər hələ yaşayır. Məhz bu vəfalı Azərbaycan qadının canına etdiyi qəsdlə vətəni yolunda canına qurban verən İlham digər şəhidlərdən bir neçə addım qabağa keçdi və Şəhidlər xiyabanının birinci şəhidinə çevrildi. Bu məzar müqəddəslik, saflıq rəmzinə çevrildi. Deyirlər, Tanrı insanın intiharını bəyənmir əslində. Amma əminəm ki, bu qəlbləri titrədən sevgi dastanının qarşısında ulu Tanrı da susur. Tarixdə iz qoyacaq bu məzar öz müqəddəsliyi ilə bizim sözlərimizə də nöqtə qoyur. Ruhları şad olsun. Necə ki, bir yerdə şaddırlar".

Press24.az
Posted:
Dəhşətli soyuqlar: evlərin içi də dondu - FOTOŞəhər və qəsəbələrdə yaşayanlar yaşanan durumu "dəhşətli soyuqlar" kimi dəyərləndirirlər.

Milli.Az İHA-ya istinadən bildirir ki, Qazaxıstanın Karaqanda şəhərində ötən həftədən bəri havalar - 60 dərəcəyədək soyuyub. Qılınc kimi kəsən sazaq və şaxtalar nəticəsində evlərin içi də donur.

Qrenlandiyadakı Northice stansiyasında havanın temperaturu -80 dərəcəyə enib.
Rusiyanın Sibir bölgəsində də çox soyuqdur.

Saxa-Yakutiyanın paytaxtı Yakutskda havanın temperaturu -60 dərəcədir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





































Fotolar: İHA
Posted:
Missisipidə nümayiş gülləyə tutuldu, yaralı varMilli.Az RİA Novosti-yə istinadən bildirir ki, ABŞ-ın Missisipi ştatının polisi yürüşü atəşə tutub bir nəfəri yaralayan şəxsi axtarır.

Associated Press yazır ki, hadisə şənbə günü günortadan sonra ştatın paytaxtı Cekson şəhərində, afroamerikanların hüquqlarının müdafiəçisi Martin Lüter Kinqin xatirəsinə həsr olunmuş yürüş zamanı baş verib. Tamaşaçılar üçün ayrılmış yerdən güllə açılıb. Naməlum silahlı adam kütlənin içində itməyə macal tapıb.
 
Onun açdığı atəşdən isə 23 yaşlı gənc xəsarət alıb. Sinəsindən yaralanan oğlanın vəziyyətini həkimlər stabil kimi dəyərləndiriblər.

Bəzi KİV bildirir ki, polis yerli sakinlərdən birini saxlayıb, onun ifadəsi alındıqdan sonra isə buraxılıb.

Diskriminasiya və irqçiliklə mübarizə aparan, Nobel sülh mükafatı laureatı Martin Lüter Kinq (Kiçik) 1929-cu il yanvarın 15-də anadan olub. O, 1968-ci ildə öldürülüb. 2004-cü ildə Kinqə ölümündən sonra ABŞ Konqresinin Qızıl medalı (ən yüksək mülki mükafat) verilib. Ənənəyə görə, onun xatirəsinə həsr olunmuş parad Cekson şəhərinin rəhbərliyi tərəfindən Kinqin ad gününə yaxın olan istirahət günü təşkil edilir.

Milli.Az
 
Posted:
              Polisin itini təhqir etmək olarmı?                        Polisin itini təhqir etmək olarmı?                        Polisin itini təhqir etmək olarmı?                        Polisin itini təhqir etmək olarmı?                        Polisin itini təhqir etmək olarmı?                        Polisin itini təhqir etmək olarmı?          .-
Dünyanın əksər dillərində asayiş keşikçilərinin insanın dostu sayılan ev heyvanının adı ilə ayamalanması bir faktdır.

Lakin bu da bir faktdır ki, əsasən kriminal dairələrə xas olan belə bir bənzətmə dünyanın əksər ölkələrində təhqir və cinayət sayılır.

Amma polis itinin təhqir edilməsinin cinayət sayılmasının bu vaxtadək Britaniya qanunlarının bir hissəsi olmasını şəxsən mən bilmirdim.

Bundan Britaniyanın Daxili İşlər naziri Theresa May-in çıxışından sonra xəbər tutdum. O, İctimai Asayiş Qanunun 5-ci fəslindən «təhqir» sözünün çıxarılması barədə Lordlar Palatasının düzəlişini qəbul etdiyini bildirdi.

«BAĞIŞLAYIN, SER, SİZİN ATINIZ HOMOSEKSUALDIR»

6 il bundan əvvəl polis Oksford Universitetinin tələbəsi Sam Brown-nun mühakimə olunmasını tələb etmişdi.

Universitetin son imtahanlarını uğurla vermiş və buna görə də «şadyanalıq üçün legitim haqqı» olduğunu düşünən tələbə süvari polisinə belə müraciət etmişdi:

«Bağışlayın, mənə belə gəlir ki, Sizin atınız homoseksualdır…».

Az sonra tələbə Sam Brown məhz həmin o 5-ci fəslə müvafiq qaydada «homofobiya, yəni homoseksuallara qarşı dözümsüzlük və təhqir» maddəsi ilə həbs edilmişdi.

Bununla belə, tələbə 80 funt sterlinq cəriməni ödəməkdən imtina etmiş və əlahəzrətin prokurorluğu da bu məsələnin başını boş buraxmışdı. Yəni cavanlıq edib…baş qoşmayın…

POLİS İTİNƏ «HAM-HAM» DEMƏYİN CƏZASI
http://gdb.rferl.org/528F4CD5-5DB2-4BFF-9EC2-9394CFF11B24_w268.jpg Londonda qarx http://gdb.rferl.org/0B58768D-0EAC-4E55-B18B-7D2705C118B0_w640_s.jpg
Posted:
              20 yanvar: Dəmir pərdə arxasında nə yazırdılar?                        20 yanvar: Dəmir pərdə arxasında nə yazırdılar?                        20 yanvar: Dəmir pərdə arxasında nə yazırdılar?                        20 yanvar: Dəmir pərdə arxasında nə yazırdılar?                        20 yanvar: Dəmir pərdə arxasında nə yazırdılar?                        20 yanvar: Dəmir pərdə arxasında nə yazırdılar?                        20 yanvar: Dəmir pərdə arxasında nə yazırdılar?                        20 yanvar: Dəmir pərdə arxasında nə yazırdılar?                        20 yanvar: Dəmir pərdə arxasında nə yazırdılar?                        20 yanvar: Dəmir pərdə arxasında nə yazırdılar?          .-
Bu icmal Britaniya qəzetlərinin 1990-cı ilin ilk üç ayında yazdıqları əsasında tərtib edilib:

1994-cü ilin payızında Londonun indi xatırlamadığım ziyafət salonlarından birində Azərbaycanla bağlı indi xatırlamadığım bir tədbir keçirilirdi.

Bu tədbirə Britaniya hökumətinin o vaxtkı yüksək vəzifəli şəxsləri də qatılmışdılar.

Məni isə bu rəsmilərin arasında biri maraqlandırırdı.

Xarici işlər naziri Douglas Hurd. Onunla söhbət etmək imkanı yarandı. Ayaqüstü, beş on dəqiqəlik.

Lakin BBC üçün hazırlanmış müsahibənin suallarından birinə cavab efirə getmədi.

LONDON NİYƏ SUSURDU

Mən ser Douglas-dan 1990-cı ilin yanvarında Bakıda törədilmiş qətliyama rəsmi Londonun biganə qalmasının səbəbi barədə sual verdim.

O dedi ki, o zaman vəziyyət son dərəcə mürəkkəb idi. Sovet İttifaqında və Şərqi Avropada hadisələr sürətlə inkişaf edirdi.

“Əlbəttə, biz Azərbaycandakı prosesləri də izləyirdik. Orada baş verənlərdən xəbərimiz vardı, - Hurd deyirdi, - Amma tək bizim yox, bütün Qərbin mövqeyi belə idi ki, Azərbaycan SSRİ-nin bir hissəsidir. Bizim üçün prioritet bu idi ki, Gorbacheva vəd etdiyi islahatları həyata keçirmək üçün vaxt vermək lazımdır”.

Əlbəttə, rəsmi London hər şeyi bilirdi. Lakin Bakıdan detalların alınması o qədər də asan deyildi. Xarici jurnalistlər Bakıya gizli yollarla gəlmişdilər.

Azərbaycanın öz mediası isə şokda idi.

BAKI 5 GÜN SUSDURULMUŞDU

“Kommunist” qəzetinin əlavəsi olan “Səhər” qəzeti Bakı kommendantından zorla alınmış icazə ilə yanvarın yalnız 25-də işıq üzü gördü.

Televiziya və radio sıradan çıxarılmışdı. Qərblə Azərbaycanın təması isə yalnız AzadlıqRadiosunun ölkəyə qısa dalğalarda qırıq-qırıq yetişən səsi idi.

Mənim arxivimdə olan qəzet materiallarından görürəm ki, Bakı hadisələri barədə Britaniya mətbuatının ilk məlumatlarından biri yanvarın 29-da “The Times” qəzetində çıxıb.

Qəzetin müxbiri xəbərinə belə bir sərlövhə qoymuşdu: “Bakı üzərinə hücum Moskvanı çaşqınlığa salıb”.

Qəzetin Moskva müxbiri Mary Dejevsky yazırdı: “10 gün əvvəl Moskvanın Azərbaycandakı hərbi əməliyyatı sovet liderlərini çaşqınlığa salıb və sovet sisteminin təməl sütunları silkələnməkdədir”.

SHEVARDNADZE DÜZ DEYİRDİ, YOXSA YAZOV?

“Bakıya hücumun məqsədləri barədə Xarici İşlər və Müdafiə nazirlikləri arasında açıq fikir ayrılığı vardır” – yazırdı qəzet.

http://gdb.rferl.org/B9313A6D-131B-4BA9-A1D2-39A9808BBB70_w268_r1.jpg Financial Timesx http://gdb.rferl.org/23692FA8-8D0F-4087-84A6-D8FEB12C04B8_w640_s.jpg Azadlıq Meydanında mitinq ​​Azərbaycandakı hərbçilər bildirirlər ki, həyat normallaşır, nəqliyyat və televiziyanın işi bərpa edilib, ərzaq dükanları açılıb.

“Həftəsonu (yanvarın 26-27-si) Sovet televiziyası qoşunların Azərbaycanda qalmasını və qanunçuluğu qorumasını istəyən sakinləri göstərib” – yazırdı John Parker.

O həmçinin bildirirdi ki, qoşunlar başqa şəhərlərə də yeridilib, Lənkəranda Xalq Cəbhəsinin nəzarətində olan hakimiyyət geri alınıb, 5 nəfər həlak olub və 54 nəfər həbs edilib.

Xalq Cəbhəsi qəzetə bildirmişdi ki, Naxçıvana 4 minlik əsgəri qüvvə yeridilib.

“Dağlıq Qarabağın özündə isə, erməni milli hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin döyüşçüləri,  iki tərəf arasında sülh razılaşması əldə edildikdən sonra cəbhə xəttini tərk ediblər”, - “Financial Times” yazırdı.

XALQ CƏBHƏLƏRİ SÜLHYARADICI QÜVVƏ KİMİ

Bu isə 1990-cı il yanvarın 30-da,  yenə də, “The Times” qəzetində, yenə də Mary Dejevsky-yə aid başlıqdır.

Müxbir yazırdı ki, Sovet İttifaqındakı xalq cəbhələri federal səviyyədə əsil siyasi qüvvəyə çevrilir.

“Beləki, dünən (yanvarın 29-u) Azərbaycan və Ermənistan Latviyada sülh danışıqlarına başlamağa razılıq veriblər”.

Bununla belə, yazırdı Dejevsky Azərbaycan Xalq Cəbhəsinin Kremllə Bakıya hücum məsələsini müzakirə etmək təklifi açıq qalır.

Müxbirin yazdığına görə, bu arada Sovet rəhbərliyində də fikir ayrılığı davam edirdi.
Xarici işlər naziri Eduard Shevardnadze növbəti brifinqində Bakıya qoşunların yalnız asayişi bərpa etmək üçün göndərildiyini təkrarlayır, General Yazov isə Cənubi Qafqazda vəziyyətin gərgin olaraq qaldığını və “qeyri-formal” qrupların müqavimət göstərdiyini bəyan edirdi.

Bununla belə, “Financial Times” qəzetinin müxbiri yazırdı ki, Yazov tonunu xeyli aşağı salıb və o, qoşunların əhalini iş yerlərinə qaytarmaqla məşğul olduğunu inkar edir.
Qəzetin məlumatına görə, Yazov onun başlıca vəzifəsinin “qan tökülməsinin qarşısını almaq üçün bütün silahların müsadirəsi” olduğunu bildirmişdi.

“Azərbaycan-Ermənistan danışıqları bu cümə axşamı Baltikyanı xalq cəbhələrinin liderlərindən ibarət Baltika Şurasının egidası altında keçirilməlidir”, - “Financial Times” yazırdı.

Qəzet bildirirdi ki, danışıqlarda həmçinin hər iki respublikadan qaçqın düşmüş 200 min insanın taleyi müzakirə ediləcək.

“Latviya Xalq Cəbhəsinin sədri cənab Janis Jurkans bildirib ki, Baltika Şurası bu danışıqlarda iki Transqafqaz ölkəsi arasında vasitəçi rolunu oynayacaq və bu iki ölkə öz xalq cəbhələrinin sədrləri ilə təmsil ediləcək”, - yazırdı Mary Dejevsky.

Qəzet həmçinin xəbər verirdi ki, Azərbaycan Xalq Cəbhəsinin bir çox üzvləri həbs edilsə də və ya gizli fəaliyyətə keçsə də, sədr hələ də azadlıqdadır”.

Xanım Dejevsky həmçinin qeyd edirdi ki, Moskva beş respublikanın siyasi təşəbbüsü bu cür ələ almasından narahatdır.

GENERAL DUBİNİAK

http://gdb.rferl.org/AC5F41A1-EE87-4613-9164-1C13F6B4E43C_w268_r1.jpg Mikhail Gorbachevx http://gdb.rferl.org/67203664-E467-4FAC-8931-76951A41FF92_w640_r1_s.jpg
Posted:
.- Amerika Birləşmiş Ştatlarının Prezidenti Barack Obama prezidentliyinin ikinci müddəti üçün ölkəyə və Konstitusiyaya sədaqət andı içəcək. Prezidentin and içmə günü rəsmi olaraq yanvarın 20-ə düşür. Ancaq bu gün bazar günü olduğundan Obama Ağ Evin Mavi zalında dar çevrədə and içəcək. Bu inaqurasiyada onun yanında ABŞ Ali Məhkəməsinin sədri, Obamanın köməkçiləri və ailə üzvləri olacaq. Xalqa açıq olan və ikinci dəfə keçirilən böyük and içmə tədbiri isə yanvarın 21-də Konqresin binasında baş tutacaq.   BBC-nin məlumatına görə, könüllülər və fəhlələr tərəfindən mərasimə hazırlıq bir neçə gün öncədən başlayıb. Tədbirin keçiriləcəyi Kapitoli binasının ətrafındakı binalar göy, qırmızı və ağ rənglərə boyadılıb.   Barack Obamanın inauqurasiyası zamanı iştirak edəcək müğənnilər cə səsləndiriləcək mahnılar da müəyyənləşib. Tədbir üçün nəzərdə tutulmuş bu siyahını Prezidentin özü hazırlayıb. Mərasimdə Stevie Wonder, Alicia Keys, Usher, Smokey Robinson, Brad Paisley, Kelly Clarkson, Fun qrupunun və Beyonce-nin ifası gözlənilir. Beyonce nəzərdə tutulmuş mahnılardan əlavə ABŞ-ın himnini də səsləndirəcək.   Obamanın yanvarın 21-ə nəzərdə tutulan inauqurasiya mərasimi ABŞ-da irqi ayrıseçkiliyə qarşı mübarizənin liderlərindən olan Martin Luther King-in anım günü ilə üst-üstə düşdüyündən Prezident Abraham  Lincolnun İncili ilə birlikdə Luther King-in də İncilinə əl basacaq.   Barack Obamanın Prezidentlik postuna ikinci dəfə and içməsi ABŞ tarixində 57-cidir. Ölkədə ilk andiçmə mərasimi 1793-cü ildə olub.
Posted:
Canlı proqramda faciə - FOTOMilli.Az-ın məlumatına görə, 20 Yanvar faciəsinə həsr olunan verilişin sonuncu saatında Rafiq Səməndərin "Şəhidlər" əsəri əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur. 14 aktyorun yer aldığı tamaşa 50 dəqiqə davam edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





































Posted:
Bundesliqa: Borussiya bremenlilərə göz açmağa imkan vermədi - FOTOSESSİYAFutbol üzrə Almaniya çempionatında 18-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə bir görüş baş tutub.
 
Turun açılış matçında "Schalke" "Hannover" ilə qarşılaşıb. Meydan sahibləri doqquz qolun vurulduğu görüşdə çətin qələbə qazanıblar.

Əksər qarşılaşmalar ikinci oyun günündə baş tutub. "Bayer" "Eintracht"ı, "Bayern" "Greuther Furth"ü məğlub yola salıb. "Hoffenheim" "Borussia" (Münhenqladbax), "Mainz" "Freiburg"la qolsuz heç-heçəyə razılaşıb. "Wolfsburg" "Stuttgart"ı məğlub edib. Səfərdə "Werder"lə qarşılaşan "Borussia" (Dortmund) isə beş cavabsız qolla qalib gəlib.
 
Turun son oyun günündə "Nurnberg" "Hamburger", "Fortuna" "Augsburg"la üz-üzə gələcək.
 
Bundesliqa
18-ci tur

30 noyabr
 
Schalke – Hannover – 5:4
Qollar: Farfan, 44, Draksler, 49, Höger, 64, Marika, 67, Holtbi, 88 – Pinto, 55, Huşti, 59; 68, Diuf, 90.
 
19 yanvar
 
Bayer - Eintracht - 3:1
Qollar: Beniş, 31, Kisslinq, 33, Şürle, 58 - Meyer, 78.
 
Bayern - Greuther Furth - 2:0
Qollar: Mandzukiç, 26; 61.
 
Hoffenheim – Borussia (Münhenqladbax) - 0:0
 
Mainz - Freiburg - 0:0
 
Wolfsburg - Stuttgart - 2:0
Qollar: Dieqo, 51, Madlunq, 67.
 
Werder - Borussia (Dortmund) - 0:5
Qollar: Roys, 9, Qotse, 19, Auqusto, 48, Levandovski, 81, Blaşikovski, 85.

20 yanvar
 
18:30. Nurnberg - Hamburger
20:30. Fortuna  - Augsburg

Turnir cədvəli:
 
1    Bayern                18    14    3    1    46    7    +39    45
2    Bayer                  18    11    3    4    36    23    +13    36
3    Borussia D          18    9    6    3    40    20    +20    33
4    Eintracht              18    9    3    6    34    30    +4    30
5    Schalke               18    8    4    6    32    29    +3    28
6    Freiburg              18    7    6    5    24    18    +6    27
7    Mainz                  18    8    3    7    24    21    +3    27
8    Borussia M           18    6    8    4    25    26    –1    26
9    Stuttgart              18    7    4    7    21    30    –9    25
10    Hamburger        17    7    3    7    18    21    –3    24
11    Hannover           18    7    2    9    36    36    0    23
12    Werder               18    6    4    8    28    34    –6    22
13    Wolfsburg           18    6    4    8    19    27    –8    22
14    Fortuna               17    5    6    6    20    22    –2    21
15    Nurnberg             17    5    5    7    17    22    –5    20
16    Hoffenheim         18    3    4    11    23    41    –18    13
17    Augsburg            17    1    6    10    12    29    –17    9
18    Greuther Furth    18    1    6    11    11    30    –19    9
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













































































Foto: Eurosport, Google
 
Posted:
Məşhur fotoqrafın evi - FOTOMilli.Az bildirir ki, o, apartamentinin interyer dizaynının tam dəyişib.

Milli.Az























Fotolar: Gianni Basso
Posted:
Pekində təyyarə uçuşları dayandıMilli.Az İnterfax-a istinadən bildirir ki, Pekin beynəlxalq hava limanının rəhbərliyi 111 reysi, o cümlədən 16 beynəlxalq uçuşu ləğv edib. 11-i beynəlxalq olmaqla daha 68 reys isə gecikdirilir.

Ölkənin şimalına yağan güclü qar aeroportların işinə əngəl törətməklə yanaşı, 40 avtomagistralın da bağlanmasına səbəb olub. Çin meteoroloqları bildirirlər ki, Pekinin şimal-qərbinə, Böyük Çin Səddinin yaxınlığına 8,6 sm qalınlıqda qar düşüb.

Milli.Az

Posted:
Dünyanın şah əsərlərinin tarixini Lent.az-a Anar Yusifoğlu yazır Layihə: ŞAH ƏSƏRLƏR
Posted:
Qvardiola Arda Turanı yanına çəkirMilli.Az Sports-a istinadən bildirir ki, «Bavariya» ilə yenicə anlaşan baş məşqçi Xosep Qvardiola bu yay kluba «Atletiko» Madridin 25 yaşlı forvardı Arda Turanın gətirilməsini istəyib. Bu barədə El Mundo Deportivo yazıb.

«Qalatasaray»ın keçmiş ulduzunun Madrid «Atletiko»su ilə 2015-ci ilin iyununadək müqaviləsi var. Ancaq «Arsenal», «İnter» və «Liverpul» da buna rəğmən, Turanı transfer etmək arzusundadırlar. Ardanın transfer qiyməti 17 milyon avrodur.

Milli.Az

Posted:
Tbilisidə qalmaqallı videonun müəllifi azadlığa buraxıldıTrend-in məlumatına görə, bu barədə qərar Gürcüstan Prokurorluğunun məhkəməyə müraciətindən sonra qəbul edilib.

Qeyd edək ki, Bedukadze cümə günü səhər İstanbuldan Tbilisiyə qayıdarkən həbs edilmişdi.

Prokurorluq hesab edir ki, Bedukadze əməkdaşlığa və Tbilisinin 8 saylı həbsxanasında dustaqlara işgəncə verilməsində adı hallanan şəxslərlə bağlı yeni məlumatlar təqdim etməyə hazırdır.

Bedukadze əlavə videokadrlar təqdim etmək və çəkilişlərin şərtləri və onun sifarişçiləri barədə ifadə vermək niyyətində olduğunu bildirmişdi.

Ekspertlərin fikrincə, onun ifadələri əsasında Mixail Saakaşvili hökumətinin daha bir sıra ali məmurlarını cinayət məsuliyyətinə cəlb etmək mümkün olacaq.

Ötən il sentyabrın ortalarında ölkə mətbuatında 8 saylı qadın həbsxanasının məhbusları ilə amansız rəftar edilməsi ilə bağlı videokadrlar yayılmışdı ki, bu da ictimaiyyət arasında geniş etirazlara səbəb olmuşdu. Bir çox ekspertlər hesab edirlər ki, məhz bu kadrlar keçən il oktyabrın 1-də keçirilən parlament seçkilərində Bidzina İvanişvilinin "Gürcü arzusu" müxalifət koalisiyasının qələbəsini təmin etmişdi.

Milli.Az
Posted:
Azərbaycan 20 yanvar şəhidlərini anır...
Posted:
İtaliya çempionatı: Yuventus qonağına 4 qol yedirtdi - FOTOSESSİYAFutbol üzrə İtaliya çempionatında 21-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Palermo" evdə "Lazio" ilə üz-üzə gəlib. Görüş heç-heçə başa çatıb. "Juventus" isə "Udinese"yə dörd cavabsız qolla qalib gəlib.

Turun qalan bütün görüşləri son oyun günündə keçiriləcək. "Fiorentina" "Napoli"ni, "Milan" "Bologna"nı, "Atalanta" "Cagliari"ni, "Genoa" "Catania"nı, "Roma" "Inter"i qəbul edəcək.
 
İtaliya A Seriyası
21-ci tur

19 yanvar
 
Palermo – Lazio – 2:2
Qollar: Arevalo, 70, Dibala, 72 – Flokkari, 10, Ernanes, 84-pen.
 
Juventus – Udinese – 4:0
Qollar: Poqba, 41; 66, Vuçiniç, 72, Matri, 80.
 
20 yanvar
 
15:30. Fiorentina - Napoli
18:00. Milan - Bologna
18:00. Atalanta - Cagliari
18:00. Chievo - Parma
18:00. Genoa - Catania
18:00. Pescara - Torino
18:00. Siena - Sampdoria
23:45. Roma - Inter

Turnir cədvəli:
 
1    Juventus         21    15    3    3    45    14    +31    48
2    Lazio              21    13    4    4    32    21    +11    43
3    Napoli            20    13    3    4    40    18    +22    42
4    Inter              20    12    2    6    32    22    +10    38
5    Fiorentina      20    10    5    5    37    24    +13    35
6    Roma             20    10    2    8    43    34    +9    32
7    Milan             20    9    4    7    36    27    +9    31
8    Parma            20    8    6    6    28    26    +2    30
9    Udinese          21    7    9    5    32    31    +1    30
10    Catania         20    8    5    7    27    27    0    29
11    Chievo          20    7    3    10    21    33    –12    24
12    Torino           20    5    9    6    23    24    –1    23
13    Atalanta       20    7    3    10    18    30    –12    22
14    Bologna        20    6    3    11    25    26    –1    21
15    Sampdoria    20    6    4    10    22    28    –6    21
16    Pescara        20    6    2    12    17    37    –20    20
17    Cagliari         20    5    4    11    19    36    –17    19
18    Genoa           20    4    5    11    21    32    –11    17
19    Palermo        21    3    7    11    18    34    –16    16
20    Siena            20    4    5    11    19    31    –12    11
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













































Foto: Eurosport, Google
 
Posted:
Bakıda saxlanılan 11 avtoritetin kimliyi açıqlanıbDaxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Etibar Abbasov, Natiq Atakişiyev, Natiq Məmmədov, RF-nin vətəndaşları Xalid Umudov, əvvəllər məhkum olunmuş Əsgər Əsgərov, Tovuz rayon sakini Nemət Abdullayev, Bakı şəhər sakinləri Elman Əliyev, əvvəllər məhkum olunmuş Natiq Eyvazov, Emin Eyvazov, Zaur Məmmədov və Şəki şəhər sakini Ramil Ağasiyev saxlanılıblar.

Üzərlərinə baxış zamanı E.Abbasovdan 1 ədəd "Makarov" markalı tapança, 7 ədəd patron və 11,288 qr heroin, X.Umudovdan 1 ədəd nömrəsi silinmiş "TT" markalı tapança və 5,200 qr heroin, E.Əliyevdən 1 ədəd nömrəsi silinmiş "Naqan" markalı tapança, N.Məmmədovdan 3 qr heroin, Ə.Əsgərovdan 2,150 qr heroin, N.Atakişiyevdən 3,074 qr heroin, N.Abdullayevdən 30,60 qr həşiş götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, yanvarın 19-da Xətai rayonu ərazisindəki "Fərat" çay evində cinayətə meylli bir qrup şəxsin toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə DİN-ə əməliyyat məlumatı daxil olub. Məlumat yoxlanılaraq təsdiqini tapıb.

Milli.Az

Uyğun link:

Bakıda xüsusi əməliyyat: 11 avtoritet tutuldu

Posted:
Dövlət Xəzər Dəniz Gəmiçiliyi sifarişləri Azərbaycanda verəcəkAzərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) yeni Gəmiqayırma Zavoduna öz ehtiyaclarını təmin etmək üçün gəmilərin tikintisi üzrə sifarişlər vermək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar günü jurnalistlərə Gəmiçiliyin rəhbəri Aydın Bəşirov bildirib.

Bəşirov qeyd edib ki, ADXDG hələ sifariş verməyib, çünki zavod artıq 5 il üçün sifarişlərlə təmin olunub.

"İndiyədək Gəmiçilik üçün gəmilərin tikintisi üzrə bütün sifarişlər digər ölkələrin gəmiqayırma tərsanələrinə verilirdi", - o deyib.

Milli.Az
Posted:
  Bakıda bir qrup avtoritetin saxlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 19-da Xətai rayonu ərazisindəki «Fərat» çay evində cinayətə meylli bir qrup şəxsin toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə DİN-ə əməliyyat məlumatı daxil olub.   Məlumat yoxlanılaraq təsdiqini tapıb. Bununla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Etibar Abbasov, əvvəllər məhkum olunmuş Natiq Atakişiyev, Natiq Məmmədov, Rusiya Federasiyası vətəndaşları Xalid Umudov, əvvəllər məhkum olunmuş Əsgər Əsgərov, Tovuz rayon sakini Nemət Abdullayev, Bakı şəhər sakinləri Elman Əliyev, əvvəllər məhkum olunmuş Natiq Eyvazov, Emin Eyvazov,  Zaur Məmmədov və Şəki şəhər sakini Ramil Ağasiyev saxlanılıblar.   Üzərlərinə baxış zamanı E. Abbasovdan 1 ədəd «Makarov» markalı tapança, 7 ədəd patron və 11,288 qr heroin, X. Umudovdan 1 ədəd nömrəsi silinmiş «TT» markalı tapança və 5,200 qr heroin, E. Əliyevdən 1 ədəd nömrəsi silinmiş «Naqan» markalı tapança, N.Məmmədovdan 3 qr heroin, Ə.Əsgərovdan 2,150 qr heroin, N.Atakişiyevdən 3,074 qr heroin, N.Abdullayevdən 30,60 qr həşiş götürülüb.   Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb, araşdırmalar aparılır.
Posted:
              Yeni metro qatarları yanvarın 21-dən istifadəyə veriləcək                        Yeni metro qatarları yanvarın 21-dən istifadəyə veriləcək          .-
Bakı Metropoliteni yeni alınmış qatarları yanvarın 21-dən metro xəttinə buraxacaq. Bu barədə məlumatı Bakı Metropoliteninin rəisi Tağı Əhmədov jurnalistlərə açıqlamasında verib.  APA-nın məlumatına görə, metropoliten rəisi deyib ki, yeni qatarların alınıb-alınmaması barədə indidən nəsə demək hələ tezdir. Əgər yeni stansiya istifadəyə veriləcəksə, yeni qatarlar da alına bilər.   T.Əhmədov onu da bildirib ki, bu il ərzində yeni stansiyanın açılması gözlənilmir. Buna baxmayaraq, ilin sonuna və yaxud gələn ilin may ayına yeni stansiya istifadəyə verilə bilər.   Yeni xətlərin tikintisi gedən ərazilərdə sakinlərə kompensasiyaların ödənilməsi ilə bağlı müəyyən problemlər mövcuddur: «Sakinlər heç zaman verilən kompensasiya ilə razılaşmaq istəmirlər. Yerindən asılı olaraq sakinlərə 1320 manatdan başlayaraq kompensasiya verilir. Amma o evlərə baxsanız, həmin adamların nədən razılaşmadıqlarına təəccüb edə bilərsiniz. Buna baxmayaraq, adamlar yenə də çıxmaq istəmirlər və işlər məhkəmədədir. Ona görə də dövlətin bu tədbiri gecikir. Hazırda 560 məhkəmə çəkişməsi olan ev var».

Tağı Əhmədov “28 May” stansiyasında yanvarın 21-dən başlayacaq təmirlər bağlı isə deyib ki, təmir işləri sentyabrın 15-dək yekunlaşacaq. «Elmlər Akademiyası» stansiyasının ikinci çıxışı isə 2-2,5 il ərzində hazır olacaq.  
Posted:
.-

1990-ci ilin yanvar hadisələri zamanı Münxendə, AzadlıqRadiosunun binasından tarixi yayım necə həyata keçirilirdi? Danışır Mirzə Xəzər:




- 20 Yanvar hadisələrinin səhnəarxası şəxsiyyətləri kim olub?
- «Xalqın balasını qırğına verdilər» deyənlər haqda Mirzə Xəzər nə düşünür?


Posted:
Bu gün ABŞ prezidenti and içəcəkAPA-nın məlumatına görə, prezidentin Vaşinqtonun mərkəzində paradla və digər bayram tədbirləri ilə müşayiət ediləcək təntənəli andiçmə mərasimi isə sabah baş tutacaq.

ABŞ Konstitusiyasına edilən 20-ci dəyişikliyə görə, Barak Hüseyn Obamanın prezidentlik səlahiyyətləri 20 yanvar tarixində başa çatır və bundan sonra onun ikinci prezidentliyi başlamalıdır. Adətən həmin gün inauqurasiya mərasimi baş tutur. Lakin bu il 20 yanvar tarixinin bazar gününə düşməsi səbəbi ilə təntənəli mərasim sabaha keçirilib. Burada maraqlı məqam ondan ibarətdir ki, 21 yanvar ABŞ-da irqi ayrıseçkiliyə qarşı mübarizənin liderlərindən olan Martin Lüter Kinqin anım günü kimi qeyd olunur.

Obamanın mətbuat katibi Ceyn Karni bildirib ki, bugünkü mərasim Ağ Evin Mavi zalında baş tutacaq. Obamanı andiçməyə ABŞ Ali Məhkəməsinin sədri Con Roberts gətirəcək. Mərasimdə isə yalnız ailə üzvləri, Obamanın köməkçiləri və bir qrup jurnalist iştirak edəcək.
 
Milli.Az
Posted:
Bundan sonra heç bir rayonda subasma və dağıntı olmayacaq"Artıq həmin yerlərdə subasma təhlükəsi gözlənilmir". Trend-in məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Həmin ərazilərdə sahilbərkitmə işləri və dibdərinləşdirmə işlərinin artıq tamamlandığını deyən nazir bildirib ki, Salyan rayonu ərazisində, Kür çayı boyunca təhlükəli yerlər var. Orada beton bəndlər vurulacaq.

"Bundan sonra heç bir rayonda subasma və dağıntı olmayacaq, bu işlər bir neçə il davam etdiriləcək. Bundan sonra əhalinin evlərindən qrunt suları çəkiləcək", - Heydərov bildirib.

Milli.Az
Posted:
İngiltərə çempionatı: Silva Şəhərlilərə ikiqat sevinc yaşatdı, Qırmızı şeytanlar səfərdə oynayacaqlar - FOTOSESSİYAİngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, turun əksər görüşləri ilk oyun günündə baş tutub.
 
"Liverpool" "Norwich"i top atəşinə tutub. "Manchester City" "Fulham" üzərində qələbəyə sevinib. "Newcastle" "Reading"ə uduzub. "Swansea" "Stoke City" ilə dueldən qalib ayrılıb. "West Ham" "Queens Park"la dueldən məğlub ayrılıb. "Wigan" "Sunderland"ə məğlub olub. "West Bromwich" də "Aston Villa" ilə xalları yarı bölüb.
 
İkinci oyun günündə "Manchester United" "Liverpool", "Arsenal" "Manchester City" ilə üz-üzə gələcək.
 
İngiltərə Premyer Liqası
23-cü tur

19 yanvar
 
Liverpool - Norwich – 5:0
Qollar: Henderson, 26, L.Suares, 37, Sturric, 59, Cerard, 66, Bennet, 74-öz qapısına.
 
Manchester City – Fulham – 2:0
Qollar: Silva, 2; 69.
 
Newcastle – Reading – 1:2
Qollar: Kabaye, 36 – Fondre, 71; 78.
 
Swansea - Stoke City – 3:1
Qollar: Deyvis, 49, Quzman, 57; 80 – Ouen, 90.
 
West Ham - Queens Park – 1:1
Qollar: C.Kol, 68, Remi, 14.
 
Wigan – Sunderland – 2:3
Qollar: Vauqan, 5-öz qapısına, Enrikes, 79 – Qardner, 17-pen, Fletçer, 20; 42.
 
West Bromwich - Aston Villa – 2:2
Qollar: Brunt, 49, Odemvinqe, 83 – Benteke, 12, Aqbonlahor, 31.
 
20 yanvar
 
17:30. Chelsea - Arsenal
20:00. Tottenham - Manchester United
 
21 yanvar
 
00:00. Southampton - Everton

Turnir cədvəli:
 
1    Manchester United    22    18    1    3    56    29    +27    55
2    Manchester City        23    15    6    2    45    19    +26    51
3    Chelsea                    22    12    6    4    45    21    +24    42
4    Tottenham                22    12    4    6    39    27    +12    40
5    Everton                    22    9    10    3    35    26    +9    37
6    Arsenal                    21    9    7    5    40    24    +16    34
7    Liverpool                  23    9    7    7    40    28    +12    34
8    West Bromwich         23    10    4    9    33    32    +1    34
9    Swansea                   23    8    9    6    34    27    +7    33
10    Stoke                      23    6    11    6    22    27    –5    29
11    Sunderland              23    7    7    9    27    31    –4    28
12    West Ham               22    7    6    9    25    28    –3    27
13    Norwich                   23    6    8    9    24    39    –15    26
14    Fulham                    23    6    7    10    33    40    –7    25
15    Southampton           22    5    7    10    30    40    –10    22
16    Newcastle               23    5    6    12    28    41    –13    21
17    Aston Villa               23    4    8    11    19    44    –25    20
18    Reading                   23    4    7    12    28    43    –15    19
19    Wigan                      23    5    4    14    25    43    –18    19
20    Queens Park             23    2    9    12    18    37    –19    15
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













































































Foto: Eurosport, Google
Posted:
  Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəliyə dayandırılıb.   APA-nın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.   20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə həmçinin Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
Posted:
TQDK-da coğrafiya fənni üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilib.   Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Gündəlik məsələ, coğrafiya fənni üzrə  ümumi təhsilin fənn standartları  ilə bağlı olub.   Seminar iclasında Bakı və Sumqayıt  şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə  TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran vəQuba regional bölmələrindən internet vasitəsi ilə video-bağlantı əsasında  həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak edib və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.   İclasda istifadədə olan VI-XI sinif dərsliklərinin müzakirəsini həyata keçirmək üçün işçi qrupları yaradılıb. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.   TQDK-da həmçinin vətəndaşların narazılıq etdiyi 5-ci sinifləri üçün riyaziyyat dərsliyi və müəllim üçün metodik vəsaitin müzakirəsi olub. Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.    Müzakirədə Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, dərslik müəllifləri Nayma Qəhrəmanova və Famil Hüseynov, professor Məmməd Bayramoğlu, ADPU-nun dosenti Seyidağa Həmidov, Dərsliklərin Qiymətləndirmə Şurasının ekspertləri iştirak ediblər. 
Posted:
Azərbaycanda hündürmərtəbəli binalara təbii qaz niyə verilmir?"Elə şirkətlər var ki, evləri tikiblər, amma təhvil verməyiblər, buna görə də orada heç bir kommunal infrastruktur yoxdur. Biz problemin həlli üçün Nazirlər Kabinetinə müraciət etmişik". Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

"Bu məsələdə günahkar axtarmaq lazım deyil. Bilirsiniz ki, əvvəllər binaları tikənlər evləri satır, əhali də alırdı. O vaxtlar da orderlər verilirdi. Əhalinin də günahı yoxdur. Bu məsələdən çıxış yolu olaraq belə binalarla bağlı dövlət aktlarının tərtib olunması planlaşdırılır. Təhvil alma məsələsi ilə təkcə Fövqəladə Hallar Nazirliyi məşğul olmur. Qaz, su, kanalizasiya - bunların hamısı bir yerdə dövlət aktları qəbul olunandan sonra binalara veriləcək. Mən əhalinin də narazılığını başa düşürəm. Amma hər şeydə, o cümlədən bu məsələlərdə də qayda-qanun olmalıdır", - Heydərov bildirib.

Qeyd edək ki, Bakıda tikilən yeni hündürmərtəbəli binaların çoxuna təbii qaz verilməyib.

Milli.Az
Posted:
Kəmaləddin Heydərov: Zəlzələ baş verən ərazidə tikinti işləri davam etdirilir"Zəlzələ baş verən ərazidə tikinti işləri davam etdirilir və 37 məktəbdən 22-si mənim iştirakımla açılıb. Bundan başqa, bizim nümayəndələrin və yerli icra orqanı təmsilçilərinin iştirakı ilə də məktəblərin təhvil verilməsi mərasimləri keçirilir", - Trend-in məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Evlərin tikintisinin də davam etdirildiyini bildirən Heydərov Gürcüstanda baş verən zəlzələ nəticəsində Balakən ərazisinə daha çox ziyan dəydiyini bildirib.

"İlk zəlzələ nəticəsində Zaqatala və Qaxa daha çox ziyan dəymişdisə, Gürcüstanda baş verən zəlzələ Balakənə daha çox ziyan vurub. Balakən ərazisində komissiya işini davam etdirir. Yeni tikiləcək təxminən 1500-dək ev qış olduğuna görə may ayına qədər təhvil veriləcək", - nazir əlavə edib.

Heydərov bildirib ki, zəlzələ bölgəsində yeni tikilən məktəb və evlərin açarlarını təhvil verməklə iş bitmir.

"Biz zəlzələdən zərər çəkmiş sakinlərlə görüşürük, yerli icra hakimiyyəti ilə birgə onların qış aylarında hansı problemlərinin olması ilə maraqlanırıq. Onların problemləri ilə məşğul olmaq bizim borcumuzdur", - nazir qeyd edib.

Milli.Az
Posted:
"Gedin stansiya rəisindən soruşun..."   Bakı Metropoliteni İdarəsi bir neçə gün öncə 20 yanvar günündə “20 yanvar” stansiyasında sərnişinlərin saat 12:00 radələrinə qədər metrodan pulsuz istifadə edə biləcəyi ilə bağlı məlumat yaymışdı. Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında sərnişinlər adıçəkilən stansiyadan pulsuz istifadə edə bilməyiblər.   Məsələ ilə bağlı Metropolitenin baş mühəndisi Elbrus Muradovla əlaqə saxladıq. Baş mühəndis isə əvəzində “20 yanvar” stansiyasına getməyimizi və bu sualı həmin stansiyanın rəhbərinə verməyimizi məsləhət gördü...   Anar
Posted:
  Bakı Metropoliteninin «28 May» stansiyasında yanvarın 21-dən başlanacaq təmir işləri sentyabrın 15-dək yekunlaşacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.   T.Əhmədovun sözlərinə görə, «Elmlər Akademiyası» stansiyasının ikinci çıxışı 2-2,5 il ərzində hazır olacaq.   Metropoliten rəisi onu da açıqlayıb ki, yanvarın 1-dən metroda qapıların tutulub saxlanılması ilə bağlı cərimələrin tətbiqinə başlanılıb: «Eyni zamanda, metroda siqaret çəkən, metronu zibilləyən şəxslər 35 manat cərimə olunacaq. Bunların hər biri İnzibati Xətalar Məcəlləsində əksini tapıb».  
Posted:
"Son vaxtlar qazla bağlı qəzaların sayı artmışdı. Lakin iki həftədir ki, bu sahədə azalma meylləri hiss olunur".   Lent.az-ın məlumatına görə, bunu  fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib. Nazir onu da qeyd edib ki, əhali qaz cihazlarından istifadə edərkən ehtiyatlı olmalıdırlar. “Bu avadanlıqların üzərində istifadə təlimatları yazılıb. Buna vətəndaşlar özləri baxmalı, öyrənməlidirlər”.   K. Heydərovun sözlərinə görə, bu məsələ ilə bağlı dövlət qurumlarının dəstəyi ilə telekanallarda maarifləndirmə işləri həyata keçirilir.   Ramiz
Posted:
"Rekonstruksiya işləri ilə əlaqədar təmir işləri başa çatanadək "28 May" stansiyasının əsas girişi yanvarın 21-dən etibarən bağlanacaq".    Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni İdarəsinin rəisi Tağı Əhmədov bildirib. T. Əhmədovun sözlərinə görə, sərnişinlər bu müddət ərzində “28 May” stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və “Cəfər Cabbarlı” stansiyasının girişindən istifadə edə biləcəklər.  
Posted:
              20 yanvar hadisələrindən 23 il keçir                        20 yanvar hadisələrindən 23 il keçir          .-
Səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.   APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev də Şəhidlər xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, İlham Əliyev “Əbədi məşəl” kompleksi önünə əklil qoyub.   Azərbaycan hökumətinin üzvləri, parlamentin deputatları, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.   Ziyarət axşam saatlarına kimi davam edəcək. Ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.
Posted:
28 May stansiyasının əsas girişinin açılacağı vaxt bəlli olduTrend-in məlumatına görə, bu barədə bazar günü jurnalistlərə metropolitenin rəisi Tağı Əhmədov bildirib.

O, həmçinin qeyd edib ki, 2-2,5 il ərzində "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı istismara veriləcək.

Əhmədovun sözlərinə görə, ilin sonuna metronun yeni stansiyasının açılışı gözlənilir, lakin metropoliten rəisi stansiyanın necə adlandırılacağını deməyib.

Milli.Az
Posted:
Ziyafət Əsgərov: Azərbaycan birmənalı olaraq Xocalı aeroportu ilə bağlı mövqeyindən geri çəkilməyəcək"Azərbaycan birmənalı olaraq Xocalı aeroportu ilə bağlı mövqeyindən geri çəkilməyəcək". Trend-in məlumatına görə, bunu bazar günü Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

"Biz dəfələrlə bəyanat vermişik ki, İCAO təşkilatının Çikaqo sazişinə əsasən, həmçinin Azərbaycanın mülki aviasiya haqqında qanununun tələblərinin icrası ilə əlaqədar Azərbaycan ərazisindən qanunsuz uçuşların qarşısı alınır", - Əsgərov deyib.

Əsgərov bildirib ki, Azərbaycanın icazəsi olmadan ölkənin hava məkanından uçan istənilən xarici dövlətin təyyarəsi hava hücumundan müdafiə qoşunları tərəfindən vurulacaq.

"Bu birmənalı qərardır və biz bunu dəfələrlə elan etmişik", - Əsgərov deyib.

Əsgərov qeyd edib ki, burada söhbət tanınmamış əraziyə həyata keçiriləcək uçuşlardan gedir.

"Yəni bu gün Ermənistanın mülki təyyarələri Azərbaycanın hava məkanında keçərək uçuşlar həyata keçirirlər. Eyni zamanda həmin uçuşları Azərbaycanın mülki aviasiyası da həyata keçirir. Bu beynəlxalq qanunlar və konvensiyalarla tənzimlənən prosedurdur. Yenə də deyirəm ki, burada söhbət tanınmamış əraziyə həyata keçiriləcək uçuşlardan gedir. Bunları bir-birindən ayırmaq lazımdır. Oraya uçuşlar yalnız bir halda baş verə bilər. Buna da Azərbaycan icazə verməlidir. Azərbaycan isə buna işğal altında olan ərazilər azad olunduqdan sonra baxa bilər", - vitse-spiker qeyd edib.

Milli.Az
Posted:
Bakı metrosunda yeni qatarlar xəttə buraxılacaqAPA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.

T.Əhmədovun sözlərinə görə, yeni qatarların alınıb-alınmaması barədə indidən nəsə demək hələ tezdir. Metropoliten rəisi əlavə edib ki, əgər yeni stansiya istifadəyə veriləcəksə, yeni qatarlar da alına bilər.

T.Əhmədov onu da bildirib ki, bu il ərzində yeni stansiyanın açılması gözlənilmir. Buna baxmayaraq, ilin sonuna və yaxud gələn ilin may ayına yeni stansiya istifadəyə verilə bilər.

Yeni xətlərin tikintisi gedən ərazilərdə sakinlərə kompensasiyaların ödənilməsi ilə bağlı müəyyən problemlər mövcuddur: «Sakinlər heç zaman verilən kompensasiya ilə razılaşmaq istəmirlər. Yerindən asılı olaraq sakinlərə 1320 manatdan başlayaraq kompensasiya verilir. Amma o evlərə baxsanız, həmin adamların nədən razılaşmadıqlarına təəccüb edə bilərsiniz. Buna baxmayaraq, adamlar yenə də çıxmaq istəmirlər və işlər məhkəmədədir. Ona görə də dövlətin bu tədbiri gecikir. Hazırda 560 məhkəmə çəkişməsi olan ev var».

Milli.Az
Posted:
"Bakı və digər şəhərlərdə çoxmərtəbəli binalara qaz verilməsi ilə bağlı planlaşdırılmış işlər həyata keçiriləcək".   Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib. Nazir onu da bildirib ki, bu binalar bir zaman istifadəyə verilib.   “Ancaq dövlət aktı olmadan istismara götürülüb. Dövlət qurumları - FHN, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və digər müvafiq qurumlar birgə planlaşdırılmış şəkildə çalışırlar ki, bu binaların istismara verilməsi ilə bağlı dövlət aktı qəbul olunsun” - deyə, nazir əlavə edib.    
Posted:
  “Zəlzələ baş verən ərazidə tikinti işləri davam etdirilir.   37 məktəbdən 22-si mənim iştirakımla açılıb. Bundan başqa, bizim nümayəndələrin və yerli icra orqanı təmsilçilərinin iştirakı ilə də məktəblərin təhvil verilməsi mərasimləri keçirilir”.   APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.   Evlərin tikintisinin də davam etdirildiyini bildirən nazir Gürcüstanda baş verən zəlzələ nəticəsində Balakən ərazisinə daha çox ziyan dəydiyini qeyd edib: “İlk zəlzələ nəticəsində Zaqatala və Qaxa daha çox ziyan dəymişdisə, Gürcüstanda baş verən zəlzələ Balakənə daha çox ziyan vurub. Balakən ərazisində komissiya işini davam etdirir. Yeni tikiləcək təxminən qədər 1500-ə qədər ev qış olduğuna görə may ayına qədər təhvil veriləcək”.   K. Heydərov onu da bildirib ki, zəlzələ bölgəsində yeni tikilən məktəb və evlərin açarlarını təhvil verməklə iş bitmir: “Biz zəlzələdən zərər çəkmiş sakinlərlə görüşürük, yerli icra hakimiyyəti ilə birgə onların qış aylarında hansı problemlərinin olması ilə maraqlanırıq. Onların problemləri ilə məşğul olmaq bizim borcumuzdu”.   
Posted:
“Kür çayında bir daha daşqın fəlakəti yaşanmayacaq”. Bunu Lent.az-ın sulanı cavablandırarkən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib. Nazir bildirib ki, kür çayın deltasında Salyan və Neftçala istiqamətlərində dibdərinləşdirmə və sahilbərkitmə işləri aparılıb: “Bu işlərin nəticəsində Kür çayına 2 dəfə çox su gəlsə belə, sel fəlakəti yaşanmayacaq. Mən bunu birmənalı olaraq deyirəm”.   K. Heydərov onu da qeyd edib ki, sahilbərkitmə işləri davam etdirilir: “Xüsusən də Salyanda bu istiqamətdə işlər aparılır. Torpaq bəndlər betonla əvəzlənir. Bu işlərin görülməsi hələ davam edəcək. İşlər yekunlaşandan sonra qrunt suları problemi də həll olunacaq”.        
Posted:
  “Biz dəfələrlə bəyanat vermişik ki, İCAO təşkilatının Çikaqo sazişinə əsasən, həmçinin Azərbaycanın mülki aviasiya haqqında qanununun tələblərinin icrası ilə əlaqədar Azərbaycan ərazisindən qanunsuz uçuşların qarşısı alınır”. APA-nın xəbərinə görə, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.     Z. Əsgərovc bildirib ki, Azərbaycanın icazəsi olmadan ölkənin hava məkanından uçan  istənilən xarici dövlətin təyyarəsi hava hücumundan müdafiə  qoşunları tərəfindən vurulacaq: “Bu birmənalı qərardır və biz bunu dəfələrlə elan etmişik”.   Z. Əsgərov qeyd edib ki, burada söhbət tanınmamış əraziyə həyata keçiriləcək uçuşlardan gedir: “Yəni bu gün Ermənistanın mülki təyyarələri Azərbaycanın hava məkanında keçərək uçuşlar həyata keçirirlər. Eyni zamanda həmin uçuşları Azərbaycanın mülki aviasiyası da həyata keçirir. Bu beynəlxalq qanunlar və konvensiyalarla tənzimlənən prosedurdur. Yenə də deyirəm ki, burada söhbət tanınmamış əraziyə həyata keçiriləcək uçuşlardan gedir. Bunları bir-birindən ayırmaq lazımdır. Ora uçuşlar yalnız bir halda baş verə bilər. Buna da Azərbaycan icazə verməlidir. Azərbaycan isə buna işğal altında olan ərazilər azad olunduqdan sonra baxa bilər”.
Posted:
Türkiyə çempionatı: Beşiktaş liderə çata bilmədi - FOTOSESSİYAFutbol üzrə Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Lider "Galatasaray" səfərdə "Kasımpaşa"la üz-üzə gəlib. Hesabı qonaqlar açsalar da, meydan sahibləri əzmkar qələbə qazanmaqla, çempiona ikinci dövrənin ilk matçında əsl şok yaşadıblar.
 
İkinci oyun günündə "Sivasspor" "Gaziantepspor"la qolsuz heç-heçəyə razılaşıb. "Beşiktaş" "İstanbul BB" ilə ev oyununda xal itirib. "Bursaspor" isə "Kayserispor"la dueldən qalib ayrılıb.
 
Bazar günü "Antalyaspor" "Genclerbirligi"ni, "Trabzonspor" "Karabükspor"u, "Fenerbahçe" "Elazığspor"u qəbul edəcək.

Nəhayət, son oyun günündə "Akhisar BS" "Eskişehirspor"la, "Orduspor" "Mersin İdmanyurdu"yla qarşılaşacaq.
 
Türkiyə Super Liqası
18-ci tur

18 yanvar
 
Kasımpaşa – Galatasaray – 2:1
Qollar: İbriçiç, 28, Viudes, 50 – Elmander, 18.
 
19 yanvar
 
Sivasspor - Gaziantepspor - 0:0
 
Beşiktaş - İstanbul BB - 2:2
Qollar: Sivok, 28, O.Şahan, 57 - Holmen, 22, Madureyra, 65.

Bursaspor - Kayserispor - 2:1
Qollar: Pinto, 26, Beluşi, 40 - Bobo, 18.

20 yanvar
 
15:30. Antalyaspor - Genclerbirligi
18:00. Trabzonspor - Karabükspor
21:00. Fenerbahçe - Elazığspor

21 yanvar
 
22:00. Akhisar BS - Eskişehirspor
22:00. Orduspor – Mersin İdmanyurdu

Turnir cədvəli:
 
1    Galatasaray                 18    9    6    3    35    22    +13    33
2    Beşiktaş                      18    8    7    3    40    27    +13    31
3    Antalyaspor                 17    9    3    5    28    22    +6    30
4    Bursaspor                   18    6    9    3    28    21    +7    27
5    Fenerbahce                 17    7    6    4    25    19    +6    27
6    Kasımpaşa                  18    7    5    6    26    21    +5    26
7    Eskişehirspor               17    6    6    5    32    23    +9    24
8    Trabzonspor                17    6    6    5    19    15    +4    24
9    Karabükspor               17    7    3    7    23    26    –3    24
10    Sivasspor                  18    6    5    7    21    24    –3    23
11    İstanbul BB               18    6    4    8    21    22    –1    22
12    Genclerbirligi             17    4    9    4    25    26    –1    21
13    Gaziantepspor           18    5    6    7    16    24    –8    21
14    Orduspor                  17    4    8    5    19    19    0    20
15    Kayserispor               18    5    4    9    23    31    –8    19
16    Elazığspor                 17    3    7    7    11    27    –16    16
17    Mersin İdmanyurdu    17    3    6    8    18    27    –9    15
18    Akhisar BS                17    3    6    8    12    26    –14    15
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











































































Foto: LigTV
Posted:
Bakıda avtomobil təmiri sexində yanğın olubAPA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan avtomobil təmiri sexinin dam örtüyü 5 kv.m sahədə və sexə bitişik yığılmış 20 ədəd istifadəyə yararsız avtomobil şini yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

No comments:

Post a Comment