Thursday, January 17, 2013

Duddud.info - reklamsiz xeber


Duddud.info - reklamsiz xeber


Posted:
BİR UZAQ, YAŞIL ADA...

Bunu dünyanın ən yeni siyasi xəritəsi saymaq olar. Burada dövlət sərhədləri yoxdur.

Bu xəritəni beynəlxalq təşkilat "Fridom haus" yayıb. Təşkilat dünyanı belə görür - cəmisi üç rəngdə.

Bu dünyanın rəngləri yaşıl, sarı və bənövşəyidir.

Yaşıllıq yerlər demokratik məkanlardır. Yaşıl yerlərdə həyat, azadlıq, haqq-ədalət var.



Sarı yerlər demokratiyaya can atan, bu gün-sabah tam yaşıllaşası məkanlardır. Oralar yaşıla doğru xeyli məsafə qət ediblər.

Bənövşəyi yerlər isə zülmət, zülm, haqsızlıq, istibdad, istismar yuvalarıdır.

Göründüyü kimi, üç rəngli dünyanın böyük hissəsi bənövşəyidir, az bir hissəsi sarıdır, beşdə ikiisindən bir az çox hissəsi isə yaşıldır.

Bu şəkildə "bənövşəyi okean"ın ortasında bir "yaşıl ada" var. Ora Monqolustandır. Bu ölkənin dörd bir yanı - cənubdan Çin, şimaldan Rusiya - qeyri-demokratik məkandır, istibdad yuvasıdır.

Monqolustan isə öz regionunun barmaqla sayılacaq üç demokratik ölkəsindən biridir.

Asiya və Afrika ölkələrinin də tam əksəriyyəti bənövşəyidir. Biz də o sıradayıq. Bizim ölkə heç olmasa "saralanlar"ın cərgəsində deyil.

Kəsəsi, biz Monqolustan qədər də deyilik.

  N.Asifli
Posted:
BAŞ REDAKTORU ADAM OĞURLUĞUNDA İTTİHAM EDİRLƏRAzərbaycan Moskvada çıxan "Azərbaycan diasporu" qəzetinin baş redaktorunu beynəlxalq axtarışa verib. Lent.az-ın məlumatına görə, qəzetin baş redaktoru olan 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Ramazan oğlu Cinayət Məcəlləsinin adam oğurluğu və sağlamlığa zərər vurma maddələri ilə şübhəli bilinir və İnterpol xətti ilə barəsində axtarış elan edilib.

Məlumata görə, R.Hüseynov Saatlı rayonunda anadan olub və xeyli müddət əvvəl Rusiyaya köçüb. Moskvada yaşayan R.Hüseynov Rusiya vətəndaşlığını qəbul edib və Azərbaycan Cəmiyyətinin sədri, qardaşı Oqtay Hüseynovun yanında fəaliyyətə başlayıb. Burada o, cəmiyyətin "Azərbaycan diasporu" qəzetini təsis edib və qəzetin baş redaktoru olub.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, R.Hüseynov və qardaşı Oqtay Hüseynovun adı bəzi cinayətlərdə hallanır. Onların "Azad Respublikaçılar" partiyasının sədri Kamil Seyidovla birgə Moskvada fəaliyyət göstərən iş adamı Vahid Əzizovu oğurlatdırmaları və bunun qarşılığında onun ailəsindən 115 min manat pul tələb etdiyi bildirilir. Həmin fakta görə, Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.1 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş başlanılıb və iş adamını oğurlayan dörd nəfər: Roman Bağırov, Elvin Əzizov, Bəhruz Qafarov və Fazil Ağayev həbs olunublar. Bu şəxslərə 4-5 il müddətinə azadlıqdan məhrumetmə cəzası da kəsilib. Lakin V.Əzizov bu işin arxasında əslində Hüseynov qardaşlarının və K.Seyidovun olduğunu bildirərək yenidən şikayət ərizələri yazıb, həmçinin məhkəmənin ədalətsiz keçirilməsinə dair iddia qaldırıb.

Qeyd edək ki, R.Hüseynovun qardaşı oğlu Teymur Hüseynov Lent.az-a açıqlamasında Vahid Əziziovun fırıldaqçı olduğunu deyib. T.Hüseynov qeyd edib ki, V.Əzizov Kür daşqınlarından sonra dələduzluq yolu ilə xeyli insanın pulunu mənimsəyib: "Vahid Əzizovun mənim əmilərimə xeyli borcu olub. Buna görə də ondan öz pullarını tələb ediblər. Burada hər hansı adam oğurluğu faktından söhbət gedə bilməz".
Posted:
İDMAN ÜRƏYƏ ZİYAN İMİŞABŞ-ın Luiziana Universitetində aparılan araşdırmalar nəticəsində məlum olub ki, idman ürəyi qorumur, hətta bəzi adamların ürəyinə zərər verir. 1687 nəfər arasında aparılan araşdırmaların nəticəsi "Plos" jurnalında yayımlanıb.

Təcrübədə iştirak edən hər 10 nəfərin 1-də idmanla məşğul olduğu üçün qan təzyiqi, şəkər və xolestrol kimi problemlərin olduğu üzə çıxıb. Davamlı şəkildə idmanla məşğul olan adamların bir çoxunda qan təzyiqi və şəkər xəstəliyi daha çox müşahidə edilib.

Ötən il İngiltərədə aparılan araşdırmalardan sonra bəlli olmuşdu ki, həyatı boyunca idmanla məşğul olan adamlarda da bir çox xəstəliklər özünü göstərir. Davamlı uzun məsafəyə qaçan idmançıların yarısı ürək xəstəliklərindən əziyyət çəkir. Mütəxəssislər onu da qeyd edir ki, ağırlıqqaldırma ilə məşğul olan idmançıların ürəyində ciddi problemlər yaranır.



Posted:
7 İL PİYADA GƏZƏCƏKİngiltərənin məşhur jurnalistlərindən biri olan Paul Salopek 7 il davam edəcək macəraya atılır. O, ilk insanların yarandığı iddia edilən Efiopiyadan başlayaraq dünyanı gəzəcək. 50 yaşlı jurnalist Misirdən Ərəbistan yarımadasına, oradan İran, Pakistan və Hindistana gedəcək. Daha sonra isə Berinq boğazından keçərək Şimali Amerikaya keçəcək və Cənubi Amerikanı gəzəcək.

7 il ərzində 33 min 800 kilometr yol yeriyəcək jurnalistin məqsədi isə olduqca maralıdır. O, "Cənnətdən bayıra" adlı sənədli film çəkmək üçün dünyanı gəzəcək (hurriyet.com).


Posted:
BAŞ NAZİR UŞAĞA MÜSAHİBƏ VERDİTürkiyədə 2-ci sinif şagirdi olan uşaq baş nazir Rəcəb Tayyib Ərdoğandan müsahibə alıb. Haberler.com saytının xəbərinə görə, Turan Fevzioğlu adlı qız atası ilə partiyanın iclasına getdiyi zaman Ərdoğandan ona müsahibə verməsini xahiş edib. Baş nazir də 8 yaşlı qızın xahişini qəbul edib və ona müsahibə verib.

Ərdoğan Turanla müsahibəyə başladığı zaman ona "Mənim sən boyda nəvələrim var. Sən mənim adımı bilirsənmi" deyə soruşub. Uşaq isə Ərdoğana tərəf əyilərək onun sualına cavab verib. Müsahibənin şəkillərindən görünür ki, balaca qız Ərdoğana sual verir, baş nazir onun sualını cavablandırana qədər isə o da öz kuklası ilə oynayır.
8 yaşlı qız baş nazirə "hər zaman gənc qalmağı necə bacarırsınız" deyə sual verib. Ərdoğan isə "mənim pis adətlərim olmadığı üçün həmişə cavanam" deyə cavab verib. Turanın Ərdoğana verdiyi suallarda biri də belə olub: "Baş nazir olmaq necə duyğudur?"
Ərdoğan isə onun suallarına belə cavab verib: "Mənim məsuliyyətim çox böyükdür. Vəzifəm də bir o qədər önəmlidir. Bu vəziyyət mənə imkan verir ki, xalqıma qulluq edim".

Posted:
Yatıb qaldıqlarına görə ölümdən xilas oldularMilli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2 nəfər kran operatoru həmin gün yatıb qalaraq işə gecikmişdilər. Bu barədə Daily Mail yazır.

31 yaşlı Riçard Moul və onun iş yoldaşı 31 yaşlı Nikki Byajoni adətən səhər saat 7-də işə başlayırdırlar. Həmin gün isə qəza saat 08:00-da baş verib.

"Mənim üç illik iş fəaliyyətimdə birinci dəfə idi ki, işə gecikirdim. Sadəcə, yatıb qalmışdım. İstəyirsiniz bunu ilahi hadisə adlandırın. İşə saat 07:45-də çatdım. Zirzəmidə işə hazırlaşarkən bu hadisə baş verdi", - Moul deyib.

Milli.Az
Posted:
Əsrin ən seksual qadınları seçildi - FOTOSESSİYAMilli.Az bildirir ki, "The 100 Hottest Women of the 21st Century" reytinqinə amerikalı müğənni Beyons Nouls başçılıq edir.

Jurnal Beyonsa "Miss Millenium" titulunu da verib.
Siyahıda rus teleaparıcı və model Anna Çapmanın da adı var.

Reytinqdəki digər xanımlar arasında Cennifer Eniston, Mila Kunis, Marisa Tomey, Cessika Alba, Cennifer Lopes, Jizel Bundhen, Naomi Uots, Aziliya Benks, Keyt Apton, Keti Holms, Britni Spirs və başqaları da var.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





























































































Fotolar: GQ
Posted:
Elton Conun ikinci oğlu olduMilli.Az Hello!-ya istinadən bildirir ki, Elton Con və Devid Fernişin ikinci oğullarını yanvarın 11-də Los-Ancelesdə surroqat ana doğub.

Dünyaya gəlmiş oğlana Elayca Cozef Deniel Ferniş-Con adı verilib.
Elton Conun ilk oğlu Zakari 2010-cu ilin dekabrın 25-də doğulmuşdu. Uşağı dünyaya gətirən surroqat ananın adı hələ də açıqlanmır.

Milli.Az
Posted:
Səudiyyə Ərəbistanı Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdırAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəhd bin Əli əd-Dosərini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov Fəhd bin Əli əd-Dosərinin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib və səfirin iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

Görüşdə, həmçinin ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib.

Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Əd-Dosəri də, öz növbəsində, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib və rəsmi ər-Riyadın Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Milli.Az
Posted:
Tələbəni zorlayan rektor məhkəmə qarşısındaMilli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, rektor tələbələrdən birini öz iş otağında zorlamaqda ittiham olunur.

Ötən il mayın 17-də tələbə qız imtahan vermək üçün rektorun kabinetinə gəlib. Onlar birlikdə spirtli içki içməyə başlayıblar. Rektor içkinin içinə xüsusi maddə atıb ki, qız müqavimət göstərə bilməsin. Bundan sonra rektor qızı zorlayıb.

İndi rektoru 6 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az
Posted:
Qəbələdə yeni meşə zolağı salınırMilli.Az EL TV-yə istinadən xəbər verir ki, rayonda yeni meşəliklərin salınması mövsümü bu günlərdə başa çatıb.

Plana uyğun olaraq rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 72 hektar sahədə mədəni meşə salınıb. Həmin ərazilərə ümumilikdə 75 min ağac tingi əkilib. Əkin zamanı qoz, şabalıd, akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, fıstıq və digər qiymətli ağac növlərinə üstünlük verilib.
Bundan əlavə daha 30 hektar ərazidə meşəliyin salınması üçün hazırlıq işləri görülür. Bunun üçün rayon meşələrin mühafizəsi və bərpası müəssisənin kollektivi 2 hektar sahədə yeni tinglik salıb ki, hazırda orada 500 min ədəd ting yetişdirilir.

Rayon meşəçiləri tərəfindən 5837 kiloqram meşə ağaclarının əkini üçün toxum toplanıb ki, bunun 3550 klioqramını palıd, 561 kiloqramını qoz, 1557 kiloqramını şabalıd, 102 kiloqramını göyrüş, 42 kiloqramını ağcaqayın toxumu təşkil edir. Yaz aylarında ağac əkini və toxum səpini mövsümünə başlanacaq. Cari ilin payızında isə 40 hektar sahədə meşəliyin salınması nəzərdə tutulur. Xatırladaq ki, rayonun meşəçiləri 2012-ci ildə 33 min 976 hektar sahədə mövcud dövlət meşə fondunun mühafizəsini və bərpasını uğurla həyata keçiriblər. Yanğından mühafizə məqsədilə müəyyən işlər görülüb, təbii bərpaya kömək tədbirləri həyata keçirilib.

Milli.Az
Posted:
Dünyanın ən bədbəxt gəmisi söküldü - FOTO1974-cü ildə son dəfə reysə çıxandan sonra gəmi atılmışdı və o vaxtdan bəri sahildən xeyli uzaqda çürüməkdə, məhv olmaqda idi.
3 min tonluq gəmi Çinin cənub-şərqindəki Fuszyan vilayətinin paytaxtı Fuçjou şəhərindədir.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, çaydan 40 il kənar qalmış gəmi əvvəlcə evsiz-eşiksizlər və sərgədanların məskəni idi. Sonra polis həmin adamları qovdu və gəmi turistləri cəlb etmək üçün "şirnikdirici məkan"lardan birinə çevrildi.

"Qu Tyan" gəmisi ötən il sökülməyə başlamışdı və bu gün onun sökülməsi artıq tam başa çatmalıdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













Fotolar: Rex Feat
Posted:
Azərbaycanlı müğənninin pulu çatmırMilli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, müğənni "Lider" telekanalının "Pərdə" proqramında etiraf edib ki, həmişə Türkiyə şou-biznesində məşhurlaşmağı arzulayıb.

"Orada tanınmaq çox çətindir, çoxlu pul lazımdır. Bunun üçün mənə sponsor lazımdır. Röya ora düşə bildi və tədricən Türkiyə şou-biznesində öz yerini tutacaq. Mən sevinirəm ki, o, mən arzu elədiyim şeyə çata bilib. Bu günlərdə Türkiyəyə gedəcəm, orada Röyaya da baş çəkəcəm".

Milli.Az
Posted:
Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi yeniliyə imza atıblarMilli.Az xəbər verir ki, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi Azərbaycan muğam sənətində yenilik etməklə tamaşaçıları sevindirəcək.

Gəncə yetirməsi olan xanəndə Şahin Mirzəyevin təqdim etdiyi bu layihə ilə musiqi  kollektivi 7 muğamı bir mahnıda birləşdirib. Bir saat yarım olacaq muğamda yeni təsniflər də yer alır. Mahnı üzərində gərgin məşqlər gedir.

Əməkdar artist Fikrət Verdiyev: "Rastdan başlayır, sonra Şur muğamına keçir, Şurdan Çahargaha keçir, ardından Humayına, Segaha, Şüştərə, Baytı-Şiraza keçir, sonra gəlib yenə Rastla tamamlayırıq".

Müəllif isə bu layihənin maraqlı bir tarixçəsinin olduğunu bildirir.

Xanəndə Şahin Mirzəyev: "Muğamın yaranmağı belə oldu ki, mən qədim xalq musiqilərinə çox qulaq asıram. Onların içində böyük xanəndə var - Şəkili Ələsgər. Onun mahnısını öyrəndim, oxudum, çox bəyənildi. Orada Şur muğamına başqa muğamdan çox gözəl bir keçid var. Ondan sonra məndə belə bir fikir yarandı - muğamdan muğama belə keçidlər edim".

İlin sonuna kimi bu muğamın təhvil verilməsi nəzərdə tutulur. Sonra isə diski də çıxarılacaq. Ardından isə film də çəkiləcək.

Milli.Az
Posted:
Dövlət Statistika Komitəsi 2012-ci ildə sənayenin işi haqqında məlumat yayıb.   Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, keçən il ölkənin sənaye sahələrində 33,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.   Qeyri-neft sektorunda 7,8 faiz artım, neft sektorunda 4,2 faiz azalma müşahidə olunub. İstehsalın 75,4 faizi mədənçıxarma, 18,9 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. İl ərzində neft hasilatı 43,0 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,2 milyard kub-metr təşkil edib. Qaz hasilatı 5,4 faiz artıb, neft hasilatı isə 5,3 faiz azalıb.   Hesabat dövründə qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel və elektrik enerjisinin istehsalında daha çox artım əldə edilib.
Posted:
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell böyük məmnuniyyətlə şirkətin, məşhur Hollivud rejissoru Pol U.S. Anderson tərəfindən çəkilən yeni reklam çarxını təqdim edir. Yeni reklamın qəhrəmanları Mançester Yunayted komandasının futbolçuları Kleverli, Anderson, Pauell və dünya şöhrətli futbolçu Robin Van Persi Bakcell-in Sür@ xidmətini nümayiş etdirirlər.    Yeni reklam çarxı yanvar ayının 17-də, Bakıda keçirilən və Pol V.S. Andersonun şəxsən iştirak etdiyi mətbuat konfransı zamanı jurnalistlərə təqdim edilib.   Yeni reklam çarxı barədə danışan Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer bildirib: “Biz çox məmnunuq ki, bu yeni reklam çarxı vasitəsilə ən uğurlu məhsulumuz olan Sür@ və keçən ilin ən uğurlu layihəsi olan Mançester Yunayted tərəfdaşlığını birləşdirə bilmişik. Sür@ bazarda ən tələb olunan məhsullarımızdan birinə çevrilib və inanırıq ki modemlərin yeni versiyası da müştərilərin xoşuna gələcək. Bu gün biz Azərbaycanda ilk dəfə olaraq məşhur Hollivud rejissoru tərəfindən çəkilmiş yeni reklam çarxımızı təqdim edirik. Pol V.S. Andersonu Bakıda görüb, onun Bakcell komandası və Mançester Yunayted-in futbolçuları ilə birgə iş haqqında təəssüratlarını öyrənmək bizim üçün böyük şərəfdir”.   “Bakcell və Mançester Yunayted-lə işləməkdən çox məmnunam. Mən çox nadir hallarda reklam çarxı çəkə bilərəm. Mən reklam çarxına bir mini-film kimi yanaşıram, reklamın ideyası mənim üçün çox vacibdir”, - deyə Paul Anderson bildirib.     Sür@ xidməti vasitəsilə Bakcell öz müştərilərinə Azərbaycanda ən sürətli mobil internetdən ən sərfəli qiymətlərlə yararlanmaq fürsətini verir.   Bakcell şirkəti və dünyanın ən məşhur futbol klubu Mançester Yunayted arasındakı tərəfdaşlıq 2012-ci ilin oktyabr ayında elan edilib. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq, ölkənin futbol həvəskarları və xüsusilə də Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv kontent təqdim edir. Bakcell məşhur futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir.   Reklam çarxını bu linkdən izləyin: http://www.youtube.com/watch?v=P8xGI57u4YA   *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.    
Posted:
Azərbaycan Moskvada çıxan “Azərbaycan diasporu” qəzetinin baş redaktorunu beynəlxalq axtarışa verib. Lent.az-ın məlumatına görə, qəzetin baş redaktoru olan 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Ramazan oğlu Cinayət Məcəlləsinin adam oğurluğu və sağlamlığa zərər vurma maddələri ilə şübhəli bilinir və İnterpol xətti ilə barəsində axtarış elan edilib. Məlumata görə, R.Hüseynov Saatlı rayonunda anadan olub və xeyli müddət əvvəl Rusiyaya köçüb. Moskvada yaşayan R.Hüseynov Rusiya vətəndaşlığını qəbul edib və Azərbaycan Cəmiyyətinin sədri, qardaşı Oqtay Hüseynovun yanında fəaliyyətə başlayıb. Burada o, cəmiyyətin “Azərbaycan diasporu” qəzetini təsis edib və qəzetin baş redaktoru olub. Lent.az-ın əldə etdiyi digər məlumata görə, R.Hüseynov və qardaşı Oqtay Hüseynovun adı bəzi cinayətlərdə hallanır. Onların “Azad Respublikaçılar” partiyasının sədri Kamil Seyidovla birgə Moskvada fəaliyyət göstərən iş adamı Vahid Əzizovu oğurlatdırmaları və bunun qarşılığında onun ailəsindən 115 min manat pul tələb etdiyi bildirilir. Həmin fakta görə, Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.1 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş başlanılıb və iş adamını oğurlayan dörd nəfər: Roman Bağırov, Elvin Əzizov, Bəhruz Qafarov və Fazil Ağayev həbs olunublar. Bu şəxslərə 4-5 il müddətinə azadlıqdan məhrumetmə cəzası da kəsilib. Lakin V.Əzizov bu işin arxasında əslində Hüseynov qardaşlarının və K.Seyidovun olduğunu bildirərək yenidən şikayət ərizələri yazıb, həmçinin məhkəmənin ədalətsiz keçirilməsinə dair iddia qaldırıb. Qeyd edək ki, R.Hüseynovun qardaşı oğlu Teymur Hüseynov Lent.az-a açıqlamasında Vahid Əziziovun fırıldaqçı olduğunu deyib. T.Hüseynov qeyd edib ki, V.Əzizov Kür daşqınlarından sonra dələduzluq yolu ilə xeyli insanın pulunu mənimsəyib: “Vahid Əzizovun mənim əmilərimə xeyli borcu olub. Buna görə də ondan öz pullarını tələb ediblər. Burada hər hansı adam oğurluğu faktından söhbət gedə bilməz”.
Posted:
Unibank manatla yerləşdirilən əmanətlərin yüksək faiz dərəcəsi ilə qəbulunu davam etdirir. Bankda 36 ay müddətinə, yüksək faizlə depozit yerləşdirmək çox asan oldu. Yeni faiz dərəcələrinə görə, 12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda illik 12%, faizlərin rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq illik 12,1 və 12,2 faiz hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə illik 12,5%  hesablanır.   18 aylıq əmanətlər üzrə faizlərin ayda bir dəfə, rübdə və yarım ildə bir dəfə alınmasına görə, uyğun olaraq illik 12,5%, 12,6% və 12,7 % hesablanır. Bu müddətlik əmanətlərin faizlərinin depozit müddətinin sonunda alınması isə, müştəriyə 13%-lik gəlir qazandırır.   24 ay müddətinə qoyulan depozitlərə illik 12,8% artım hesablanır. Faizlərin yarım ildə bir dəfə götürüləcəyi halda hesablanan faizlər 13%, ildə bir dəfə götürüləcəyi vəziyyətdə isə 13,2%-dir. 2 illik müddətli əmanətlərin faizi depozit müddətinin sonunda götürülərsə, bu zaman əmanətçinin vəsaitinə illik 13,5% hesablanır.   Unibank, yeni məhsulu olan 36 aylıq əmanətlər üzrə yüksək faizlər təklif edir. Faizlər ildə bir dəfə alınarsa,  depozit üçün illik 13,8 faiz hesablanır. Faizlərin depozit müddətinin sonuna - 36 aydan sonra götürüləcəyi halda isə, depozitə görə hesablanan faizlər maksimal həddə - illik 15,7%-lə ödənilir.   Qeyd edək ki, müddətli əmanətlərdə minimal məbləğ 500 AZN (USD, EUR)-dir. 36 aylıq cəlb edilən əmanətlər, yalnız manatla qəbul edilir. Unibankdan əmanətçilərə plastik kart hədiyyəsi də var.   Yeni əmanət faizləri haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından ((http://www.unibank.az/az/private-clients/deposits/urgent) və yaxud  Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.   Unibank – hər kəsin bankı!    
Posted:
FİFA Ermənistan milli komandasının martın 22-də Türkmənistan yığması ilə keçirməli olduğu yoldaşlıq görüşünü ləğv edib. Lent.az-ın məlumatına görə, qurumun rəsmi saytının təqvimində həmin gün Türkmənistanın səfərdə Kamboca ilə üz-üzə gələcəyi göstərilib.   Bu görüş Asiyada səviyyəcə ikinci böyük turnir sayılan “Challenge Cup-2014” çərçivəsində baş tutacaq.   Qeyd edək ki, Ermənistan – Türkmənistan matçı İrəvanda keçirilməli idi.
Posted:
              «Facebook»un gənclər tərəfindən ən sevilən səhifələri                        «Facebook»un gənclər tərəfindən ən sevilən səhifələri          .-
http://gdb.rferl.org/247B624F-42EA-46F2-9AE8-53B5A97CBFD2_w268.jpg
Posted:
              Siyasi dialoq üçün nə lazımdır?                        Siyasi dialoq üçün nə lazımdır?          .-

Çox maraqlıdır, sonuncu etiraz aksiyasında iştirak edənlər cərimələnəndən, müxalifətin bir hissəsinin əyalətə səfərinin qarşısı zorakılıqla alınandan sonra hakim partiyanın təmsilçiləri siyasi dialoqa hazır olduqlarını deyirlər.

Bir neçə il siyasəti müşahidə edən adam kimi bəlkə də ən çox iki şey haqqında düşünmüşəm: vahid namizəd məsələsi və bir də hakimiyyətlə müxalifətin dialoqu. Etiraf edirəm ki, hər iki məsələ mənim üçün qaranlıq qalıb, onlarla bağlı konkret bir şey yəqinləşdirə bilməmişəm. Bunun səbəbi tərəflərin hər iki məsələ haqqında çox primitiv təsəvvürlərə malik olmasıdır. Demək istəmirəm ki, onlar nəzəri cəhətdən bu iki məsələnin məna yükünün fərqində deyillər, yox, hər iki halda söhbətin nədən getdiyini çox gözəl dərk edirlər. Sadəcə, sosiologiyada bir yozum var ki, bütün sosioloji subyektlər müəyyən rolların ifaçısıdırlar. Bu mənada bütün siyasətçilər, o cümlədən də Azərbaycan siyasətçiləri istisnalıq təşkil etmirlər. Fərq ondadır ki, onlar buna rol ifa etmək demirlər, bunu siyasət adlandırırlar. Bəlkə də haqlıdırlar. Amma düşünürəm ki, real siyasi dialoq üçün nə lazımdır?

DİALOQUN ŞƏRTLƏRİ

Birincisi, bunun üçün ən əvvəl istək olmalıdır. Siyasətçi başqa biri ilə dialoqa girmək üçün zərurət hiss etməlidir. İkincisi, dialoq üçün predmet lazımdır. Predmetsiz dialoq mümkündürmü? İnsanlar bilməlidir və başa düşməlidir ki, onlar hansı məsələləri müzakirə etməyə, hansı məsələləri razılaşdırmağa toplaşıblar.

Üçüncüsü, dialoq üçün siyasi iradə lazımdır, gərək söz sahibi olasan ki, öz tərəf müqabillərinin etimadını qazana biləsən. Əks təqdirdə sənin cəhdlərin sonuncu ola bilər, insanlar bunu qeyri-ciddi və ya ən pis halda siyasi hiylə, kələk hesab edə bilərlər. İndi ən birincidən başlasaq, hakim partiya tərəfindən hər hansı bir ciddi istək müşahidə olunmur. Elə ölkənin ən acı siyasi reallığı da budur ki, dəyişmək üçün «yuxarı»ların istəyi, «aşağı»ların isə onları buna təhrik etməyə gücü yoxdur. Siyasi mədəniyyət olan yerdə daim dialoq axtarışı olur. Bəzən tərəflərin gücü arasındakı «mütənasiblik əmsalı» də buna mane olmur, sadəcə insanlar başa düşürlər ki, siyasətin əsas vəzifəsi konsensus yaratmaqdır ki, bütün tərəflər razı qalsın. Siyasi mədəniyyətin azlıq təşkil etdiyi ölkələrdə isə daha çox gücə apelyasiya edilir. Müxalifətə iqtidarın nəzarətindən çıxan möhtəşəm bir aksiya keçirmək kifayətdir ki, hakim partiyanın nümayəndələri dialoq üçün müxalif partiyaların qərargahları önündə növbəyə düzülmüş olsun. Bu gün bunların heç biri yoxdur, üstəlik iqtidar təmsilçiləri «şərti gələcək zaman»da danışmağı da sevmirlər, «qəti gələcək zamanı» xoşlayırlar, həm də onlar üçün əsas bu gündür… Bütün bunları nəzərə alanda görürsən ki, bizim siyasi gerçəklik əsl gerçək dialoqdan hələ çox uzaqdır.
Dialoqla bağlı indi deyilənlər isə PR-dan və öz partiyası üçün siyasi imic yaratmaq istəyindən başqa şey deyil - sadəcə, göstərmək istəyirlər ki, biz çox demokratik partiyayıq, hamı ilə danışığa hazırıq…

ÖNCƏ NƏDƏN BAŞLAMAQ OLARDI?

Əvvəlcə ortalıqdakı əsas problemi müəyyən etmək lazımdır. Nədir o problem? Mövcud siyasi sistem heç də hamını qane etmir, insanlar onun transformasiya olunmasını istəyir. Bununla bağlı hətta İctimai Palatanın «Demokratiyaya yumşaq keçid» adlı yol xəritəsi də vardı. Amma dərhal bundan başlanılsa heç nə alınmayacaq. Bir qədər uzaqdan başlamaq lazımdır. Ölkə 22 ildir müstəqildi. Bu 22 ildə siyasi sistem hansı səviyyəyə gəlib çatıb? Seçkilərin vəziyyəti necədir? Parlament institut kimi hansı durumdadır? Partiyaların problemi nədir?... Beləcə, sualları davam etdirmək olardı. Amma mətləb onların sayında deyil, məzmunundadır. Bu məsələlərin ətrafında birgə konfranslar keçirmək olardı. Əvvəlcə aydın olsun ki, bütün tərəflər ən azı açıq tənqid eşitməyə hazırdırmı? Çox şey bu hazırlıqdan asılıdır. İnsan irəlicədən bilirsə ki, tənqidlər, özü də çox kəskin tənqidlər olacaq, amma buna baxmayaraq axıra qədər oturub onları dinləyirsə, deməli onunla danışmağa dəyər, ən azı buna başlamağa cəhd etmək olar. Təbii ki, bunları deməklə standart, süni situasiyaları nəzərdə tutmuruq. Hansısa səbəbdən, tutaq ki, xarici qonaqların «xatirinə» bir iclasda tərəflər səbir edib bir-birini «dinləyə» bilər. Belə hallar nəzərə alınmır, çünki ortalıqda anlaşma yoxdur, hər bir tərəf çalışır ki, mümkün qədər digərini gözdən salsın, qarşı tərəfin arqumentlərini heçə endirsin. Anlaşma meyli olanda isə mühit tamam başqa cür olur, tərəflər bir-birini başa düşməyə çalışırlar – dialoq məhz belə situasiyalarda başlayır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Posted:
              Əl-Qaidə BP-nin Əlcəzairdəki qaz yatağına basqın etdi                        Əl-Qaidə BP-nin Əlcəzairdəki qaz yatağına basqın etdi                        Əl-Qaidə BP-nin Əlcəzairdəki qaz yatağına basqın etdi                        Əl-Qaidə BP-nin Əlcəzairdəki qaz yatağına basqın etdi                        Əl-Qaidə BP-nin Əlcəzairdəki qaz yatağına basqın etdi                        Əl-Qaidə BP-nin Əlcəzairdəki qaz yatağına basqın etdi          .-

İddiaya görə, 41 əcnəbi girov götürülüb. Əl-Qaidə-nin Ayn Amenasdakı kompleksə hücumuna Fransanın Maliyə hərbi müdaxiləsinin səbəb olduğu güman edilir. Britaniya mətbuatının yazdığına görə, yanvarın 16-da gerçəkləşən basqında azı bir britaniyalı işçi öldürülüb.

İslamçılar iddia edirlər ki, onlar norveçli, fransalı, yaponiyalı və amerikalı işçilər daxil, bütövlükdə 41 əcnəbini girov götürüblər. Təsdiqlənməyən bilgilərə görə, 150 nəfər Əlcəzair fəhləsinin də kompleksdən dışarı çıxmasına imkan verilmir.

Sub-Saxarada yerləşən bu neft-qaz zavodu Liviya sərhədinin 60 kilometrliyindədir.

BASQINÇILAR ƏL-QAİDƏYƏ BAĞLIDIRLAR

Basqınçıların  Əl-Qaidəyə bağlı «Katibah Moulathamine» və ya «Maskalı Briqada» kimi tanınan qruplaşmaya aid olduqları bildirilir. Həmin qruplaşmaya təkgöz əlcəzairli terrorçu, Mokhtar Belmokthar rəhbərlik edir.

Qrupun sözçüsü bildirib ki, onların azad edilməsinə hər hansı cəhd göstərilərsə, girovları öldürəcəklər.

Girovluqda olanlardan biri telefonla «Le Figaro» fransız qəzetinə deyib ki, terrorçular neft-qaz kompleksinin girovlar saxlanan hissəsini minalayıblar.

Əlcəzair ordu birləşmələrinin kompleksi mühasirəyə aldıqları da xəbər verilib.

ƏLCƏZAİR TERRORÇULARLA DANIŞMAQ İSTƏMİR

http://gdb.rferl.org/8E1A123F-C270-4EDC-A0DC-28B49A0445C7_w268_r1.jpg Malidə əməliyyatx http://gdb.rferl.org/FEA7777F-2B6C-472F-8EAA-EDCB3C0915C5_w640_r1_s.jpg ​​«The Guardian»ın yazdığına görə, hər iki təşkilat, hücumun Malidə Fransanın hərbi əməliyyatlarına cavab olaraq keçirildiyini bildirib.

Yeri gəlmişkən, ABŞ və Avropa ölkələri Fransanın Maliyə «Serval» kod adlı müdaxiləsini dəstəklədiklərini bildiriblər və hətta Vaşinqton bu əməliyyat üçün kəşfiyyat və nəqliyyat köməyi vəd edib.

BP-nin bu yataqdakı partnyoru olan Statoil şirkəti 13 əməkdaşının girov götürüldüyünü açıqlayıb. Amma özünü «Qan andlıları» adlandıran qruplaşma internetdə 41 əcnəbinin girov götürüldüyünü iddia edir.

«Algerian Press Service» agentliyinin xəbərinə görə, yerli, yəni əlcəzairli işçilər kiçik qruplarla azad edilir.
Posted:
İstehlak mallarının qiymətləri və xidmət tarifləri dəyişib2012-ci ilin dekabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 1,3 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarından manna yarmasının, qoyun ətinin, vermişelin, hind toyuğunun, təzə balığın, süd və süd məhsullarının, yumurtanın, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun qiyməti bahalaşıb.

Bahalaşma ilə yanaşı, dekabr ayında qarabaşaq yarmasının, toyuq ətinin, kərə yağının, günəbaxan yağının, şəkər tozunun, naringinin, kələmin, çuğundurun, kökün, soğanın qiymətlərində ucuzlaşma da müşahidə olunub.

Milli.Az
Posted:
Bakı Şəhər Prokurorluğunun bir neçə əməkdaşı məsuliyyətə cəlb olunubBaş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, yanvarın 17-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2012-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirilib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bir sıra tədbirlər keçirilərək müəyyən nəticələr əldə edilib.  Qeyd edilib ki, 2011-ci illə müqayisədə hesabat dövründə şəhər üzrə 1597 hadisə və ya 14,1 faiz az - 9719 cinayət hadisəsi qeydə alınıb, onların açılması 5,8 faiz artaraq 79,1 faiz təşkil edib.    
Göstərilib ki, 2011-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə cinayətlərinin sayı 11 hadisə, bağlı qalmış quldurluq cinayətlərinin sayı 3 dəfə, bağlı qalmış ölümlə nəticələn yol nəqliyyat hadisələri 6 fakt azalıb. Hesabat dövründə şəhərin digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində çoxsaylı qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması təmin edilib, əvvəlki ilə nisbətən hesabat dövrundə qanunsuz narkotik vasitə və psixotrop maddələr dövriyyədən çıxarılıb.
Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib, il ərzində prokurorluqda 531, daxili işlər orqanlarında isə 4104 cinayət işinin istintaqı yekunlaşdırılmaqla onların əksəriyyəti baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.  Ötən ildə əlaqəli şəkildə aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1996-cı ildə Cəlilabad şəhərində xəbərsiz itkin düşmüş hesab edilən V.Allahverdiyevin qısqanclıq zəminində, Xətai rayonunda Ə.Ağamirzəyevin, Nizami rayonunda Ə.Məmmədovanın  naməlum şəraitdə tamah məqsədilə qətlə yetirilmələri kimi xüsusilə ağır cinayətlərin açılması təmin edilib.    
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlara da diqqət yetirilərək 2012-ci ildə qeydə alınmış 1 qəsdən adam öldürmə, 16 quldurluq, 10 ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin açılmaması narahatçılıq hissi ilə qeyd edilərək həmin işlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26.12.2012-ci il tarixdə imzaladığı "Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizilk tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamla qarşıya qoyulmuş vəzifələrin qeyd-şərtsiz icrası, bu sahədə yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruru tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib.       Əziz Seyidov ağır və xüsusilə ağır cinayətlərin açılması üçün kriminalistika xidmətinin işinin daha da gücləndirilməsinin, vaxtında istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin düzgün qurulmasının vacibliyini qeyd edib.Müşavirədə prokurorluq, istintaq və təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallar göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib. 
Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanmışdır ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun 14 əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib.

Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək, bu sahədə yol verilən pozuntular konkret misallarla, belə pozuntulara görə intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşlarının adları açıqlanmaqla hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə daha qayğı və həssaslıqla yanaşılması tələb olunub. 
Yekunda şəhər prokuroru Əziz Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib. 
Milli.Az
Posted:
YAP gəncləri yürüş keçirəcəklərYAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, yürüş yanvarın 19-u saat 12:00-da baş tutacaq.

Məlumatda qeyd olunur ki, "Şəhidlər ölməz!!!" adlı anım tədbirində köynəklərinin üzərinə 20 Yanvar şəhidlərinin şəkillərini yapışdırmış gənclər yürüş edəcək və "Əbədi Məşəl" önündə maraqlı kompozisiya ilə Azərbaycan gəncinin 20 Yanvar hadisələri ilə bağlı mövqeyini dünyaya bəyan edəcəklər.

Milli.Az
Posted:
Ötən il Azərbaycanda vergi qanunvericiliyinin pozulması üzrə 417 cinayət işi başlanıbVergilər Nazirliyi tərəfindən 2012-ci il ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə cəmi 417 cinayət işi başlanıb ki, bu da 2011-ci illə müqayisədə 107 iş azdır.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, həmin cinayət işlərindən 213-ü səyyar vergi yoxlamalarının nəticələri, 193-ü vergi borcunun ödənilməməsi, 6-sı aksiz markaları ilə markalanmamış malların satılması faktları ilə bağlı vergi orqanlarından, 5-i isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanıb.

İstintaqı tamamlanmış 380 cinayət işlərindən külli miqdarda vergidən yayınma faktları üzrə 36 iş, xeyli miqdarda vergidən yayınma faktları üzrə 39 iş, qanunsuz sahibkarlıq faktları üzrə 3 iş, külli miqdarda qanunsuz sahibkarlıq faktı üzrə 3 iş, külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə 1 iş, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə 5 iş olmaqla cəmi 91 nəfər barəsində 87 iş ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hesabat dövründə 293 işin icraatına xitam verilib, 18 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 199 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad ediliblər.

Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 15 milyon 144,5 min manat olub. Hesabat dövründə 3 cinayət işi üzrə vergidən yayındırılmış vəsaitin dövlət büdcəsinə ödənilməsi məqsədilə təqsirləndirilən şəxslərin 3 milyon 301,70 min manat dəyərində əmlakı üzərinə həbs qoyulub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 45 nəfər tutularaq istintaqa təhvil verilib, istintaqdan yayınan 279 şəxsin məcburi qaydada gətirilməsi, 282 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 913 nəfər vergi ödəyicisi tapılaraq müvafiq vergi orqanlarına təqdim edilib ki, bu 2011-ci illə müqayisədə 633 nəfər çoxdur.

Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

Milli.Az
Posted:
Azərbaycanın xalq artisti vətəni tərk etdiAxşam.az-ın məlumatına görə, o, hazırda İsraildədir.

Səfərinin məqsədini gizli saxlayan xalq artistinin bu ölkəyə konsertlə bağlı yola düşdüyünü öyrəndik.

Milli.Az
Posted:
Bakıda əsgər ürəyindən güllələndiAnspress-in məlumatına görə, Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnib. Yaralı dərhal 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilib. Əsgərin ürəyindən güllə aldığı bildirilir.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır. Hazırda Sübhan Mahmudlu cərrahiyyə olunur. 
Hadisə Ədliyyə Nazirliyinin balansındakı alayda baş verib. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib.
Milli.Az
Posted:
20 Yanvar faciəsi TRT vasitəsilə bütün dünyaya çatdırılacaq20 Yanvar faciəsi TRT-nin dörd kanalı vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq.

TRT-nin Bakı Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bu proqramlar TRT Xəbər, TRT Türk, TRT Avaz və TRT Anadolu kanallarında yayımlanacaq.

Nümayəndəliyin rəhbəri Yüksel Değercan bildirib ki, 1990-cı il yanvarın 20-də Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazılıb.

"Əsrlər boyu olduğu kimi, azadlıq yolunda bir qəhrəmanlıq, şücaət göstərildi. 1990-cı il yanvarın 20-də 132 əli silahsız azərbaycanlı azadlıq yolunda şəhid oldu. Bu yaşanan faciə Azərbaycana azadlıq zəfərini gətirdi", - Değercan deyib.

Onun sözlərinə görə, TRT 20 Yanvar gecəsi yaşanan faciəni "Qərənfillərin göz yaşı" və "Qafqazlardan əsən yellər" proqramları vasitəsilə fərqli şəkildə ekranlara gətirəcək.

TRT Avaz kanalının koordinatoru Adnan Suer isə bu tarixin türk dünyasının zəfər günü kimi qeyd ediləcəyini, 20 Yanvar gününü bütün Azərbaycan kanalları kimi qeyd edərək gün ərzində yayımlar vasitəsilə qardaş Azərbaycanın dərdinə şərik olacaqlarını deyib.

"Qərənfillərin göz yaşı" adlı proqramda bir gecədə taleyi dəyişən, o gecədən bu günümüzədək sevgi hekayəsi və qərənfil əfsanəsi kimi dillər əzbəri olan Fərizə və İlham dastanından bəhs ediləcək", - Suer əlavə edib.

Milli.Az
Posted:
Milyonların qatilinin son sığınacağı - FOTOSESSİYAUnikal fotolar jurnalın arxivindəndir.

Milli.Az bildirir ki, fotoları amerikalı fotoreportyor Uilyam Vandivert 1945-ci ildə Berlində çəkib.
Vandivert nasist Almaniyasının füreri Adolf Hitlerin bunkerinə daxil olaraq oranın fotolarını çəkmiş ilk Qərb jurnalisti idi.

Milli.Az Life Magazine-nin fotolarını təqdim edir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







































Fotolar:  Life Magazine
Posted:
Günəşli yatağında yeni quyu istismara verildi"Günəşli" yatağındakı 6-cı özüldən 42 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "28 May" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılmış quyu sutkada 15 ton kondensat, 160 min kubmetr qaz hasilatı ilə işləyir.

Milli.Az
Posted:
Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan “Bakı” futbol komandasının ilk rəqibi müəyyənləşib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Bojidar Bandoviçin komandası Bolqarıstan yüksək liqa təmsilçisi “Etır”la üz-üzə gələcək.   “Etır” çempionatın ilk dövrəsini 15 oyundan 8 xalla 16-cı pillədə başa vurub. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.
Posted:
Yanvarın 17-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2012-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.   Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, hesabat dövründə 2011-ci illə müqayisədə şəhər üzrə 1597 hadisə və ya 14,1 faiz az - 9719 cinayət hadisəsi qeydə alınıb. Onların açılması 5,8 faiz artaraq 79,1 faiz təşkil edib. Göstərilib ki, 2011-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə cinayətlərinin sayı 11 hadisə, bağlı qalmış quldurluq cinayətlərinin sayı 3 dəfə, bağlı qalmış ölümlə nəticələn yol nəqliyyat hadisələri 6 fakt azalıb. Hesabat dövründə şəhərin digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində çoxsaylı qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması təmin edilib, əvvəlki ilə nisbətən hesabat dövründə qanunsuz narkotik vasitə və psixotrop maddələr dövriyyədən çıxarılıb. Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib, il ərzində prokurorluqda 531, daxili işlər orqanlarında isə 4104 cinayət işinin istintaqı yekunlaşdırılmaqla onların əksəriyyəti baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 2012-ci ildə əlaqəli şəkildə aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1996-cı ildə Cəlilabad şəhərində xəbərsiz itkin düşmüş hesab edilən V.Allahverdiyevin qısqanclıq zəminində, Xətai rayonunda Ə.Ağamirzəyevin, Nizami rayonunda Ə.Məmmədovanın  naməlum şəraitdə tamah məqsədilə qətlə yetirilmələri kimi xüsusilə ağır cinayətlərin açılması təmin edilib. Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlara da diqqət yetirilərək 2012-ci ildə qeydə alınmış 1 qəsdən adam öldürmə, 16 quldurluq, 10 ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin açılmaması narahatçılıq hissi ilə qeyd edilərək həmin işlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb. Prezident İlham Əliyevin 26.12.2012-ci il tarixdə imzaladığı “Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizilk tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamla qarşıya qoyulmuş vəzifələrin qeyd-şərtsiz icrası, bu sahədə yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruru tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib. Əziz Seyidov ağır və xüsusilə ağır cinayətlərin açılması üçün kriminalistika xidmətinin işinin daha da gücləndirilməsinin, vaxtında istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin düzgün qurulmasının vacibliyini qeyd edib. Müşavirədə prokurorluq, istintaq və təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallar göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib. Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun 14 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib. Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək, bu sahədə yol verilən pozuntular konkret misallarla, belə pozuntulara görə intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşlarının adları açıqlanmaqla hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə daha qayğı və həssaslıqla yanaşılması tələb olunub. Yekunda şəhər prokuroru Əziz Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.    
Posted:
Bakının Xəzər rayonu ərazisində əsgər güllə yarası alıb. Anspress-in məlumatına görə, Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnib. Yaralı dərhal 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Əsgərin qarın boşluğundan güllə yarası aldığı bildirilir. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır. Hazırda Sübhan Mahmudlu cərrahiyyə olunur.  Hadisə Ədliyyə Nazirliyinin balansındakı alayda baş verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən verilən açıqlamada hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib.
Posted:
İran İslam Respublikasının Tehran şəhərində 31-ci "FƏCR" Beynəlxalq Teatr Festivalı keçiriləcək. Lent.az-ın məlumatına görə, festivalda beynəlxalq münsif qismində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, xalq artisti Cənnət Səlimova və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru əməkdar artist Şövqi Hüseynov iştirak edəcəklər. Festival yanvarın 21-dən 31-dək davam edəcək.   Qeyd edək ki, bu festival hər il keçirilir. Ötən illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu festivalda “Don Raffael – trombonçu”, (2012-ci ildə) “Otello” (2011-ci ildə) tamaşalarını uğurla nümayiş etdirib.  
Posted:
20 Yanvar faciəsi TRT-nin dörd kanalı vasitəsi ilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq. Lent.az-ın məlumatına görə, TRT-nin Bakıdakı nümayəndəsi Yüksel Deyercan 20 Yanvar 1990 ildə Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanının yazıldığını qeyd edib: “Azadlıq yolunda,  əsrlər boyu  olduğu kimi bir qəhrəmanlıq göstərildi. 20 yanvar 1990-cı ildə 132 nəfər silahsız  Azərbaycan türkü azadlıq yolunda şəhid oldu. Bu faciə Azərbaycana özü ilə bərabər azadlıq zəfərini gətirdi”.   TRT 20 Yanvar gecəsində yaşanan faciəni fərqli şəkildə “Qərənfillərin göz yaşı’’ və “Qafqazdan əsən yellər” proqramları vasitəsi ilə ekranlara gətirəcək.   “TRT Avaz”-ın koordinatoru Adnan Suer 20 Yanvar gününü türk dünyasının zəfər günü kimi qeyd ediləcəyini deyib və bildirib ki, bu gün bütün Azərbaycan kanallarında olduğu kimi, anma günü olaraq qeyd ediləcək. “Qərənfillərin göz yaşı’’ proqramında bir gecədə taleyi dəyişən, o gecədən bu günümüzə sevgi hekayəsi kimi dillər əzbəri olan Fərizə və İlham dastanından bəhs ediləcək.    Qeyd edək ki, bu proqramlar TRT Xəbər, TRT Türk, TRT Avaz və TRT Anadolu kanallarında yayımlanacaq.
Posted:
Nazirliyin informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları hazırlanıb,  informasiya azadlığı üzrə məsul şəxs təyin olunub   Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın bəndlərinin icrasını təmin etmək məqsədilə nazir Əli Abbasovun əmri ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları” təsdiq edilib.   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, informasiya azadlığı üzrə məsul şəxs də təyin olunub.   Təsdiq edilmiş qaydalarda sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya əldə etmənin formaları, sorğuların qeydə alınması, icra olunma üsulları və müddəti, informasiya sahibi kimi nazirliyin vəzifələri və başqa məsələlər əhatə edilib. Qaydaların təsdiq edildiyi əmr və qaydaların tam mətni ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının müvafiq bölməsində tanış olmaq mümkündür.    
Posted:
Fransanın “Sent-Etyen” futbol klubunun prezidenti Rolan Romeyer aprelin 20-də Parisdə “Renn”lə keçirəcəkləri Liqa Kubokunun final matçına velosipedlə gedəcək. Lent.az-ın məlumatına görə, səbəb Romeyerin məşqçilər heyətinə mərcdə uduzmasıdır.   “Sent-Etyen” yarımfinalda “Lill”i penaltilər seriyasında məğlub edib – 7:6. Bu görüş öncəsi Romeyer deyib ki, komandası finala yüksəlsə, həlledici görüşə velosipedlə yollanacaq. O, vədinə xilaf çıxmayıb və klubun icraçı direktoru Dominik Roşeto ilə birgə səfərə çıxacağını açıqlayıb.   Qeyd edək ki, Sent Etyen şəhəri ilə Paris arasındakı məsafə 524 km-dir.  
Posted:
ABŞ prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama siyasətə atılır.   Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 54 yaşlı Malik Obama Keniyanın qərbindəki Siaya əyalətinin valiliyi üçün müstəqil namizəd olacaq.   İqtisadçı Malik Obama qardaşı Barak Obamanın ABŞ-dakı uğurunu gördükdən sonra xalqı üçün belə bir lider kimi çalışmağa qərar verdiyini söyləyib. Həyatının böyük qismini ABŞ-da yaşamış Malik Obama Siaya əyalətinin yaxşı idarə edilmədiyi üçün bərbad infrastruktur və yoxsulluqla üz-üzə qaldığını, vali seçilərsə, bu problemləri həll edəcəyini bildirib.   Qeyd edə ki, Barak Obama Siaya əyalətində Kogela kəndində anadan olduğu üçün bu kənd dünyada məşhurdur.    
Posted:
Azərbaycan Respublikasını prezidenti İlham Əliyev yanvarın 17-də ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən ABŞ müdafiə nazirinin baş müşaviri K. Hiks paytaxtımızın onda dərin təəssürat yaratdığını deyib. Amerikalı qonaq Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakının və bu missiyaya verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib. Hiks bildirib ki, ABŞ ölkələrimiz arasında müdafiə sahəsində əlaqələri daha da genişləndirməkdə və strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır. O, bu sahədə əməkdaşlığımızın istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmasının önəmini qeyd edib. Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin müdafiə sahəsində əməkdaşlığının uzun tarixə malik olduğunu və razılıq doğurduğunu vurğulayıb. Müdafiə sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu qeyd edən prezident İlham Əliyev bu əməkdaşlığın regional və enerji təhlükəsizliyi, eləcə də sabitliyin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb. Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.  
Posted:
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi həqiqətən çox ağırdır, belə görünür ki, yaxın gələcəkdə münaqişənin həlli çox mürəkkəb olacaq”.   Lent.az-ın tert.am saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın baş naziri Bidzina İvanişvili İrəvanda keçirdiyi mətbuat konfransında söyləyib.   Bidzina İvanişvili deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayır və tərəfləri buna çağırır: “Mən istəyirəm ki, Ermənistan və Gürcüstan bu münaqişənin həli üçün bütün imkanlarını ortaya qoysun”. Ermənistanın baş naziri Tiqran Sərkisyan da həmkarına Dağlıq Qarabağ münaqişəsi ilə ətraflı məşğul olduğu üçün təşəkkür edib. Bidzina İvanişvili Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olması ilə bağlı bəyanatına isə münasibət bildirməkdən yayınıb, ötən iki gün ərzində bu barədə bir neçə dəfə buna münasibət bildirdiyini qeyd edib. Tiqran Sərkisyan isə Gürcüstan xarici işlər nazirliyinin bəyanatının təhrif olunduğunu iddia edib. Bidzina İvanişvili isə erməni həmkarının sözlərindən sonra susmağa üstünlük verib.   Qeyd edək ki, Bidzina İvanişvilinin Ermənistan prezidenti Serj Sərkisyan, bütün ermənilərin katolikosu II Armyan Qaregin, xarici işlər, energetika və təbii resurslar, iqtisadiyyat nazirləri ilə görüşəcək. Bidzina İvanişvili qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edəcək.
Posted:
İVANİŞVİLİ İRƏVANDA QARABAĞDAN DANIŞIB

"Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tərəfdardır". "Media forum" saytı xəbər verir ki, Ermənistanda səfərdə olan Gürcüstanın baş naziri Bidzina İvanişvili yanvarın 17-də jurnalistlərə belə deyib.

2012-ci ilin dekabrında Azərbaycana etdiyi səfərdən danışan İvanişvili prezident İlham Əliyevlə Qarabağ məsələsini müzakirə etdiklərini vurğulayıb. Gürcüstanın baş naziri bildirib ki, Ermənistanın baş naziri Tiqran Sərkisyanla görüşündə ona Azərbaycan prezidentinin mövqeyini çatdırıb.

Ermənistan mənbələrinin məlumatına görə, Gürcüstanın xarici işlər nazirinin Dağlıq Qarabağla bağlı söylədiklərinə münasibət bildirən İvanişvili deyib: "Gürcüstanın xarici işlər nazirinin dedikləri ilə bağlı məsələ bitib və buna aydınlıq gətirilib".  

Gürcüstanın xarici işlər naziri Maia Panjikidze yanvarın 10-da Litva parlamentindəki çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Maia Panjikidzenin dedikləri Ermənistanda və Gürcüstanda böyük ajiotaja səbəb olub.

Maia Panjikidze məsələ ilə bağlı "Azadlıq" radiosuna müsahibəsində bildirib ki, onun Litvada söylədikləri bundan fərqlidir: "Mən Azərbaycan səfirinin sualına cavab verərkən dedim ki, Gürcüstan Azərbaycanın ərazi bötövlüyünü və suverenliyini tanıyır. Bundan sonra Ermənistan səfiri soruşdu ki, bütün münaqişələr eynidirmi və bütün münaqişələri bu modellə həll etmək mümkündürmü? Mən cavab verdim ki, hər münaqişə özünəməxsusdur və elə bir resept yoxdur ki, bütün münaqişələri bir reseptlə həll etmək mümkün olsun."

Posted:
Məşhur azərbaycanlı model 26 kilo arıqladı - FOTOAxşam.az-ın məlumatına görə, Günay Türkiyədə yeni seriala çəkilməyə hazırlaşır.
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



















Posted:
Türk aktrisa: Bədənimi ona alət etmərəm!Həmin şayiələrə görə, guya Merve daha da populyar olmaq üçün hətta pornoqrafik filmə də çəkilməyə hazırdır.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, aparıcı Kenan Erçetingözün "Yüz yüzə" proqramına Merih Ermakastar və Arzum Uzumla birlikdə qatılmış Merve Kaplan iddiaları rədd edib.

"Heç bir filmdə sevişmə, yataq səhnəsinə çəkilmədim. Sevişmə səhnələri olmadan da film, serialın populyar olacağına inanıram. Hülya Koçyiğit, Türkan Şoray, Belgin Doruk və Filiz Akın kimi aktrisalar bir çox filmdə çəkilsələr də, nə sevişdilər, nə də öpüşdülər. Onlar sevişmə səhnələri olmadan da uğur qazanmağın mümkünlüyünün bariz nümunələridirlər. Rejissorun bütün istəklərinə boyun əyməm, bədənimi ona alət etmərəm. Sevişmə səhnələrində oynamağı düşünmürəm", - aktrisa deyib.

Milli.Az
Posted:
Qubada mal-qara oğrusu tutulduMilli.Az Regional TV-yə istinadən xəbər verir ki, Quba RPŞ-nın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən 20 yaşlı Quba şəhər sakini Hüseyn Hüseynov tutulub. Quba polis şöbəsinin müstəntiqi İbrahim Qədirov bildirib ki, Hüseynov Hüseyn Laçın oğlu 2012-ci il noyabrın 15 də Quba şəhər sakini Tahirov Əlistan Əleysər oğlunun 7 baş qoyununu, dekabrın 5-də isə 25 baş qoyunu oğurlayaraq Xaçmaz bazarında satıb.

İstintaq araşdırması zamanı Hüseyn Hüseynovun eyni maddə ilə əvvəllər də məhkum olunduğu üzə çıxıb.

Milli.Az
Posted:
Azərbaycanlı teleaparıcı: O, mənim ilk və son sevgimdirMilli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, o, şəxsi həyatı haqqında danışarkən deyib ki, həyatında cəmi bir dəfə sevib.

"Mən bir dəfə sevmişəm və mənə ikinci sevgi lazım deyil. Bu, mənim həyat yoldaşım, uşağımın anasıdır. O, mənim ilk və son sevgimdir", - o əlavə edib.

Milli.Az
Posted:
Türkiyənin tanınmış aktrisası Aydan Şener yenidən Bakıya gəlib. Lent.az-ın məlumatına görə, aktrisanın paytaxtımıza gəlməsinə səbəb, “Doktorlar “serialının 1 bölümünə dəvət almasıdır. Belə ki, aktrisa serialda xarici ölkədən gəlmiş həkim obrazını canlandıracaq. Serialda aktrisanın tərəf müqabili isə rejissor Şahin Zəkizadə olacaq.   Qeyd edək ki, bu gün ATV telekanalında yayımlanan “Gün keçir” proqramında Nanə Ağamalıyevanın qonağı olan aktrisa 3 gün Bakıda qalacaq.
Posted:
Güclü yağışlar nəticəsində İndoneziyanın paytaxtı Cakartada subasma fəlakəti yaşanır. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, gecə 100 mm yağıntı düşüb. Bu gün şəhərdə fövqəladə vəziyyət elan olunub. Subasma nəticəsində 4 nəfər ölüb, 20 min nəfər evakuasiya edilib. Şəhərdə nəqliyyatın hərəkəti faktiki iflic duruma düşüb. Cakartanın şərqində vəziyyət daha gərgindir, şəhərin bu hissəsində su səviyyəsi 3 m-ə çatır. Hətta Prezident Sarayını da su basıb. Prezident sarayının içərisində su səviyyəsi 30 sm, ətrafında 0,5 m-ə çatıb. Cakartada əksər ofislər və müəssisələr işləmir, məktəblərdə məşğələlər dayandırılıb.
Posted:
Millət vəkili Qənirə Paşayeva və əməkdar artist Tünzalə üzərində birgə işlədikləri yeni layihəni təqdim ediblər. Lent.az-ın məlumatına görə, təqdimatda “Bir Dünya İstəyirəm!” adlanan mahnı və klip nümayiş olunub. Klipə baxışdan sonra çıxış edən Qənirə Paşayeva bildirib ki, layihəni təqdim etməkdə məqsədi cəmiyyətdə baş verən faciələr zamanı uşaqların daha çox əzab çəkdiyini ictimaiyyətə göstərməkdir: “Bu gün dünyada gərginlik getdikcə artır. Savaşlardan, ailədaxili zorakılığın artmasından ən çox əziyyət çəkən körpələr olur. Bu klip 20 Yanvar hadisələrin 23-cü ildönümü ərəfəsində təqdim olunur. Çünki bizim yüzlərlə azyaşlı soydaşımız həmin hadisələrdə ailə başçılarını itirdi. Eləcə də Xocalı, Qaradağ, Bağanıs-Ayrımda baş verən faciələrdə körpələrimiz acı yaşadı. Biz də düşündük ki, körpələrin adından sülh üçün bir çağırış edək. Bütün dünyada insanların xətalarının bədəlini uşaqlar ödəyir. Ona görə də bu layihənin dünyanın bir çox ölkələrində təqdim etmək niyyətindəyik”.     Klipdə Xocalı, 20 Yanvar hadisələri, erməni işğalı nəticəsində qaçqın düşən uşaqlarımızın görüntüləri olmaqla bərabər, həmçinin Pakistan, Afrikanın Somali və Sudan əyalətində ağır həyat sürən uşaqların, Serbiya soyqırımı və ABŞ-ın Konnektikut Ştatında məktəblərin birində baş verən faciə zamanı acı çəkən azyaşlıların görüntüləri yer alıb.   Tünzalə Ağayeva bildirib ki, bu klip şəhidlərin xatirəsinə ithafdır: “Bu mahnı, insan oğlunun öz əli ilə törətdiyi bəlaların fərqinə varsın, düşünsün deyə hayqırışdı, övladlarımızın sevgi, hüzur dolu bir dünyada yaşamaq istəyinin bir ifadəsidir, Rəbbimizə bir duadır”. Müğənni bildirib ki, klip geniş tamaşaçı auditoriyası üçün təqdim ediləcək. Onun sözlərinə görə, klip hansı ölkədə təqdim edilərsə, mahnının sözləri həmin dildə subtitrlər vasitəsi ilə tərcüməsi əlavə ediləcək.   Klipin rejissoru Ülviyə Könül, modelyer-stilisti Gülnarə Xəlilovadır. Mahnıda “Noğullar” uşaq vokal qrupu iştirak edir, qrupun rəhbəri Məryəm və Natiq Qəzənfəroğlu ailəsidir.  Klip "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi ilə çəkilib.    http://www.youtube.com/watch?v=Xdlt9zat-0M
Posted:
Avropa Azərbaycan Cəmiyyəti (AAC) ötənilki fəaliyyəti ilə bağlı hesabat açıqlayıb.   AAC-dan APA-ya daxil olan açıqlamada bildirilir ki, Londonda təsis edilmiş müstəqil qeyri-hökumət təşkilatı olan Avropa Azərbaycan Cəmiyyəti (AAC) fəaliyyət göstərdiyi 5 il ərzində Avropada Azərbaycanın strateji maraqlarını təmsil edən düşüncə və fəaliyyət mərkəzi kimi tanınıb. Bu dövr ərzində AAC Avropa Birliyi dövlətlərində geniş şəbəkəyə malik strukturlar formalaşdırıb, Azərbaycanın dünyada tanıdılması və taleyüklü problemlərinin həlli istiqamətində ardıcıl iş aparıb.     2012-ci il AAC-nin çoxsahəli fəaliyyətində xüsusi yer tutub. 2012-ci ildə AAC-nin Böyük Britaniya, Belçika, Almaniya və Azərbaycan nümayəndəlikləri ilə birlikdə, ənənəvi olaraq erməni diasporunun güclü olduğu Fransada da nümayəndəliyi fəaliyyətə başlayıb.     AAC fəaliyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasına çalışıb, bu sahədə Avropa Parlamentində, Böyük Britaniya, Belçika, Almaniya və Fransa parlamentlərində məqsədyönlü iş aparıb, Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin Avropada daha yaxından tanıdılması üçün sistemli tədbirlər həyata keçirib. Bunun nəticəsidir ki, Avropanın bir sıra nüfuzlu siyasətçiləri, elm və mədəniyyət xadimləri Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə dair dünya birliyinə mesajlarla çıxış ediblər. Ermənistandakı siyasi proseslərin mahiyyəti, xüsusilə Azərbaycan zabiti Ramil Səfərovun azadlığa çıxması ətrafında Ermənistan hakimiyyəti və erməni diasporunun yaratdığı səs-küyə qarşı Avropanın tanınmış siyasi xadimlərinin Ramil Səfərovu müdafiə edən “Səfərov bəyanatları” adlandırılan açıqlamaların verilməsinə nail olunub. Bu bəyanatlar erməni təbliğatının qarşısının alınmasında mühüm rol oynayıb. Beləliklə, AAC-nin 2012-ci ildəki çoxşaxəli fəaliyyətinin əsas yekunları kimi aşağıdakı prioritet istiqamətləri və həyata keçirilən layihələri xüsusi qeyd etmək olar.   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi   AAC əsas strateji məqsəd kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması və həllində Avropa Birliyi dövlətlərinin dəstəyinin təmin edilməsi sahəsində fəaliyyətini davam etdirib.     Lordlar Palatasında debat. Böyük Britaniyanın  Lordlar Palatasında Lord Leyrdin vasitəçiliyi ilə Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqqında debat təşkil edilib. Debatda çıxış edən Lord Leyrd, Lord German, Lord Kilkluni və Lord Şeyx Azərbaycanın haqlı mövqeyini müdafiə edib, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin və Böyük Britaniyanın Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini əsaslandırıblar.     Günter Öttingerin bəyanatı. AB-nin enerji məsələləri üzrə komissarı Günter Öttingerin bəyanatında Azərbaycan və AB arasındakı əməkdaşlığın möhkəm təməllər və konkret maraqlar üzərində qurulduğu, Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğu vurğulanıb.     Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsinə dair sənəd. Almaniya Bundestaqında Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) fraksiyasının xarici siyasət üzrə işçi qrupu tərəfindən “Dağlıq Qarabağda 20 illik konflikt: həll yolunda yeni impuls” adlı sənəd hazırlanıb.      Beynəlxalq Gənc Demokratlar İttifaqı və Almaniyanın ən böyük gənclər təşkilatı “Junqe Union”un qətnamələri. Beynəlxalq Gənc Demokratlar İttifaqının Beyrutda keçirilən iclasında “Dağlıq Qarabağ: 20 il çox uzun müddətdir” adlanan daha bir qətnamə qəbul edilib.      Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı partiyalarının Avropada ən böyük siyasi yönümlü gənclər təşkilatı olan “Junqe Union” təşkilatının AFR kansleri Angela Merkelin də iştirak etdiyi konfransında AAC sədri Tale Heydərov çıxış edib. Konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında sənəd qəbul edilib, sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.     Parlament sualları. AAC Avropa ölkələrindəki nümayəndəlikləri vasitəsilə Böyük Britaniya, Almaniya, Belçika və Avropa parlamentlərində deputatların Dağlıq Qarabağ haqqında sualları vasitəsi ilə münaqişəni gündəmdə saxlamağa və Azərbaycanın mövqelərini çatdırmağa çalışıb.   “Evə qayıdan beş yol” fotosərgisi. Berlində tanınmış fotoqraf Filip Rasmerin Azərbaycan qaçqınları və məcburi köçkünlərinin həyatından bəhs edən “Evə qayıdan beş yol” adlı fotosərgisi keçirilib.     “Ermənistanın avropalı dostları” təşkilatının Avropa Parlamentində keçirmək istədiyi tədbirin gündəlikdən çıxarılması. AP üzvü Teoçarous ermənilərin yardımı ilə qeyri-qanuni olaraq Azərbaycanın işğal altındakı torpaqlarına səfər edib və bu səfər haqqında AP-də tədbir keçirməyə cəhd göstərib. AAC-nin AP-yə məktubu və Azərbaycanın AP-dəki dostlarının səyi nəticəsində bu cəhdin qarşısı alınıb. AP sədri Jozef Daul da həmkarının təşəbbüsünü ciddi tənqid edib.   Səfərov bəyanatları   AAC-nin siyasi sahədə fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiyası və azad edilməsi ətrafında Ermənistan rəsmi dairələri və erməni diasporunun, həmçinin  Avropadakı anti-Azərbaycan qüvvələrinin təbliğatına qarşı məqsədyönlü işi olub. AAC-nin təşkilatçılığı ilə Britaniyadan yerli hökumət komissiyasının üzvü Bob Bləkmən, Britaniyanın penitensiar xidmət üzrə keçmiş naziri Qerri Satklif, Lord Maqinnis, Lord Leyrd və Lord Kilkluni bu məsələdə Azərbaycanı müdafiə edən “Səfərov bəyanatı” ilə çıxış ediblər.     Avropa Parlamentində anti-Azərbaycan sənədinin qəbulu əleyhinə aparılan iş nəticəsində Liberal qrup (ALDE) qətnaməni dəstəkləməyib, sənədə Səfərovla bağlı Azərbaycanın mövqeyinə uyğun dəyişikliklər edilib.     Almaniya Bundestaqının deputatları, xarici siyasət məsələləri üzrə sözçü Filip Misfelder, Olav Quttinq, müdafiə məsələləri üzrə komitə üzvü Florian Hahn, xarici məsələlər komitəsinin üzvü, keçmiş iqtisadiyyat naziri Mixael Qlos, xarici işlər komitəsinin üzvü Dr. Piter Qauvil, AB-də enerji məsələləri üzrə komissar Günter Öttinger və xarici işlər komitəsinin üzvü Karl Gerq Velmann da bu məsələ ilə bağlı olaraq siyasi bəyanatla çıxış ediblər. Bu açıqlamalar ermənilərin və anti-Azərbaycan qüvvələrinin təbliğatının qarşısının alınmasında mühüm rol oynayıb.   Xocalı faciəsi ilə əlaqədar tədbirlər   Xocalı qətliamı ilə əlaqədar həqiqətlərin dünyaya çatdırılması sahəsində də ardıcıl iş aparılıb.   Parlament petisiyası (EDM). Britaniya parlamentinin İcmalar Palatasının 21 üzvü tərəfindən imzalanmış Parlament Petisiyası qəbul edilib. Petisiyada Dağıq Qarabağ konfliktinin tezliklə həllinə yardım edilməsi və Xocalı kimi faciələrin təkrarlanmasının qarşısının alınması tələb edilir.   Xocalı anım mərasimi. Londonda BBC-nin ilin ən yaxşı dirijoru adına layiq gördüyü Sue Perkinsin rəhbərlik etdiyi Orion Simfoniya Orkestrinin iştirakı ilə Xocalı anım mərasimi təşkil edilib.   Xocalı qurbanlarının xatirəsinə ağaclar əkilməsi. Londonun yaxınlığındakı St.Alban ərazisindəki Milli Parkda Xocalı qurbanlarının xatirəsini yad etmək məqsədilə 613 ağac əkilib və bu, xüsusi lövhədə qeyd edilib.   Xocalıya dair məlumatlandırma. Belçikada Euractiv.com and Diplomatic World kimi əsas diplomatik nəşrlərdə məqalə dərc edilib.   Xocalıya dair fotosərgi. Məşhur fransız fotoqrafı Fredrik Lenqaynın Bakıdakı Muzey Mərkəzində Xocalıya aid 1992-ci ildə Ağdamda çəkdiyi və indiyədək nümayiş etdirilməyən  fotolarının sərgisi də geniş rəğbət qazanıb.                                              Avropa dövlətləri ilə əməkdaşlıq   AAC Avropa ölkələrinin parlamentlərində Azərbaycan dostluq qruplarının yaradılması, sıralarının genişləndirilməsi və aktiv fəaliyyətinə dəstək verib, Avropanın nüfuzlu siyasətçilərinin Azərbaycana səfərlərini təşkil edib.   Böyük Britaniya Parlamentində Azərbaycanın dostları qrupu (APPG). Böyük Britaniya parlamentində Azərbaycanın dostları qrupunun katiblik işləri həyata keçirilib və qrup öz missiyasını uğurla yerinə yetirib. Britaniyanın əsas siyasi partiyalarının qurultaylarında Azərbaycanı tanıdan qəbullar təşkil edilib.    Avropa Parlamentində “Azərbaycanın dostları” qrupu.  AP-də “Azərbaycanın dostları” qeyri-rəsmi qrupunun yenidən təsis edilməsi də uğurlu addım olub. AAC  Belçika nümayəndəliyinin bu sahədə fəaliyyəti nəticəsində “Ermənistanın avropalı dostları” adlı təşkilatın parlamentdə anti-Azərbaycan məzmunlu tədbirlər keçirilməsinin qarşısı alınıb.   Səfərlər. Böyük Britaniya parlamentində “Azərbaycanın dostları” qrupunun üzvləri və  Böyük Britaniyanın keçmiş müdafiə naziri Liyam Foks Azərbaycana səfər edib. Səfər çərçivəsində Liyam Foks Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olub və Strateji Araşdırmalar Mərkəzində çıxış edib. Keçmiş nazir çıxışında Ermənistanı işğalçı dövlət adlandırıb, Azərbaycanın geosiyasi rolunu yüksək qiymətləndirib.     Ermənistanın mövqeyinin möhkəm olduğu Fransadan Senatın beş üzvündən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili də böyük əhəmiyyətə malik olub. Senatorlar Azərbaycanın enerji istehsalçısı və ixracatçısı kimi müstəsna əhəmiyyət daşımasını daha dərindən qiymətləndirmək imkanı əldə ediblər.     Biznes forum   AAC Azərbaycanın iqtisadi imkanlarının dünyaya çatdırılması və ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi sahəsində də bir sıra layihələr həyata keçirib.     Britaniya Parlamentində məruzə. Britaniya parlamentinin Lordlar Palatasında Lord Leyrdin sədrlik etdiyi tədbirdə Siti Universitetindən professor Alan Riley “Nabucco sonrası dövr və Cənubi Qafqaz dəhlizinə dair seçim imkanları” mövzusunda məruzə ilə çıxış edib.     Biznes forum. Londonda 250-dən çox dəvətlinin qatıldığı “Azərbaycan və Türkiyənin investisiya imkanları” adlı biznes forum (2012, may) da uğurlu olub. Siyasi xadimlər, iş adamları və mütəxəssislərin təmsil olunduğu forumda 40-a yaxın məruzə dinlənilib.     Korporativ üzvlük. Azərbaycan iqtisadiyyatının inkişafı, onun investisiya və biznes imkanları, xarici investorların cəlb edilməsində məsləhət və məlumatlandırma işini daha effektiv həyata keçirmək məqsədilə təşkilata korporativ üzvlər cəlb edilməsi də davam etdirilib. Hazırda AAC-nin 40 korporativ üzvü var.   Media   Avropadakı anti-Azərbaycan qüvvələri niyyətlərini həyata keçirmək üçün medianın imkanlarından geniş istifadəyə çalışır. Bunu nəzərə alan AAC Avropanın nüfuzli media dairələri ilə əməkdaşlığa xüsusi diqqət verir.   Jurnalistlərin səfəri. AAC-nin təşkilatçılığı ilə Britaniya və Fransadan olan media nümayəndələri Azərbaycanda səfərdə olub, bunun nəticəsi olaraq həmin ölkələrin mətbuat orqanlarında və elektron kütləvi informasiya vasitələrində Azərbaycanın turizm imkanları, tarixi haqqında məqalələr çap edilib.   İlk dəfə olaraq Fransa parlamentinin rəsmi orqanı olan “Le Journal du Parlament” jurnalında Azərbaycanın siyasi, iqtisadi nailiyyətlərinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair materiallar dərc olunub.   Aylıq oxucusu üç milyondan çox olan populyar “Huffinqton Post” nəşrində deputat Kristofer Pinçerin Azərbaycan haqqında məqaləsi çap edilib.   Britaniya mediasında paraolimpiyaçı cüdoçu İlham Zəkiyevlə müsahibə təşkil edilib. Bu müsahibədə İlhamın “atəşkəs xətti”ndə yaralanması faktına xüsusi diqqət yetirilib.   Akademik tədbirlər   AAC dünyanın nüfuzlu akademik dairələri ilə əməkdaşlığa da xüsusi yer verib.     Beynəlxalq simpozium. Yahad-in Unum (Paris) təşkilatı ilə əməkdaşlıq memorandumu imzalanıb, həmin təşkilatla birgə “Azərbaycanın II Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu” mövzusunda Bakıda beynəlxalq simpozium keçirilib. Simpoziumda Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Azərbaycanın II Dünya müharibəsində rolu ilə eyni zamanda, Qafqazda Holokostun önlənməsindəki rolu da qeyd edilib. Holokostun tədqiqi sahəsində təcrübənin Xocalı soyqırımının araşdırılmasında da tətbiqi qərara alınıb.   Konfrans və dəyirmi masa. Londonda “BTC və perspektivlər” adlı konfrans, Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” mövzusundakı dəyirmi masa da akademik dairələr tərəfindən rəğbətlə qarşılanıb.   Təhsil və elm   AAC təhsil və elm sahəsində də yeni layihələr reallaşdırıb.     Avropa Azərbaycan məktəbi. Respublikada ilk dəfə olaraq yeni tipli Avropa Azərbaycan Məktəbi açılıb. Məktəbə qəbul, tədrisin təşkili, şagirdlərin asudə vaxtının səmərəli istifadəsi sahəsində dünya standartlarının tətbiqinə nail olunub.   “İstedadlarımız gələcəyimizdir” Resurs Mərkəzi. İstedadlı gənclərin təhsilinə dəstək vermək məqsədilə Sumqayıt şəhərində yaradılmış “İstedadlarımız gələcəyimizdir” Resurs Mərkəzi də fəaliyyətini davam etdirib. Hazırda Mərkəzdə 100 şagird əlavə təhsil alır.   Azərbaycanşünaslıq Mərkəzi. AAC-nin tərkibində Azərbaycan tarixinin aktual problemlərinin, Azərbaycan-Avropa əlaqələrinin daha dərindən öyrənilməsinin təşkili, beynəlxalq elmi tədbirlərin keçirilməsi, Azərbaycan alimlərinin Avropanın nüfuzlu elmi tədbirlərində iştirakının dəstəklənməsi üçün xüsusi elmi mərkəz yaradılıb. Elmi mərkəzin fəaliyyəti nəticəsində “Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” üç cildlik hazırlanıb, Britaniya kitabxanasında və Britaniya Milli Arxivində Azərbaycan tarixinə dair tədqiqatlar aparılıb, ilk dəfə olaraq XX əsrin əvvəlləri  və Azərbaycan Demokratik Respublikası dövrünə dair yeni sənəd və materiallar, həmçinin xəritələr toplanıb. Bu materialların elmi araşdırılması nəticəsində “Azərbaycan tarixi xəritələrdə” adlı kitabın hazırlanmasına başlanılıb.                                               Dövri nəşr və kitablar   “Visions of Azerbaijan” jurnalı. 2006-cı ildən çap olunan jurnalın dövri nəşri davam etdirilib. Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti və müasir həyatına dair məqalələrin nəşr olunduğu ingilisdilli jurnal dünyanın aparıcı kitabxana və elm mərkəzlərinin kataloquna daxil edilib.   Kitablar. AAC-nin Rusiya arxiv sənədləri və materialları əsasında hazırladığı üç cildlik “Qafqazda erməni məsələsi” kitabı Bakı ilə birlikdə, Sankt-Peterburq şəhərində rus dilində və Londonda ingilis dilində nəşr edilib. Həmin kitabın məşhur tarixçilərin iştirakı ilə Vestministrdə təqdimatı keçirilib.     “Azərbaycan: 100 suala cavab” kitabının təkmilləşdirilmiş yeni nəşri hazırlanıb.     Britaniyalı jurnalistlər tərəfindən sağ qalmış Xocalı şahidlərindən alınmış müsahibələr əsasında yazılan, xarici fotoqraflar tərəfindən çəkilmiş şəkillər və xüsusi xəritələrin əlavə edildiyi ”Khojali Witness” (Xocalı şahidi) kitabı nəşrə hazırlanıb.   Azərbaycanın tanınmış yazıçıları Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Nəcəf bəy Vəzirov və Əbdürrəhim bəy Haqverdiyevin pyesləri ingilis dilinə tərcümə edilib.     Məşhur şərqşünas, akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyası da ingilis dilində nəşrə hazırlanıb.     Bunlarla birlikdə avropalı yazarlarının Azərbaycan haqqında kitablarının (Petrik Cefsonun “Baku and beyond” və Şahin Sinaranın “İvonno Botto” kitabları və s.) nəşri də dəstəklənib.     Mədəniyyət və incəsənət   Azərbaycan mədəniyyəti, incəsənəti, etnoqrafiyası və mətbəxinin Avropada daha ətraflı tanıdılması sahəsində də layihələr həyata keçirilib.   Ülyahəzrət Kraliça II Elizabetin “Diamond” (Brilyant) yubiley tədbirləri. AAC bütün dünyada geniş əks-səda verən Ülyahəzrət Kraliça II Elizabetin “Diamond” (Brilyant) yubiley tədbirlərində və “Royal Vindzor” At Şousunda Azərbaycanın hərtərəfli təmsil olunmasına çalışıb. Bu məqsədlə Qarabağ atlarının şouda iştirakı və tədbirin keçirildiyi məkanda Azərbaycana aid xüsusi pavilyonun fəaliyyətinin təşkilinə dəstək verilib. Ülyahəzrət Kraliça II Elizabetin fəaliyyətinə həsr edilmiş “Dünya ətrafında 60 il” adlı kitaba Azərbaycana aid bölmə daxil edilib.   “Azərbaycan fotoobyektivdə” müsabiqəsi və fotosərgi. Londonda ilk dəfə olaraq “Azərbaycan fotoobyektivdə”  adlı müsabiqə keçirilib. Müsabiqəyə 170-dən çox fotoqraf  750 foto təqdim edib. Müsabiqədən keçən 100 foto əsasında xüsusi sərgi təşkil olunub.   Novruz şənliyi. Londonda “Gibson Holl”da Azərbaycanın milli bayramı Novruz münasibətilə 600 dəvətlinin qatıldığı tədbir təşkil edilib.   Caz konsertləri. Belçikada və Almaniyada İsfar Sarabskinin iştirakı ilə caz konsertləri təşkil olunub.     “Girov” filminin nümayişi. Fransada müəllif filmləri festivalında “Girov” filminin nümayişi təmin edilib.     Gəlincik auksionu. UNİCEF–in 10-cu dəfə keçirdiyi xeyriyyə kampaniyası zamanı təşkil edilən Gəlincik auksionunda məşhur parisli dizayner Tilman Qravın Azərbaycan motivləri əsasında “Ulduz Buta” adlı gəlincik hazırlamasına və nümayişinə dəstək verilib.   Qarabağ - Azərbaycan kolleksiyası. Mədəniyyət və incəsənət sahəsində ən uğurlu layihələrdən biri də Berlində məşhur “Edsor Kronen” moda evinin Qarabağ-Azərbaycan mövzusunda qalstuk kolleksiyasının təqdimatı olub.   “Evrovision-2012” mahnı müsabiqəsinin yekun konsertinə səfərlər. “Evrovision-2012” mahnı müsabiqəsinin yekun konsertinin Bakıda keçirilməsi ilə əlaqədar olaraq Azərbaycanın nəinki musiqi, o cümlədən siyasi dairələrin diqqət mərkəzinə keçməsi də nəzərə alınıb, Böyük Britaniya və Belçikanın tanınmış siyasətçilərindən ibarət nümayəndə heyətlərinin Bakıya səfərləri təşkil edilib.   Sənədli filmlər. AAC əhəmiyyətini və təsir dairəsini nəzərə alaraq sənədli filmlər istehsalına da xüsusi diqqət ayırmağa başlayıb. Hazırda “İvonno” (İkinci Dünya müharibəsindən sonra azərbaycanlı gənclə ailə quraraq buraya gələn və yalnız 65 ildən sonra AAC-nin köməyi ilə vətəni Fransaya səfər edən İvonna haqqında), “Younq Voices and Ancient Sonqs” (Amerika musiqiçisi Jefri Verbok tərəfindən təqdim edilən filmdə Dağlıq Qarabağ münaqişəsinin Qarabağ musiqi irsinə vurduğu zərbədən bəhs edilir) və “Azərbaycan əcnəbi gözlərlə” üç hissəli filmin (amerikalı professor Tomas Qoltz tərəfindən təqdim edilən film Azərbaycanın müstəqillik dövrü barəsindədir) çəkilişləri başa çatdırılıb. Bu sənədli filmlərlə birgə “Qarabağ atları” və ADR dövründə xaricdə təhsil almağa göndərilmiş gənclərin taleyinə dair “100 tələbə” sənədli filmlərinin çəkilişinə başlanıb. 

1 comment:

  1. "Benjamin Briel Lee hər zaman çox peşəkar idi, baş verən hər şeydən xəbərdar olurdu. Əgər suallarım varsa cavab verməyə həmişə hazır olardım. Bu mənim ilk ev alışım idi, kredit prosesi haqqında çox məlumatım yox idi, o suallarımı anlamağı çox asanlaşdırdı. Onunla işləmək çox xoşuma gəldi. "
    Hər hansı bir layihəni maliyyələşdirmək və ya hər hansı bir məbləği çox aşağı faizlə borc vermək istəyən bir qrup investorla işləyən bir kredit mütəxəssisi. Əlaqə Benjamin Briel Lee E-Mail: Lfdsloans@outlook.com Whats-App nömrəsi: + 1-989 -394-3740.

    ReplyDelete